uk
Feedback
Kitab Sevər

Kitab Sevər

Відкрити в Telegram

Kitablardan mənalı sitatlar, aforizmlər 📖🧡 Psixoloji yazılar və mənəvi inkişafla bağlı sizə yardımı olacaq cümlələr. 🌼 Düşündürücü fikirlər və ilham verən sətirlər.. 🎈

Показати більше
639
Підписники
-224 години
-37 днів
-930 день
Архів дописів
Biz insanları bizə qarşı etdikləri səhvlərə görə yox, həmin səhvləri onlardan heç vaxt gözləmədiyimiz üçün bağışlaya bilmirik. Çünki ən dərindən vuranlar, həmişə ən çox güvəndiklərimiz olur. 🌾

Deyir ki : Ağıllı kişilər bilirlər ki, xoşbəxt etdikləri qadın onları daha da xoşbəxt edər. 💕

Birinin özünü səndən soyutması da Allahın rəhmətidir.. 🌻

Təəssüf ki, insanlar üçün əslində olduğumuzdan daha çox şey ifadə etdiyimizi zənn edərək, öz hisslərimizi özümüz incidirik. 🍂

Deyir ki: Bir insan səni itirməkdən qorxduğunu deyəcək. Başqa biri isə elə davranacaq ki, səni heç vaxt itirməsin. Dəyər sözlə deyil, hiss etdirməklə verilir. 💌

İnsanlar sənə nə etməli olduğunu deyə bilər. Amma o qərarın nəticəsini yaşayanda yanında olmayacaqlar. Ona görə də, başqalarının fikri ilə yox, öz ürəyin və düşüncələrinlə qərar ver. Çünki sabah nə olursa olsun, ən çox özünə arxa çıxacaq insan yenə sənsən. 🎈

İnsanlar sənə nə etməli olduğunu deyə bilər. Amma o qərarın nəticəsini yaşayanda yanında olmayacaqlar. Ona görə də, başqalarının fikri ilə yox, öz ürəyin və düşüncələrinlə qərar ver. Çünki sabah nə olursa olsun, ən çox özünə arxa çıxacaq insan yenə sənsən. 🌼🍃

Verdiklərimizin hər qarşılığı olmaz amma verdiklərimiz hər zaman kim olduğumuzu göstərər.

Anlamaq bilməkdən daha dərindir. Sizi tanıyan çox insan var, amma başa düşən (anlayan) çox azdır. 🌿

"Heç nə əvvəlki kimi olmur. Gözəl bir şeyi məhv etməzdən əvvəl bunu yaxşı xatırla..." Bir qəlbi incitmək, etibarı sarsıtmaq, gözəl bir münasibəti korlamaq və ya bir nemətin qədrini bilməmək — bunların peşmançılığı insanın qəlbində dərin izlər buraxır. Bağışlanmaq mümkündür, lakin hər şeyin əvvəlki kimi olması həmişə mümkün olmur. 🗨️ Bəzi şeylərin dəyəri onları itirdikdən sonra deyil, hələ əlimizdə ikən bilinməlidir.

Elə insanlar var ki, nədənsə başqalarının həyatını sorğu-suala çəkmək üçün açıq kitab hesab edirlər. - "Nə vaxt evlənəcəksən?", - "Uşaq nə vaxt olacaq?", - "İkinci uşağı düşünmürsünüz?", - "Niyə ayrıldınız?", - "Nə qədər pul qazanırsan?", - "Ev almısınızmı?", - "Niyə bu qədər arıqlamısan və ya kökəlmisən?", - "İşə niyə gəlməmişdin?", - "Hara getmişdin?" və ya "Haradan gəlirsən?" və s. Üstəlik, bu sualların çoxu adətən "sadəcə maraqlandığım üçün və ya mənə önəmli olduğun üçün soruşuram" kimi təqdim olunur. Amma heç kim düşünmür ki, belə sualların hər birinin arxasında - bir sınaq, çətin bir dövr, həssas məqam, şəxsi seçim və ya insanın sadəcə danışmaq istəmədiyi bir məsələ ola bilər. İstərdim ki, hamımız bu sadə qaydanı öyrənək: - əgər insan bir mövzunu özü açmırsa, deməli, o mövzu müzakirəyə açıq deyil. Başqasının şəxsi sərhədlərinə hörmət etmək də gözəl əxlaqın göstəricisidir. 🧡

Özü ilə savaşda olan biri, sənin ünsiyyətini, müzakirəni, hətta sevgini belə özünə qarşı savaş kimi hiss edər.

Hər dəfə qorxduğum zaman özümə xatırladıram ki, həyatımdakı bütün yaxşı şeylər cəsarətli olmağa qərar verdikdən sonra gəlib. 🌿

Belə bir cümlə oxudum: Sondakı hörmətsizlik o qədər ağır idi ki, o ana qədər olan bütün xatirələrdən daha təsirli idi. O anda anladım ki, artıq dönüşü yoxdur. 🌾

Bir şeyin yetişməsini həddindən artıq gözləmək də solmaqdır əslində. Çünki insan bəzən ümid etdiyini böyütməz, onun ətrafında tükənər.

Yetkinləşmək həm də onu anlamaqdır ki, bəzi insanlar sizi heç vaxt başa düşməyəcək; çünki onlar dünyanı yalnız öz baxış bucaqlarından görməyə vərdiş ediblər. Bəzən problem sənin özünü ifadə edə bilməməyin deyil... Böyümək və emosional olaraq yetkinləşmək, həm də hər kəsə özünü sübut etmək məcburiyyətində olmadığını anlamaqdır. Çox vaxt elə düşünürük ki, bir az da izah etsək, bir az da çalışsaq, qarşı tərəf bizi başa düşəcək. Amma həqiqət budur ki: İnsanlar sizi yalnız öz daxili dünyalarının icazə verdiyi qədər anlaya bilərlər. Onların travmaları, qəlibləri və baxış bucaqları sizin həqiqətinizi görməyə mane olur. Bu, onların pis insan olması demək deyil, sadəcə hər kəsin "gözlüyü" fərqlidir. Özünüzü başqalarının dar pəncərələrinə sığışdırmaq üçün yormayın. Sizi anlayanlarla yolunuza davam edin. 🌼🍃

Ömür zənn etdiyimiz qədər uzun, dünya işləri önəmsədiyimiz qədər dəyərli, ölüm də düşündüyümüz qədər uzaqda deyildir.

Ömür zənn etdiyimiz qədər uzun, dünya işləri önəmsədiyimiz qədər dəyərli, ölüm də düşündüyümüz qədər uzaqda deyildir.

Nə qədər yaxşı olursan ol, insanlar sənə öz əskikliklərinin (gözlüklərinin) pəncərəsindən baxacaqlar.

Təsadüflərə ehtiyac var. Plansız və zamansız gələn gözəlliklərə... ❣️