Munacat TV
Відкрити в Telegram
Allahla söhbət etmək üçün ən yaxşı dil🤍🕊 Allahla münacat etmək insan ruhuna elə təsir qoyur ki, insan var olduğunu unudur və özünü İlahi feyzə təslim edir.
Показати більше2 190
Підписники
-324 години
-117 днів
-2930 день
Триває завантаження даних...
Схожі канали
Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
липень '26
липень '26
+17
в 0 каналах
червень '26
+15
в 0 каналах
Get PRO
травень '26
+20
в 0 каналах
Get PRO
квітень '26
+9
в 0 каналах
Get PRO
березень '26
+11
в 1 каналах
Get PRO
лютий '26
+20
в 0 каналах
Get PRO
січень '26
+106
в 0 каналах
Get PRO
грудень '25
+92
в 0 каналах
Get PRO
листопад '25
+68
в 0 каналах
Get PRO
жовтень '25
+31
в 0 каналах
Get PRO
вересень '25
+24
в 0 каналах
Get PRO
серпень '25
+10
в 1 каналах
Get PRO
липень '25
+67
в 1 каналах
Get PRO
червень '25
+51
в 0 каналах
Get PRO
травень '25
+22
в 0 каналах
Get PRO
квітень '25
+16
в 1 каналах
Get PRO
березень '25
+51
в 0 каналах
Get PRO
лютий '25
+45
в 1 каналах
Get PRO
січень '25
+51
в 1 каналах
Get PRO
грудень '24
+38
в 2 каналах
Get PRO
листопад '24
+97
в 1 каналах
Get PRO
жовтень '24
+118
в 1 каналах
Get PRO
вересень '24
+106
в 1 каналах
Get PRO
серпень '24
+41
в 2 каналах
Get PRO
липень '24
+186
в 5 каналах
Get PRO
червень '24
+66
в 27 каналах
Get PRO
травень '24
+96
в 2 каналах
Get PRO
квітень '24
+49
в 46 каналах
Get PRO
березень '24
+348
в 1 каналах
Get PRO
лютий '24
+361
в 1 каналах
Get PRO
січень '24
+450
в 0 каналах
Get PRO
грудень '23
+447
в 2 каналах
Get PRO
листопад '23
+542
в 2 каналах
Get PRO
жовтень '23
+543
в 48 каналах
Get PRO
вересень '23
+269
в 0 каналах
Get PRO
серпень '23
+264
в 0 каналах
Get PRO
липень '23
+268
в 0 каналах
Get PRO
червень '23
+188
в 0 каналах
Get PRO
травень '23
+262
в 0 каналах
Get PRO
квітень '23
+320
в 0 каналах
Get PRO
березень '23
+51
в 0 каналах
Get PRO
лютий '23
+58
в 0 каналах
Get PRO
січень '23
+69
в 0 каналах
Get PRO
грудень '22
+118
в 0 каналах
Get PRO
листопад '22
+158
в 0 каналах
Get PRO
жовтень '22
+165
в 0 каналах
Get PRO
вересень '22
+181
в 0 каналах
Get PRO
серпень '22
+144
в 0 каналах
Get PRO
липень '22
+74
в 0 каналах
Get PRO
червень '22
+26
в 0 каналах
Get PRO
травень '22
+51
в 0 каналах
Get PRO
квітень '22
+201
в 0 каналах
Get PRO
березень '22
+140
в 0 каналах
Get PRO
лютий '22
+447
в 0 каналах
| Дата | Залучення підписників | Згадування | Канали | |
| 30 липня | 0 | |||
| 29 липня | 0 | |||
| 28 липня | 0 | |||
| 27 липня | 0 | |||
| 26 липня | +1 | |||
| 25 липня | 0 | |||
| 24 липня | 0 | |||
| 23 липня | 0 | |||
| 22 липня | 0 | |||
| 21 липня | 0 | |||
| 20 липня | +1 | |||
| 19 липня | +7 | |||
| 18 липня | 0 | |||
| 17 липня | 0 | |||
| 16 липня | 0 | |||
| 15 липня | +3 | |||
| 14 липня | +2 | |||
| 13 липня | 0 | |||
| 12 липня | +1 | |||
| 11 липня | 0 | |||
| 10 липня | 0 | |||
| 09 липня | 0 | |||
| 08 липня | 0 | |||
| 07 липня | 0 | |||
| 06 липня | 0 | |||
| 05 липня | 0 | |||
| 04 липня | +1 | |||
| 03 липня | 0 | |||
| 02 липня | 0 | |||
| 01 липня | +1 |
Дописи каналу
Ərbəində Piyada yolçuluq üçün tövsiyələr
1. Piyada yola çıxdığımız andan İmam Hüseynlə (ə) mənəvi əlaqə yaratmağa çalışaq. Biz öz məşuqumuzun görüşünə gedirik. Hər an həvəsimizi artırmalıyıq ki, məqbərənin günbəzi altına çatanda və zərihi görəndə hisslərimiz bol olsun. Bu düşüncə ilə nə yorğunluğu hiss edəcəyik, nə də ayaqlarımızın ağrılarını.
2. Piyada yol gedib yorulmaqla İmam Hüseyni (ə) ziyarət etməyin ləzzəti daha çoxdur. Həzrətin ziyarətinə piyada getdikdə qəlblə ayaqlar arasında bir növ əlaqə yaranır. Yolboyu ayaqlarımız yorulduqda, yaxud yaralandıqda qəlb görüşə hazır olur. Bu anların qədrini bilək.
3. Yolboyu çox düşünək. Bir saat düşünmək bir il ibadətdən üstündür.
4. Fikirləşək ki, İmam Hüseyn (ə) nə üçün şəhid oldu? Nə üçün onun ziyarətinə gedirik? Biz Kərbəlada olsaydıq, nə edərdik? Bizim indiki vəzifəmiz nədir? İndiyə qədər nə etmişik?
5. Fikirləşək ki, İmam Hüseynin (ə) və dostlarının ailə-uşaqları bizim getdiyimiz yoldan dəfələrlə uzaq olan Şama qədər piyada, ayaqyalın, əsir vəziyyətdə və ac-susuz gediblər. İnsanın qəlbini daha çox ağrıdan onlara qarşı edilən hörmətsizliklərdir. Fikirləşək ki, indi Hüseynin (ə) ziyarətçilərinə necə hörmət edirlər!
6. Ürəyimizə müraciət etsək, Kərbəladan Şama gedən əsir karvanını aydın hiss edərik. Amma ətrafımıza nəzər salanda görəcəyik ki, nə qədər başıuca yol gedirik və hamı bizi gözəl qarşılayır. Onda öz-özümüzə deyəcəyik: Bu hara, o hara?! Bu düşüncələrdən sonra istər-istəməz düşünəcəyik: “Sənin (müsibətli) gününə gün çatmaz, Ey Əbu Abdullah!”¹
7. Bu səfər İmam Mehdi (ə) ilə birlikdə gedilən bir səfər ola bilər. Yaxşı olar ki, həzrətin yanımızda olduğunu fərz edək, onun da ziyarətə getdiyini, bizi gördüyünü və matəm sahibi olduğunu bilək.
8. Yolboyu karvanımızın adamları ilə oturduqda rövzə məclisi qurmamız yaxşı olar. Ziyarətçilərə xidmət edən heyətlərin (mokəblərin) bəzisində karvanların istifadə etməsi üçün səsucaldanlar vardır.
9. Şeytan bu səfərin insan ruhunda buraxdığı böyük təsiri minimuma endirməyə çalışır. Ona görə də, bəzilərinin yersiz zarafatlar etməsinin, başqalarını lağa qoymasının şahidi oluruq. Əgər yolboyu zikr etmək üçün dəqiq proqramımız olsa və az danışsaq, çox asanlıqla belə hərəkətlərdən uzaq dura bilərik.
10. Piyada getdiyimiz müddətdə “Subhanəllah”, “Əlhəmdu lillah”, “La ilahə illəllah”, “Allahu-əkbər” zikrlərini daim təkrar edək. Bunlar ən yaxşı zikrlərdir. İmam Hüseynin (ə) son anlarında Kərbəlanın isti torpağı üstə dediyi sözləri demək daha yaxşıdır və insanın o həzrətlə daha yaxın ünsiyyətinə səbəb olar. Onun son sözləri bunlar idi: “İlahi! Sənin qəza-qədərinə razıyam, əmrinə təsliməm. Səndən başqa məbud yoxdur, ey fəryad edənlərin fəryadına yetən!”
11. Həzrət Əlinin (ə) məqbərəsində ikən yolboyu edəcəyimiz zikrləri tənzimləyək və ən azı, 5 min zikr, yaxud mümkün olsa, 14 min salavat deyək.
12. Yolboyu Aşura ziyarətnaməsini oxumağı unutmayaq.
13. Yemək-içməkdə ifrat-təfrit etməyək, yol gedə biləcəyimiz, ibadətlə məşğul ola biləcəyimiz qədər yeyib-içək. Çünki çox yemək qəlbin qaralmasına və mənəviyyatın azalmasına səbəb olur.
14. Ziyarət üçün piyada getməyimizin ibadət olduğunu bilək, mənəvi maraq və halla yol gedək, yolun başa çatmasına tələsməyək.
15. Əgər mümkün olsa, Kərbəlaya bir neçə kilometr qalmış yolu ayaqyalın gedək.
http://T.me/MunacatTV
| 2 | Немає тексту... | 228 |
| 3 | Əgər günahkarsansa, bu torpağa səcdə et! | 275 |
| 4 | Ərbəin ziyarətinin mənəvi faydaları
Hədislərə əsasən:
Kərbəla ziyarətçisinin atdığı hər addıma görə ona bir yaxşı əməl yazılır və bir günahı bağışlanır.
Allah onu nicat tapanların və diləyi qəbul olanların sırasına daxil edir.
Ayağını hər dəfə yerə qoyanda onun üçün İsmayıl (ə) övladlarından olan bir qul azad etməyin savabı yazılır.
İmam Hüseynin (ə) məzarına tərəf atdığı birinci addımda bütün günahları silinir, ikinci addımda savabları artır, sonrakı addımlarda da savabları dəfələrlə artır və cənnət ona vacib olur.
Atdığı hər addıma görə ona bir savab yazılır, bir günahı silinir, məqamı bir pillə yüksəlir.
Əmirəlmöminin Əlini (ə) ziyarət edib qayıdanlara iki həccin savabı yazılır, İmam Hüseynin (ə) məzarına tərəf atılan hər addıma görə isə bir həccin savabı.
İmam Sadiq (ə) buyurub: “İmam Hüseynin (ə) qəbrini ziyarət etmək məqsədilə evindən çıxan şəxs əgər piyada gedərsə, Səxavətli Allah hər addımına görə ona bir yaxşı əməl savabı yazar, bir günahını məhv edər. Məqbərəyə çatdıqda Allah-Taala onu seçilmiş salehlər sırasına daxil edər, ziyarət əməllərini başa vurduqdan sonra isə adını xilas olmuşlar sırasına yazar. Qayıdan zaman da bir mələk onun qarşısında dayanaraq deyər: “Peyğəmbər (s) sənə salam göndərib buyurur ki, əməllərinə əvvəldən başla, bütün keçmiş günahların bağışlanmışdır”.
Maddi və dünyəvi faydalar
İmam Hüseyn (ə) sevgisilə 100 km piyada yol gedən şəxsin fiziki gücü artır, xeyir işlər görməyə və çətinliklərə dözməyə mənəvi güc yaranır.
İraq xalqının dünyanın hər tərəfindən sel kimi axışıb gələn ziyarətçiləri qarşılaması şiə xalqlar arasında ülfət yaradır, kin-küdurətləri məhv edir.
http://T.me/MunacatTV | 290 |
| 5 | Ərbəin icazəsi onun əlindədir | 311 |
| 6 | Həzrət Ayətullah Behcət
Böyük arif həzrət Ayətullah Behcət Ərbəin ziyarətinə piyada getməklə bağlı buyurub: “Hədislərə görə, İmam Mehdi (ə) zühur edən zaman dünya əhalisinə deyəcək: “Ey insanlar! Mənim babam Hüseyni susuz öldürdülər. Ey insanlar! Mənim babam Hüseynin başını kəsdilər”. İmam Mehdi özünü bütün dünyaya İmam Hüseynlə (ə) tanıtdıracaq. Deməli, o zamana kimi bütün dünya Hüseyni (ə) tanımalıdır. Ancaq hal-hazırda hamı onu tanımır. Bu bizim təqsirimizdir. Biz şəhidlər sərvəri (ə) üçün güclü fəryad çəkib səsimizi bütün dünyaya çatdıra bilməmişik. Piyada Ərbəin ziyarəti İmam Hüseyni (ə) bütün dünyaya tanıtdırmaq üçün ən yaxşı fürsətdir. Şəhidlər sərvərinin (ə) ziyarəti tarix boyu çətin və təhlükəli olsa da, aşiqlər bunu gözə alıb Ərbəin günü İmam Hüseynin (ə) ziyarətinə getmişlər”.
Ərbəin ziyarətinin İmam Mehdi (ə) ilə əlaqəsi
Ərbəin ziyarətinin iki siması vardır. Bir siması Əbu Abdullah Hüseyndir (ə), digəri isə intizarı çəkilən həzrət Mehdi (ə). Möhtəşəm Ərbəin yürüşü və 20 milyon ziyarətçinin dünyanın müxtəlif yerlərindən Kərbəlaya toplaşması o həzrətin zühurunun yaxınlaşmasına ümidimizi artırır. İmam Mehdi (ə) bizim tabe olmalı olduğumuz imamımızdır. Ona görə də, nəfs və şeytanla cihadda öz yerimizi tapmalı, Həbib ibn Məzahir kimi müdriklik göstərib özümüzü dünya bazarından xilas etməli və axirət müştərisi olmalıyıq.
Piyada Ərbəin ziyarətinin mesajı
Piyada Ərbəin ziyarətinin mesajı bundan ibarətdir: “Ey mənim mövlam və sərvərim! Ey diri imamım! Ey Allahın böyük ehtiyatı! Əgər gəlsən və gözlərimiz üstə qədəm qoysan, səni cəddin Hüseyn (ə) kimi yalqız qoymaram. Bu sözümü sübut etməkdən ötrü Kərbəla yolunun və piyada Ərbəin ziyarətinin çətinliklərini gözə alıb tam sevgi ilə cihad edən və şəhid olan imamın ziyarətinə gəlmişəm və sənə bir daha beyət edirəm.
Bu ictimai toplantı, bu insan seli göstərir ki, 20 milyon əsgər canını sənə fəda etməyə hazırdır!”
Ərbəin ziyarətinə piyada gedənlərə tövsiyə
Ərbəin günü Kərbəlaya piyada yürüşdə mütləq iştirak etməniz, bu möhtəşəm aksiyanı günortadan qabaq yerinə yetirməniz tövsiyə olunur.İmam Hüseynin (ə) məqbərəsinə piyada yürüş Allahın böyük ehtiyatı olan həzrət Mehdinin (ə) zühuruna bir növ hərbi hazırlıqdır.
http://T.me/MunacatTV | 314 |
| 7 | Ərbəin barədə yalnız bir cümlə deyim: Hüseyn ibn Əlinin (ə) ailəsinin Kərbəlaya gəlməsi bəzən camaat arasında deyildiyi kimi təkcə ürəklərini boşaltmaq, yaxud əhdi təzələmək üçün deyildi. Məsələ bundan çox-çox önəmli idi. İmam Səccad (ə) və Zeynəbi-Kübra (ə) kimi şəxsiyyətlərin işlərini adi məsələlər kimi dəyərləndirmək olmaz. Belə böyük şəxsiyyətlərin iş və qərarlarında böyük sirlər axtarmaq lazımdır.
Şəhidlər ağası Hüseynin (ə) məzarı üstə gəlmək Aşura hərəkatının davamı idi. Bu işlə Hüseyn ibn Əlinin (ə) ardıcıllarına, Peyğəmbər (s) ailəsinin dostlarına və müsəlmanlara çatdırmaq istəyirdilər ki, İmam Hüseynin (ə) başladığı qiyam sona çatmayıb. Bu hadisə qətlə yetirilməklə, dəfn olunmaqla, əsir düşməklə və azad edilməklə bitmir və davam etməkdədir. Şiələrə öyrətdilər ki, bura böyük toplantı yeridir. Buraya toplaşmaqla İslam dövləti qurmaqdan ibarət böyük İslam məqsədi yada salınmalıdır. Peyğəmbər (s) ailəsinin, İmam Səccadın (ə) və Zeynəbi-Kübranın (ə) Ərbəində Kərbəlaya gəlməsində məqsəd bu idi.”
http://T.me/MunacatTV | 264 |
| 8 | Ərbəin ziyarətinə piyada getmək ənənəsi
Ərbəin günü İmam Hüseynin (ə) məzarını ziyarət etmək ənənəsi ilk dəfə Cabir ibn Abdullah tərəfindən həyata keçsə də, kollektiv şəkildə piyada Ərbəin ziyarətinin əsası təqva nümunəsi olmuş böyük alim Şeyx Ənsari (1799–1864) tərəfindən qoyuldu və o, bu şəkildə ziyarəti şiələrin simvolu kimi tanıtdı.
Piyada Ərbəin ziyarəti Şeyx Ənsarinin vəfatından sonra bir müddət rövnəqdən düşdü. Mirzə Hüseyn Nuri bu yürüşü yenidən bərpa etdi və o, şiələr arasında yaxşı bir ənənə kimi qaldı.
Böyük alim Mirzə Hüseyn Nuri ilk dəfə Qurban bayramı günü Nəcəfdən Kərbəlaya piyada yola düşdü. Bu səfərdə dostlarından 30 nəfər onu müşayiət edirdi. Bundan sonra Mühəddis Nuri hər il bu işi təkrarlayıb piyada ziyarətə getdi.
Böyük alimlərin bu hərəkəti Əhli-beyt (ə) aşiqlərinin piyada ziyarətə getməsinə stimul oldu. Bu mənəvi mərasimin daha geniş yayılması üçün bir çox alimlər və təqlid müctəhidləri piyada Kərbəla səfərinə çıxdılar. O cümlədən, şiə aləminin böyük təqlid müctəhidlərindən olan Mirzə Cavad ağa Məliki Təbrizi İmam Hüseyni (ə) ziyarət etmək məqsədilə Nəcəfdən Kərbəlaya bir neçə dəfə piyada səfər etmişdir. Bu böyük alim və arif Ərbəin gününün uca tutulması barədə deyir:
“Allah yolunun yolçusu səfər ayının iyirmisini (Ərbəin gününü) özünə matəm günü seçsin və şəhid imamın məzarını ziyarət etməyə çalışsın. Ömürdə bir dəfə də olsa, bu ziyarətə getmək lazımdır.”
Böyük şəxsiyyətlərin piyada Ərbəin ziyarəti barədə düşüncələri
Həzrət Ayətullah Sistani
“Ziyarətə nail olmuş möminlər bunları bilməlidirlər: Uca Allah saleh imamların ibadətini biz bəndələrinə nümunə göstərib. Biz nəsihəti onlardan almalı və əməl etməliyik. Allah onların müqəddəs məqbərələrinin ziyarət sevgisini insanların qəlbinə salıb və onların daim xatırlanmasını istəyib. Onların insanlar yanında hörmətləri günü-gündən artmaqdadır. Bu ziyarət insanlara Uca Allahı və Onun xoşbəxtlik amili olan hökmlərini xatırladır. Çünki məsumlar Allaha itaət və dinə xidmət yolunda ən böyük fədakarlıq nümunələri göstərmişlər.
Allaha xatir namaza önəm verin! Hədislərdə göstərildiyi kimi, namaz dinin sütunu və möminin meracıdır. O qəbul edilsə, digər əməllər qəbul edilər; qəbul edilməsə, digər əməllər də qəbul olunmaz. Namazı ilk vaxtında qılmağa çalışın. Namaz vaxtı çatanda başqa bir işlə məşğul olmaq möminə yaraşmaz. Namaz ibadətlərin ən üstünüdür. İmam Hüseyn (ə) Kərbəlada: “Mənə namazı xatırlatdın; Allah səni daim namaz qılanlardan etsin” dedi və ox yağışı altında namaz qıldı.
İşlərdə niyyətiniz Allah üçün olsun. Çünki əməlin dəyəri onun ixlası qədərdir. Allah qeyri-ilahi niyyətlə edilən heç bir əməli qəbul etməz. Ziyarətçilər bu səfərdə Allahı çox zikr etməli, atdıqları hər addımda ixlaslı davranmalıdırlar. İxlaslı əməl insanı hər iki dünyada ucaldar.
Allah eşqinə, hicaba və İslam geyiminə riayət edin! Bu, Əhli-beytin (ə) çox ciddi yanaşdığı məsələdir. Onlar Kərbəlada ən çətin şəraitlərdə belə hicaba dair ən gözəl nümunə göstəriblər. Belə ki, düşmənlərin əziyyətlərinin heç biri çadralarına hücum qədər onların qəlbini yaralamadı. Möminlər, xüsusən də xanımlar iffətin şərtləri daxilində hərəkət etməli, iffətlərinə xələl gətirəcək hər cür geyim və davranışlardan uzaq durmalıdırlar.
Bu məsələlərə riayət olunarsa, ziyarət nəfsin tərbiyəsinə, sonra isə əməllərin təsirinin artmasına kömək edər. Ərbəin mərasimində iştirak etmək İmam Hüseynin (ə) moizə məclisində iştirak etmək kimi olar.”
Həzrət Ayətullah Xamenei
Həzrət Ayətullah Xamenei Ərbəin ziyarətinin xüsusi məqamı barədə buyurur: “Ərbəin Hüseyn (ə) cazibəsinin başlanğıc günüdür. Bu cazibə Cabir ibn Abdullahı Mədinədən qaldırıb Kərbəlaya gətirir. Bu cazibə, əsrlər ötməsinə baxmayaraq, qəlblərimizdə yaşayır.
Bu gözəl ənənə ötən əsrlər boyu Cəfəri məzhəbində və fiqhində canlanma yaratmaqla, Əhli-beytə (ə) sevgi göstərməklə yanaşı, dünya şiələrinin birlik amilinə də çevrilmişdir. Bu aksiya şiələrin bir-birinə bağlanmasına səbəb ola, şiə tarixində və region ölkələrində, xüsusilə də İraqda böyük dəyişiklik yarada bilər. | 299 |
| 9 | Ya Hüseyn (ə), bizi ziyarətindən məhrum etmə | 276 |
| 10 | Cahanda Sənin qəmindən daha xoş nə ola bilər?! 🖤
T.me/MunacatTV | 268 |
| 11 | İmam Hüseyni (ə) ziyarət etməyin faydaları
Hədislərdə İmam Hüseyni (ə) ziyarət etməyin çoxlu faydaları vurğulanmışdır. Onlardan bəziləri maddi və dünyəvi, bəziləri də mənəvi və axirətlə bağlıdır. Bilmək lazımdır ki, ziyarətçinin şüurlu etiqadı nə qədər güclü olsa, bu fayda və təsirlər də bir o qədər çox olar. Biz bu kiçik kitabda onların yalnız bəzilərinə işarə vuracağıq:
Maddi və dünyəvi faydalar
Mənəvi yüngülləşmə və sevinc hissi;
Ruzinin artması;
Ömrün uzanması;
Bəlalardan qorunmaq;
İstəklərin həyata keçməsi;
Ziyarətə xərclənən hər dirhəmin qarşılığında min dirhəmin əldə edilməsi.
Mənəvi faydalar
Ziyarət məsuma dair şüurlu etiqadla olsa, Allah ziyarətçinin adını cənnətin ən yüksək dərəcəsində yazar;
Ərşdə Allahı ziyarət etmiş kimi olar;
Min qul azad etmiş kimi olar;
Allah yolunda min at vermiş kimi olar;
Günahları bağışlanar;
Savabı Məscidül-həramda etikaf saxlamağın və iki ay oruc tutmağın savabına bərabər olar;
Savabı həcc və ümrə savabına bərabər olar. İmamı nə qədər yaxşı tanısa, savabı bir o qədər çox olar;
Duasının qəbul olunacağına Əmirəlmöminin (ə) tərəfindən zəmanət verilmişdir. İmam Əli (ə) İmam Hüseyni (ə) ziyarət edənlər barədə buyurub: “Mən sizin dualarınızın qəbul olunmasına, dünya və axirət bəlalarının sizdən uzaqlaşmasına zaminəm”;
Allah bu ziyarətçi ilə söhbət edib buyurar: “Ey mənim bəndəm! Məndən istə, sənə bağışlayım; Mənə dua et, qəbul edim; Məndən istə, verim”;
Allahın rəhməti ona şamil olar;
Mələklər onu uca tutarlar;
Mələklər onu qarşılamağa gedərlər;
Mələklər onunla görüşərlər;
Mələklər onunla yoldaş olarlar;
Mələklər onun üçün dua edərlər;
Mələklər ona salam göndərər və Allahdan rəhmət diləyərlər;
Xəstələnəndə mələklər onu ziyarət edərlər;
Qiyamətə kimi mələklər onun bağışlanması üçün dua edərlər;
Qiyamət günü Allah onu qoruyar;
Allah onu bağışlayar və Qiyamət günü əməl kitabında heç bir günah görünməz;
Hidayət olmuşların sırasına daxil olar və qiyamət günü hamı ona qibtə edər;
Allah onu salehlərin sırasına daxil edər;
Allahın, Peyğəmbərin (s) və Əhli-beytin (ə) ordusuna daxil olar;
Peyğəmbər (s) ondan razı qalar;
Cənnətdə Peyğəmbərlə (s) yoldaş olar və görüşər;
Əhli-beytin (ə) düşmənlərini dilxor və narahat edər;
Əhli-beytin (ə) göstərişlərinə əməl edənlərdən sayılar;
İmam Hüseynə (ə) cəfa edənlər sırasından çıxar. Çünki o həzrəti ziyarət etməmək ona cəfa sayılır.
https://t.me/MunacatTV | 288 |
| 12 | ƏRBƏİN YOLDAŞIM
Ərbəin yürüşü iştirakçıları üçün mənəvi yol azuqəsi (Piyada yürüş təcrübələri ilə birlikdə)
İmam Hüseynin (ə) ziyarəti
Ziyarətin mənası
“Ziyarət” sözü “zəvər” sözündən götürülərək bir şeyə meyl etmək və başqa bir şeydən üz çevirmək deməkdir. Bu baxımdan, ziyarətdə iki xüsusiyyət vardır:
Bir şeydən üz çevirmək;
Bir şeyə, yaxud şəxsə meyl etmək, üz tutmaq.
Əsl ziyarətçi hamıdan ayrılır, hər şeydən əl çəkir və sevdiyi şəxsin görüşünə can atır. Ziyarətin fiqhi şərti də qürbət qəsdi etmək, yəni Allaha yaxınlaşmaq məqsədilə ziyarətə getməkdir. Deməli, “ziyarət” sözü bir termin kimi, hər şeydən ayrılmaq və qürbət qəsdi ilə məsumun müqəddəs hüzuruna can atmaqdır.
Məsumun həyatda olub-olmamasından asılı olmayaraq, ziyarət onunla əlaqə amilidir. Ziyarət bu əlaqəni gücləndirir və əbədiləşdirir, əsl şiələr yetişdirir. Ziyarət çoxlu fərdi və ictimai təsirləri, ideoloji, mədəni, siyasi, iqtisadi və irfani aspektləri olan çoxcəhətli bir əməldir.
Ziyarətin növləri
Məsumları (ə) ziyarət etmək onlarla ümumi tanışlığa səbəb olur. Lakin daha səmərəli istifadə üçün ziyarətin iki növ olduğuna diqqət yetirməliyik:
1. Hörmət ifadə edən ziyarət
Bu ziyarət din böyüklərinə hörmət məqsədilə məqbərəyə getməkdən və ziyarətnamə oxumaqdan ibarətdir. Belə ziyarətdə insan ziyarətgaha gedib məsuma hörmət və sevgisini bildirir, ziyarətnamə oxuyur, mənəvi enerji alır, sonra da evinə dönüb ziyarəti qismət etdiyinə görə Allaha şükür edir.
2. Kamil ziyarət
Bu ziyarət bilgi və düşüncə əsasında baş tutur, daha layiqli şəkildə həyata keçir, insanın baxışlarının yüksəlməsinə səbəb olur, əxlaq, rəftar və düşüncəsində dəyişiklik yaradır. Belə bir ziyarətə nail olmaq üçün bir neçə məsələyə diqqət yetirmək lazımdır:
Ziyarət zamanı məsuma hörmət və sevgi bildirməyi, ondan mənəvi güc almağı diqqətdə saxlayaq;
Ziyarət edəcəyimiz şəxs haqda məlumatımızı artıraq;
Başqalarının məhəbbətini qəlbimizdən çıxaraq;
Diqqətimizi ziyarətə və ziyarət etdiyimiz şəxsə yönəldək;
Ziyarət etdiyimiz məsumu ölü yox, diri bilək;
Ziyarətgaha daxil olmazdan öncə məsumun Xaliqlə məxluq arasında vasitəçi olması və onun uca mənəvi məqamı haqda düşünək, ona qarşı təvazökar olaq və həqiqi etiqada yiyələnək;
Məqbərəyə daxil olmaq üçün icazə alaq;
İzin verilməyincə, yəni qəlbimizdə iznin verildiyini bildirən rahatlıq yaranmayınca məqbərəyə daxil olmayaq. Geciksək və ya bir neçə dəfə gedib-gəlməli olsaq da, buna nail olmağa çalışaq;
Məqbərəyə daxil olan vaxt gözümüz yaşlı, üzümüz xəcalətli, vücudumuz xidmətə tam hazır olsun;
Unutmayaq ki, “salam” sözü həm də təslim olmaq deməkdir. Bu baxımdan, məsuma salam verərkən bütün vücudumuzla ona təslim olaq.
https://t.me/MunacatTV | 353 |
| 13 | Немає тексту... | 395 |
| 14 | Немає тексту... | 421 |
| 15 | Xanım Zeynəb (s.ə.):
فَوَاللَّهِ ما فَرَيْتَ إِلّا جِلْدَكَ، وَلا حَزَزْتَ إِلّا لَحْمَكَ،
"(Ey Yezid!) Allaha and olsun, (bu cinayətlə) öz dərini soymaq və öz ətini kəsməkdən (özünü məhv etməkdən) başqa bir şey qazanmadın!"
("Biharul-ənvar", c.45, səh.132-135.)
@MaideTV | 383 |
| 16 | Elə ki məni günahda gördü Hüseyn,
Hamıdan tez yetişdi Hüseyn!
Nə qədər gözəldir sənin adın, Əba-Əbdillah! ❤️🩹 | 474 |
| 17 | Ey narin külək! Ey uzaq qalmışların xəbər verəni, bizim göz yaşımızı pak torpaqlara çatdır...💔 | 451 |
| 18 | Quranın bütün insanlar üçün hidayət vasitəsi olduğunu vurğulamaq yerinə düşər. Qurandan ancaq haqqı axtaranlar, qəlbi təmiz və saf olanlar istifadə edir. Yağış kimi ki, yaşıllıq olan bir yerə yağanda təravət gətirir, amma həmin yağış zibil yığılan yerə yağarsa, pis qoxuya səbəb olur.
https://t.me/MunacatTV | 395 |
| 19 | Quran və İslamı şəxsi və ibadi məsələlərlə məhdudlaşdıranlar Quranı tanımamış və onu oxumamışlar.
Quran və İslamı yalnız fərdi həyat tərzi və ibadi məsələlərlə məhdudlaşdıranlar insanları cəmiyyətdən təcrid edirlər. Asket həyat tərzini önə çəkən bu düşüncə cəmiyyətə daxil olan insanın Quranı bir kənara qoymasına gətirib çıxarır. Bu cür düşünənlər insafən Quranla tanış deyillər. Onlar nə Quranı tanımış, nə də onu oxumuşlar. Tağutlar, hegemonlar, israfçılar və zülmkarlarla mübarizədən çəkinmir. Həmişə onların qarşısında durur. Bu səbəbdən Quran insanların hər birinin hər bir sahədə əlindən tutmağa və onu hidyaət etməyə məsuldur. Biz Quranın bu hidayətindən haçan istifadə edə bilərik? "O, təqvalıları hidayət edir." Təqva varsa, bu hidayət, sözün həqiqi mənasında və bütövlükdə bizim olacaq.
Ayətullah Seyid Əli Xamenei | 383 |
| 20 | İmam Hüseyn (ə) • İmam Zaman (ə.f) • İmam Zamanla (ə.f) görüş
🔻 İsfahan alimlərindən birinin İmam Zamanla (ə.f) görüşü barədə çox gözəl və düşündürücü bir əhvalat. Uzun olmasına baxmayaraq, onu oxumağı qaçırmayın.
🔹 Təxminən səksən il əvvəl İsfahan alimlərindən biri, özü də çox əsil-nəcabətli seyidlərdən olan bir şəxs, İmam Zamanla (ə.f) görüşmək nəsibi qazanmışdı. Bu hadisə olduqca maraqlıdır.
🔸 O zamanlar gənc idi. Uzunqulağa minib İsfahanın ətraf kəndlərinə təbliğə gedər, minbərə çıxıb rövzə oxuyardı. Məhərrəmin ilk ongünlüyü idi. Ətraf kəndlərdən birinə gedib minbərini oxudu. Həmin gün güclü qar yağırdı.
🔹 Məclis başa çatdıqdan sonra təxminən bir fərsəx aralıda yerləşən başqa bir kəndə getməli idi. Uzunqulağa minmək istəyəndə kənd sakinlərindən biri yaxınlaşıb dedi:
🔸 «Ağa seyid, yolda canavarlar və vəhşi heyvanlar var. İstəyirsiniz, bir-iki nəfəri sizinlə göndərək?»
🔹 O isə dedi:
🔸 «Yox, ehtiyac yoxdur, özüm gedərəm.»
və heç kimin onu müşayiət etməsinə razı olmadı.
🔹 Sonralar özü belə danışırdı:
«Qış əbamı başıma çəkib uzunqulağa mindim və yola düşdüm. Qar çox güclü yağırdı, yer də qalın qarla örtülmüşdü. Bir qədər getdikdən sonra hiss etdim ki, sanki arxamca başqa bir atlı da gəlir.
🔸 Amma qar o qədər güclü idi ki, başımı qaldırıb onun kim olduğuna baxmağa həvəs etmədim. Fikirləşdim ki, yəqin kənddən kimsə məni qorumaq üçün arxamca gəlib.
🔹 Bir az sonra arxadan gələn şəxs dedi:
🔸 “Ağa Seyid Mustafa, salamun əleykum.”
🔹 Dedim:
🔸 “Əleykumussalam.”
🔹 Sonra dedi:
🔸 “Bir sualım var.”
🔹 Dedim:
🔸 “Buyurun.”
🔹 Soruşdu:
🔸 “Aşura günü düşmənlər İmam Hüseynin (ə) mübarək cəsədinin üzərindən at çapdılarmı?”
🔹 Dedim:
🔸 “Bəli, tarixdə oxumuşam ki, belə bir hadisə baş verib.”
🔹 Soruşdu:
🔸 “Atlar həqiqətən də o mübarək bədənin üzərindən keçdilərmi?”
🔹 Dedim:
🔸 “Bəli, tarixdə bu da qeyd olunub.”
🔹 Bir qədər yol getdikdən sonra yenə soruşdu:
🔸 “Ağa Seyid Mustafa! Mütəvəkkil Abbasi İmam Hüseynin (ə) qəbrini dağıtmaq istəməmişdimi?”
🔹 Dedim:
🔸 “Bəli, çalışmışdı ki, qəbri məhv etsin.”
🔹 Soruşdu:
🔸 “Qəbri şumlayıb yerlə-yeksan etmək üçün öküzlər göndərmişdi?”
🔹 Dedim:
🔸 “Tarixdə oxumuşam ki, göndərmişdilər, amma öküzlər qəbrin üstünə getməmişdilər.”
🔸 O şəxs dedi:
🔹 “Necə olur ki, at kimi nəcib və anlayışlı bir heyvan İmam Hüseynin (ə) mübarək bədəninin üzərindən keçir, amma öküzlər hətta onun müqəddəs qəbrinin üstünə getmir və oranı şumlamağa razı olmurlar?”
🔹 Seyid Mustafa deyir:
«Bu sual məni dərindən düşündürdü. Öz-özümə dedim ki, bu, adi bir kənd adamının verəcəyi sual deyil. Cavabı haqqında fikirləşirdim. Elə bu zaman hiss etdim ki, sanki arxadan qəlbimə bir nur düşdü və cavab könlümə gəldi.
🔸 Dedim:
“Bunun bir cavabı var.”
🔹 Soruşdu:
🔸 “Nə cavab?”
🔹 Dedim:
🔸 “Aşura günü İmam Hüseyn (ə) Allah yolunda sahib olduğu hər şeyi qurban vermək istəyirdi. Hətta bu bir ovuc sümüyünü də Allah yolunda təqdim etdi. O Həzrət özü istəmişdi ki, atlar onun mübarək bədəninin üzərindən keçsin. Çünki Allah yolunda sahib olduğu hər şeyi qurban vermək istəyirdi.
Amma Mütəvəkkilin dövründə məqsəd İmamın nişanələrini və xatirəsini yer üzündən silmək idi.
Halbuki İmam Hüseynin (ə) istəyi bu deyildi. Əksinə, Həzrət istəyirdi ki, onun məzarı və nişanələri qorunsun, insanlar oradan bəhrələnsin, hidayət tapsın və Allaha yaxınlaşsınlar.”»
🔸 Arxadan gələn şəxs buyurdu:
🔹 “Düzdür.”
🔸 Seyid Mustafa deyir:
«Bu sözdən sonra arxaya baxdım. Gördüm ki, heç kim yoxdur. Hətta qarda mənim gəldiyim izdən başqa heç bir insan və ya heyvan izi də görünmürdü...»
Ayətullah Nasiri | 371 |
