3 112
Подписчики
-324 часа
-217 дней
-10730 дней
Архив постов
3 109
Halallıq istəmə,istəmə məndən,
Uzaq dur,uzaq ol,uzaq gəz gendən.
Günahlar içində batırsan,səndən,
Nə olsun,ibadət qoxusu gəlir?
Özündə bircə səhv görmədin,nədən?
Deyirsən,sən özün düşün dərindən.
Bax,elə indicə bu sözlərindən,
Nə qədər qəbahət qoxusu gəlir?
Onsuz da nə desən əbəsdir,əbəs,
Bu qədər boş sözlər deyilmidir bəs?
Olmam daha məhbus, sən isə məhbəs,
Burnuma əsarət qoxusu gəlir..🍃
3 109
Daha nə mən qayıdanam,
Nə sən dönə biləcəksən.
Günəşin mən olduğun,
Yana-yana biləcəksən)🍁
3 109
Bax,indi səhərlər açılır sənsiz,
Günəş də əvvəlki kimi doğulur.
Dünya heç kim üçün dəyişmir axı,
Ən dərin ağrılar belə yorulur.
Sənsiz də gülürəm qəhqəhə ilə,
Çayımı içirəm həminki dadla.
Ən uzun gecələr səhərlə bitir,
İnsan yenə qalxır başqa qanadla..🍃
3 109
Necə qəribədir sənsiz ilk payız,
Soyuğu daha sərt,küləyi veyil.
Elə bil bu payız üç ay qonaq yox,
Əbədi gəlibdir,heç gedən deyil.
Cibimdə gizlənən soyuq əllərim,
İsti bir xəyalın təsəllisidir.
Soyuq axşamların günahı yoxdur,
Üşümək ürəyin bəhanəsidir.
Bahara boylanan ağaclar kimi,
Mən səni gözləyim,ya gözləməyim?
Onların baharı səssiz gələcək,
Mən səni səsləyim,ya səsləməyim?..🪶🍁
3 109
Necə qəribədir sənsiz ilk payız,
Soyuğu daha sərt,küləyi veyil.
Elə bil bu payız üç ay qonaq yox,
Əbədi gəlibdir,heç gedən deyil.
Cibimdə gizlənən soyuq əllərim,
İsti bir xəyalın təsəllisidir.
Soyuq axşamların günahı yoxdur,
Üşümək ürəyin bəhanəsidir.
Bahara boylanan ağaclar kimi,
Mən səni gözləyim,ya gözləməyim?
Onların baharı səssiz gələcək,
Mən səni səsləyim,ya səsləməyim?..🪶🍁
3 109
Nə vaxt biləcəksən mənim qədrimi?
Mən çoxdan uzaqda olandan sonra,
Nə vaxt biləcəksən mənim qədrimi?
Mən torpağa qaynıb-qarışandan sonra,
Nə qədər sevsən də, gec olacaqdır.
Bir könül qırılıb,solandan sonra....🍂
3 109
Gün gələr,peşmanlıq sıxar köksünü,
Gözünün yaşını silə bilməzsən.
Mən səni uzaqdan bağışlayaram,
Sən mənim ömrümə gələ bilməzsən..🌓
3 109
Adım köhnələdə nə vaxtsa bir gün,
İzlərim bir küncdə xatirə qalsın.
Günlərin həsrətlə axsın birazca,
Həsrətin sədaqət andı sayılsın.
Məhəbbət yox olmur,adı dəyişir.
Yoxluğun içində səssiz səs olur.
Bir gün kölgə olur,ayağa bağlı,
Bir gün soyuq olur,ciyərə dolur.
Saçını oxşasa bir gün yad əllər,
Bədənin diksinsin,titrəsin əlin.
Toxunmaq istəsən yad bir nəfəsə,
Qurusun dodağın,qurusun dilin..🧬
3 109
Yuxusuz gecələrə,qapqara divar,
Mənim bəxtim qədər heç qara deyil.
Mənim bu nifrətim sənədir,sənə,
Şəklini asdığım divara deyil.
Kül mənim başıma,bu nə sevgidir,
Adam da adamı belə sevərmi?
Yoxsa aramıza ayrılıq salan,
Bizi qovuşduran bu gecələrmi?🌒
