uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

Oxu24.com

Oxu24.com

Відкрити в Telegram

Oxu.24 saytının Rəsmi Telegram Kanalı ✅ https://oxu24.com/

Показати більше
7 509
Підписники
-2924 години
-637 днів
-17830 днів
Архів дописів
👵 İyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiya yaşı 64 il 6 ay olacaq. Bu artım 2017-ci ildən mərhələli şəkildə həyata keçirilir və 2027-ci ildə qadınlar üçün pensiya yaşı 65-ə çatdıqda tamamlanacaq. 👴🏻 Kişilər isə bu yaş həddinə artıq 2021-ci ildə çatmışdılar. t.me/xeberlerlive
26 трав 2025, 16:51

❗️Bu həftə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana səfər edəcək. t.me/xeberlerlive
26 трав 2025, 13:28

🇦🇲 Paşinyan: "Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiqləməsə, Ermənistanın konstitusiyasını dəyişəcəyəm" t.me/xeberlerlive
26 трав 2025, 02:43

❗️☀️ Bu gün Bakıda 27 rayonlarda 28 dərəcə isti olacaq. t.me/xeberlerlive
25 трав 2025, 03:40

⚡️Paşinyan: Mən Avropa Siyasi Birliyinin Sammitinin Azərbaycanda keçirilməsi qərarını alqışlayıram. t.me/xeberlerlive
⚡️Paşinyan: Mən Avropa Siyasi Birliyinin Sammitinin Azərbaycanda keçirilməsi qərarını alqışlayıram. t.me/xeberlerlive
23 трав 2025, 12:43

⚡Qırğızıstanın Mərkəzi Bankı kartlardan pulların oğurlanması halları ilə bağlı ölkə bankları qarşısında yeni tələblər qoyub. Həmin tələblərə əsasən banklar: ● Dələduzluq hallarına qarşı strategiya hazırlayıb Mərkəzi Banka təqdim etməlidirlər ● "Ağıllı" təhlükəsizlik sistemləri tətbiq etməlidirlər ● Onlayn əməliyyatlar zamanı risklər qiymətləndirilib müştəriyə məlumat verilməlidir ● Şübhəli əməliyyatı bank özü müəyyən edib dərhal kartı bloklamalıdır ● Dələduzluq halları ilə bağlı müştərilərin bankla əlaqə yaratması prosesi asanlaşdırılmalıdır ● Dələduzluq halı həmçinin bankın ehtiyatsızlığından baş veribsə, müştəriyə kompensasiya verilməlidir və s. t.me/xeberlerlive
23 трав 2025, 05:56

📌23 may 1524-cü ildə dünya tarixinin ən görkəmli şəxslərindən biri, Səfəvi dövlətinin qurucusu, böyük sərkərdə, Azərbaycan xalqının böyük oğlu Əbül-Müzəffər İsmail ibn Heydər əs-Səfəvi-Şah İsmayıl Xətainin 37 yaşında dünyaya göz yumduğu gündür. Ruhun şad olsun, Şah Babamız🇦🇿❤️
🇦🇿@MutluTurkum
22 трав 2025, 17:26

🇦🇿🔹Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşüb. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasın
+1
🇦🇿🔹Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşüb. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Brüsseldəki mənzil-qərargahına səfəri çərçivəsində alyansın baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb. t.me/xeberlerlive
22 трав 2025, 14:05

❗️Düz 53 il bundan öncə ABŞ prezidenti tarixdə ilk dəfə SSRİ-yə səfərə gəlib. Riçard Nikson Moskvaya yollanmazdan əvvəl jurnalistlərə "karyeramda ən gərgin danışıqlara" hazır olduğunu bildirmişdi. Dörd gün davam edən bu səfərin yekununda iki ölkə strateji silahların ixtisarı və raketdən müdafiə sistemlərinin məhdudlaşdırılması barədə razılıq əldə edib. SSRİ və ABŞ hətta ikitərəfli münasibətləri tənzimləyən siyasi bəyannamə də imzalayıb. Müzakirələrdən sonra Brejnev Ağ evin sahibi haqqında dediyi ifadə məşhurlaşır: "Niksonla iş görmək olar". t.me/MutluTurkum
22 трав 2025, 13:04

İsrail və Türkiyə Azərbaycandakı danışıqlardan sonra Suriyada hərbi toqquşmaların qarşısının alınması məqsədilə xüsusi “qaynar xətt”in yaradılması barədə razılığa gəliblər. t.me/xeberlerlive
21 трав 2025, 14:01

‼️ Lavrovdan etiraf: “Ermənistan Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın yeddi rayonunun ələ keçirilməsi üçün Rusiya silahlarından istifadə edib”.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında danışıb. “Xatırladım ki, Ermənistan demək olar ki, özünün bütün müstəqillik illərində, eləcə də heç vaxt rəsmi olaraq iddia etmədiyi 7 rayonun ələ keçirilməsində Rusiya silahından istifadə edib”, - deyə Lavrov qeyd edib. Rusiyanın XİN rəhbəri, həmçinin əlavə edib ki, ölkənin silahlarından ələ keçirilən ərazilərdə mühəndis istehkam qurğularının və döyüş xətlərinin qurulması üçün də istifadə edilib. Onun sözlərinə görə, bütün bunlar həmin ərazilərin uzun müddət saxlanılmasına hesablanıb: “Bəzi analitiklər isə bildirib ki, həmin mühəndis istehkam qurğularının xarakteri Ermənistanın həmin rayonları Azərbaycana geri qaytarmağı planlaşdırmadığından xəbər verib”.
t.me/xeberlerlive
21 трав 2025, 07:05

🇦🇿 İlham Əliyev Qərbi azərbaycanlıların geri qaytarılması üçün Ermənistandan dəqiq vaxt tələb edib. Türkiyənin paytaxtı Ankarada “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfrans keçirilir. Prezident konfrans iştirakçılarına müraciət ünvanlayıb. t.me/xeberlerlive
21 трав 2025, 05:26

İlham Əliyev: Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərtdir. t.me/xeberlerlive
21 трав 2025, 03:19

Ermənistana casusluqda ittiham olunan İqbal Əbilov 18 il müddətə azadlıqdan məhrum edilib. t.me/xeberlerlive
20 трав 2025, 04:11

❗️Elgün İbrahimovun anası Fizzə Zeynalova: "Mənim oğlumun intihar edə biləcəyi ilə bağlı xəbərlər əsassızdır. Hadisədən bir gün əvvəl o, son zəngə hazırlıqlar görürdü, rəqsə getmək niyyətində idi. Hər hansı bir problemi olsa, mənimlə bölüşərdi. Yayılan görüntülərə yəqin ki, baxmısınız. Onu döyüb öldürüblər". t.me/xeberlerlive l Teleqraf
19 трав 2025, 14:40

Story
19 трав 2025, 05:07

Ölkədə bu gün leysan, dağlıq ərazilərdə isə sulu qar gözlənilir. Bakıda və Abşeronda dəyişkən buludlu olacaq, səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacaq. Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-24° isti olacaq. Rayonlarda bəzi yerlərdə arabir yağış gözlənilir. Ayrı-ayrı yerlərdə leysan, dolu, yüksək dağlıq ərazilərdə sulu qar ehtimalı var. Temperatur gecə 13-18° isti, gündüz 24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti təşkil edəcək. t.me/xeberlerlive
19 трав 2025, 03:40

Repost from Miriyev TV
❗️Gəncədə 17 yaşlı oğlan kəsici alətdən xəsarət alıb Gəncədə yeniyetmə budundan kəsici alətdən xəsarət alıb. Hadisə Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınan yeni qəsəbədə qeydə alınıb. Həmin qəsəbədə yaşayan 2008-ci il təvəllüdlü Ruzi Həsənli bud nayihəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Onun hansı səbəbdən xəsarət alması məlum deyil. Hadisənin baş vermə səbəbləri araşdırılır. t.me/miriyevtv l unikal
18 трав 2025, 01:02

Repost from Miriyev TV
❗️Gəncədə 18 yaşlı gənc bıçaqlanıb Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində M.Tağıyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən həmyaşıdı Rihat Cəfərov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir. t.me/miriyevtv
17 трав 2025, 12:44

Repost from Miriyev TV
"Başqasına xidmət etməkdən tükənmişəm..." 🥀 t.me/miriyevtv
"Başqasına xidmət etməkdən tükənmişəm..." 🥀 t.me/miriyevtv
17 трав 2025, 10:20