Qaynarinfo.Az
Відкрити в Telegram
24 saat dəqiq və operativ xəbərlər Kanal: @qaynarinfo
Показати більше1 304
Підписники
Немає даних24 години
+37 днів
+1230 днів
Архів дописів
1 304
Tailandın paytaxtı Banqkokda daşqınlar səbəbilə fəlakət rejimi elan olunub
Qubernator Çadçart Sittipuntun sözlərinə görə, sentyabrın 24-dən şəhərə təxminən 300 mm yağıntı düşüb. Əsas kanalların su ilə dolması nəticəsində yaşayış evləri ilə yolların su altında qaldığı bildirilir.
Rayon administrasiyaları su basmayan binalarda və məktəblərdə müvəqqəti sığınacaqlar təşkil edir. Sakinlərə isə evlərini tərk etməmələri tövsiyə olunub.
1 304
🏆🥇🏎 Corc Rassell ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.
"Mersedes" pilotu Corc Rassell bütün rəqiblərini qabaqlayıb.
O, 51 dövrəlik mübarizənin yekununda qalib olub. Beləliklə, Rassell karyerasında ilk dəfə Bakıdakı yarışda titula sahib çıxıb.
"Red Bull"dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü olub.
1 304
🇮🇷❕ Pezeşkian: “Müctəba Xamenei tamamilə sağlamdır”
İran Prezidenti Məsud Pezeşkian Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib.
Pezeşkian həkim kimi onun tamamilə sağlam olduğunu və hər hansı konkret sağlamlıq probleminin olmadığını bildirib.
“Sonuncu dəfə yeddi saatdan çox birlikdə olduq. Uzun müddət oturmaq çətin olsa da, vəziyyətimizi dəyişirdik. Tibbi baxımdan o, tamamilə sağlamdır. Bunu bir həkim kimi məndən eşidin: onun heç bir problemi yoxdur”, – Pezeşkian deyib.
1 304
⚽️ FIFA Türkiyənin “Fənərbaxça” futbol klubuna transfer qadağası tətbiq edib
İstanbul təmsilçisi növbəti 3 transfer pəncərəsi ərzində yeni oyunçu qeydiyyata ala bilməyəcək.
FIFA-nın rəsmi saytında yer alan siyahıya görə, transfer qadağası 25 sentyabr 2026-cı ildən qüvvəyə minib.
Lakin müvafiq ödənişlər ediləcəyi təqdirdə, sanksiyanın ləğv ediləcəyi bildirilib.
1 304
Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Konqres Mərkəzində onlayn formatda Mingəçevir Sənaye Parkında “Textile Horizon” MMC-nin “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməlqoyma mərasimi keçirilib. Həmçinin Laçın rayonunda “Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub.
1 304
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub.
1 304
+4
Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Konqres Mərkəzində onlayn formatda Mingəçevir Sənaye Parkında “Textile Horizon” MMC-nin “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməlqoyma mərasimi keçirilib. Prezident İlham Əliyev, “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Nəsib İslamzadə və “Global Textile Group”un sədri Muzaffar Razakov müəssisənin onlayn formatda təməlinin qoyulmasını bildirən düyməni basıblar.
Həmçinin Laçın rayonunda “Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub. Prezident İlham Əliyev və Türkiyənin “Demirören Holdinq”inin prezidenti Yıldırım Demirören stansiyanın onlayn formatda açılışını bildirən düyməni basıblar.
1 304
🇮🇳 Hindistanda hava limanının ərazisində yerləşən 136 illik məscid sökülür.
ㅤ
▪️ Kəlküttədə Netaci Subhas Çandra Bos Beynəlxalq Hava Limanının ərazisində yerləşən 136 illik Quripur Cümə Məscidinin sökülməsi və guya başqa yerə köçürülməsi işlərinə başlanılıb.
ㅤ
▪️ Qərar ikinci uçuş-enmə zolağının genişləndirilməsi zərurəti və uçuş təhlükəsizliyi tələbləri ilə əsaslandırılıb.
ㅤ
▪️ Hindistanda bu cür hallar mütəmadi olaraq baş verir. Vətəndaş Hüquqlarının Müdafiəsi Assosiasiyasının məlumatına görə, təkcə 2025-ci ildə 69 İslam dini obyekti sökülüb və ya qanunsuz elan edilib.
1 304
Prezident İlham Əliyev: "İndi dünyada digər önəmli amil təhlükəsizlikdir. Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir. Bizdə kriminogen vəziyyət tamamilə nəzarət altındadır"
1 304
⚡️🇷🇴 Rumıniya müharibəyə hazırlaşır?
📌 Rumıniyanın Suçava şəhərində, Bukovina bölgəsində çox sayda hərbi texnikanın hərəkəti müşahidə olunur.
📌 Hərbi texnikanın bölgədə intensiv şəkildə hərəkət etməsi diqqət çəkib.
1 304
🇦🇿🗣 "Azərbaycan və Qazaxıstan 2026-cı ilin sonunadək Transxəzər fiber-optik kabel xəttini istifadəyə verəcək.
🔻 Bu ilin sonunadək Azərbaycanla Qazaxıstanı Xəzər dənizinin dibi ilə birləşdirəcək kabeli yəni fiber-optik xəttini istifadəyə verəcəyik. Bu, bizim üçün də bir üstünlükdür"
- Prezident İlham Əliyev
1 304
🗣XİN rəhbəri: “Azərbaycan 16 ölkəyə qaz tədarükçüsü kimi dünyanın aparıcı tədarükçülərindəndir”
Azərbaycan 16 ölkəyə etibarlı təbii qaz tədarükçüsü kimi, boru kəməri ilə qaz təchizatı üzrə dünyanın aparıcı tədarükçüləri sırasında yer alır və Avropada və onun sərhədlərindən kənarda enerji təhlükəsizliyinin gücləndirilməsi və təchizat marşrutlarının şaxələndirilməsində strateji rol oynayır.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxışında deyib.
Nazir vurğulayıb ki, Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi zaman keçdikcə onun təmiz enerjiyə keçid prosesindəki artan rolu ilə daha çox tamamlanır: "Biz bərpa olunan enerjiyə sərmayə yatırır, mühüm günəş və külək enerjisi layihələrini istismara verir, hidroenerji potensialını genişləndirir və aparıcı beynəlxalq tərəfdaşlarla birlikdə yeni təmiz enerji təşəbbüslərini inkişaf etdiririk. Artıq imzalanmış sazişlər 2030-cu ilə qədər təxminən 6 QVt həcmində əlavə günəş və külək enerjisinin yaradılmasını nəzərdə tutur. 2030-cu ilədək Azərbaycanın elektrik enerjisinin təxminən 40%-nin bərpa olunan enerji mənbələrindən alınacağı gözlənilir. Bərpa olunan enerji istehsalının genişləndirilməsi Azərbaycan üçün Avropa bazarlarına yaşıl elektrik enerjisi ixracı baxımından yeni imkanlar yaradacaq". Mənbə: Report.аz
1 304
Prezident İlham Əliyev: "Azərbaycanda çox önəmli bir amil siyasi və iqtisadi sabitlikdir. Bu, Azərbaycanda artıq 30 ildən çox hökm sürür".
1 304
Prezident İlham Əliyev: "Bir neçə gün öncə mədən sənayesi üzrə Dövlət Proqramı qəbul olunmuşdur. Burada bir çox tədbirlər nəzərdə tutulur. Bu, bizim inkişafımızın əsas istiqamətləridir. Neft-qaz da unudmamalıdır. Bu il də artıq bir çox yeni müqavilələr imzalanıb. Yəni neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir və böyük bir rifah yaradacaq".
1 304
Prezident İlham Əliyev: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir. Bu da yerli və xarici investisiyalar üçün gözəl bir fürsətdir. Güclü elektrik enerjisi potensialına malik olaraq biz iki istiqamətə baxırıq. İlk növbədə, biz bunu daxildə necə istifadə edək, süni intellekt üçün, data mərkəzlərinin yaradılması üçün. İkincisi, biz bunu necə ixrac edək".
1 304
Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb. Məlumata əsasən, təbiət hadisəsi yerli vaxtla saat 07:32-də qeydə alınıb.
1 304
🇫🇷 Fransada güclü fırtına və dolu həyatı iflic edib ⤵️
▫️ Qatar reyslərində fasilələr yaranıb
▫️ Bəzi küçələri su basıb, avtomobillərə ziyan dəyib
1 304
Prezident İlham Əliyev xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edib:
“Vətən uğrunda” medalı ilə
Abbasov Abbas Tofiq oğlu – polkovnik
“Hərbi xidmətlərə görə” medalı ilə
Məmmədov Anar Əliağa oğlu – polkovnik-leytenant
Əliyev Fariz Atabəy oğlu – mayor
Hüseynov Musa Mirzağa oğlu – mayor
Quliyev Vahid Vaqif oğlu – mayor
Şirinov Seymur Kamran oğlu – mayor
