XƏBƏRLƏR l LİVE
الذهاب إلى القناة على Telegram
Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9
إظهار المزيد8 832
المشتركون
-324 ساعات
-487 أيام
-22930 أيام
أرشيف المشاركات
8 827
Bu gün Novruz bayramının çərşənbələrinin üçüncüsü - Yel çərşənbəsidir.💨
Yel Çərşənbəniz Mübarək.❗️
Dərdinizi, kədərinizi qoy yel aparsın!
t.me/xeberlerlive
8 827
Repost from Miriyev TV
DİQQƏT ❗ Reklam qiymətlərimiz çox sərfəlidir.
Bizdə reklam silinmir 🤩 + sabitləmə 🎁
✅ @miriyevtv və @xeberlerlive kanalı
ƏLAQƏ ➡️ @miriyevelaqe
8 827
🔴 Azərbaycan gerbi, Ermənistan adı - "Temu"dan QALMAQALLI MƏHSUL
Son zamanlarda Azərbaycanda populyarlaşan "Temu" onlayn alış-veriş platformasında üzərində Azərbaycan gerbi olan kepkaların "Ermənistan emblemi" adı altında satılması müşahidə edilib.
Məlum olduğu kimi, "Temu" platformasında satılan məhsullar əsasən Çində istehsal edilir. İstifadəçilər platformanı bu səhvi düzəltməyə çağırıb.
t.me/xeberlerlive
8 827
Repost from Miriyev TV
🤷🏻♂️ DTX-nin rəis müavini: Ermənistan beş aya yaxındır Xankəndidə ölən erməni qadının meyitinin təhvil alınmasına münasibət bildirmir.
t.me/miriyevtv
8 827
🇦🇿🇮🇱 Mikayıl Cabbarov İsrailə səfər edəcək.
– Martın 17-də Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti İsrailə səfər edəcək.
–Səfər zamanı İsrailin Aralıq dənizindəki Tamar qaz yatağında 10 faizlik payın SOCAR-ın alınması ilə bağlı əvvəllər əldə olunmuş razılıq rəsmi olaraq imzalanacaq. Bundan əlavə, Livanla sərhədə yaxın yerləşən İsrailin ərazi sularında Azərbaycanın daha iki böyük enerji layihəsində iştirakını nəzərdə tutan saziş elan ediləcək.
– Bu müqavilənin təfərrüatları və şərtləri hələ açıqlanmayıb. İsraillə uzunmüddətli tərəfdaşlığa malik Azərbaycan İbrahim sazişlərinə qoşulmağa əsas namizədlərdən biridir.
t.me/xeberlerlive | KİV
8 827
🏴☠️ PKK terror təşkilatının yaxın bir ay ərzində qurultayı keçirəcəyi və özünü buraxacağı gözlənilir.
Bu barədə “Sabah” nəşri yazıb.
Qurultayın İraqın Süleymaniyyə və ya Ərbil şəhərlərində keçiriləcəyi ehtimal edilir.
İclasda xeyli sayda terrorçu iştirak edəcək. Qurultayın keçiriləcəyi yerdə təhlükəsizliyi İraq təmin edəcək.
Qeyd edilir ki, terror təşkilatının narkotik vasitələt, silah və insan alverindən 40 milyard dollar məbləğində sərvəti var. PKK-nın bəzi üzvlərinin bu qazancdan əl çəkmək istəmədikləri üçün silahlarını yerə qoymaq məsələsində müqavimət göstərə biləcəyi güman edilir.
Eyni zamanda bildirilir ki, təşkilat ləğv olunandan sonra silahlar yığılacaq. Bunun üçün xüsusi mexanizmin yaradılması gözlənilir. Terrorçuların Suriya qanadının silahları təslim etməsi xüsusilə əhəmiyyətlidir.
Qeyd edək ki, PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan fevralın 27-də tərəfdarlarına təslim olmaqla bağlı çağırış edib.
t.me/xeberlerlive
8 827
📊 Gecə saatlarında Lerik, Yardımlı və İsmayıllı rayonlarında zəlzələ baş verib.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, İsmayıllı rayonunda saat 04:01-də zəlzələ qeydə alınıb. Pirqulu stansiyasından 15 km şimal-qərbdə qeydə alınan zəlzələ 3,7 maqnitudada olub.
Zəlzələ ocağı Yerin 43 kilometr dərinliyində yerləşib.
Həmçinin saat 07:49-da, Yardımlı stansiyasından 11 km cənub-qərbdə, Lerik rayonunda da zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub. Yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib.
t.me/xeberlerlive
8 827
Repost from Miriyev TV
😁🇵🇹Cristiano Ronalda 🇹🇷Adanalı "Ronaldo"ya: Qardaş, sən mənə oxşamırsan, çox çirkinsən
t.me/miriyevtv
8 827
🌹Bu gün Beynəlxalq Qadınlar Günüdür!
Əziz qadınlar, siz həyatın ən gözəl hissəsisiniz! Hər birinizə sevgi, xoşbəxtlik və sağlamlıq dolu bir həyat arzulayıram. Dünyanı işıqlandıran gülüşünüz və gücünüz heç vaxt azalmayacaq. 8 Martınız mübarək! 🌷
t.me/xeberlerlive
8 827
⛅️ Bu günün havası
📍 Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava gözlənilir.
☀️ 12-17° isti olacaq.
📍 Rayonlarda da əsasən yağmursuz hava gözlənilir.
☀️ Gündüz 13-18° isti olacaq.
t.me/xeberlerlive
8 827
❗️Ermənistan ordusu sərhəddə təxribat törədib.
Ermənistan silahlı qüvvələri Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi yaxınlığında yanğın törədib. Hadisə ərazidəki texniki-müşahidə vasitələri tərəfindən qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının genişlənməsinin qarşısını almaq üçün zəruri tədbirlər görüb.
t.me/xeberlerlive
8 827
Repost from Bütöv Azərbaycan Tarixi🇦🇿𒀭
Azərbaycan, Azərbaycan, Azərbaycan...
Bu müqəddəs söz ən səmimi şəkildə 1955-ci il, martın 6-sı, Bakı vaxtı ilə gecə saat 23-50-də onu ən çox sevən bir insanın, tarixdə gəlmiş keçmiş ən böyük AZƏRBAYCANLININ dilindən son dəfə belə səsləndi...
Dövlətçiliyimizin banisi, üçrəngli bayrağımızın dalğalanması üçün həyatın bütün məşəqqətlərinə sinə gərən Ulu Öndər. Müqəddəs ruhuna baş əyir, Ulu Tanrımdan ruhuna rəhmət diləyirəm.
Bütün məşəqqətlərə baxmayaraq vətənin azad olacağı günə çox böyük əminliklə inanan dahi şəxsiyyətin 1953-cü ildə ,,Amerikanın səsi” radiosunda səsləndirdiyi tarixi çıxışından sitat:
Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz, vətəndaşlar!
Tini şad, məkanı uçmaq olsun!🇦🇿❤️
🇦🇿@MutluTurkum
8 827
SON DƏQİQƏ‼️Mövqelərimiz atəşə tutulub
Martın 4-ü saat 22:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.
t.me/xeberlerlive
8 827
🇦🇿❗️🇪🇺 Azərbaycanda Erasmus proqramı dayandırılıb.
Bilməyənlər üçün deyim ki, bu proqramın mahiyyəti Avropa İttifaqı daxilində tələbə mübadiləsidir.
t.me/xeberlerlive
8 827
❗️İran və Türkiyə arasında siyasi gərginlik:
Hakan Fidan “Əl-Cəzirə”yə müsahibəsində İranın bölgədə öz maraqları üçün çoxlu vəsait xərclədiyini vurğulayaraq Suriyaya münasibətdə əvvəlki səhvlərin təkrarlanmaması gərəkdiyini qeyd edib.
Bu açıqlamadan sonra Türkiyə səfiri İran XİN-ə çağırılıb. İran XİN Türkiyə tərəfindən ikitərəfli münasibətlərdə gərginliyə səbəb ola biləcək yanlış şərhlər və qeyri-real təhlillərin aparılmamasını tələb edib.
Bu gün İranın müvəqqəti işlər vəkili də Türkiyə XİN-ə çağırılıb və onunla bəzi İran rəsmilərinin Türkiyəyə qarşı irəli sürdüyü iddialarla bağlı müzakirə aparılıb.
t.me/xeberlerlive
8 827
❗️Bu gün Novruz bayramının çərşənbələrinin ikincisi - Od çərşənbəsidir.
Od çərşənbəniz mübarək!
t.me/xeberlerlive
8 827
🔥“Sabah böyük gecə olacaq. Bu, baş verən kimi deyəcəyəm”.
Bunu “Truth Social” sosial platformasında ABŞ Prezidenti Donald Tramp yazıb.
Başqa bir statusunda isə Ağ Ev rəhbəri özünü Ukrayna torpağının bir qarışını belə Rusiyaya verməyən ABŞ Prezidenti adlandırıb:
“Zəif və qeyri-effektiv demokratlar tənqid edəndə, feyk xəbərlər həvəslə yayılanda bu sözlərimi xatırlayın”.
t.me/xeberlerlive
8 827
🚬📈 Bu gündən etibarən Azərbaycanda bəzi tütün məmulatlarının qiyməti artıb. “LD”, “Winston” və “Sobranie” (bir neçə çeşidinin) qiyməti 0,20 qəpik bahalaşıb. “Kent” markalı siqaretlərin də bahalaşacağı gözlənilir.
t.me/xeberlerlive
8 827
Binə qəsəbəsində fərdi yaşayış evində partlayış olub, beş nəfər xəsarət alıb
t.me/xeberlerlive
متاح الآن! بحث تيليغرام 2025 — أهم رؤى العام 
