fa
Feedback
Kitab Sevər

Kitab Sevər

رفتن به کانال در Telegram

Kitablardan mənalı sitatlar, aforizmlər 📖🧡 Psixoloji yazılar və mənəvi inkişafla bağlı sizə yardımı olacaq cümlələr. 🌼 Düşündürücü fikirlər və ilham verən sətirlər.. 🎈

نمایش بیشتر
624
مشترکین
-124 ساعت
-47 روز
-1130 روز
آرشیو پست ها
Uşaqlıq o gün başa çatır ki, bir vaxtlar sənin üçün narahat olan valideynlərin üçün sən narahat olmağa başlayırsan. 🍂

Kiminin atası yoxdur yetimdir, kiminin atası vardır yetimdən daha yetimdir. 🌾

Əgər ayağın səni yoldan çıxarırsa, onda ayağını kəs; bu həyatı tək ayaqla axsaya-axsaya yaşamaq, cəhənnəmə iki ayaqla girməkdən daha yaxşıdır. 🪶

Ev bir yer deyildir, bir hissdir. ✨

Biz keçmişdə yaşanıb bitmiş o gözəl anın keçmişdə qalmasıyla barışa bilmirik, həmin anı təkrar yaşamaq üçün o adamı arzulayırıq, hətta bəzən nahaq yerə onu tapmağa cəhd edirik. Anlamırıq ki, bizi o adamın ayağına gətirən həmin anları yenidən yaşamaq arzusudur, halbuki nə o həmin adamdır, nə də sən əvvəlki sənsən. ❤️‍🩹

Biz keçmişdə yaşanıb bitmiş o gözəl anın keçmişdə qalmasıyla barışa bilmirik, həmin anı təkrar yaşamaq üçün o adamı arzulayırıq, hətta bəzən nahaq yerə onu tapmağa cəhd edirik. Anlamırıq ki, bizi o adamın ayağına gətirən həmin anları yenidən yaşamaq arzusudur, halbuki nə o həmin adamdır, nə də sən əvvəlki sənsən. 🦋

Əgər bir qadın nə üçün incidiyini hər dəfə izah etmək məcburiyyətində qalırsa, deməli, anlaşıldığı və sevildiyi bir yerdə deyil. Başa salınmalı olan inciklik, əslində sevgisizliyin etirafıdır.

Bir gün yaxşı hiss etdirib, sonra günlərlə incidən insanlar insanın bütün daxili balansını pozurlar. Yaxşı keçən günlərə baxıb düşünürsən ki, bəlkə hər şey düzələr. Amma zaman keçdikcə anlayırsan ki, dəyişən o deyil, sənsən. Birdən görürsən ki, əvvəlkindən daha gərgin, daha stressli, daha əsəbi və özünəinamı azalmış bir insana çevrilmisən. Belə insanlar zamanla səni heç olmaq istəmədiyin birinə çevirə bilirlər.

Bir gün yaxşı hiss etdirib, sonra günlərlə incidən insanlar insanın bütün daxili balansını pozurlar. Yaxşı keçən günlərə baxıb düşünürsən ki, bəlkə hər şey düzələr. Amma zaman keçdikcə anlayırsan ki, dəyişən o deyil, sənsən. Birdən görürsən ki, əvvəlkindən daha gərgin, daha stressli, daha əsəbi və özünəinamı azalmış bir insana çevrilmisən. Belə insanlar zamanla səni heç olmaq istəmədiyin birinə çevirə bilirlər. ✍🏻

Səhv insan bəhanə, doğru insan yol axtarar. 🪴

Əgər özünü həqiqətən sevsəydin, heç vaxt bir başqasına əzab-əziyyət verə bilməzdin. 🌱

"Səhər səni heç kim oyatmayanda, gecə heç kim səni gözləməyəndə və istədiyin hər şeyi edə biləndə... Buna necə ad verirsən: azadlıq, yoxsa tənhalıq?" 🍂

Mənim bildiyim, anladığım əxlaq başqadır: məsələn, sənə heç bir zərəri dəymədən fərqli yaşayan adamların həyat tərzini müzakirə etməməkdir, insanların şəxsi həyatlarına qarışmamaqdır. Dinləməyi, gözləməyi bacarmaqdır əxlaq. Ailənin, dostun, sevgilinin, hətta düşmənin qarşısında dürüst qalmağa çalışmaqdır, öhdəliyini anlamaqdır. Ən əsası da etibarlı adam olmaqdır. 📖🐞

Hər bir günün həyatımıza əlavə olunan bir gün deyil, əslində əlimizdən gedən bir gün olduğunu anladıqda, həqiqətən nəyin vacib olduğuna daha çox dəyər verməyə başlayırıq. Və bu, insana çox təsir edir.

Birinin həmişə yanında olması - onu "adiləşdirmək" üçün deyil, daha çox qiymətləndirmək üçün bir səbəbdir. Çox vaxt bizə sadiq qalan, hər çətinlikdə yanımızda dayanan insanları "onsuz da gedəcək yer yoxdur" düşüncəsiylə arxa plana atırıq. Halbuki sabitlik zəiflik deyil - seçimdir. Hər gün yenidən qalmağı seçən insan, əslində hər gün sevgisini sübut edir. Sağlam münasibətlərin təməli də budur: davamlılığı sevginin sübutu kimi görmək, öyrəşmə kimi yox.

Birinin həmişə yanında olması - onu "adiləşdirmək" üçün deyil, daha çox qiymətləndirmək üçün bir səbəbdir. Çox vaxt bizə sadiq qalan, hər çətinlikdə yanımızda dayanan insanları "onsuz da gedəcək yer yoxdur" düşüncəsiylə arxa plana atırıq. Halbuki sabitlik zəiflik deyil - seçimdir. Hər gün yenidən qalmağı seçən insan, əslində hər gün sevgisini sübut edir.

Birinin hər zaman orada olması dəyərsizləşməməlidir əksinə daha çox qiymət qazanmalıdır. 🧡

Gözəl günləri gözləyərək böyüdük, indi də köhnə günlər üçün darıxaraq yaşayırıq.. 🎈

Hər kəs özünü göstərdiyi qədər deyil, gizlətdiyi qədərdir... 🌙

Bəzi dərsləri həyat insana özü verir. Məsələn bu il bir daha öyrəndim ki, yaxşılığın belə bu həyatda bir ölçüsü var.