uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

XƏBƏRLƏR l LİVE

XƏBƏRLƏR l LİVE

Відкрити в Telegram

Gündəmi 1 mesajla izləyin!

Показати більше
7 583
Підписники
-324 години
-397 днів
-15030 днів
Архів дописів
🇮🇷 İranda "Fövqəladə vəziyyət" elan edildi! t.me/xeberlerlive
19 трав 2024, 11:25

❗İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri bildirib ki, axtarış-xilasetmə qruplarından biri İran prezidentinin helikopterinin qəza etdiyi yerə çatıb. t.me/xeberlerlive
19 трав 2024, 11:18

🇮🇷 İran KİV-ləri qəzadan az öncə Azərbaycan sərhədinə yaxın ərazidən çəkilən bu fotonu paylaşır. t.me/xeberlerlive
🇮🇷 İran KİV-ləri qəzadan az öncə Azərbaycan sərhədinə yaxın ərazidən çəkilən bu fotonu paylaşır. t.me/xeberlerlive
19 трав 2024, 10:51

SON DƏQİQƏ❗️İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb. Bu barədə “Tasnim” məlumat yayıb. Bildirilib ki, qəza İranın Şərqi Azərbaycan vilayətində baş verib. Qeyd olunub ki, dövlət başçısının kolonunda ümumilikdə üç helikopter olub: onlardan ikisi təyinat nöqtəsinə çata bilib. Helikopterin sərnişinləri arasında Ayətullah Rəisi, Təbrizin Ayətullah əl-Haşim imamı, xarici işlər naziri Hüseyn Əmirabdollahian, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə nəfər də olub. Xilasetmə qrupları qəza yerinə yollanır. t.me/xeberlerlive
19 трав 2024, 09:43

🌨️ Milli Hidrometeorologiya Xidməti sabah yüksək dağlıq ərazilərinə qar yağacağı və dolu düşəcəyi ilə bağlı xəbərdarlıq edib. t.me/xeberlerlive
19 трав 2024, 08:07

🇦🇿Prezident İlham Əliyev: ▫️"Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir." t.me/xeberlerlive
19 трав 2024, 06:30

🇦🇿 Prezident İlham Əliyev: "Xalqlarımızın birgə uğuru təbii ki, dostlarımızı sevindirir, bunu bəyənməyənlər isə hesab edirəm ki, öz işləri ilə məşğul olsalar daha yaxşı olar. Əsas odur ki, İran və Azərbaycan dövlətləri bu gün çox güclü birgə siyasi iradə göstərirlər, öz xalqlarına və bütün dünyaya açıq bəyan edirlər ki, biz birlikdəyik və bundan sonra da birlikdə olacağıq". t.me/xeberlerlive
19 трав 2024, 05:00

Azərbaycan və İran prezidentləri dövlət sərhədində bir araya gəliblər.
+1
Azərbaycan və İran prezidentləri dövlət sərhədində bir araya gəliblər.
19 трав 2024, 03:41

🇦🇿Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər.Daha sonra Mincivan qəsəbəsinin təməlini qoyub. t.me/xeberlerlive
18 трав 2024, 08:41

🪖Hərbi Hava Qüvvələrinə yeni komandan general-mayor Namiq İslamzadə təyin olunub. t.me/xeberlerlive
18 трав 2024, 04:30

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin şəhərin Baş planı ilə tanış olublar.
17 трав 2024, 03:45

🚕 İyun ayının 1-dən etibarən taksilərdə minimal gediş haqqı 4.50 AZN olacaq. Bu barədə taksi sürücüləri məlumat verib. Bildiriblər ki, taksi şirkətlərindən onlara bununla bağlı məlumat verilib. Sürücülərin sözlərinə görə, qiymət artımına səbəb köhnə taksilərdən istifadəyə qadağa qoyulmasıdır. t.me/xeberlerlive
17 трав 2024, 03:41

🇦🇿🇺🇸Hikmət Hacıyev ABŞ-də səfərdədir. Prezidentin köməkçisi səfər çərçivəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim və dövlət katibinin demokratiya, əmək və insan hüquqları üzrə köməkçisi Robert Cilkristlə görüşüb. t.me/xeberlerlive
17 трав 2024, 00:26

Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan arasında qısa danışıqlar olub. Əsas görüş bu axşam olacaq. t.me/xeberlerlive
16 трав 2024, 12:00

Vəfat edən hərbi qulluqçumuzun fotosu: Allah rəhmət eləsin 🥀 t.me/xeberlerlive
Vəfat edən hərbi qulluqçumuzun fotosu: Allah rəhmət eləsin 🥀 t.me/xeberlerlive
16 трав 2024, 03:56

🇦🇿🇦🇲Paşinyan Ermənistan və Azərbaycan tərəfindən Tavuşda delimitasiya haqqında protokol-təsvirin imzalanmasını böyük uğur adlandırıb. ▫️"Bu, Ermənistanın suverenliyinin və təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün təməl daşı oldu", - Ermənistanın baş naziri bildirib. ▫️O əlavə edib ki, müstəqillik tarixində ilk dəfə Ermənistan rəsmi delimitasiya edilmiş sərhədə malikdir ki, bu da təhlükəsizlik və sabitliyin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq. t.me/xeberlerlive
16 трав 2024, 03:13

Repost from Miriyev TV
❗Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Sənan Kərəm oğlunun kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik. Xidmətdən kənarda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin! t.me/miriyevtv
16 трав 2024, 02:14

🇦🇿🇦🇲 2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib. Görüşün gedişində komissiyalar onlar tərəfindən qəbul edilmiş 2024-cü il 19 aprel tarixli 8-ci görüşün Protokoluna uyğun olaraq görülmüş işləri müzakirə edib və Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar. Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb. Növbəti görüşün keçirilməsi tarixi və yeri işçi qaydada razılaşdırılacaq. t.me/xeberlerlive
15 трав 2024, 15:47

🇸🇰 Slovakiya Baş nazirinə sui-qəsd olub. Onun vəziyyəti ağırdır. O, döş qəfəsindən ən azı 3 güllə yarası alıb. t.me/xeberle
🇸🇰 Slovakiya Baş nazirinə sui-qəsd olub. Onun vəziyyəti ağırdır. O, döş qəfəsindən ən azı 3 güllə yarası alıb. t.me/xeberlerlive
15 трав 2024, 09:54

🇷🇺 Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin: “Moskva Rusiya, Ermənistan və Azərbaycan liderlərinin qərarı ilə 2021-ci ildə yaradılmış üçtərəfli işçi qrupun tamhüquqlu işini mümkün qədər tez bərpa etməyi zəruri hesab edir. Onun sözlərinə görə, Qərbin təzyiqi ilə İrəvan Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması işi üzrə üçtərəfli əməkdaşlığı dondurmaq qərarına gəlib.” t.me/xeberlerlive
15 трав 2024, 03:30