uz
Feedback
Hebib Müntezir

Hebib Müntezir

Kanalga Telegram’da o‘tish

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Ko'proq ko'rsatish
Ozarbayjon410Toif belgilanmagan

📈 Telegram kanali Hebib Müntezir analitikasi

Hebib Müntezir (@hebmun) Ozarbayjon til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 16 874 obunachidan iborat bo'lib, Boshqa toifasida -o'rinni va Ozarbayjon mintaqasida 410-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 16 874 obunachiga ega bo‘ldi.

02 Dekabr, 2024 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni 0 ga, so‘nggi 24 soatda esa 0 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 0% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining N/A% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 0 marta ko‘riladi; birinchi sutkada odatda 0 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 0 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 03 Dekabr, 2024 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Boshqa toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

16 874
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kun
Ma'lumot yo'q30 kun
Postlar arxiv
Mənə məlum olan bu avtomobil kolleksiyası Dövlət Miqrasiya Xidməti nəzdindəki Bakı şəhər Regional Miqrasiya İdarəsinin rəi
Mənə məlum olan bu avtomobil kolleksiyası Dövlət Miqrasiya Xidməti nəzdindəki Bakı şəhər Regional Miqrasiya İdarəsinin rəisi İntiqam Behbud oğlu Məmmədovun oğlu Əhmədli Elgiz İntiqam oğlunundur. O 10EX002 dövlət nişanlı bir neçə avtomobil idarə edir. Həmçinin 99TZ555 dövlət nişanlı avtomobillər də onundur. Avtomobillərin markaları bunlardır: Mercedes CLS-Class, BMW X5M Black, Toyota Land Cruiser, Porsche Panamera 4S. Maraqlıdır bir dövlət xidmətinin nəzdindəki idarə rəisinin bu qədər sərvəti hardandır ki, onun övladları yüzminlik avtomobillər sürürlər?

Azərbaycan parlamentində son günlər ilk dəfədir ki, bəzi deputatlar süni də olsa hay-küy qaldırıblar. 13 deputat əlilliklə bağlı yeni qanunun əleyhinə səs verib. Çünki yeni qanun tamamiylə əlil olan vətəndaşların əleyhinədir. Buna baxmayaraq yenə də qəbul olunacaq, çünki çoxluq lehinə səs verib. Deputatlar xalq tərəfindən seçilməyib, hökümət tərəfindən, altpaltarı vasitəsiylə təyin olunanda, xalqın əleyhinə qərarların çıxarılması çox təbiidir.

Azərbaycanda qadınların pensiya yaşı 65 olacaq. Hazırda bu yaş 62-dir. Statistik reallıq odur ki, pensiyaya çıxan şəxslərin böyük hissəsi 65 yaşa çatmadan dünyasını dəyişir. Bu da o deməkdir ki, bir çox insan ümumiyyətlə pensiya ala bilməyəcək.

FHN-nin Maddi Texniki-Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "CBS-PP” MMC adlı şirkət olub. Şirkət idarəyə 300 min manatlıq mətbəə məhsulları satacaq. Şirkətin rəhbəri kim olsa yaxşıdır? Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bacanağı Hikmət Əbuzər oğlu İsmayılov. O həmçinin “AFB Bank” ASC və "AzSigorta” ASC-nin əsas səhmdarıdır.

Laçın istiqamətində Ermənistan ordusuna aid diversiya qrupunun bir üzvü saxlanılıb. Digər üzvlər isə qaçıblar. Məqsəd əraziləri minalamaq olub.

Müdafiə Nazirliyinə məxsus avtomobil Kəlbəcərin Susuzluq kəndi istiqamətində tank əleyhinə minaya düşüb, nəticədə 4 jurnalist hadisə yerində şəhid olub.

Biləcəridə 1-ci qrup Qarabağ əlili, qazi Məhəmmədəli Hacıyev özünü yandıraraq intihara cəhd edib.

Dünən Ermənistan Ordusunun 40 nəfərə yaxın hərbçisi Kəlbəcərin Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə daxil olublar. Daha sonra Azərbaycan Ordusunun keçirdiyi əks-əməliyyat tədbirləri nəticəsində, heç bir silah tətbiq edilmədən onlar girdikləri yerdən çıxarılıblar.

Azərbaycanda Aİ-95 markalı benzinin qiymətinin 15 qəpik artaraq 1.40 manat olduğu iddia edilir.

Almaniyadan deportasiya ediləcək şəxs, Azərbaycan vətəndaşı İlkin Ələkbərov onu aparmağa gələn miqrasiya əməkdaşları və polislərin gözü önündə ülgüclə qol damarlarını kəsib. Hazırda vəziyyəti orta-ağırdır. Son aylar Almaniyadan Azərbaycana 50-dən çox vətəndaş deportasiya olunub.

Suriyada keçirilən prezident seçkilərində 21 ildir vəzifədə olan Bəşər Əsəd 95.1% səs qazanaraq, yenidən Suriya prezidenti seçilib. 14 milyon seçicinin səsini alan 55 yaşlı Suriya lideri, 7 il daha prezident olacaq.

Dünən gecə Sumqayıt şəhər sakini, Quru Qoşunlarının əsgəri Qorxmaz Elşad oğlu Sadıqov hərbi hissələrin birində dünyasını dəyi
Dünən gecə Sumqayıt şəhər sakini, Quru Qoşunlarının əsgəri Qorxmaz Elşad oğlu Sadıqov hərbi hissələrin birində dünyasını dəyişib. Hərbçinin ailəsinə deyilib ki, ehtiyatsızlıqdan həlak olub və mümkün qədər ictimailəşməsin. O ailənin tək oğlu olub, tərxisinə 1 ay qalıbmış. Rəsmi məlumat isə yoxdur.

Bu gün Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində minalama fəaliyyəti ilə məşğul olan 6 erməni hərbçisi əsir götürülüb. Azərbaycan Ordusunun hərbi yük maşını isə minaya düşüb, itki və yaralıların olduğu deyilir. Ermənistan rəsmiləri isə iddia edirlər ki, Azərbaycan Ordusu Kut (Zərkənd) kəndinə daxil olaraq hərbçiləri qaçırıb.

Azərbaycanda pandemiya ilə əlaqədar yeni qərarlar: 🦠 Xüsusi karantin rejimi 1 avqusta qədər uzadıldı. 🛂 İyulun 1-dən iş yerlərində COVID-19 pasportu tələb olunacaq. 🚍İyun ayı ərzində həftəsonları ictimai nəqliyyat işləməyəcək. 🕌 Məscidlərə insanların sayı 50 nəfərdən çox olmamaqla icazə verilir. 🏊‍♂️ 10 iyundan etibarən hovuzlardan istifadəyə icazə verildi. ✈️ İyunun 1-dən Azərbaycan daxilində hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir.

Ermənistan Müdafiə Nazirliyi Vardenis (Basarkeçər) rayonunun Verin Şorza (Yuxarı Şorca) kəndi istiqamətində Ermənistan və Azərbaycan Ordusunun əsgərləri arasında atışma olduğu və bir erməni əsgərinin (32 yaşlı çavuş V. Xurşudyan) öldüyünü bildirir. Azərbaycan MN hələ ki, heç bir məlumat verməyib.

Kəlbəcərdə 19 yaşlı əsgər Şükürov Elmir İlham oğlunun qeyri-döyüş şəraitində vəfat etdiyi deyilir. Faktla bağlı cinayət işi b
Kəlbəcərdə 19 yaşlı əsgər Şükürov Elmir İlham oğlunun qeyri-döyüş şəraitində vəfat etdiyi deyilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Paşinyan hazırda çıxış edir: "Ermənistan və Azərbaycan hərbçiləri arasında kütləvi qarşıdurma bütün sərhəd xətti boyunca baş verib. Biz sərhədlərin müəyyənləşdirilməsini tamamlamalıyıq. Ermənistanın nəzarəti altında bir vaxtlar Sovet Azərbaycanın tərkibində olan ərazilər (Kərki və Qazaxın 7 kəndi) var və indi də Azərbaycanın işğalı altında olan Sovet Ermənistanının (Gədəbəydəki Başkənd anklavı) ərazisi var. Bunlar üçtərəfli komissiyanın köməyi ilə həll olunmalıdır. İmzalayacağımız heç bir gizli sənəd zad yoxdur. Dünən yayılan sənəd isə həqiqətdir".

Paşinyan: "Azərbaycan bəzi şərtlərimizi qəbul etsə, yeni sənəd imzalayacağam. Hazırda 600-ə yaxın Azərbaycan hərbçisi Ermənistan ərazisində qalmağa davam edir, vəziyyət hələ də gərgin olaraq qalır. Yeni razılaşma Ermənistanla Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi ideyasını dəstəkləyir, bizim maraqlarımıza 100% cavab verir və təhlükəsizliyə zəmanət verir".

Erməni mənbələri yazır ki, Putin, Əliyev və Paşinyan Azərbaycan Ordusunun son günlər daxil olduğu Ermənistan ərazilərindən çıxarılması müqabilində yeni demarkasiya (sərhədlərin müəyyənləşdirilməsi) prinsipləri, ərazi güzəştləri ilə bağlı razılığa gəliblər və üçtərəfli yeni saziş imzalanıb. Ermənistan XİN rəhbərinin razılaşmanın qəti əleyhinə olduğu bildirilir.

Nikol Paşinyan: "Sərhəddə gərginlik artmaqdadır. Azərbaycanın Ermənistan ərazisindən qoşunların çıxarılması ilə bağlı apardığımız danışıqlar heç bir nəticə vermədi. Danışıqlar davam edəcək. Ermənistan höküməti heç vaxt Sünikdən (Zəngəzurdan) keçəcək dəhlizi müzakirə etməyib və etməyəcək." İlham Əliyev: "Hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir. Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır, sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir".