7 484
Repost from Bütöv Azərbaycan Tarixi🇦🇿𒀭
❗️Düz 53 il bundan öncə ABŞ prezidenti tarixdə ilk dəfə SSRİ-yə səfərə gəlib.
Riçard Nikson Moskvaya yollanmazdan əvvəl jurnalistlərə "karyeramda ən gərgin danışıqlara" hazır olduğunu bildirmişdi.
Dörd gün davam edən bu səfərin yekununda iki ölkə strateji silahların ixtisarı və raketdən müdafiə sistemlərinin məhdudlaşdırılması barədə razılıq əldə edib. SSRİ və ABŞ hətta ikitərəfli münasibətləri tənzimləyən siyasi bəyannamə də imzalayıb.
Müzakirələrdən sonra Brejnev Ağ evin sahibi haqqında dediyi ifadə məşhurlaşır: "Niksonla iş görmək olar".
t.me/MutluTurkum
22 трав 2025, 13:04
