uz
Feedback
Hebib Müntezir

Hebib Müntezir

Kanalga Telegram’da o‘tish

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Ko'proq ko'rsatish
Ozarbayjon410Toif belgilanmagan

📈 Telegram kanali Hebib Müntezir analitikasi

Hebib Müntezir (@hebmun) Ozarbayjon til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 16 874 obunachidan iborat bo'lib, Boshqa toifasida -o'rinni va Ozarbayjon mintaqasida 410-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 16 874 obunachiga ega bo‘ldi.

02 Dekabr, 2024 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni 0 ga, so‘nggi 24 soatda esa 0 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 0% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining N/A% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 0 marta ko‘riladi; birinchi sutkada odatda 0 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 0 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 03 Dekabr, 2024 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Boshqa toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

16 874
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kun
Ma'lumot yo'q30 kun
Postlar arxiv
Günahkar tapıldı...

Abdullayev Rövnəqin Dədəsinin Neft Şirkəti (ARDNŞ) bildirib ki, SOCAR son bir ildə 1,7 milyard manat zərər edib. Mən də uşaqlarıma milyonluq saatlar, dəbdəbəli villalar, bahalı avtomobillər alsam borclanaram da. İndi də borcu qapatmaq üçün benzinin, qazın qiymətini qaldırırlar.

Dünən Tarif Şurası əhalinin böyük hissəsi üçün qazın qiymətini 2 dəfə artırmaqdan savayı həm də dərmanların qiymətini bahalaşdırdı. 50-yə yaxın dərmanın qiyməti dərmanın çeşidi üzrə 10-40% intervalında qalxıb. Bir tərəfdən pandemiya, digər tərəfdən müharibədən sonrakı dövrdə, insanların tibbi preparatlara ehtiyaclı olduğu dönəmdə, həmçinin dərmanların keyfiyyətsiz olmasını da nəzərə alsaq, ölkədəki dərman monopoliyasının da kimlərin əlində olduğunu biləndə, bu qərarın vicdansızlıq dərəcəsini ölçmək o qədər də çətin deyil.

Müdafiə Nazirliyinin Kadrlar Baş idarəsinin rəisi, general-mayor Elçin Xəlilov həm özünə, həm öz tabeliyində olduğu Müdafiə Nazirliyi Kadrlar baş idarəsinin Təltiflər Şöbəsinin rəisi Günel Abbasovaya medal verdirib. İlham Əliyevin sərəncamı ilə polkovnik-leytenant Günel Abbasova ikinci Qarabağ müharibəsindən sonra, Bakıda otura-otura “Vətən uğrunda” medalı ilə təltif edillib. Döyüşdə can qoyan, qazi olan, yaralanan hərbçilər isə bu gün, dünən nazirliyin qabağına gəlib, haqlarını tələb edirlər, hələ bir qınanırlar da ki, "modolo goro doyoşmosoz?!" Medal məsələsi deyil, haqq, ədalət məsələsidir. Kimsə kiminləsə yaxındır, münasibəti var deyə medallar alır, amma əziyyət çəkənlər kənarda qalır, ədalətsizlikdir.

Benzin, dizel, su, kanalizasiya qiymətlərindən sonra ədalətin də qiyməti 10 dəfə qalxır: Onsuzda Azərbaycan vətəndaşları ölkədəki məhkəmə sisteminə inanmırlar, güvənmirlər. Milli Məclis də bir yandan məhkəməyə çatımlılığı daha da çətinləşdirir. Məhkəməyə bəzi növ müraciətlər üçün rüsumlar 10 dəfəyə qədər artırılır. Bu da vətəndaşı tamamiylə rəsmi höquq, ədalət sistemindən üz döndərib, kriminal yaxud digər alternativ yollarla ədaləti bərpa etməyə təşfiq edir. Ədalətin şamla arandığı cəmiyyətdə, şamın qiymətini qaldırmaq da başqa cür ədalətsizlikdir.

Azərbaycan Ordusunun yaradılmasının 103 illiyinə görə İkinci Qarabağ mübaribəsi ilə əlaqədar 76 mindən çox hərbçiyə medallar verilib. Amma buna baxmayaraq yenə də döyüşlərdə iştirak edən onlarla hərbi qulluqçuya heç bir medal verilməyib. Amma arxa cəbhədə olan, döyüşlərdə iştirak etməyən, kabinetlərdə oturan adamlar təltif olunublar. Mən demirəm onların heç birinin zəhməti yoxdur, filan. Lakin Bakıda kimsə kiminsə qohumudur, tanışıdır, yoldaşıdır deyə mükafatlandırılıb, amma döyüş bölgəsində canını qoyan adamlar kənarda qalıb. Onlar da etiraz etməyə hazırlaşırlar. Belə ədalətsizlik etmək doğru deyil. Haqqı olanlara haqqı verilməlidir, ən qısa zamanda.

Qayınata getdi, kürəkən gəldi Təhsil naziri Emin Əmrullayev Azərbaycan Texniki Universitetində (AzTU) Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor olan Abuzər Mirzəliyevi tutduğu vəzifəsindən azad edərək, Kamran Rəsulovu prorektor vəzifəsinə təyin edib. Qeyd edim ki, yeni təyin olan Kamran Rəsulov işdən çıxarılan Abuzər Mirzəliyevin kürəkənidir.

Hakimiyyətin neft kapitalını insan kapitalına çevirmə siyasəti: Rəsmi məlumata görə son 6 ildə Azərbaycanda orta məktəb məzunlarının sayı 35 faiz azalıb. Dövlət İmtahan Mərkəzi açıqlama yayıb ki, 9 və 11-ci sinif şagirdləri arasında oxuyub-yazmağı bacarmayanlar var. Dəhşətli statistikadır. Onsuzda normal təhsil vermirlər, keyfiyyət aşağıdır, təhsil alanların da faizi ilbəil azalır, oxuyub-yazmağı bacarmayanlar artırsa ölkənin daha da qaranlıq gələcəyini təsəvvür etmək çətin deyil.

Təhsil naziri Emin Əmrullayev deputat Sadiq Qurbanovun həyat yoldaşı Günay Qurbanovanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri vəzifəsinə təyin edib. Günay Qurbanova Bakı şəhər İcra Hakimiyyətindəki vəzifəsindən 16 gün öncə istefa verib, 2 həftə işsiz qaldıqdan, dincəldikdən sonra yeni vəzifəyə təyin edilib.

Ermənistanda əhalinin 52 faizinin iştirak etdiyi növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın partiyası ilkin nəticələrə görə 58 faiz səslə irəlidədir. Ermənilərin əksəriyyəti revanşist və militarist qüvvələr isə hələlik 22 faiz səs toplayıblar.

İranda 48% seçicinin iştirak etdiyi prezident seçkilərində ilkin nəticələrə əsasən, İbrahim Rəisi 62% səslə qalib gəlib. 60 yaşlı mühafizəkar namizəd olan İbrahim Rəisi 2019-cu ildən Ali Məhkəmənin baş hakimidir və İranın ali dini lideri Əli Xameneyi tərəfindən dəstəklənirdi. 79-cu ildən bəri iranlılar 8-ci prezidentlərini seçirlər.

Bu gün Laçın istiqamətində daha bir hərbçi 2001-ci il doğumlu, İsmayıllının Quşencə kənd sakini Nicat Eynulla oğlu Əkbərovun
Bu gün Laçın istiqamətində daha bir hərbçi 2001-ci il doğumlu, İsmayıllının Quşencə kənd sakini Nicat Eynulla oğlu Əkbərovun göldə boğularaq hələk olduğu deyilir. İkinci Qarabağ müharibəsi iştirakçısı kimi “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdi.

Rusiya rəsmiləri Azərbaycan və Türkiyənin yaxınlaşmasını üçüncü ölkələrə qarşı yönəlməsindən narahatdır. Bu arada Türkiyənin Azərbaycanda hərbi bazasının açılmasını da şayiə adlandırıblar. Rusiya sərhədləri yaxınlığında NATO hərbi obyektlərinin yerləşdiriləcəyi təqdirdə təhlükəsizliyin təmin edilməsi üçün xüsusi diqqət və addımlar atılacağını da istisna etmirlər.

Azərbaycan ordusunun zabiti, kapitan Fərzəliyev İlham bu gün Kəlbəcər rayonu ərazisində yerləşən Alagöldə çimərkən boğularaq ölüb. İlham Fərzəliyev ikinci Qarabağ Müharibəsində iştirak etmişdi.

Bu gün sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçının Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb və nəticədə DSX-nın hərbi qulluqçuları - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oglu şəhid olub.

Azərbaycan tərəfi öz sərhədlərini çəkir və möhkəmləndirir. Bu görüntü erməni kəndlərindən görünür. Kəndlilər deyirlər ki, əvvəl Azərbaycan əsgərləri çox uzaq idi. İndi erməni kəndlərinə o qədər yaxınlaşıblar ki, əsgərlərin səsini eşidirlər. @hebmun

Ərdoğan Milli Məclisdə çıxış edib. Dünyaya səslənərək deyib ki, Türkiyə bu gün də, sabah da Azərbaycanın yanındadır. Növbəti il Şuşanı Türk dünyasının mədəniyyət paytaxtı elan edib. O məcburi köçkünlərə səslənərək bir müddət sonra evlərinə yerləşmələrini xahiş edib. Türkiyə ilə Naxçıvanı bir-birinə bağlayan Zəngəzur karidorunun açılmasından da danışıb. Ərdoğan 6 ölkəlik (Azərbaycan, Rusiya, Türkiyə, İran, Ermənistan və Gürcüstan) platformadan bəhs edib və bölgədə sülhün, əmin-amanlığın bununla gələcəyini bildirib, hətta artıq Gürcüstanla danışıqlar apardığını deyib.

Bu gün Ərdoğan Şuşaya gəlib. Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb. Sənəddə tərəflərdən hər hansı birinin ərazi bütövlüyünə təhlükə yaranarsa, bir-birinə həm hərbi, həm də istənilən lazımı yardımı göstərməsi nəzərdə tutulur. Bəyannamədə həm də "Zəngəzur dəhlizi"nin açılması məsələsi qeyd olunub. Türkiyənin Şuşada konsulluğu da açılacaq.

Bu gün təhsil müəssisələrində "Son Zəng" idi, şagirdləri təbrik edirəm. Nəsimi rayonunda məktəblərin birindən qiymətləri paylaşıram: Mühafizəçi pulu - 2 manat, hər uşaqdan. Süpürgə pulu - 1 manat, hər uşaqdan Sinifdə birinci partada oturmağın qiyməti - 200 manat. A4 vərəq pulu - 2 manat, hər uşaqdan. Yaşıllaşdırma pulu - 10 manat, semestr başına. Bayram pulları, müəllimə baxır, 20-50 manat arası dəyişir. (8 mart, müəllimlər günü, yeni il, Novruz filan) Bilə-bilə dərs keçmirlər ki, hazırlığa gəlinsin. Hazırlığın biri 80 manat, ən azı 10 uşaqdan. Əminəm ki, təhsil naziri Emin Əmrullayevin bazar qiymətlərindən xəbəri var və bir daha xatırlatdım ki, mübarizə aparsın. Gələcəyimiz savadlı vətəndaşlar olmalıdır, alverçi və rüşvətxorlar yox.

Bu gün Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.