ar
Feedback
Munacat TV

Munacat TV

الذهاب إلى القناة على Telegram

Allahla söhbət etmək üçün ən yaxşı dil🤍🕊 Allahla münacat etmək insan ruhuna elə təsir qoyur ki, insan var olduğunu unudur və özünü İlahi feyzə təslim edir.

إظهار المزيد
2 155
المشتركون
+124 ساعات
-27 أيام
-3330 أيام

جاري تحميل البيانات...

سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
أغسطس '26
أغسطس '26
+7
في 1 قنوات
يوليو '26
+17
في 0 قنوات
Get PRO
يونيو '26
+15
في 0 قنوات
Get PRO
مايو '26
+20
في 0 قنوات
Get PRO
أبريل '26
+9
في 0 قنوات
Get PRO
مارس '26
+11
في 1 قنوات
Get PRO
فبراير '26
+20
في 0 قنوات
Get PRO
يناير '26
+106
في 0 قنوات
Get PRO
ديسمبر '25
+92
في 0 قنوات
Get PRO
نوفمبر '25
+68
في 0 قنوات
Get PRO
أكتوبر '25
+31
في 0 قنوات
Get PRO
سبتمبر '25
+24
في 0 قنوات
Get PRO
أغسطس '25
+10
في 1 قنوات
Get PRO
يوليو '25
+67
في 1 قنوات
Get PRO
يونيو '25
+51
في 0 قنوات
Get PRO
مايو '25
+22
في 0 قنوات
Get PRO
أبريل '25
+16
في 1 قنوات
Get PRO
مارس '25
+51
في 0 قنوات
Get PRO
فبراير '25
+45
في 1 قنوات
Get PRO
يناير '25
+51
في 1 قنوات
Get PRO
ديسمبر '24
+38
في 2 قنوات
Get PRO
نوفمبر '24
+97
في 1 قنوات
Get PRO
أكتوبر '24
+118
في 1 قنوات
Get PRO
سبتمبر '24
+106
في 1 قنوات
Get PRO
أغسطس '24
+41
في 2 قنوات
Get PRO
يوليو '24
+186
في 5 قنوات
Get PRO
يونيو '24
+66
في 27 قنوات
Get PRO
مايو '24
+96
في 2 قنوات
Get PRO
أبريل '24
+49
في 46 قنوات
Get PRO
مارس '24
+348
في 1 قنوات
Get PRO
فبراير '24
+361
في 1 قنوات
Get PRO
يناير '24
+450
في 0 قنوات
Get PRO
ديسمبر '23
+447
في 2 قنوات
Get PRO
نوفمبر '23
+542
في 2 قنوات
Get PRO
أكتوبر '23
+543
في 48 قنوات
Get PRO
سبتمبر '23
+269
في 0 قنوات
Get PRO
أغسطس '23
+264
في 0 قنوات
Get PRO
يوليو '23
+268
في 0 قنوات
Get PRO
يونيو '23
+188
في 0 قنوات
Get PRO
مايو '23
+262
في 0 قنوات
Get PRO
أبريل '23
+320
في 0 قنوات
Get PRO
مارس '23
+51
في 0 قنوات
Get PRO
فبراير '23
+58
في 0 قنوات
Get PRO
يناير '23
+69
في 0 قنوات
Get PRO
ديسمبر '22
+118
في 0 قنوات
Get PRO
نوفمبر '22
+158
في 0 قنوات
Get PRO
أكتوبر '22
+165
في 0 قنوات
Get PRO
سبتمبر '22
+181
في 0 قنوات
Get PRO
أغسطس '22
+144
في 0 قنوات
Get PRO
يوليو '22
+74
في 0 قنوات
Get PRO
يونيو '22
+26
في 0 قنوات
Get PRO
مايو '22
+51
في 0 قنوات
Get PRO
أبريل '22
+201
في 0 قنوات
Get PRO
مارس '22
+140
في 0 قنوات
Get PRO
فبراير '22
+447
في 0 قنوات
التاريخ
نمو المشتركين
الإشارات
القنوات
31 أغسطس0
30 أغسطس+1
29 أغسطس0
28 أغسطس+1
27 أغسطس0
26 أغسطس0
25 أغسطس+1
24 أغسطس0
23 أغسطس0
22 أغسطس0
21 أغسطس0
20 أغسطس0
19 أغسطس0
18 أغسطس0
17 أغسطس0
16 أغسطس0
15 أغسطس0
14 أغسطس0
13 أغسطس0
12 أغسطس+1
11 أغسطس0
10 أغسطس0
09 أغسطس0
08 أغسطس0
07 أغسطس0
06 أغسطس+2
05 أغسطس0
04 أغسطس+1
03 أغسطس0
02 أغسطس0
01 أغسطس0
منشورات القناة
Peyğəmbərin (s) ən böyük dərsi nədir?

2
“Məndən sonra imamlar Bəni-İsrail rəhbərlərinin sayı qədər on iki nəfərdirlər. (Sonra o Həzrət əlini Hüseynin (ə) kürəyinə vurub buyurdu:) Bunun nəslindən doqquz xyirxah imam dünyaya gələcək ki, doqquzuncusu Məhdidir. O, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaq. Vay onlara düşmən olanların halına!” (“Əl-mənaqib”, İbn Şəhr Aşub, c.1, səh.295.) 11-Bu iki əməldən Allaha pənah aparın! Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: اِسْتَعيذوا بِاللّه ِ... مِنْ اَنْ تَظْلِموا اَوْ تُظْلَموا “Zülm etməkdən və ya zülmə boyun əyməkdən ...Allaha sığının!” (“Nəhcül-fəsahə”, hədis 278.) 12-Zəmanə sahibindən ayrı düşməyin... Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: لا تَقومُ السّاعَةُ حَتّى يَقومَ قائِمٌ لِلَحقِّ مِنّا، وذلِكَ حينَ يَأذَنُ اللّهُ عَزَّوجَلَّ لَهُ، ومَن تَبِعَهُ نَجا ومَن تَخَلَّفَ عَنهُ هَلَكَ. اللّهَ اللّهَ عِبادَ اللّهِ، فَأتوهُ ولَو عَلَى الثَّلجِ، فَإِنَّهُ خَليفَةُ اللّهِ عَزَّوجَلَّ وخَليفَتي “Qaim (İmam Mehdi) bizim haqqımızın bərpasına qalxmayınca, Qiyamət bərpa olmayacaq və bu, Allah-Taalanın icazə verdiyi zaman baş verəcək. Ona tabe olan nicat tapar və ondan üz çevirən isə həlak olar. Ey Allah bəndələri! Sizə Allahı and verirəm, sizə Allahı and verirəm, yalnız onun yolunu tutun, hərçənd, buzun üzərindən keçməyə məcbur olsanız da! Çünki o, Allah-Taalanın və mənim canişinimdir.” (“Əmali”, Şeyx Tusi, səh.565, hədis 1174.) 13-Möminin kölgəsi vəsədəqəsi Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: أرضُ القِيامَةِ نارٌ مَا خَلَا ظِلَّ المُؤمِنِ: فَإنَّ صَدَقَتَهُ تُظِلُّهُ “Möminin kölgəsindən başqa, Qiyamətin yeri (torpağı) oddan ibarətdir. Həqiqətən, möminin sədəqəsi onun üzərinə kölgə salacaqdır.” (“Kafi”, c.4, səh.3.) 14-Məscid əhlinin aramlığı Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: مَنْ كانَتِ الْمَساجِدُ بَيتَهُ ضَمِنَ اللهُ لَهُ الرَّوحَ وَ الرّاحَةَ وَ الْجَوازَ عَلَي الصّراط “Allah-Taala məscidləri öz evi edən (daim məscidə gediş-gəliş edən) kəsin aramlıq və rahatlığa yetməsinə, “Sirat körpüsü”ndən keçməsinə zamindir.” (“Müstədrəkül-vəsail”, c.3, səh.363.) t.me/MunacatTV
94
3
Peyğəmbəri-Əkrəmdən (s) 14 hədis-6 1-Bir ömür ibadətə bərabər bir əməl Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: مَن قضى لأخيهِ المُؤمِنِ حاجَةً كانَ كَمَن عَبَدَاللّه َ دَهرَهُ “Hər kəs mömin qardaşının bir problemini həll edərsə, sanki bir ömür Allaha ibadət etmişdir.” (“Əmali”, Şeyx Tusi, səh. 481.) 2-Cənnətdə Peyğəmbəri-Əkrəmlə (s) birgə olanlar Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: مَنْ أَخَذَ لِلْمَظْلومِ مِنَ الظّالِمِ كانَ مَعىَ فِى الْجَنَّةِ تَصاحُبا “Məzlumun haqqını zalımdan alan Cənnətdə mənimlə birgə (və mənə yoldaş) olacaq!” (“Biharul-ənvar”, c.75, səh.359, hədis 74.) 3-Ədalətsiz hökmün acısı Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: اِذا حَكَموا بِغَيْرِ عَدْلٍ اِرْتَفَعَتِ الْبَرَكاتُ “Ədalətsiz hökm verildiyi zaman bərəkətlər aradan qalxar.” (“Mədənul-cəvahir”, səh.73.) 4-Ata duası – faydalı su kimi Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: دُعاءُ الوالِدِ لِلوَلَدِ كَالماءِ لِلزَّرعِ بِصَلاحِه “Atanın övlada duası əkin üçün faydalı su kimidir.” (“Əl-firdovs”, c.2, səh.213, hədis 3038.) 5-Övladların tərbiyəsində üç mühüm xislət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: أدِّبوا أولادَكُم عَلى ثَلاثِ خِصالٍ : حُبِّ نَبِيِّكُم، وحُبِّ أهلِ بَيتِهِ، وعَلى قِراءَةِ القُرآنِ. “Övladlarınızı üç xislətlə tərbiyələndirin: Peyğəmbərinizə sevgi, Əhli-beytə sevgi və Quran oxumaqla.” (“Kənzul-ummal”, c.16, səh.456, hədis 45409.) 6-Zalımın cəzası Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: انَّه لَیَأتی العَبدُ یَومَ القیامَه و قَد سَرَّته حَسَناتُهُ فَیَجییٌ الرَّجُلُ فیقولُ: یا رَبِّ ظَلَمَنی هذا فَیُؤخَذُ مِن حَسَناتِهِ فَیُجعَلُ فی حَسَناتِ الّذی سَألَهُ، فما یَزالُ کذلکَ حتّى ما یَبقى لَهُ حَسَنةٌ، فإذا جاءَ مَن یَسألُهُ نَظَرَ إلى سَیِّئاتِهِ فَجُعِلَت مَع سیّئاتِ الرَّجُلِ، فلا یَزالُ یُستَوفى مِنهُ حتّى یَدخُلَ النارَ “Qiyamət günü çoxlu savab və yaxşılığa sahib olan bir şəxsi sevinc içində “məhşər” səhrasına gətirdikdə, birdən bir nəfər gəlib deyəcək: “İlahi, bu şəxs (dünyada) mənə zülm edib.” Bu zaman onun yaxşı işləri əlindən alınıb həmin şəxsə əta olunacaq və hətta onun bir yaxşı əməli belə qalmayacaq. Bununla belə, həmin şəxs hələ də razılıq verməyəcək və öz haqqını tələb edəcək. Bu zaman onun yaxşı əməlləri qalmadığından zülmə məruz qalmış şəxsin günahları onun boynuna yüklənəcək və beləcə, həmin (zalım) şəxs Cəhənnəmə atılacaq.” (“Mizanul-hikmə”, c.6, səh.535.) 7-Allah-Taala söyüşcül insanı sevməz Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: إِيَّاكُمْ وَ الْفُحْشَ فَإِنَّ اللَّهَ عَزَّوَجَلَّ لَا يُحِبُّ الْفَاحِشَ الْمُتَفَحِّشَ “Söyüşdən çəkinin ki, Allah-Taala söyüşcül və nalayiq danışan insanı sevmir.” (“Biharul-ənvar”, c.7, səh.110.) 8-Hirslənəndə dəstəmaz alın Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: إِنَّ الْغَضَبَ مِنْ الشَّیْطَانِ وَإِنَّ الشَّیْطَانَ خُلِقَ مِنْ النَّارِ وَإِنَّمَا تُطْفَأُ النَّارُ بِالْمَاءِ فَإِذَا غَضِبَ أَحَدُکُمْ فَلْیَتَوَضَّأْ “Həqiqətən, əsəbiləşmək şeytandandır və şeytan da oddan yaranmışdır. Od isə su ilə söndürülər. Elə isə sizdən hər hansı biriniz əsəbiləşərsə, dəstəmaz alsın.” (“Nəhcül-fəsahə”, Əbülqasim Payəndə, səh.286.) 9-İnsanın qanı və abır-həyası möhtərəmdir Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: ایُّهَا النَّاسُ، انَّ دِماءَکُمْ وَ اعْراضَکُمْ عَلَیْکُمْ حَرامٌ الی انْ تَلْقَواْ رَبَّکُمْ کَحُرْمَةِ یَوْمِکُمْ هذا، فی‏ بَلَدِکُمْ هذا “Ey insanlar! Həqiqətən, sizin bu gününüz (həcc günləri) və bu şəhəriniz (Məkkə şəhəri) möhtərəm olduğu kimi, qanınız və abır-həyanız da Rəbbinizlə görüşəcəyiniz vaxta qədər bir-birinizə möhtərəmdir. (Rəbbinizlə görüşəcəyiniz vaxta qədər bir-birinizin qanını və abır-həyasını tökmək haramdır.)” (“Tuhəful-uqul”, c.1, səh.31.) 10-Vay Əhli-beytə (ə) düşmən olanların halına! Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: الأَئِمَّةُ بَعدي بِعَدَدِ نُقَباءِ بَني إسرائيلَ كانُوا اثنَي عَشَرَ ـ ثُمَّ وَضَعَ يَدَهُ عَلى صُلبِ‏الحُسَينِ (ع) وقالَ: ـ مِن‏صُلبِهِ تِسعَةٌ أئِمَّةٌ أبرارٌ، وَالتّاسِعُ‏مَهدِيُّهُم، يَملَأُ الأَرضَ‏قِسطًا وعَدلاً كَما مُلِئَت جَورًا وظُلمًا، فَالوَيلُ لِمُبغِضيهِم.
96
4
Bizim Peyğəmbərimiz (s) belə idi
Bizim Peyğəmbərimiz (s) belə idi
194
5
Həqiqətən, sizin babanız Adəmdir və o da torpaqdan yranmışdır. Sizin Allah yanında ən hörmətliniz ən təqvalınızdır.” Allah-Taala “Hücurat” surəsində də belə buyurur: يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُم مِّن ذَكَرٍ وَأُنثَى وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا إِنَّ أَكْرَمَكُمْ عِندَ اللَّهِ أَتْقَاكُمْ “Ey insanlar! Şübhəsiz, Biz, sizin hamınızı bir kişi və qadından yaratdıq və bir-birinizi tanıyasınız deyə sizi böyük və kiçik qəbilələr etdik. Həqiqətən sizin Allah yanında ən hörmətliniz sizin ən təqvalınız, pəhrizkarınızdır.” Həmçinin o həzrət “Vida” həccində də müsəlmanlara xitabən ərəbin əcəmə, ağdərilinin qaradəriliyə üstün olmadığını, üstünlük və fəzilətdə təqva və pərhizkarlığın yeganə meyar olduğunu vurğulamışdı: “Ey insanlar, sizin Rəbbiniz birdir, atanız da birdir (Adəm)... Allah yanında ən hörmətliniz ən təqvalı olanızdır. Ərəbin əcəmə heç bir üstünlüyü yoxdur və üstünlük yalnız təqva ilə ölçülür.” Beləliklə, Peyğəmbər (s) tövhid şüarı ilə müsəlmanlar arasında vəhdət və birlik yaratdı, düşmənçilikləri aradan qaldırıb, qəlbləri bir-birinə yaxnlaşdırdı. Ümid edirik, ki, İslamın, Quranın, Peyğəmbərin (s) və İslam rəhbərlərinin vəhdətlə bağlı tövsiyələri İslam camiəsində öz əksini tapacaqdır!
1
6
‘VƏHDƏT HƏFTƏSİ’ – Allahın ipindən möhkəm yapışın,parçalanmayın. Qeyd etmək lazımdır ki, Peyğəmbəri-Əkrəmin (s) doğum günü ilə bağlı tarixi mənbələrdə iki fərqli versiya irəli sürülmüşdür: əhli-sünnə o həzrətin mövludunu hicri-qəməri tarixi ilə Rəbiül-əvvəl ayının 12-i, şiələr isə 17-si qeyd edirlər. Bu iki fərqli tarix arasında İslam aləmində ixtilafların aradan qaldırılması və İslam camiəsinin vəhdət və birliyi naminə 1981-ci ildən etibarən İslam İnqilabının rəhbəri mərhum imam Xomeyninin təşəbbüsü ilə bu iki gün bayram günləri, eyni halda ikisinin arasında olan günlər isə, “Vəhdət həftəsi” elan edilmişdir. Elə həmin tarixdən etibarən, Rəbiül-əvvəl ayının 12-17-ci günləri ( 5 sentyabr - 10 sentybar 2025) “Vəhdət həftəsi” adı ilə bütün müsəlman ölkələrində qeyd olunmaqdadır. Qurani-Kərimə əsasən, Allah-Taala Peyğəmbəri-Əkrəmi (s) aləmlərə rəhmət olaraq göndərmişdir. “Ənbiya” surəsinin 107-ci ayəsində buyurur: وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِّلْعَالَمِينَ “(Ya Muhəmməd!) Biz səni aləmdəkilər üçün yalnız bir rəhmət olaraq göndərmişik.” Təbii ki, belə bir şəxsiyyətin doğum günü insanların və əsasən müsəlmanların vəhdət və birliyinə səbəb olmalıdır. Allah-Taala vəhdət və birlik barəsində “Ali-İmran” surəsinin 103-cü ayəsində buyurur: وَاعْتَصِمُواْ بِحَبْلِ اللّهِ جَمِيعًا وَلاَ تَفَرَّقُواْ وَاذْكُرُواْ نِعْمَةَ اللّهِ عَلَيْكُمْ إِذْ كُنتُمْ أَعْدَاء فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِ إِخْوَانًاَ «Hamılıqla Allahın ipindən möhkəm yapışın və parçalanmayın. Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, qəlbləriniz arasında ülfət və mehribanlıq yaratdı və Onun bu neməti sayəsində bir-birinizlə qardaş oldunuz...» Bu ayədəki «həblillah» (Allahın ipi) ibarəsi ilə bağlı təfsir alimləri müxtəlif ehtimallar irəli sürmüşlər. İslam rəvayətlərində də bu məsələ ilə bağlı müxtəlif təbirlər gözə deyir. Lakin onların bir-birilə heç bir əsaslı ixtilafı yoxdur. Çünki «Allahın ipi» dedikdə, bəndələrlə Allah arasında olan hər növ rabitə və vasitə nəzərdə tutulur, bu vasitə istər Quran olsun, istər Peyğəmbər (s), istərsə də onun Əhli-beyti (ə). “Ənbiya” surəsinin 92-ci ayəsində müsəlmanlar “vahid ümmət” adlandırılır və buyurulur: إِنَّ هَذِهِ أُمَّتُكُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّكُمْ فَاعْبُدُونِ “(Ey insanlar!) Şübhəsiz, bu (insan cinsi) sizin ümmətinizdir və hamınız bir ümmətsiniz. Və Mən sizin Rəbbinizəm. Buna görə də, yalnız Mənə ibadət edin.” “Hücurat” surəsinin 10-cu ayəsində möminlərin bir-birinə qardaş olduqları haqda söz açılır və buyurulur: إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ “Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, rəhm olunasınız! “ Bu ayələrə əsasən, müsəlmanlar arasında vəhdət və birlik zəruri bir məsələdir. İslam Peyğəmbərinin (s) “besət”dən “rehlət”ə qədərki həyatında “tövhid” şüarı ilə müsəlmanlar arasında təfriqə və ixtilafların aradan qaldırılması, vəhdət təməlinin möhkəmlənməsi, dostluq və qardaşlıq prinsipinin güclənməsi istiqamətində öz təlimləri, əməl və rəftarları ilə böyük addımlar atdığının şahidi oluruq. Tarixdə oxuyuruq ki, İslam və İslam Peyğəmbəri (s) nifaq və təfriqə ilə məşhurlaşan bədəvi ərəb qəbilərini vəhdət bayrağı altına yığmış, onların arasında ülfət və mehribanlıq hissi yaratmış, kin-küdurətləri və cahilliyyət təəssübkeşliyini aradan qaldırmış, az müddət ərzində Ərəbistan yarımadasında “vahid ümmət” adı ilə güclü İslam quruluşu yaratmışdır. İnsanlar arasında ixtilaf və təfriqə yaradan amillərdən biri millətpərəstlik və irqi ayrıseçkilikdir. Lakin İslam Peyğəmbəri (s) 8-ci hicri-qəməri ilində müşrikləri məğlub etdikdən sonra, nəsil-nəcabəti yeganə dəyər və fəzilət meyarı bilənlərin cavabında təqvanı əsas meyar və ölçü tanıtdırmış, yalnız təqvalı insanın Allah dərgahında əziz olduğunu bildirmişdir: “Ey insanlar! Allah-Taala sizin İslama üz gətirməyinizlə irqi ayrıseçkiliyi, nəsil-nəcabətlə öyünməyi, süstlük və cahilliyi aradan qaldırdı.
1
7
Bu əməli 24 saatda bir dəfə edin...
Bu əməli 24 saatda bir dəfə edin...
329
8
Salam olsun Sənə, ey Zəmanənin Sahibi!
Salam olsun Sənə, ey Zəmanənin Sahibi!
433
9
İmam Zaman (ə.f) belədir
İmam Zaman (ə.f) belədir
596
10
Əziz İslam Peyğəmbərinin (s) rehləti və İmam Həsən Müctəbanın (ə) şəhadəti ilə bağlı başsağlığı veririk!
Əziz İslam Peyğəmbərinin (s) rehləti və İmam Həsən Müctəbanın (ə) şəhadəti ilə bağlı başsağlığı veririk!
725
11
Hədiyyə cavabı
Hədiyyə cavabı
930
12
Sənsiz dünya qəm içindədir...
Sənsiz dünya qəm içindədir...
619
13
Dualarına mane olan səbəb
Dualarına mane olan səbəb
568
14
Dedim: Ey mənim ağam, ey mənim sərvərim! Camaat mənim dediklərimi qəbul etməz və əlimdə bir dəlil olmazsa, onlar mənim dediklərimi təkzib edərlər. Buyurdu: Biz sənə bir əlamət deyəcəyik, sən isə get bizim dediklərimizi ona çatdır. Sonra Seyyid Əbül-Həsənə de ki, səninlə birgə gedib onun bu vaxta qədər əldə etdiyi gəlirini geri alıb, həmin pulu burada məscidin tikilişinə sərf etsin. Məscidin qalan məxaricini isə bizim Ərdəhaldakı mülkümüzün gəlirindən gətirib, məscidin tikintisini sona çatdırsın. Biz o mülkün mənfəətinin yarısını məscidə vəqf etmişik ki, hər il əldə olunan gəlirdən onun təmirinə sərf olunsun. Camaata da deyin ki, bu yerə böyük diqqət və rəğbət göstərsinlər. Məscidin ehtiramını əziz tutub, orada dörd rükət namaz qılsınlar... http://T.me/MunacatTV
4
15
İMAM ZAMANLA GÖRÜŞƏNLƏR Cəmkəran məscidi niyə və necə tikildi? Cəmkəran məscidi... Bura İmam Zaman (ə)-ın aşiqlərinin onunla ruhən görüşdükləri bir məkandır. Bilirsinizmi bu əzəmətli və mə`nəviyyatla dolu olan məscid necə tikilmişdir? Bilirsinizmi bu müqəddəs məkan nə üçün İmam Zamanla (ə) görüş yerinə çevrilmişdir? Bu məscid min il bundan qabaq Qum şəhərində elmi hövzə tə"sis olunması məqsədilə dəftərxana olaraq İmam Zaman (ə)-ın aşiqlərinin onun müqəddəs vücudu ilə görüşə bilmələri üçün tikilmişdir. Hal-hazırda bura camaatın İmam Zamanla (ə) görüş diyarı və öz hacətlərini ondan aldıqları dilək yeridir. Əgər bu məsciddə yalnız İmam Zaman (ə)-ın hüzuru və onunla əlaqədar nəql olunan görüşləri bir yerə yığmaq istəsək, bəlkə də yüzlərlə əhvalat nəql edə bilərik. Amma nə etmək olar ki, bu görüşlərə nail olan bə"zi şəxslər görüşlərin onların şəxsi həyatı ilə birbaşa əlaqəsi olduğu üçün onları nəql etməyə icazə verməmişlər. Bu görüşlərdən bə"ziləri Ali-Məhəmmədin sirlərilə əlaqəli olduğu üçün biz onlar barədə söhbət açmayacağıq. Hər halda, Cəmkəran məscidi bu günlər bəlkə də, Qumdakı həzrət Mə"sumənin ziyarətgahından daha çox ziyarət edilir. Bir neçə il bundan əvvəl, hətta cümə axşamlarında belə orada çox az sayda insan göründüyü halda, lakin indinin özündə bu məscidin minlərlə İmam Zaman (ə) aşiqinin ziyarətgahına çevrildiyi şübhəsizdir. Qeyd etmək lazımdır ki, bu məscidin əhəmiyyət və əzəmətini gözdən salmaq və ya şübhə altına almaq istəyən “zirək” düşmənlər və bə"zən də nadan dostlar demişlər ki, onun tə"sisi əhvalatını Həsən ibn Müslə yuxuda görmüşdür. Lakin, bu əhvalatın qeyd olunduğu bütün mənbələrdə onun oyaq vaxtı baş verdiyi və heç bir halda yuxuya aid olmadığı vurğulanıb. “Nəcmus-Saqib”, “Qum tarixi” və “Munisul-həzin” kitablarında bu əhvalat belə nəql olunur: “Şeyx Həsən Müslə Cəmkərani buyurur: 393-cü hicri qəməri ilinin Ramazan ayının 17-si, çərşənbə axşamı evimdə (Cəmkəran kəndində) yatmışdım. Gecənin yarısı neçə nəfər evimin qapısı arxasından məni səsləyib yuxudan oyadaraq dedilər: Qalx! İmam Zaman (ə) səni çağırır. Tez ayağa qalxıb qaranlıqda köynəyimi geymək istədim. Amma, deyəsən, səhvən başqa bir köynək götürmüşdüm. Göynəyi geyinmək istəyirdim ki, eşikdən səs eşitdim: O köynək sənin deyil, onu geyinmə! Öz köynəyimi tapıb geyindikdən sonra şalvarımı geyinmək istədim. Yenə də eşikdən səs gəldi: O şalvar səninki deyil, onu geyinmə! Mən yenə şalvarı kənara qoyub öz şalvarımı tapıb geyindim. Bundan sonra həyətin qapısını açmaq üçün qıfılın açarını axtarmağa başladım ki, yenidən həmin səs eşidildi: Qapı açıqdır və açara ehtiyac yoxdur. Qapıya yaxınlaşdıqda, baxıb gördüm ki, bir qrup böyük şəxs məni gözləyir. Onlara salam verdim, onlar da salamımın cavabını verib “mərhəba!” – dedilər. Sonra onlarla birlikdə (indiki Cəmkəran məscidinin olduğu yerə) yola düşdüm. Görüş yerinə çatdıqda, gördüm ki, açıq bir yerə taxt qoyulmuş, taxtın üzərinə xalı döşənmiş, onun üzərinə də balışlar qoyulmuşdu. Taxtda, təxminən otuz yaşlı bir cavan oturub balışlara söykənmişdi. Cavanın yanında qoca bir kişi də oturub əlindəki kitabdan onun üçün nə isə oxuyurdu. Taxtın kənarında isə altmış nəfərə yaxın adam namaz qılırdı. Onların bə"zilərinin əynində ağ, bə"zilərinin əynində isə sarı paltar var idi. Həzrət Xızr (ə) olan həmin qoca mənə İmam Zaman (ə) olan o cavanın yanında yer verdi və o Həzrət məni adımla çağırıb buyurdu: Həsən Müslə! Get, Həsən Müslimə de ki, neçə ildir bu yeri abadlaşdırır və əkinçiliklə məşğul olursan. De ki, bundan belə bu yerdən istifadə etməyə ixtiyarın yoxdur. Bu vaxta qədər götürdüyün məhsulların gəlirini gərək geri qaytarasan ki, biz də burada məscid tikə bilək! Həsən Müslimə bunu da de ki, bu yer çox şərəfli bir yerdir və Allah-təala oranı seçib bəyənmişdir. Sən isə bu yeri öz ixtiyarına keçirəndən sonra Allah-təala səni cəzalandırmaq məqsədilə iki oğlunu əlindən alsa da, amma bir nəticə çıxarmadın. Əgər bu işdən yenə də əl çəkməsən, Allah-təala səni ağlına gətirmədiyin əzaba düçar edəcəkdir.
1
16
Sənsən mənim canım Hüseyn (ə)
Sənsən mənim canım Hüseyn (ə)
510
17
Sıxıntıdan xilas edən əməl
Sıxıntıdan xilas edən əməl
474
18
İraqlıların misilsiz kəraməti
İraqlıların misilsiz kəraməti
513
19
Ata-anam sənə fəda olsun, ey Allahın Rəsulunun övladı! Şəhadət verirəm ki, sən məqamı uca olan ata-babalarının sülbü və xisləti pak olan ananın bətnində bir nur idin. Nadanlığın çirkinlikləri sənə sirayət etməmiş və sıxıntısı da səni bürüməmişdir. Şəhadət verirəm ki, həqiqətən, sən Allah dininin təməli, müsəlmanlıq ayinlərinin əsası, iman əhlinin pənah və hamisisən. Şəhadət verirəm ki, sən xeyirxah, bəyənilən təqvaya sahib, pak və pakxislətli rəhbər, məxluqata hidayətçi, haqla hidayət olunansan. Şəhadət verirəm ki, ümmətin doqquz imamı sənin övladlarındandır və haqq ruhu və haqq yolunun bələdçisi, möhkəm imanının əsası və bütün dünya əhlinə höccətdirlər. Şəhadət verirəm ki, mənim sizin haqq olduğunuza iman və “rəcət”inizə (qayıdışınıza) yəqinim var. Dinimin başlanğıcı, işlərimin sonu və qəlbimi sizin pak qəlbinizə təslim edirəm və bütün işlərimdə sizə tabeyəm. Allahın iznilə sizə yardım etməyə hazıram. Sizin düşmənlərinizlə deyil, sizinləyəm. Allahın salamı olsun sizə və sizin pak ruh və cisimlərinizə! Allahın salamı olsun sizlərdən hazır və qeybdə olanlara. Ey aləmlərin Rəbbi, mənim dualarımı qəbul et! Sonra iki rükət namaz qıl və namazdan sonra istədiyin duanı etdikdən sonra üzünü qiblədən döndərə bilərsən! (“Məfatihul-cinan”, Şeyx Abbas Qummi, səh. 1070)
552
20
təğətrəsə və tərədda fi həvah, və əsxə­təkə və əsxətə nəbiyyək, və ətaə min iba­di­kə əhləş şiqaqi vən ni­faq, və həmələtəl əvzaril mus­təvcibinən nar (lin nar), fəcahədəhum fikə sa­bi­rən muh­təsibən hətta sufikə fi taətikə dəmuhu və ustubihə hərimuh, Əlla­hummə fələn­hum lənən vəbila, və əzzib­hum əzaən əlima, əssəlamu ələykə yəb­nə rəsulillah, əssə­lamu ələy­kə yəbnə səyyidil əvsiya, əşhədu ənnəkə əminul­lahi vəbnu əminih, iştə səidən və məzəytə həmidən və muttə fəqidən məzlumən şəhida, və əşhədu ənnəllahə mun­ci­zun ma vəədəkə və muh­li­kun mən xə­zələkə və muəz­zi­bun mən qətə­lək, və əşhədu ənnəkə vəfəytə bi əhdil­la­hi və cahədtə fi səbi­lihi hətta ətakəl yəqin, fə ləə­nəl­lahu mən qətələk, və ləə­nəl­lahu mən zələməkə və ləənəl­lahu ummətən səmiət bi zalikə fərəziyət bih, Əllahummə inni uşhidukə ənni vəliyyun limən valahu və əduvvun limən adah, bi əbi əntə və ummi yəbnə rəsu­lillah, əşhədu ənnəkə kun­tə nurən fil əslabiş şa­mi­xəti vəl ərhamil mutəh­hərəh (ərhamit tahirəh), ləm tunəcciskəl cahiliy­yə­tu bi əncasiha, və ləm tul­biskəl mudləhimmatu min siyabiha, və əşhədu ənnə­kəl ima­mul bərrut təqiyyur rəziy­yuz zəkiyyul hadil məh­diyy, və əşhədu ənnəl əim­mətə min vuldikə kəli­mə­tut təqva və əlamul huda vəl urvətul vusqa vəl huccətu əla əhlid dunya, və əşhədu ənni bikum mumi­nun və bi iyabikum muqinun bi şərayii dini və xəva­timi əməli, və qəlbi li qəlbikum silmun və əmri li əmrikum muttəbi, və nusrəti ləkum muəddətun hət­ta yəzənəllahu ləkum, fə məəkum məəkum la məə əduvvikum, sələvatullahi ələy­kum və əla ərvahikum və əcsa­dikum (və əcsa­mi­kum) və şahi­dikum və ğaibikum, və zahiri­kum və batinikum aminə rəb­bəl aləmin. “ƏRBƏİN” ZİYARƏTNAMƏSİNİN TƏRCÜMƏSİ Salam olsun Allahın vəlisinə və onun həbibinə! Salam olsun Allahın sevdiyi və seçilmiş bəndəsinə! Salam olsun Allahın seçilmiş bəndəsi və onun seçilmiş övladına! Salam olsun məzlum və şəhid Hüseynə (ə)! Salam olsun qəm-qüssələrə düçar olan və göz yaşlarının şəhidinə! İlahi, şəhadət verirəm ki, o, Sənin nümayəndən və nümayəndənin övladı, sənin seçdiyin və seçdiyin şəxsin övladıdır! Sənin lütf və mərhəmətinlə nicat tapanlardan oldu. Sən onu şəhadət feyzi ilə əziz tutaraq xüsusu səadət məqamına çatdırdın və nəsil paklığı ilə seçərək onu ağaların ağası, öndərlərin öndəri, haqqı müdafiə edənlərin hamisi etdin. Ona peyğəmbərlərin mirasını əta edərək onların canişini və məxluqata höccət təyin etdin. O, höccəti tamamladı və ümmət üçün bəhanə yeri qalmadı. O, ümməti nəsihət etməkdə mehribanlıq edərək onlarla yumşaq davrandı və azğın, nadan, təkəbbürlü, axirət mənfəətini heç bir dəyərə malik olmayan dünya malına satmış, zülmkar və nəfslərinə itaət etməklə həlakətə düçar olmuş, Səni və Peyğəmbərini qəzəbləndirmiş bəndələrinə nicat vermək üçün pak qanı axıdıldı. Səninlə düşmən, nifaq əhli, Sənə asi və böyük günahlarla yüklənərək cəhənnəm oduna layiq olanlara itaət edən zülmkar bəndələrinlə Sənin yolunda cihad edərək kamil ixlasla səbir etdi. Sənə itaət yolunda pak qanı axıdılanadək çoxlu çətinlik və məşəqqətlərə sinə gərdi. Əhli-beytinin hörmətinin aradan aparılmasını xoş qarşıladı. İlahi, Sən o zalım və sitəmkar qövmə lənət et, onları ən şiddətli əzabınla cəzalandır! Salam olsun sənə, ey Peyğəmbərin övladı! Salam olsun sənə, ey övliyaların sərvərinin övladı! Şəhadət verirəm ki, sən Allahın vəhyinə və haqqa əmanətdar olanın övladısan. Ömrünü səadətlə yaşayaraq Haqqın tərifi ilə başa vurdun və dünyadan köçərək haqq yolunda məzlum və şəhid oldun. Bir daha şəhadət verirəm ki, Allah-Taala sənə verdiyi vədə vəfa etdi, səni tənhalıqda qoyaraq xar etmək istəyənləri həlak edəcək və qatillərinə də ağrılı əzabı dadızdıracaq. Yenə şəhadət verirəm ki, sən Allah yolunda ömrünün sonuna qədər cihad etmisən. Allah səni öldürən, sənə zülm və sitəm edənlərə lənət etsin. Həmçinin sənin öldürüldüyünü eşitdikdə, sevinərək şadlıq edən kəsə də Allah lənət etsin. İlahi, Səni şahid tuturam ki, mən o həzrətə, onu sevənlərə məhəbbət bəsləyən və onun düşmənlərinə düşmən olanlardanam.
448