Qaynarinfo.Az
前往频道在 Telegram
1 306
订阅者
-224 小时
-57 天
-1330 天
帖子存档
1 306
Ekstremal idmançı Felipe Verqara növbəti adrenalin dolu hərəkəti ilə diqqət çəkib.
🚴 O, heç bir qoruyucu vasitədən istifadə etmədən uçurumun kənarında yerləşən dar bordür üzərində velosiped sürüb. Riskli hərəkətin görüntüləri qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb.
💬 Video izləyicilər arasında fikir ayrılığı yaradıb. Bəziləri onun cəsarətini yüksək qiymətləndirsə də, digərləri bu cür təhlükəli hərəkətləri məsuliyyətsiz hesab edərək tənqid ediblər.
1 306
🇹🇷🇮🇶 Ərdoğan İraqla yeni neft sazişinin təfərrüatlarını açıqlayıb.
İraqda “British Petroleum” şirkətinin istismar etdiyi Kərkük neft yatağında Türkiyənin “Turkish Petroleum” şirkətinə tərəfdaşlıq hüququ verilib.
“Bu gün imzalanan saziş enerji sahəsində əməkdaşlığımızın inkişafı istiqamətində mühüm addımdır”.
#Türkiyə #İraq
1 306
İsfəndiyar Axundova məxsus "Şərur MTK"nın Sumqayıt şəhərində yerləşən Nəsimi adına Mədəniyyət parkında tikinti məqsədilə sağlam ağacları kəsməsi ilə bağlı görüntülər yayılıb. Şəhər sakinləri parkın bir hissəsində əvvəllər sıx ağaclıq olan ərazidə ağacların yerində böyük qazıntı sahələrinin yarandığını iddia edirlər
1 306
Çinin Şençjen şəhərində ağıllı parkinq sistemi
Sistem avtomobilləri avtomatik qəbul edib geri qaytarır, park yeri axtarmağa sərf olunan vaxtı azaldır.
1 306
❗️Marşrut avtobusu yük avtomobilinə çırpıldı
Bu gün səhər saatlarında Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində marşrut avtobusu ilə yük avtomobili toqquşub.
107 saylı xətt üzrə hərəkət edən iritutumlu avtobus eyni istiqamətdə olan yük maşınına arxadan çırpılıb.
Nəticədə avtobusa ciddi zərər dəyib. Hadisə vaxtı avtobusda sərnişin olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
1 306
🇹🇷🇷🇺 İstanbulda rus turist yaşadığı təqibi sosial mediada paylaşdı
📱 İstanbulda səfərdə olan rusiyalı turist tanış olmaq istəyən bir kişinin israrla onun arxasınca düşərək narahat etdiyini bildirib.
🌐 Görüntülər qısa müddətdə geniş yayıldıqdan sonra sosial şəbəkələrdə gündəm olub və çoxsaylı istifadəçilər hadisəyə reaksiya verib.
1 306
Bloger Pələng 550 km-lik məsafəni avar çəkərək qət edəcək. Bloger bu barədə şəxsi hesabında paylaşım edib.
1 306
Yaponiya sahillərində 7,1 bal gücündə zəlzələ baş verib: Sunami xəbərdarlığı edilib
Yaponiyanın cənub-qərbində yerləşən Kyuşu (Kyushu) adası bölgəsində 7,1 bal gücündə güclü zəlzələ qeydə alınıb. Hadisə ilə əlaqədar ölkənin Baş Meteorologiya Agentliyi tərəfindən sunami xəbərdarlığı elan olunub.
1 306
Bakıda daha bir ağac avtomobillərin üzərinə aşıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, iki avtomobilə ziyan dəyib.
1 306
Oğuzun yol kənarında antisanitar vəziyyət: Yaşadıqları küçənin kənarını zibilliyə çevriliblər
1 306
🇺🇸Tramp: "Türkiyə etibarlı müttəfiqdir, mənə nə satmalı olduğumuzu heç kim deyə bilməz"
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahunun Türkiyəyə "F-35" qırıcılarının verilməsinə qarşı çıxması ilə bağlı jurnalistin sualını cavablandırıb.
Tramp Vaşinqtonun silah satışı məsələsində müstəqil qərar verdiyini və Türkiyənin ABŞ üçün vacib müttəfiq olduğunu vurğulayıb.
"Heç kim mənə nəyi satmalı, nəyi satmamalı olduğumuzu deyə bilməz. Türkiyə hər zaman bizim etibarlı müttəfiqimiz olub. Yeri gəlmişkən, Türkiyə çox güclü ölkədir. Çox qüdrətli orduya sahib mükəmməl bir ölkədir. Onların ordusunda çoxlu əla avadanlıq var", — deyə ABŞ dövlət başçısı bildiriib.
1 306
Bakıda küləkli havada təhlükəli anlar
Bakıda ötən gecədən etibarən müşahidə olunan güclü külək nəticəsində təhlükəli anlar yaşanıb.
Külək çoxmərtəbəli binalardan birinin dam örtüyünü qoparıb.
Paytaxtın 8 Noyabr prospektində isə küləyin təsirindən işıq dirəyinin yerindən oynadığı görünür.
1 306
Qarakərkəz (Aegypius monachus) Avropanın ən iri yırtıcı quşlarından biri, eyni zamanda Azərbaycanın ən nadir quş növlərindəndir. Qanad açıqlığı 2,5–3 metrə, çəkisi isə 7–12 kq-a çata bilir.
Qarakərkəz yuvasını hündür ağacların və ya sıldırım qayaların üzərində iri budaqlardan qurur. Eyni yuvadan uzun illər istifadə edir və hər il onu yeni budaqlarla böyüdərək möhkəmləndirir. Dişi adətən ildə yalnız bir yumurta qoyur. Yumurtanın kürt yatma müddəti təxminən 50–55 gün davam edir və bu müddətdə hər iki valideyn növbə ilə balaya qulluq edir. Bala təxminən 3–4 ay yuvada qalır və tam uçuş qabiliyyəti qazandıqdan sonra yuvanı tərk edir.
Qarakərkəz əsasən leşlə qidalanır. Ölmüş heyvan qalıqlarını təmizləməklə xəstəliklərin yayılmasının qarşısını alır və ekosistemin sağlam qalmasına mühüm töhfə verir. Məhz buna görə qarakərkəz təbiətin ən vacib “təmizlik işçiləri” hesab olunur. Azərbaycanda bu nadir növ qanunla qorunur və onun yaşayış mühitinin mühafizəsi biomüxtəlifliyin qorunması baxımından böyük əhəmiyyət daşıyır.
1 306
🇦🇿Bakıda güləş üzrə U17 Dünya Çempionatı başlayıb
● Yarışda erməni idmançılar da iştirak edirlər.
● DÇ 27 iyul-2 avqust tarixlərində keçirilir.
1 306
🇺🇸🦝 ABŞ-da yenot tavandan turistlərin üstünə düşüb.
▪️Aeroport rəhbərliyi vəhşi heyvanların tutulması xidməti ilə əlaqə saxladıqlarını bildirib, lakin sərnişinlərə nə kompensasiya, nə də endirim təklif olunub.
Sərnişinlər yenotun reysi gözlədikləri vaxtı “rəngarəng etdiyini” bildiriblər.
Heyvanın aeroport binasının tavanına necə çıxdığı məlum deyil.
#ABŞ #Yenot #Aeroport #Turistlər #MaraqlıHadisə
