es
Feedback
Kitab Sevər

Kitab Sevər

Ir al canal en Telegram

Kitablardan mənalı sitatlar, aforizmlər 📖🧡 Psixoloji yazılar və mənəvi inkişafla bağlı sizə yardımı olacaq cümlələr. 🌼 Düşündürücü fikirlər və ilham verən sətirlər.. 🎈

Mostrar más
641
Suscriptores
-324 horas
Sin datos7 días
-730 días
Archivo de publicaciones
İnsanlar sənə nə etməli olduğunu deyə bilər. Amma o qərarın nəticəsini yaşayanda yanında olmayacaqlar. Ona görə də, başqalarının fikri ilə yox, öz ürəyin və düşüncələrinlə qərar ver. Çünki sabah nə olursa olsun, ən çox özünə arxa çıxacaq insan yenə sənsən. 🎈

İnsanlar sənə nə etməli olduğunu deyə bilər. Amma o qərarın nəticəsini yaşayanda yanında olmayacaqlar. Ona görə də, başqalarının fikri ilə yox, öz ürəyin və düşüncələrinlə qərar ver. Çünki sabah nə olursa olsun, ən çox özünə arxa çıxacaq insan yenə sənsən. 🌼🍃

Verdiklərimizin hər qarşılığı olmaz amma verdiklərimiz hər zaman kim olduğumuzu göstərər.

Anlamaq bilməkdən daha dərindir. Sizi tanıyan çox insan var, amma başa düşən (anlayan) çox azdır. 🌿

"Heç nə əvvəlki kimi olmur. Gözəl bir şeyi məhv etməzdən əvvəl bunu yaxşı xatırla..." Bir qəlbi incitmək, etibarı sarsıtmaq, gözəl bir münasibəti korlamaq və ya bir nemətin qədrini bilməmək — bunların peşmançılığı insanın qəlbində dərin izlər buraxır. Bağışlanmaq mümkündür, lakin hər şeyin əvvəlki kimi olması həmişə mümkün olmur. 🗨️ Bəzi şeylərin dəyəri onları itirdikdən sonra deyil, hələ əlimizdə ikən bilinməlidir.

Elə insanlar var ki, nədənsə başqalarının həyatını sorğu-suala çəkmək üçün açıq kitab hesab edirlər. - "Nə vaxt evlənəcəksən?", - "Uşaq nə vaxt olacaq?", - "İkinci uşağı düşünmürsünüz?", - "Niyə ayrıldınız?", - "Nə qədər pul qazanırsan?", - "Ev almısınızmı?", - "Niyə bu qədər arıqlamısan və ya kökəlmisən?", - "İşə niyə gəlməmişdin?", - "Hara getmişdin?" və ya "Haradan gəlirsən?" və s. Üstəlik, bu sualların çoxu adətən "sadəcə maraqlandığım üçün və ya mənə önəmli olduğun üçün soruşuram" kimi təqdim olunur. Amma heç kim düşünmür ki, belə sualların hər birinin arxasında - bir sınaq, çətin bir dövr, həssas məqam, şəxsi seçim və ya insanın sadəcə danışmaq istəmədiyi bir məsələ ola bilər. İstərdim ki, hamımız bu sadə qaydanı öyrənək: - əgər insan bir mövzunu özü açmırsa, deməli, o mövzu müzakirəyə açıq deyil. Başqasının şəxsi sərhədlərinə hörmət etmək də gözəl əxlaqın göstəricisidir. 🧡

Özü ilə savaşda olan biri, sənin ünsiyyətini, müzakirəni, hətta sevgini belə özünə qarşı savaş kimi hiss edər.

Hər dəfə qorxduğum zaman özümə xatırladıram ki, həyatımdakı bütün yaxşı şeylər cəsarətli olmağa qərar verdikdən sonra gəlib. 🌿

Belə bir cümlə oxudum: Sondakı hörmətsizlik o qədər ağır idi ki, o ana qədər olan bütün xatirələrdən daha təsirli idi. O anda anladım ki, artıq dönüşü yoxdur. 🌾

Bir şeyin yetişməsini həddindən artıq gözləmək də solmaqdır əslində. Çünki insan bəzən ümid etdiyini böyütməz, onun ətrafında tükənər.

Yetkinləşmək həm də onu anlamaqdır ki, bəzi insanlar sizi heç vaxt başa düşməyəcək; çünki onlar dünyanı yalnız öz baxış bucaqlarından görməyə vərdiş ediblər. Bəzən problem sənin özünü ifadə edə bilməməyin deyil... Böyümək və emosional olaraq yetkinləşmək, həm də hər kəsə özünü sübut etmək məcburiyyətində olmadığını anlamaqdır. Çox vaxt elə düşünürük ki, bir az da izah etsək, bir az da çalışsaq, qarşı tərəf bizi başa düşəcək. Amma həqiqət budur ki: İnsanlar sizi yalnız öz daxili dünyalarının icazə verdiyi qədər anlaya bilərlər. Onların travmaları, qəlibləri və baxış bucaqları sizin həqiqətinizi görməyə mane olur. Bu, onların pis insan olması demək deyil, sadəcə hər kəsin "gözlüyü" fərqlidir. Özünüzü başqalarının dar pəncərələrinə sığışdırmaq üçün yormayın. Sizi anlayanlarla yolunuza davam edin. 🌼🍃

Ömür zənn etdiyimiz qədər uzun, dünya işləri önəmsədiyimiz qədər dəyərli, ölüm də düşündüyümüz qədər uzaqda deyildir.

Ömür zənn etdiyimiz qədər uzun, dünya işləri önəmsədiyimiz qədər dəyərli, ölüm də düşündüyümüz qədər uzaqda deyildir.

Nə qədər yaxşı olursan ol, insanlar sənə öz əskikliklərinin (gözlüklərinin) pəncərəsindən baxacaqlar.

Təsadüflərə ehtiyac var. Plansız və zamansız gələn gözəlliklərə... ❣️

Vaxt olar ki, bircə anda insanı, Əlli ilin hörmətindən salar söz.

Münasibətdə hörmət bitibsə, sevgi sadəcə dilənçi payı kimi qalır.

Bəzən bir yoldan geri dönməyin də irəliləmək olduğunu biləcək yaşdayam. ✔️

"Səni susuzluqdan öldürən, amma tam tərk etmək istəyəndə bir qurtum su verib yaşadan münasibət... Bu sevgi deyil, yavaşladılmış emosional edamdır." Bu, sevgi deyil, emosional tələdir. Nə səni xoşbəxt edir, nə də xoşbəxt olmağın üçün getməyinə icazə verir. Səni "bəlkə dəyişər" ümidi ilə bir boşluğa həbs edir. Getmək istədiyin an isə sənə göstərdiyi o süni "cənnət", əslində səni yenidən eyni "cəhənnəmə" bağlamaq üçündür.

"Səni susuzluqdan öldürən, amma tam tərk etmək istəyəndə bir qurtum su verib yaşadan münasibət... Bu sevgi deyil, yavaşladılmış emosional edamdır." Bu, sevgi deyil, emosional tələdir. Nə səni xoşbəxt edir, nə də xoşbəxt olmağın üçün getməyinə icazə verir. Səni "bəlkə dəyişər" ümidi ilə bir boşluğa həbs edir. Getmək istədiyin an isə sənə göstərdiyi o süni "cənnət", əslində səni yenidən eyni "cəhənnəmə" bağlamaq üçündür.