XƏBƏRLƏR l LİVE
رفتن به کانال در Telegram
7 588
مشترکین
-324 ساعت
-287 روز
-16330 روز
آرشیو پست ها
7 588
🌨️ Milli Hidrometeorologiya Xidməti sabah yüksək dağlıq ərazilərinə qar yağacağı və dolu düşəcəyi ilə bağlı xəbərdarlıq edib.
t.me/xeberlerlive
19 مه 2024, 08:07
7 588
🇦🇿Prezident İlham Əliyev:
▫️"Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir."
t.me/xeberlerlive
19 مه 2024, 06:30
7 588
🇦🇿 Prezident İlham Əliyev:
"Xalqlarımızın birgə uğuru təbii ki, dostlarımızı sevindirir, bunu bəyənməyənlər isə hesab edirəm ki, öz işləri ilə məşğul olsalar daha yaxşı olar. Əsas odur ki, İran və Azərbaycan dövlətləri bu gün çox güclü birgə siyasi iradə göstərirlər, öz xalqlarına və bütün dünyaya açıq bəyan edirlər ki, biz birlikdəyik və bundan sonra da birlikdə olacağıq".
t.me/xeberlerlive
19 مه 2024, 05:00
7 588
+1
Azərbaycan və İran prezidentləri dövlət sərhədində bir araya gəliblər.
19 مه 2024, 03:41
7 588
🇦🇿Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər.Daha sonra Mincivan qəsəbəsinin təməlini qoyub.
t.me/xeberlerlive
18 مه 2024, 08:41
7 588
🪖Hərbi Hava Qüvvələrinə yeni komandan general-mayor Namiq İslamzadə təyin olunub.
t.me/xeberlerlive
18 مه 2024, 04:30
7 588
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin şəhərin Baş planı ilə tanış olublar.
17 مه 2024, 03:45
7 588
🚕 İyun ayının 1-dən etibarən taksilərdə minimal gediş haqqı 4.50 AZN olacaq.
Bu barədə taksi sürücüləri məlumat verib. Bildiriblər ki, taksi şirkətlərindən onlara bununla bağlı məlumat verilib. Sürücülərin sözlərinə görə, qiymət artımına səbəb köhnə taksilərdən istifadəyə qadağa qoyulmasıdır.
t.me/xeberlerlive
17 مه 2024, 03:41
7 588
🇦🇿🇺🇸Hikmət Hacıyev ABŞ-də səfərdədir.
Prezidentin köməkçisi səfər çərçivəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim və dövlət katibinin demokratiya, əmək və insan hüquqları üzrə köməkçisi Robert Cilkristlə görüşüb.
t.me/xeberlerlive
17 مه 2024, 00:26
7 588
Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan arasında qısa danışıqlar olub.
Əsas görüş bu axşam olacaq.
t.me/xeberlerlive
16 مه 2024, 12:00
7 588
Vəfat edən hərbi qulluqçumuzun fotosu:
Allah rəhmət eləsin 🥀
t.me/xeberlerlive
16 مه 2024, 03:56
7 588
🇦🇿🇦🇲Paşinyan Ermənistan və Azərbaycan tərəfindən Tavuşda delimitasiya haqqında protokol-təsvirin imzalanmasını böyük uğur adlandırıb.
▫️"Bu, Ermənistanın suverenliyinin və təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün təməl daşı oldu", - Ermənistanın baş naziri bildirib.
▫️O əlavə edib ki, müstəqillik tarixində ilk dəfə Ermənistan rəsmi delimitasiya edilmiş sərhədə malikdir ki, bu da təhlükəsizlik və sabitliyin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq.
t.me/xeberlerlive
16 مه 2024, 03:13
7 588
Repost from Miriyev TV
❗Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Sənan Kərəm oğlunun kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.
Xidmətdən kənarda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!
t.me/miriyevtv
16 مه 2024, 02:14
7 588
🇦🇿🇦🇲 2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib.
Görüşün gedişində komissiyalar onlar tərəfindən qəbul edilmiş 2024-cü il 19 aprel tarixli 8-ci görüşün Protokoluna uyğun olaraq görülmüş işləri müzakirə edib və Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar.
Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb. Növbəti görüşün keçirilməsi tarixi və yeri işçi qaydada razılaşdırılacaq.
t.me/xeberlerlive
15 مه 2024, 15:47
7 588
🇸🇰 Slovakiya Baş nazirinə sui-qəsd olub.
Onun vəziyyəti ağırdır. O, döş qəfəsindən ən azı 3 güllə yarası alıb.
t.me/xeberlerlive
15 مه 2024, 09:54
7 588
🇷🇺 Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin:
“Moskva Rusiya, Ermənistan və Azərbaycan liderlərinin qərarı ilə 2021-ci ildə yaradılmış üçtərəfli işçi qrupun tamhüquqlu işini mümkün qədər tez bərpa etməyi zəruri hesab edir.
Onun sözlərinə görə, Qərbin təzyiqi ilə İrəvan Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması işi üzrə üçtərəfli əməkdaşlığı dondurmaq qərarına gəlib.”
t.me/xeberlerlive
15 مه 2024, 03:30
7 588
Repost from N/a
☀️💥 Günəşdə son yeddi ilin ən güclü partlayışı baş verdi
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının rəhbəri Sergey Boqaçev məlumat verib.
Müşahidə məlumatlarına görə, yeni partlayış Yerdə maqnit qasırğasına səbəb ola bilər.
Mənbə: RİA Novosti
t.me/vefadarmuallim
14 مه 2024, 17:23
7 588
❗️Gürcüstan hökuməti Tbilisiyə gələn Almaniya, Polşa, Çexiya, Latviya, Litva və Estoniya nümayəndə heyətləri ilə danışmaqdan imtina edib.
Bunu Bundestaqın Xarici Əlaqələr Komitəsinin rəhbəri Maykl Rot deyib.
t.me/xeberlerlive
14 مه 2024, 10:03
7 588
🇦🇿🇦🇲Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayın 16-da Cenevrədə görüşəcəklər.
t.me/xeberlerlive
14 مه 2024, 09:40
7 588
İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinə:
"ATƏT Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməyib. Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərib.
ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır".
t.me/xeberlerlive
14 مه 2024, 06:24
