uk
Feedback
Ormilitarism

Ormilitarism

Відкрити в Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Показати більше
7 306
Підписники
-524 години
-217 днів
-6030 день
Архів дописів
Səbəb nəticə məsələsinə gəldikdə indi hər yerdə Trumpun dahiliyini və daha çox itki vermədən geri çəkilməsini tirajlayırlar. Bununlada onun elədiyi siyasi səhvi ört basdır eləmək istəyirlər. Bəli ABŞ geri addım ataraq daha böyük rəzalətdən özünü çıxartdı amma ABŞ da Rusiya kimi bitirə bilməyəcəyi bir münaqişəyə soxularaq öz etibarını və gücünü sual altına qoydu. Edilməməli olan məsələ edilməməlidir. Burda gəl yoxlayaq prinsipi işə yaramır. ABŞ-ın Rusiyadan fərqi orda olduki onun generalları və yuxarı rəislər vəzifəsindəki şəxslər Trumpu fikrindən daşındırmaq üçün öz kreslolarını tərk etdilər. “Ura ura davay irəli” deyib alqış tutub daha katastrofik nəticələrə yol açmadılar. Səbəb- məqsəd - situasiya - nəticə Rusiya artıq 4 ildən çoxdur müharibə aparır və son 2 il boyunca Rusiyanın enerji infrastrukturları dayanmadan vurulur. Axır dövrlər hətda çoxalıb ki, sonuncu Moskva zərbələri ilə Ukrayna əlindəki kartın nə olduğunu göstərər bildi. Baxın burda Moskvanın vurulmasında günah nə HHM dir nə əsgərin nə zabitin. Günah 4 ildi gedən əməliyyatların məqsədindən kənara çıxmasıdır. Məqsəd nə idi - Ukraynanın demilitirazsiyası , səbəb nə idi Natoya yaxınlaşma , situasiya nədir işğal , nəticə nədir yoxdur qarşılığında zərər və xərc var. Məsəlçün mən ABŞ-ın stol arxasında nə hesabladığını deyə bilmərəm amma adamlar sahədə uduzdular. Nolsun dəqiq zərbələr endirdilər, nolsun İran flotunu məhv etdilər. Güya İran filotu döyüş qabiliyyətini əlindəmi saxlayırdıkı? Və ya qırıcıları? İranın əsas döyüş qabiliyyəti hələ əlində qalıbsa və ABŞ və mütrəfiqlərin müdafiə qabiliyyəti sınıbsa deməkki İran sahədə istədiyi nailiyyət çatıb. O radarlar, o antenalar, sistemlər hamısı vurulma ehtimalı olan bir obyektlərdir amma səbəbsiz yerə və nəticəsiz yerə vurulacaq qədər ucuz və tez hazır olan tikililər deyil.

Ukrayna yenə səhər tezdən hansısa istiqamətdə prob qoyur. Rusiya ərazisinə doğru dron hücumu edir.

Rusiya dünənki hadisələrdən sonra çox sakitdi

Ukrayna tərəfindən Moskvaya təşkil edilən dron hücumları zamanı Pantsir-S1 raket-top sistemlərinin bəzi hədəflərdən yayınması və ya onları vura bilməməsi : Pantsir-S1 əslində nöqtəvi hədəfləri (qanadlı raketlər, helikopterlər) qorumaq üçün effektiv sistem sayılsa da, müasir dron müharibəsi onun bəzi fundamental zəifliklərini ortaya çıxarıb. Raketlərin boşa çıxmasının və ya hədəfi vurmamasının əsas səbəblərini aşağıdakı amillərlə izah edə bilərik: Birincisi, Kiçik Radar Sahəsi (RCS) və Kompozit Materiallar faktorudur. Ukraynanın Moskvaya göndərdiyi uzaq mənzilli kamikadze dronları metal deyil, əsasən kompozit, plastik və ya faner materiallardan hazırlanır. Buradakı əsas problem odur ki, bu cür materiallar radar dalğalarını çox az əks etdirir və dronların Radar Kəsik Sahəsi (RCS) olduqca kiçikdir. Bunun nəticəsində Pantsir-S1-in aşkarlama radarı bu dronları çox gec — bəzən raketin minimum effektiv vurma məsafəsinə daxil olandan sonra müəyyən edir. Gec aşkarlanma isə raketin tuşlanma kompüterinə trayektoriyanı hesablamaq üçün kifayət qədər vaxt qoymur. İkincisi, Alçaq Hündürlük və Şəhər Relyefi (Urban Clutter) təsiridir. Dronlar Moskvaya daxil olarkən radiolokasiya sistemlərinə tutulmamaq üçün çox alçaqdan (50-100 metr) uçurlar. Şəhər mühitində uca binalar, elektrik xətləri və relyef radarlarda "fon küyü" (clutter) yaradır ki, bu da ciddi problemə çevrilir. Radarın göndərdiyi dalğalar binalara dəyib geri qayıdır və hədəfi vizual olaraq gizlədir. Rusiya rəhbərliyi bu problemi həll etmək üçün Pantsir sistemlərini binaların damına qüllələrə yerləşdirdi. Lakin bunun nəticəsi olaraq yeni kor zonalar yaranır: hədəf binaların arasından keçəndə drona kilidlənə bilmir və ya şəhərə zərər verməmək üçün atəş bucağı məhdudlaşır. Üçüncüsü, "Pantsir-S1" Raketinin Tuşlanma Mexanizmidir (SACLOS). Pantsir-S1 sistemində istifadə olunan 57E6 raketlərinin özünə məxsus axtarış başlığı (seeker) yoxdur. Onlar Radio-komanda vasitəsilə tuşlanma (SACLOS) prinsipi ilə işləyir. Sistemin işləyiş mexanizminə görə, atəşdən sonra Pantsir-in yerdəki idarəetmə radarı həm dronu, həm də öz raketini eyni anda izləməlidir. Yerdəki kompüter raketə radio siqnalları ilə "sağa dön", "sola dön" əmrləri göndərir. Buradakı əsas zəiflik ondan ibarətdir ki, əgər dron kəskin trayektoriya dəyişərsə və ya radio-elektron mübarizə (REB) vasitələri Pantsir-lə raket arasındakı radio əlaqə kanalını korlayarsa, raket tamamilə idarəolunmaz vəziyyətə düşür və hədəfdən yayınır. Dördüncüsü və ən əsası, Sürət və Sürətlənmə Uyğunsuzluğudur. Pantsir-S1 əslində səssiz, çox sürətli uçan hərbi hədəflər üçün optimallaşdırılıb və onun raketləri saniyədə 1000 metrdən çox sürətlə hərəkət edir. Problem burasındadır ki, Ukrayna dronları isə porşenli mühərriklərlə işləyir və çox yavaş (120-150 km/saat) uçurlar. Bunun nəticəsində çox sürətli bir raketin çox yavaş və kiçik hədəfi vurması üçün daxili idarəetmə sisteminin həssaslığı bəzən yetərli olmur. Raket hədəfi keçib gedir (overshoot edir) və sürətə görə sensoru işə düşə bilmir. Rusiya ordusu bu uğursuzluqları kompensasiya etmək üçün son dövrlərdə Moskva ətrafında Pantsir sistemlərinin sayını 100-dən çox vahidə çatdırıb və sistemlərin daxili proqram təminatını kiçik dronları tanıyacaq şəkildə yeniləməyə çalışır. Lakin hələ də kompleks şəhər infrastrukturu daxilində 100% effektivlik təmin etmək mümkün olmayıb.

Raket : Mən gedirəm bir qulluq?

Qaqaş bircə dəqiqə susmadıkı camaat diqqətin yığıb işini görsün.

Moskva neft emalı zavodunun ərazisində yerləşən rezervuar əslində zenit raketi ilə (və ya daşınan hava hücumundan müdafiə raketinin) rusların özü tərəfindən vurulub. Çoxlu sayda videonun yayılması bir daha göstərir ki, hücuma məruz qalan obyektin ətrafında çox sayda miqrant işçi və xarici turist olduqda, vətəndaşlar üçün nəzərdə tutulmuş “zərbə anlarının” və ya hava hücumundan müdafiə fəaliyyətinin görüntülərinin paylaşılmasına qoyulan qadağalar praktiki olaraq heç bir effekt vermir.

Pantsir doldurmağa gedən ruslar (rəngli)
Pantsir doldurmağa gedən ruslar (rəngli)

Binaların başına yerləşdirilən Pantsirlərin yenidən doldurulması necə olacaq görəsən.

Videoların çoxunda müdafiənin DZRK ilə edildiyini görürəm.

Moskva üzərinə edilən hücumda nadir istifadə edilən Ukrayna kamikadze dronu “Morok” da iştirak edib. Məlum məlumatlara görə,
+1
Moskva üzərinə edilən hücumda nadir istifadə edilən Ukrayna kamikadze dronu “Morok” da iştirak edib. Məlum məlumatlara görə, “Morok” təxminən 30 kq-lıq döyüş başlığını 800 km-ə qədər məsafəyə, saatda təxminən 300 km sürətlə daşıya bilir.

Moskva üzərinə edilən hücumda nadir istifadə edilən Ukrayna kamikadze dronu “Morok” da iştirak edib. Məlum məlumatlara görə,
+1
Moskva üzərinə edilən hücumda nadir istifadə edilən Ukrayna kamikadze dronu “Morok” da iştirak edib. Məlum məlumatlara görə, “Morok” təxminən 30 kq-lıq döyüş başlığını 800 km-ə qədər məsafəyə, saatda təxminən 300 km sürətlə daşıya bilir.

İspaniyanın EM&E şirkəti 2023-cü ildən etibarən Ukrayna Silahlı Qüvvələrinə 10000-ə yaxın ALKON 122 A22 GPS yönləndirmə dəsti
+2
İspaniyanın EM&E şirkəti 2023-cü ildən etibarən Ukrayna Silahlı Qüvvələrinə 10000-ə yaxın ALKON 122 A22 GPS yönləndirmə dəsti tədarük edib. Bu dəstlər 122 mm-lik “Qrad” reaktiv yaylım atəş sistemlərinin mərmilərinin dəqiqliyini 15 metrə qədər artırır. Bundan əlavə, lazer yönləndirməli ALKON 122 A2L versiyası da hazırlanıb ki, bu da dəqiqliyi təxminən 3 metrə qədər yüksəldir. 2026-cı ilin əvvəlindən etibarən onların Ukraynaya tədarükü artıq 1000 ədədə çatıb. ALKON 122 A22 dəqiq yönləndirmə dəstləri ABŞ istehsalı olan PGK (Precision Guidance Kit)lərin analoqudur. Bu sistemlər də adi 155 mm-lik mərmilərin dəqiqliyini artırır və 2022-ci ildən Ukraynaya tədarük olunur.

İllər boyu danışacağı video.

DZRK görəsən səhvmi getdi yoxsa o tərəfdə də PUA var idimi. Moskva

+7
Moskva zərbələrdən sonra

Köhnə silahların aktual lazımlığı barədə PDF yazmışdıq.

Rus hava müdafiə qoşunlarının komandanı tankistdir deyə oxşar hadisə baş verib.
Rus hava müdafiə qoşunlarının komandanı tankistdir deyə oxşar hadisə baş verib.

photo content