7 471
Repost from Bütöv Azərbaycan Tarixi🇦🇿𒀭
🛩Aviasiya Qəzasında Həlak Olan Prezidentlər - YENİLƏNİB
Bu günə qədər vəzifədə olarkən aviasiya qəzasında həlak olan prezidentlərin sayı 13-dür. İlk belə hadisə 1940-cı ildə Paraqvay prezidenti Xose Feliks Estigarribianın başına gəlib. 1957-ci ildə Filippin prezidenti Ramon Magsaysay, 1966-cı ildə İraq prezidenti Abdul Salam Arif, 1967-ci ildə Braziliya prezidenti Humberto de Alencar Castelo Branco, 1969-da Boliviya prezidenti Rene Barrientos, 1981-də Ekvador prezidenti Jaime Roldós Aguilera, 1986-da Mozambikin ilk prezidenti Samora Machel, 1988-də Pakistan prezidenti Məhəmməd Ziya-ül-Həq, 1994-cü ildə eyni təyyarədə olan Ruanda prezidenti Juvenal Habyarimana və Burundi prezidenti Cyprien Ntaryamira, 2004-cü ildə Şimali Makedoniya prezidenti Boris Traykovski, 2010-cu ildə Polşa prezidenti Lex Kaçinski və son olaraq bu gün İran prezidenti İbrahim Rəisi aviasiya qəzalarında həlak olublar.
t.me/MutluTurkum
20 трав 2024, 05:18
