fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

XƏBƏRLƏR l LİVE

XƏBƏRLƏR l LİVE

رفتن به کانال در Telegram

Gündəmi 1 mesajla izləyin!

نمایش بیشتر
7 588
مشترکین
-324 ساعت
-287 روز
-16330 روز
آرشیو پست ها
🇦🇿 Azərbaycan Respublikasının sabiq müdafiə naziri vəfat edib. 💬 Bildirilib ki, general-mayor, Azərbaycan Respublikası Veteranlar Şurasının sədri Dadaş Rzayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Xatırladaq ki, D.Rzayev 22 dekabr 1935-ci ildə Goranboy rayonunda doğulub. 1993-cü ildə cəmi 4 ay Azərbaycan Respublikasının müdafiə naziri vəzifəsində çalışıb. 2014-cü ildə Azərbaycan Respublikası Veteranlar Şurasının sədri seçilib. 2015-ci ildə isə "Azərbaycan Respublikasının ictimai həyatındakı səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə" "Şöhrət" ordeni ilə təltif edilib. t.me/xeberlerlive
27 مه 2024, 17:11

🇦🇿Məhəmməd Əmin Rəzulzadə: “Ey Gənclik! Ey Türk gəncliyi!”   Sənin öhdəndə böyük bir vəzifə var!   Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Və onu min müşkülatla yüksəldərək dedi ki, bir kərə yüksələn bayraq bir daha enməz!   Əlbəttə, sən onun bu ümidini qırmayacaq, Azərbaycan türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı bir daha o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan”. Bayramınız mübarək! t.me/MutluTurkum
27 مه 2024, 16:21

❗️🇦🇿Mayın 27-də saat 22 radələrində Zaqatala rayonunda 1980-ci il təvəllüdlü Əhmədova Natavan Mövləddin qızının odlu silahdan açılan atəşdən qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N.Əhmədovanın qardaşı, 1989-cu il təvəllüdlü Nurlan Əsgərov saxlanılıb. Araşdırma aparılır. t.me/xeberlerlive
27 مه 2024, 15:40

🇷🇺🇦🇿Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Xankəndinə gəlib orda açılacaq Rusiya konsulluğunun təməlqoyma mərasimində iştirak edəcəyi gözlənilir. ☑️KİV t.me/xeberlerlive
27 مه 2024, 14:29

🤩🥳ENDİRİM❗ Kanalda reklam yerləşdirmək istəyirsinizsə tələsin,reklam qiymətləri qısa müddətliyinə endirimdədir! ƏLAQƏ: 👉🏻👉🏻👉🏻 @aliyev_146
27 مه 2024, 10:02

Ordumuzun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elvin Daşdəmir oğlu Eyvazov Samur-Dəvəçi-Abşeron su kanalında boğularaq vəfat edib. t.me/xeberlerlive | MN
27 مه 2024, 08:59

Repost from Operativ Media
"Araz" supermarketlər şəbəkəsinin Marketinq departament müdiri Ramil Ağayev "Avto FM" radio kanalının "Maliyyəçi" verilişində qonaq olub. Ramil Ağayev dinləyicilərlə "Pərakəndə ticarət sahəsində marketinq" mövzusunda fikir və təcrübələrini bölüşüb
27 مه 2024, 06:57

Bu gündən “BakuBus” MMC paytaxtdan Gəncə şəhərinə və əks istiqamətdə sərnişin daşımağa başlayıb. t.me/xeberlerlive
27 مه 2024, 03:37

❗Ermənistan MN: Mayın 26-da Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Ararat Aramoviç Aroyan  xəsarətlər alıb. Xəstəxana həkimlərinin səyinə baxmayaraq, əsgərin həyatını xilas etmək mümkün olmayıb. Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır. t.me/xeberlerlive
26 مه 2024, 14:33

“Qalatasaray” Türkiyə Superliqasında 2023/24 mövsümünün qalibi olub. t.me/xeberlerlive
“Qalatasaray” Türkiyə Superliqasında 2023/24 mövsümünün qalibi olub. t.me/xeberlerlive
26 مه 2024, 14:03

🌳 ETSN: “Kür çayının Ağstafa rayonu ərazisində Qıraqkəsəmən avtomat hidroloji məntəqəsində mayın 26-da suyun səviyyəsi dünən ilə müqayisədə 152 sm artıb və hazırda da səviyyənin artımı davam edir. Kürdə suyun səviyyəsi nəzarətdə saxlanılır.” t.me/xeberlerlive
26 مه 2024, 11:30

Ağstafaçay hal-hazırda t.me/xeberlerlive
26 مه 2024, 11:12

Qazaxda çay daşıb, İkinci Şıxlı kənd ərazisini sel suları basıb. 🇦🇿 Hazırda aidiyyəti qurumların əməkdaşları və texnikalar əraziyə cəlb olunub, yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır. t.me/xeberlerlive
26 مه 2024, 04:49

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir. t.me/xeberlerlive
26 مه 2024, 03:15

DİQQƏT❗️İyun ayında Milli Qurtuluş Günü və Qurban bayramı ardıcıl olacaq. 15 iyun - Qurtuluş günü, 16 və 17 iyun isə Qurban bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bayram günündən sonrakı iş gününə keçirilir. 15-16 iyun tarixləri şənbə və bazar olduğu və bayram günlərinə düşdüyü üçün 18 və 19 iyun tarixləri də qeyri-iş günləri olacaq. Yəni 15, 16, 17, 18 və 19 iyun - ardıcıl 5 gün qeyri-iş günləridir. t.me/xeberlerlive
26 مه 2024, 02:54

⛈️🇦🇿Bakıda və Abşeronda səhər və axşam bəzi yerlərdə yağış yağacaq, gecəyə doğru şimşək çaxacaq. Paytaxtda və yarımadada gecə 12-16°, gündüz 19-24° isti gözlənilir. Bölgələrdə ayrı-ayrı yerlərdə leysan, şimşək, dolu, yüksək dağlıq ərazilərdə qar ehtimalı var. Rayonlarda gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək.
26 مه 2024, 02:36

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell arasında telefon danışığı olub. Tərəflər Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə ediblər. Erməni diplomat İrəvan və Bakı arasında sülh sazişi layihəsi üzrə danışıqların gedişi barədə Borrellə məlumat verib. t.me/xeberlerlive
25 مه 2024, 14:40

⚡️Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümü başa çatıb. Ölkəmizi avrokuboklarda Qarabağ [Çempionlar Liqası], Zirə [Avropa Liqası], Sabah [Konfrans Liqası] və Sumqayıt [Konfrans Liqası] klubları təmsil edəcək. t.me/xeberlerlive
25 مه 2024, 13:22

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı sərəncam imzalayıb. t.me/xeberlerlive
25 مه 2024, 10:47

Repost from Miriyev TV
GƏRGİNLİK ❗Kirants kəndində vəziyyət gərgindir, sakinlər Ermənistanın baş naziri Nikol Paşinyana suallar verirlər Sakinlər baş nazirə danışıqlar apara bilmədiyini deyiblər.. ⏳⏳⏳ t.me/miriyevtv
25 مه 2024, 06:47