Ormilitarism
رفتن به کانال در Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
نمایش بیشتر7 262
مشترکین
-424 ساعت
-207 روز
-8230 روز
آرشیو پست ها
7 262
Küveyt bildirir ki, İran bu gecə Küveyt Hərbi Dəniz Qüvvələrinə məxsus gəmiyə zərbə endirib, nəticədə 4 nəfər yaralanıb.
7 262
+2
Ukraynanın Odessa sahilləri yaxınlığında 11 Azərbaycan vətəndaşının olduğu mülki ticarət gəmisi Rusiyanın dron hücumuna məruz qalıb.
Gəmi kapitanı itkin düşüb, ekipajın digər üzvləri xilas edilib. (XİN)
7 262
Bu arada ABŞ-İran atəşkəsi boyunca bu atəşkəsə barmaq eləyən İsrail bu 2 gündür İran tərəfindən hədəf alınmayıb.
7 262
Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın FSB-yə məxsus “İzumrud” sərhəd patrul gəmisinin məhv edildiyini bildirib.
Məlumata əsasən, “Sargan-3000” tipli dəniz pilotsuz aparatı Novorossiysk yaxınlığında həmin gəmiyə zərbə endirib və nəticədə gəmi batıb.
Hadisə zamanı ekipaj üzvləri arasında ölən və yaralananların olduğu iddia olunur. Qeyd edilir ki, “İzumrud” 2018-ci ildə Kerç boğazında Ukrayna gəmilərinə qarşı əməliyyatlarda iştirak etmişdi.
7 262
+2
ABŞ-ın hərbi obyektlərinə İranın növbəti zərbələrinə aid peyk görüntüləri:
Küveytdəki Əli Əl-Salem aviabazasında radar və iddiaya görə PUA idarəetmə məntəqəsi.
Qətərdəki Əl-Udeyd aviabazasında angar
Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin bazasında angar.
7 262
+3
113
Azov dənizindəki gəmilərin hərəkət rubkalarında yeni passiv müdafiə elementləri.
Zireh əvəzi quru yük gəmisinin anbar qapağının qaldırılmış istifadə edildiyi ilk dəfə müşahidə olunur.
7 262
+5
ABŞ-ın İrandakı hədəflərə hava zərbələri.
Partlayışlar Bəndər-Abbas, Bəndər-Kəngan, Sirik, Cam, Cask, Konarak və Kiş adasında baş verib.
7 262
+2
Yəməndəki Səna hava limanına Səudiyyə Ərəbistanının hava zərbələrindən sonra tapılan Storm Shadow qanadlı raketlərinin qalıqları.
Şeyxlər bahalı, bunker dağıdan qanadlı raketlərdən bir neçəsini boş torpağı bombalamaq üçün xərcləyiblər. Husiləri daşıyan təyyarə yenə də başqa bir hava limanına eniş etdi.
7 262
İran və ABŞ arasında davam edən gərginlik
İran Küveytdə yerləşən Patriot hava hücumundan müdafiə sistemlərini hədəfə alıb. Paralel olaraq ABŞ qüvvələri İranın müxtəlif strateji nöqtələrinə zərbələr endirib. Bu zərbələrə İsfahan və Kiş adası daxildir.
ABŞ tərəfindən verilən sərt bəyanatda qeyd olunub ki, İranın nüvə obyektləri harada yerləşməsindən asılı olmayaraq məhv ediləcək.
ABŞ İranı Türkmənistan, Qazaxıstan, Rusiya və Çinlə birləşdirən Qorqan–İnçeh Borun dəmir yolu xəttini dəstəkləyən körpünü vurub. Bununla yanaşı, ölkənin cənub-qərbində yerləşən Məhşəhrdə su nasos stansiyası, Xuzistan əyalətinin Ümidiyyə şəhərində Ağacəri neft-qaz limanı, eləcə də Qeşm adasında su anbarı hədəf alınıb.
Zərbələr İranın mühüm enerji infrastrukturuna da yönəlib. Xarqdan sonra ikinci ən vacib neft terminalı hesab olunan Jask terminalının yerləşdiyi ərazi də hücuma məruz qalıb.
Bundan əlavə, Hörmüz istiqamətində İran və ABŞ donanmaları arasında qarşılıqlı atəş mübadiləsinin baş verdiyi bildirilir.
7 262
Bu hadisə göstərir ki, İran atəşkəs dövründə raket potensialını təkcə say baxımından deyil, texniki dəqiqlik baxımından da inkişaf etdirib. Diqqət çəkən məqam odur ki, İran daha az sayda raket istifadə etsə də, onları daha effektiv və dəqiq tətbiq edir. Vurulan obyektin inşasının üç il davam etdiyi bildirilir.
7 262
İran bu səhər təxminən 1500 km uzaqlıqda yerləşən ABŞ ordusu və İordaniya Hərbi Hava Qüvvələrinə xidmət göstərən operator mərkəzini, həmçinin xüsusi idarəetmə obyektini yüksək dəqiqliklə hədəfə alıb. Məlumata görə, raket birbaşa hədəfə çatıb.
7 262
+4
Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna SAMP/T zenit-raket kompleksləri üçün Aster-30 raketlərinin, AASM Hammer idarə olunan bombalarının və SCALP-EG qanadlı raketlərinin istehsalı üçün lisenziyalar əldə edib.
Bundan əlavə, Makron qeyd edib ki, Kiyev 2028–2029-cu illərə qədər 16 ədəd Rafale qırıcısı və SAMP/T NG hava hücumundan müdafiə sistemi almağı planlaşdırır.
7 262
Avropanın 10 ölkəsi birlikdə yeni raketdən müdafiə sistemi yaratmaq üçün razılığa gəlib.
Bu ölkələr: Almaniya, Danimarka, İspaniya, İtaliya, Niderland, Norveç, Böyük Britaniya, Ukrayna, Fransa və İsveçdir.
Plan belədir:
– Ukraynanın hazırladığı FP-7 raketi əsas olacaq
– Digər ölkələr radar və vacib texnologiyalar verəcək
– Məqsəd: Patriot sisteminə bənzər, amma daha ucuz Avropa variantı yaratmaq
Bu sistemin təxminən 1 il ərzində hazırlanması hədəflənir.
7 262
Ukraynaya məxsus dəniz pilotsuz aparatı Kinburn burnuna başqa bir yerüstü dron çıxarıb və həmin dron orada pulemyotdan atəş açıb.
Hələlik bu, daha çox sınaq xarakterli və imkanların nümayişi kimi görünür. Tammiqyaslı robotlaşdırılmış desant əməliyyatlarına isə hələ kifayət qədər vaxt var.
Bununla belə, belə təcrübələr gələcəyin müharibəsinin necə görünə biləcəyini göstərir.
