Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
Abdullayev Rövnəqin Dədəsinin Neft Şirkəti (ARDNŞ) bildirib ki, SOCAR son bir ildə 1,7 milyard manat zərər edib. Mən də uşaqlarıma milyonluq saatlar, dəbdəbəli villalar, bahalı avtomobillər alsam borclanaram da. İndi də borcu qapatmaq üçün benzinin, qazın qiymətini qaldırırlar.
16 874
Dünən Tarif Şurası əhalinin böyük hissəsi üçün qazın qiymətini 2 dəfə artırmaqdan savayı həm də dərmanların qiymətini bahalaşdırdı. 50-yə yaxın dərmanın qiyməti dərmanın çeşidi üzrə 10-40% intervalında qalxıb. Bir tərəfdən pandemiya, digər tərəfdən müharibədən sonrakı dövrdə, insanların tibbi preparatlara ehtiyaclı olduğu dönəmdə, həmçinin dərmanların keyfiyyətsiz olmasını da nəzərə alsaq, ölkədəki dərman monopoliyasının da kimlərin əlində olduğunu biləndə, bu qərarın vicdansızlıq dərəcəsini ölçmək o qədər də çətin deyil.
16 874
Müdafiə Nazirliyinin Kadrlar Baş idarəsinin rəisi, general-mayor Elçin Xəlilov həm özünə, həm öz tabeliyində olduğu Müdafiə Nazirliyi Kadrlar baş idarəsinin Təltiflər Şöbəsinin rəisi Günel Abbasovaya medal verdirib. İlham Əliyevin sərəncamı ilə polkovnik-leytenant Günel Abbasova ikinci Qarabağ müharibəsindən sonra, Bakıda otura-otura “Vətən uğrunda” medalı ilə təltif edillib. Döyüşdə can qoyan, qazi olan, yaralanan hərbçilər isə bu gün, dünən nazirliyin qabağına gəlib, haqlarını tələb edirlər, hələ bir qınanırlar da ki, "modolo goro doyoşmosoz?!" Medal məsələsi deyil, haqq, ədalət məsələsidir. Kimsə kiminləsə yaxındır, münasibəti var deyə medallar alır, amma əziyyət çəkənlər kənarda qalır, ədalətsizlikdir.
16 874
Benzin, dizel, su, kanalizasiya qiymətlərindən sonra ədalətin də qiyməti 10 dəfə qalxır:
Onsuzda Azərbaycan vətəndaşları ölkədəki məhkəmə sisteminə inanmırlar, güvənmirlər. Milli Məclis də bir yandan məhkəməyə çatımlılığı daha da çətinləşdirir. Məhkəməyə bəzi növ müraciətlər üçün rüsumlar 10 dəfəyə qədər artırılır. Bu da vətəndaşı tamamiylə rəsmi höquq, ədalət sistemindən üz döndərib, kriminal yaxud digər alternativ yollarla ədaləti bərpa etməyə təşfiq edir. Ədalətin şamla arandığı cəmiyyətdə, şamın qiymətini qaldırmaq da başqa cür ədalətsizlikdir.
16 874
Azərbaycan Ordusunun yaradılmasının 103 illiyinə görə İkinci Qarabağ mübaribəsi ilə əlaqədar 76 mindən çox hərbçiyə medallar verilib. Amma buna baxmayaraq yenə də döyüşlərdə iştirak edən onlarla hərbi qulluqçuya heç bir medal verilməyib. Amma arxa cəbhədə olan, döyüşlərdə iştirak etməyən, kabinetlərdə oturan adamlar təltif olunublar. Mən demirəm onların heç birinin zəhməti yoxdur, filan. Lakin Bakıda kimsə kiminsə qohumudur, tanışıdır, yoldaşıdır deyə mükafatlandırılıb, amma döyüş bölgəsində canını qoyan adamlar kənarda qalıb. Onlar da etiraz etməyə hazırlaşırlar. Belə ədalətsizlik etmək doğru deyil. Haqqı olanlara haqqı verilməlidir, ən qısa zamanda.
16 874
Qayınata getdi, kürəkən gəldi
Təhsil naziri Emin Əmrullayev Azərbaycan Texniki Universitetində (AzTU) Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor olan Abuzər Mirzəliyevi tutduğu vəzifəsindən azad edərək, Kamran Rəsulovu prorektor vəzifəsinə təyin edib. Qeyd edim ki, yeni təyin olan Kamran Rəsulov işdən çıxarılan Abuzər Mirzəliyevin kürəkənidir.
16 874
Hakimiyyətin neft kapitalını insan kapitalına çevirmə siyasəti:
Rəsmi məlumata görə son 6 ildə Azərbaycanda orta məktəb məzunlarının sayı 35 faiz azalıb. Dövlət İmtahan Mərkəzi açıqlama yayıb ki, 9 və 11-ci sinif şagirdləri arasında oxuyub-yazmağı bacarmayanlar var. Dəhşətli statistikadır. Onsuzda normal təhsil vermirlər, keyfiyyət aşağıdır, təhsil alanların da faizi ilbəil azalır, oxuyub-yazmağı bacarmayanlar artırsa ölkənin daha da qaranlıq gələcəyini təsəvvür etmək çətin deyil.
16 874
Təhsil naziri Emin Əmrullayev deputat Sadiq Qurbanovun həyat yoldaşı Günay Qurbanovanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri vəzifəsinə təyin edib. Günay Qurbanova Bakı şəhər İcra Hakimiyyətindəki vəzifəsindən 16 gün öncə istefa verib, 2 həftə işsiz qaldıqdan, dincəldikdən sonra yeni vəzifəyə təyin edilib.
16 874
Ermənistanda əhalinin 52 faizinin iştirak etdiyi növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın partiyası ilkin nəticələrə görə 58 faiz səslə irəlidədir. Ermənilərin əksəriyyəti revanşist və militarist qüvvələr isə hələlik 22 faiz səs toplayıblar.
16 874
İranda 48% seçicinin iştirak etdiyi prezident seçkilərində ilkin nəticələrə əsasən, İbrahim Rəisi 62% səslə qalib gəlib. 60 yaşlı mühafizəkar namizəd olan İbrahim Rəisi 2019-cu ildən Ali Məhkəmənin baş hakimidir və İranın ali dini lideri Əli Xameneyi tərəfindən dəstəklənirdi. 79-cu ildən bəri iranlılar 8-ci prezidentlərini seçirlər.
16 874
Bu gün Laçın istiqamətində daha bir hərbçi 2001-ci il doğumlu, İsmayıllının Quşencə kənd sakini Nicat Eynulla oğlu Əkbərovun göldə boğularaq hələk olduğu deyilir. İkinci Qarabağ müharibəsi iştirakçısı kimi “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdi.
16 874
Rusiya rəsmiləri Azərbaycan və Türkiyənin yaxınlaşmasını üçüncü ölkələrə qarşı yönəlməsindən narahatdır. Bu arada Türkiyənin Azərbaycanda hərbi bazasının açılmasını da şayiə adlandırıblar. Rusiya sərhədləri yaxınlığında NATO hərbi obyektlərinin yerləşdiriləcəyi təqdirdə təhlükəsizliyin təmin edilməsi üçün xüsusi diqqət və addımlar atılacağını da istisna etmirlər.
16 874
Azərbaycan ordusunun zabiti, kapitan Fərzəliyev İlham bu gün Kəlbəcər rayonu ərazisində yerləşən Alagöldə çimərkən boğularaq ölüb. İlham Fərzəliyev ikinci Qarabağ Müharibəsində iştirak etmişdi.
16 874
Bu gün sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçının Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb və nəticədə DSX-nın hərbi qulluqçuları - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oglu şəhid olub.
16 874
Azərbaycan tərəfi öz sərhədlərini çəkir və möhkəmləndirir. Bu görüntü erməni kəndlərindən görünür. Kəndlilər deyirlər ki, əvvəl Azərbaycan əsgərləri çox uzaq idi. İndi erməni kəndlərinə o qədər yaxınlaşıblar ki, əsgərlərin səsini eşidirlər. @hebmun
16 874
Ərdoğan Milli Məclisdə çıxış edib. Dünyaya səslənərək deyib ki, Türkiyə bu gün də, sabah da Azərbaycanın yanındadır. Növbəti il Şuşanı Türk dünyasının mədəniyyət paytaxtı elan edib. O məcburi köçkünlərə səslənərək bir müddət sonra evlərinə yerləşmələrini xahiş edib. Türkiyə ilə Naxçıvanı bir-birinə bağlayan Zəngəzur karidorunun açılmasından da danışıb. Ərdoğan 6 ölkəlik (Azərbaycan, Rusiya, Türkiyə, İran, Ermənistan və Gürcüstan) platformadan bəhs edib və bölgədə sülhün, əmin-amanlığın bununla gələcəyini bildirib, hətta artıq Gürcüstanla danışıqlar apardığını deyib.
16 874
Bu gün Ərdoğan Şuşaya gəlib. Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb. Sənəddə tərəflərdən hər hansı birinin ərazi bütövlüyünə təhlükə yaranarsa, bir-birinə həm hərbi, həm də istənilən lazımı yardımı göstərməsi nəzərdə tutulur. Bəyannamədə həm də "Zəngəzur dəhlizi"nin açılması məsələsi qeyd olunub. Türkiyənin Şuşada konsulluğu da açılacaq.
16 874
Bu gün təhsil müəssisələrində "Son Zəng" idi, şagirdləri təbrik edirəm. Nəsimi rayonunda məktəblərin birindən qiymətləri paylaşıram:
Mühafizəçi pulu - 2 manat, hər uşaqdan.
Süpürgə pulu - 1 manat, hər uşaqdan
Sinifdə birinci partada oturmağın qiyməti - 200 manat.
A4 vərəq pulu - 2 manat, hər uşaqdan.
Yaşıllaşdırma pulu - 10 manat, semestr başına.
Bayram pulları, müəllimə baxır, 20-50 manat arası dəyişir. (8 mart, müəllimlər günü, yeni il, Novruz filan)
Bilə-bilə dərs keçmirlər ki, hazırlığa gəlinsin. Hazırlığın biri 80 manat, ən azı 10 uşaqdan.
Əminəm ki, təhsil naziri Emin Əmrullayevin bazar qiymətlərindən xəbəri var və bir daha xatırlatdım ki, mübarizə aparsın. Gələcəyimiz savadlı vətəndaşlar olmalıdır, alverçi və rüşvətxorlar yox.
16 874
Bu gün Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.
