ar
Feedback
Qaynarinfo.Az

Qaynarinfo.Az

الذهاب إلى القناة على Telegram

24 saat dəqiq və operativ xəbərlər Kanal: @qaynarinfo

إظهار المزيد
1 317
المشتركون
-224 ساعات
-27 أيام
-2030 أيام
أرشيف المشاركات
🌊🇷🇺 Dağıstanda güclü leysan və daşqınlar: Damba qismən dağılıb, rayonlarda Fövqəladə Vəziyyət (gözlənilməz hadisə) rejimi elan edilib İyulun 7–8-də Rusiya Federasiyasının Dağıstan Respublikasında baş verən güclü leysan yağışları regional miqyasda ciddi fəsadlara və daşqınlara səbəb olub. Bahar aylarında baş verən dağıdıcı sellərdən sonra bərpa olunmağa çalışan region yenidən təbii fəlakətlə üz-üzə qalıb.

🇯🇵☀️ İsti hava ilə mübarizənin yapon üsulu

Bu görüntülər zarafat məqsədilə çəkilsə də, bəzi vətəndaşlar hələ də selin nə qədər təhlükəli olduğunu dərk etmirlər. Video bir daha göstərir ki, sel cəmi bir neçə saniyə ərzində qarşısına çıxan hər şeyi öz axınına qataraq apara bilər. Buna görə də belə hallara laqeyd yanaşmaq və ya əyləncə kimi qəbul etmək ciddi təhlükə yarada bilər.

❗️Ceyhun Bayramov: "Ermənistanla sərhədlərin delimitasiyası prosesində müsbət işin şahidiyik" Ermənistanla sərhədlərin delimitasiyası işində müsbət proseslər var. Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Nazir qeyd edib ki, Azərbaycanla Ermənistan arasında delimitasiya prosesi istiqamətində iş gedir və bu iş üçün xüsusi komissiya yaradılıb: "Mütəmadi proses davam etdirilir. Bu kontekstdə müsbət işin şahidiyik. Bundan sonra komissiyaların işini tənzimləyən normativ aktlar qəbul edilib. Hər iki tərəfdən də təsdiq olunub". Mənbə: Report.аz

🚨🔴 ABŞ-nin bu gün səhər İrana zərbələri nəticəsində 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb

❗️Leysan yağışları Dağıstanın dağlıq rayonlarında daşqınlara səbəb olub Zərərçəkənlər barədə məlumatlar dəqiqləşdirilir.

Zaqatalada poçtu sel apardı

🇺🇸 Bloqer iflic olan atası üçün dağlara belə qalxa bilən yolsuzluq əlil arabası hazırlayıb. Amerikalı yutuber-ixtiraçı Ceyk Leyzer bu layihə ilə atasına kömək etmək istəyib. Atası əvvəllər aktiv şəkildə idmanla məşğul olub, hətta marafonlarda qaçıb. Lakin dağınıq skleroz səbəbindən son 20 ildə yalnız əlil arabası ilə hərəkət etmək məcburiyyətində qalıb. Ceyk əsas kimi Çinin “Unitree” robot-itini götürüb və onu insan çəkisinə tab gətirə bilməsi üçün yenidən proqramlaşdırıb. O, robotun “ayaqlarına” xüsusi təkərlər də əlavə edib. Nəticədə ortaya həm hərəkət edə, həm də addımlaya bilən, müxtəlif maneələri aşmağa qadir qeyri-adi əlil arabası çıxıb. Layihə kifayət qədər uğurlu alınıb: bir neçə yıxılmaya baxmayaraq, Ceykin atası bu qurğu ilə təpəyə qalxa, çayı keçə və bir neçə pilləkəni aşa bilib. Müəllif hesab edir ki, gələcək məhz bu cür əlil arabalarındadır və ixtirasını daha da təkmilləşdirməyi planlaşdırır.

🚗 Mexanika sürənlərin beyni həqiqətən daha çox işləyir? 🧠 Yaponiyada aparılan araşdırmaya görə, mufta, sürət qutusu və yol hərəkətini eyni anda idarə etmək beynin diqqət və qərarvermə ilə bağlı hissələrini daha aktiv işləməyə məcbur edir.

Bir şəhər var ki, burada avtobus, tramvay və trolleybuslardan həm yerli sakinlər, həm də turistlər tamamilə pulsuz istifadə edə bilirlər. Bu şəhər tarix boyu 100-dən çox müharibə və mühasirəyə şahidlik edib, 40-dan çox dəfə işğal olunub və dəfələrlə yenidən qurulub. Buna baxmayaraq, bu gün Avropanın ən canlı paytaxtlarından biri sayılır və təxminən 1,7 milyon əhalisi var. 📍Söhbət Serbiyanın paytaxtı — Belqraddan gedir.

"İranın nüvə silahı olmamalıdır." NATO-nun Baş katibi Rutte

Zaqatala, Tala çayı 🌊

Türkiyədə boya zavodunda güclü yanğın: Ölən və yaralananlar var

🇹🇷🇺🇸 Ərdoğan NATO sammitinə gələn Trampı qarşıladı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində iştirak etmək üçün tədbirin keçirildiyi məkana gələn ABŞ Prezidenti Donald Trampı qarşılayıb.

📣 Oğuzun Qumlaq kəndində buğda daşıyan iritonnajlı yük maşını yanıb APA-nın Şimal-qərb bürosunun məlumatına görə, . TIR və içərisində olan 25 ton buğdanın bir hissəsi yanıb.

🚘 🚨 Qayda pozan sürücü qəzaya düşdü

🇺🇸🌭🏆 Amerikalı 18-ci dəfə hot-doq yemək yarışmasının qalibi olub: ▫️ “Nyu-Yorkun Koni-Aylend bölgəsində keçirilən ənənəvi yarışmada 42 yaşlı Coui “Çənələr” Çestnat dünyanın ən güclü yeyəni statusunu yenidən təsdiqləyib. ▫️ O, 10 dəqiqə ərzində 66 hot-doq yeyərək yarışmanın əsas mükafatı olan 18-ci “Xardal kəməri”ni qazanıb. ▫️ Çestnat turnirin mütləq rekordçusu olaraq qalır - yarışma tarixindəki ən yaxşı 11 nəticənin hamısı ona məxsusdur. Onların arasında 2021-ci ildə müəyyən etdiyi 10 dəqiqəyə 76 hot-doqdan ibarət dünya rekordu da var”.

Zlatanla Anri bir yerdədirsə, futbol hər şəraitdə oynanar

Airbus A400M bu gün səmalarda uçan ən möhtəşəm təyyarələrdən biridir. O, əsl hava nəhəngi və Avropa mühəndisliyinin ən uğurlu nümunələrindən sayılır. A400M həm taktiki hərbi nəqliyyat təyyarəsi, həm strateji ağır yük daşıyıcısı, həm də havada yanacaq dolduran tanker funksiyalarını yerinə yetirir. Bu çoxməqsədli hava gəmisi müxtəlif növ hərbi və humanitar missiyaları yüksək səmərəliliklə icra etmək üçün hazırlanıb. Bu təyyarəni yaxından izlədikdə onun nə qədər çoxfunksiyalı, güclü və yüksək imkanlara malik olduğu aydın şəkildə hiss olunur.

🇪🇬 Misirdə yerləşən dünyanın ən böyük muzeyi Bu nəhəng muzey qədim Misir sivilizasiyasına aid on minlərlə tarixi eksponatı özündə birləşdirir. Muzey xüsusilə fironlara aid qiymətli artefaktları və zəngin kolleksiyası ilə dünyanın ən mühüm mədəniyyət mərkəzlərindən biri hesab olunur.