3 177
订阅者
-324 小时
-237 天
-12530 天
帖子存档
3 177
Bax,indi səhərlər açılır sənsiz,
Günəş də əvvəlki kimi doğulur.
Dünya heç kim üçün dəyişmir axı,
Ən dərin ağrılar belə yorulur.
Sənsiz də gülürəm qəhqəhə ilə,
Çayımı içirəm həminki dadla.
Ən uzun gecələr səhərlə bitir,
İnsan yenə qalxır başqa qanadla..🍃
3 177
Necə qəribədir sənsiz ilk payız,
Soyuğu daha sərt,küləyi veyil.
Elə bil bu payız üç ay qonaq yox,
Əbədi gəlibdir,heç gedən deyil.
Cibimdə gizlənən soyuq əllərim,
İsti bir xəyalın təsəllisidir.
Soyuq axşamların günahı yoxdur,
Üşümək ürəyin bəhanəsidir.
Bahara boylanan ağaclar kimi,
Mən səni gözləyim,ya gözləməyim?
Onların baharı səssiz gələcək,
Mən səni səsləyim,ya səsləməyim?..🪶🍁
3 177
Necə qəribədir sənsiz ilk payız,
Soyuğu daha sərt,küləyi veyil.
Elə bil bu payız üç ay qonaq yox,
Əbədi gəlibdir,heç gedən deyil.
Cibimdə gizlənən soyuq əllərim,
İsti bir xəyalın təsəllisidir.
Soyuq axşamların günahı yoxdur,
Üşümək ürəyin bəhanəsidir.
Bahara boylanan ağaclar kimi,
Mən səni gözləyim,ya gözləməyim?
Onların baharı səssiz gələcək,
Mən səni səsləyim,ya səsləməyim?..🪶🍁
3 177
Nə vaxt biləcəksən mənim qədrimi?
Mən çoxdan uzaqda olandan sonra,
Nə vaxt biləcəksən mənim qədrimi?
Mən torpağa qaynıb-qarışandan sonra,
Nə qədər sevsən də, gec olacaqdır.
Bir könül qırılıb,solandan sonra....🍂
3 177
Gün gələr,peşmanlıq sıxar köksünü,
Gözünün yaşını silə bilməzsən.
Mən səni uzaqdan bağışlayaram,
Sən mənim ömrümə gələ bilməzsən..🌓
3 177
Adım köhnələdə nə vaxtsa bir gün,
İzlərim bir küncdə xatirə qalsın.
Günlərin həsrətlə axsın birazca,
Həsrətin sədaqət andı sayılsın.
Məhəbbət yox olmur,adı dəyişir.
Yoxluğun içində səssiz səs olur.
Bir gün kölgə olur,ayağa bağlı,
Bir gün soyuq olur,ciyərə dolur.
Saçını oxşasa bir gün yad əllər,
Bədənin diksinsin,titrəsin əlin.
Toxunmaq istəsən yad bir nəfəsə,
Qurusun dodağın,qurusun dilin..🧬
3 177
Yuxusuz gecələrə,qapqara divar,
Mənim bəxtim qədər heç qara deyil.
Mənim bu nifrətim sənədir,sənə,
Şəklini asdığım divara deyil.
Kül mənim başıma,bu nə sevgidir,
Adam da adamı belə sevərmi?
Yoxsa aramıza ayrılıq salan,
Bizi qovuşduran bu gecələrmi?🌒
3 177
Bu sevdanın zərəri çox qazancından,
Tez əl üzdün eşqimizin inancından.
Bir gün gəlsək üz-üzə biz utancından,
Ölsən daha yaxşı olar..
Biz,bəlkə də,səhv elədik lap başından,
Daha qəlbim sızıldamır göz yaşından.
Bir gün məni unudaraq yaddaşından,
Silsən daha yaxşı olar….
3 177
Hərdən-birdən xətrim qalmasın deyə,
Durduq yerə bəzən “salam” yazardı.
Sən məndəki ağıla bax,ilahi,
Məndə durub “sevirəm”ə yozardım..
3 177
İstərəm qayıdam uşaqlığıma,
Oynayım,yıxılım dizim qanasın.
Ağlaya-ağlaya tez qaçım evə,
Yaramı zaman yox,anam bağlasın.
İstərəm qayıdam uşaqlığıma,
Beş alıb məktəbdən evə tələsim.
Unudum çiynimdə olan yükləri,
Qayıtsın geriyə yaşam həvəsim...🐚
3 177
Dilin yalan deyir, gözlərin yalan,
Məni, ya özünü aldadırsan sən?
Viranə qalıbdı eşq dolu dünyam,
Məni, ya özünü aldadırsan sən?
Bu məhəbbət əzəl gündən boş imiş,
Gözlərimdə donub qalan yaş imiş.
Mən nə bilim, sənin qəlbin daş imiş,
Məni, ya özünü aldadırsan sən?
Xislətində yalan varmış, nə bilim,
Dilin altda ilan varmış, nə bilim.
Könlüm səni insan sanmış, nə bilim,
Məni, ya özünü aldadırsan sən?
O qara bax, qara yağır göylərdən,
Şimşək deyil, ahım çaxır göylərdən.
Heç qorxmadın, Allah baxır göylərdən,
Məni,ya özünü aldadırsan sən?..🎶
