ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

𝒔𝒊𝒅𝒆𝒍𝒚𝒂ღ

𝒔𝒊𝒅𝒆𝒍𝒚𝒂ღ

الذهاب إلى القناة على Telegram
3 112
المشتركون
-324 ساعات
-217 أيام
-10730 أيام
أرشيف المشاركات
…

🩶

Halallıq istəmə,istəmə məndən, Uzaq dur,uzaq ol,uzaq gəz gendən. Günahlar içində batırsan,səndən, Nə olsun,ibadət qoxusu gəlir? Özündə bircə səhv görmədin,nədən? Deyirsən,sən özün düşün dərindən. Bax,elə indicə bu sözlərindən, Nə qədər qəbahət qoxusu gəlir? Onsuz da nə desən əbəsdir,əbəs, Bu qədər boş sözlər deyilmidir bəs? Olmam daha məhbus, sən isə məhbəs, Burnuma əsarət qoxusu gəlir..🍃

Daha nə mən qayıdanam, Nə sən dönə biləcəksən. Günəşin mən olduğun, Yana-yana biləcəksən)🍁

Bax,indi səhərlər açılır sənsiz, Günəş də əvvəlki kimi doğulur. Dünya heç kim üçün dəyişmir axı, Ən dərin ağrılar belə yorulur. Sənsiz də gülürəm qəhqəhə ilə, Çayımı içirəm həminki dadla. Ən uzun gecələr səhərlə bitir, İnsan yenə qalxır başqa qanadla..🍃

Necə qəribədir sənsiz ilk payız, Soyuğu daha sərt,küləyi veyil. Elə bil bu payız üç ay qonaq yox, Əbədi gəlibdir,heç gedən deyil. Cibimdə gizlənən soyuq əllərim, İsti bir xəyalın təsəllisidir. Soyuq axşamların günahı yoxdur, Üşümək ürəyin bəhanəsidir. Bahara boylanan ağaclar kimi, Mən səni gözləyim,ya gözləməyim? Onların baharı səssiz gələcək, Mən səni səsləyim,ya səsləməyim?..🪶🍁

Necə qəribədir sənsiz ilk payız, Soyuğu daha sərt,küləyi veyil. Elə bil bu payız üç ay qonaq yox, Əbədi gəlibdir,heç gedən deyil. Cibimdə gizlənən soyuq əllərim, İsti bir xəyalın təsəllisidir. Soyuq axşamların günahı yoxdur, Üşümək ürəyin bəhanəsidir. Bahara boylanan ağaclar kimi, Mən səni gözləyim,ya gözləməyim? Onların baharı səssiz gələcək, Mən səni səsləyim,ya səsləməyim?..🪶🍁

♥️

🤍

Nə vaxt biləcəksən mənim qədrimi? Mən çoxdan uzaqda olandan sonra, Nə vaxt biləcəksən mənim qədrimi? Mən torpağa qaynıb-qarışandan sonra, Nə qədər sevsən də, gec olacaqdır. Bir könül qırılıb,solandan sonra....🍂

Tufanım sənsən..🤍

Gün gələr,peşmanlıq sıxar köksünü, Gözünün yaşını silə bilməzsən. Mən səni uzaqdan bağışlayaram, Sən mənim ömrümə gələ bilməzsən..🌓

Hardasan ki, yetmədi qəlbimdəki səda sənə? Qədrimi bilməyənim ömürlük əlvida sənə..🎐

Adım köhnələdə nə vaxtsa bir gün, İzlərim bir küncdə xatirə qalsın. Günlərin həsrətlə axsın birazca, Həsrətin sədaqət andı sayılsın. Məhəbbət yox olmur,adı dəyişir. Yoxluğun içində səssiz səs olur. Bir gün kölgə olur,ayağa bağlı, Bir gün soyuq olur,ciyərə dolur. Saçını oxşasa bir gün yad əllər, Bədənin diksinsin,titrəsin əlin. Toxunmaq istəsən yad bir nəfəsə, Qurusun dodağın,qurusun dilin..🧬

Yuxusuz gecələrə,qapqara divar, Mənim bəxtim qədər heç qara deyil. Mənim bu nifrətim sənədir,sənə, Şəklini asdığım divara deyil. Kül mənim başıma,bu nə sevgidir, Adam da adamı belə sevərmi? Yoxsa aramıza ayrılıq salan, Bizi qovuşduran bu gecələrmi?🌒