Ormilitarism
Открыть в Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Больше7 303
Подписчики
-424 часа
-237 дней
-6730 день
Архив постов
7 301
Ukrayna dronları Kerç boğazında “Panagiya” bərəsinə hücum edib.
Yanacaq logistikası üçün bərə alternativ üsul kimi tətbiq edilmişdi.
Əgər qarşı tərəf bərə əlaqəsini də tam dayandıra bilsə və buna əlavə olaraq R-280 marşrutu və Krımla Xerson vilayəti arasındakı körpülər vasitəsilə logistikanı pozsa, növbəti açıq hədəfin Krım körpüsü olacağı gözlənilir.
7 301
Krım adasında vəziyyət cəmi 1 gün düzəldi və yenidən əvvəlki pis halına qayıtdı. Hazırda adada yanacaq alışı dayandırılıb.
7 301
18 iyun hücumundan sonra Moskva neft emalı zavodunun peyk görüntüsü.
Zərbələr, neft emalı üzrə kombinə edilmiş qurğunun texniki estakadalarına və 6 yanacaq-sürtkü materialı rezervuarına dəyib.
Bundan əlavə, sağ yuxarı hissədə “Sadovod” bazarında baş vermiş yanğının izləri də görünür.
7 301
Ukrayna dronları Ukrayna sərhədindən 2000 km-dən çox məsafədə yerləşən Tümen neft emalı zavoduna hücum edib.
Regionun qubernatoru Aleksandr Moor hücumun uğurla dəf edildiyini və qalıqların yerə düşdüyünü bildirib.
7 301
+5
Mi-28NM helikopterlərinə Ukrayna FPV dronlarına qarşı mübarizə üçün radioelektron mübarizə kompleksləri quraşdırılmağa başlanıb.
SVÇ (300 MHz-dən 300 GHz-ə qədər mikrodalğa tezlikləri) abreviaturası ilə işarələnmiş yeni sensorlar qanad uclarında, kabinanın burun hissəsində və helikopterlərin quyruğunda görünməyə başlayıb.
Bundan əvvəl VNII “Gradient” tərəfindən FPV dron zərbələrindən qorunmaq üçün “Multik” adlı REM kompleksi haqqında məlumat yayılmışdı, lakin Mi-28NM-də quraşdırılan qurğular ona bənzəmir. Burada ya L-370 “Vitebsk” bort müdafiə kompleksinin modernləşdirilmiş versiyası, ya da tamamilə yeni bir sistemdən söhbət gedir.
7 301
Kiyev və Varşava arasında münasibətlərdə ciddi gərginlik yaranıb.
Böhran Polşa Prezidenti Karol Navrotskinin Ukrayna Prezidenti Volodimir Zelenskiyə təqdim edilmiş ölkənin ən ali dövlət mükafatı olan “Ağ Qartal” ordenini geri alması ilə başlayıb. Bu qərar Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrindən birinə “UPA Qəhrəmanları” adının verilməsinə cavab olaraq qəbul edilib. Polşa tərəfi bu addımı tarixi həqiqətlərə hörmətsizlik kimi qiymətləndirir və bildirir ki, UPA tərəfindən on minlərlə polşalının qətlə yetirilməsi faktı dəyişməz olaraq qalır.
Ukrayna isə bu qərarı sərt tənqid edib. Xarici İşlər Naziri Andrii Sibiha Polşanın addımını hörmətsizlik və strateji səhv adlandıraraq, ona verilmiş Polşa dövlət mükafatını geri qaytaracağını açıqlayıb. Kiyev hesab edir ki, heç bir ölkə Ukraynaya öz tarixini necə qiymətləndirməli olduğunu diktə edə bilməz və verilən adlandırma yalnız müasir dövrdə Rusiyaya qarşı döyüşən əsgərlərin motivasiyasını artırmaq məqsədi daşıyır.
Münaqişənin kökündə Volın hadisələri dayanır. Polşa bu hadisələri soyqırımı kimi tanıyır və əsasən mülki əhalinin kütləvi şəkildə qətlə yetirildiyini vurğulayır. Ukrayna isə UPA-nı sovet və nasist işğalına qarşı mübarizə aparmış milli azadlıq hərəkatı kimi qiymətləndirir və bu məsələdə fərqli tarixi yanaşma sərgiləyir.
Bu qarşıdurma Polşanın daxilində də fikir ayrılığı yaradıb. Baş nazir Donald Tusk prezidentin qərarını tənqid edərək bildirib ki, bu cür addımlar yalnız Rusiyanın maraqlarına xidmət edir və müttəfiqlər arasında parçalanma yaradır. O, mövcud şəraitdə emosional qərarlar deyil, daha təmkinli və strateji yanaşmanın vacib olduğunu vurğulayıb.
7 301
Polşa ilə Ukrayna özlərini məktəb Universitet boyu rəfiqə olub məzuniyyətdən sonra qırışan qızlar kimi aparır.
7 301
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının tam bağlandığını təsdiqləyir və gəmilərə yaxınlaşmamaq barədə xəbərdarlıq edir
7 301
Prezident administrasiyasının rəhbəri oldu yenə də rütbə və forma yerindədi. “Uşaq üzlü general” Budanov.
7 301
Krım üçün yanacaq daşıyan benzin maşınlarının kolonları, mobil atəş qruplarının müşayiəti hərəkət edir
Hazırda yarımadada yanacaqla bağlı vəziyyət hələ də gərgin olaraq qalır.
7 301
+6
Qərb mütəxəssislərinin qiymətləndirmələrinə görə, Rusiyanın 3M22 “Zirkon” raketi hipersəs deyil, “İskander” kimi kvaziballistik raketdir.
Bu nəzəriyyənin sübutu kimi “Zirkon”un bərk raket yanacağından istifadə etməsi barədə məlumatlar göstərilir ki, bu da daha çox ballistik raketlərə xasdır. Həmçinin qanadlı raketlər üçün xarakterik olan hava girişinin olmaması və uçuşunun sürətlənmə ilə başlayıb hədəfə yaxınlaşdıqca zəifləyən kvaziballistik trayektoriya üzrə getməsi qeyd olunur.
Ukraynanın açıqlamasına görə, müharibə başlayandan bəri Rusiya ordusu 46 ədəd 3M22 “Zirkon” raketindən istifadə edib və onların böyük hissəsi 2026-cı ilə təsadüf edir. Eyni zamanda Rusiyanın ümumi ehtiyatının 260 ədədə çatdığı bildirilir.
.
7 301
Ukrayna kamikadze dronunun Bryansk vilayətinin Uneça rayonunun Júdilovo dəmiryol stansiyası yaxınlığında, sərhəddən 55 km-dən çox məsafədə yanacaq daşıyan qatarın lokomotivinə zərbəsi.
7 301
İsrailin müdafiə naziri İsrail Katz bildirib ki, ölkəsi Livan, Qəzza və Suriyadan geri çəkilməyəcək. O həmçinin vurğulayıb ki, heç kim İsrailə nə etməli olduğunu diktə edə bilməz.
7 301
Səbəb nəticə məsələsinə gəldikdə indi hər yerdə Trumpun dahiliyini və daha çox itki vermədən geri çəkilməsini tirajlayırlar. Bununlada onun elədiyi siyasi səhvi ört basdır eləmək istəyirlər.
Bəli ABŞ geri addım ataraq daha böyük rəzalətdən özünü çıxartdı amma ABŞ da Rusiya kimi bitirə bilməyəcəyi bir münaqişəyə soxularaq öz etibarını və gücünü sual altına qoydu. Edilməməli olan məsələ edilməməlidir. Burda gəl yoxlayaq prinsipi işə yaramır.
ABŞ-ın Rusiyadan fərqi orda olduki onun generalları və yuxarı rəislər vəzifəsindəki şəxslər Trumpu fikrindən daşındırmaq üçün öz kreslolarını tərk etdilər. “Ura ura davay irəli” deyib alqış tutub daha katastrofik nəticələrə yol açmadılar.
Səbəb- məqsəd - situasiya - nəticə
Rusiya artıq 4 ildən çoxdur müharibə aparır və son 2 il boyunca Rusiyanın enerji infrastrukturları dayanmadan vurulur. Axır dövrlər hətda çoxalıb ki, sonuncu Moskva zərbələri ilə Ukrayna əlindəki kartın nə olduğunu göstərər bildi.
Baxın burda Moskvanın vurulmasında günah nə HHM dir nə əsgərin nə zabitin. Günah 4 ildi gedən əməliyyatların məqsədindən kənara çıxmasıdır. Məqsəd nə idi - Ukraynanın demilitirazsiyası , səbəb nə idi Natoya yaxınlaşma , situasiya nədir işğal , nəticə nədir yoxdur qarşılığında zərər və xərc var.
Məsəlçün mən ABŞ-ın stol arxasında nə hesabladığını deyə bilmərəm amma adamlar sahədə uduzdular. Nolsun dəqiq zərbələr endirdilər, nolsun İran flotunu məhv etdilər. Güya İran filotu döyüş qabiliyyətini əlindəmi saxlayırdıkı? Və ya qırıcıları?
İranın əsas döyüş qabiliyyəti hələ əlində qalıbsa və ABŞ və mütrəfiqlərin müdafiə qabiliyyəti sınıbsa deməkki İran sahədə istədiyi nailiyyət çatıb.
O radarlar, o antenalar, sistemlər hamısı vurulma ehtimalı olan bir obyektlərdir amma səbəbsiz yerə və nəticəsiz yerə vurulacaq qədər ucuz və tez hazır olan tikililər deyil.
7 301
Ukrayna yenə səhər tezdən hansısa istiqamətdə prob qoyur. Rusiya ərazisinə doğru dron hücumu edir.
7 301
Ukrayna tərəfindən Moskvaya təşkil edilən dron hücumları zamanı Pantsir-S1 raket-top sistemlərinin bəzi hədəflərdən yayınması və ya onları vura bilməməsi :
Pantsir-S1 əslində nöqtəvi hədəfləri (qanadlı raketlər, helikopterlər) qorumaq üçün effektiv sistem sayılsa da, müasir dron müharibəsi onun bəzi fundamental zəifliklərini ortaya çıxarıb.
Raketlərin boşa çıxmasının və ya hədəfi vurmamasının əsas səbəblərini aşağıdakı amillərlə izah edə bilərik:
Birincisi, Kiçik Radar Sahəsi (RCS) və Kompozit Materiallar faktorudur. Ukraynanın Moskvaya göndərdiyi uzaq mənzilli kamikadze dronları metal deyil, əsasən kompozit, plastik və ya faner materiallardan hazırlanır. Buradakı əsas problem odur ki, bu cür materiallar radar dalğalarını çox az əks etdirir və dronların Radar Kəsik Sahəsi (RCS) olduqca kiçikdir. Bunun nəticəsində Pantsir-S1-in aşkarlama radarı bu dronları çox gec — bəzən raketin minimum effektiv vurma məsafəsinə daxil olandan sonra müəyyən edir.
Gec aşkarlanma isə raketin tuşlanma kompüterinə trayektoriyanı hesablamaq üçün kifayət qədər vaxt qoymur.
İkincisi, Alçaq Hündürlük və Şəhər Relyefi (Urban Clutter) təsiridir. Dronlar Moskvaya daxil olarkən radiolokasiya sistemlərinə tutulmamaq üçün çox alçaqdan (50-100 metr) uçurlar. Şəhər mühitində uca binalar, elektrik xətləri və relyef radarlarda "fon küyü" (clutter) yaradır ki, bu da ciddi problemə çevrilir. Radarın göndərdiyi dalğalar binalara dəyib geri qayıdır və hədəfi vizual olaraq gizlədir. Rusiya rəhbərliyi bu problemi həll etmək üçün Pantsir sistemlərini binaların damına qüllələrə yerləşdirdi. Lakin bunun nəticəsi olaraq yeni kor zonalar yaranır: hədəf binaların arasından keçəndə drona kilidlənə bilmir və ya şəhərə zərər verməmək üçün atəş bucağı məhdudlaşır.
Üçüncüsü, "Pantsir-S1" Raketinin Tuşlanma Mexanizmidir (SACLOS). Pantsir-S1 sistemində istifadə olunan 57E6 raketlərinin özünə məxsus axtarış başlığı (seeker) yoxdur. Onlar Radio-komanda vasitəsilə tuşlanma (SACLOS) prinsipi ilə işləyir. Sistemin işləyiş mexanizminə görə, atəşdən sonra Pantsir-in yerdəki idarəetmə radarı həm dronu, həm də öz raketini eyni anda izləməlidir. Yerdəki kompüter raketə radio siqnalları ilə "sağa dön", "sola dön" əmrləri göndərir. Buradakı əsas zəiflik ondan ibarətdir ki, əgər dron kəskin trayektoriya dəyişərsə və ya radio-elektron mübarizə (REB) vasitələri Pantsir-lə raket arasındakı radio əlaqə kanalını korlayarsa, raket tamamilə idarəolunmaz vəziyyətə düşür və hədəfdən yayınır.
Dördüncüsü və ən əsası, Sürət və Sürətlənmə Uyğunsuzluğudur.
Pantsir-S1 əslində səssiz, çox sürətli uçan hərbi hədəflər üçün optimallaşdırılıb və onun raketləri saniyədə 1000 metrdən çox sürətlə hərəkət edir. Problem burasındadır ki, Ukrayna dronları isə porşenli mühərriklərlə işləyir və çox yavaş (120-150 km/saat) uçurlar. Bunun nəticəsində çox sürətli bir raketin çox yavaş və kiçik hədəfi vurması üçün daxili idarəetmə sisteminin həssaslığı bəzən yetərli olmur. Raket hədəfi keçib gedir (overshoot edir) və sürətə görə sensoru işə düşə bilmir.
Rusiya ordusu bu uğursuzluqları kompensasiya etmək üçün son dövrlərdə Moskva ətrafında Pantsir sistemlərinin sayını 100-dən çox vahidə çatdırıb və sistemlərin daxili proqram təminatını kiçik dronları tanıyacaq şəkildə yeniləməyə çalışır.
Lakin hələ də kompleks şəhər infrastrukturu daxilində 100% effektivlik təmin etmək mümkün olmayıb.
Уже доступно! Исследование Telegram 2025 — ключевые инсайты года 
