fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

XƏBƏRLƏR l LİVE

XƏBƏRLƏR l LİVE

رفتن به کانال در Telegram

Gündəmi 1 mesajla izləyin!

نمایش بیشتر
7 593
مشترکین
-1024 ساعت
-347 روز
-16530 روز
آرشیو پست ها
Repost from Miriyev TV
⚡⚡️Bakı-Qroznı reysini həyata keçirməli olan AZAL təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğramasından 5 ay keçsə də, Rusiya hadisə bağlı aparılan istintaq haqqında konkret heç bir məlumat açıqlamır. Azərbaycan tərəfi Rusiyadan məsələ ilə bağlı konkret addımlar gözləyir. t.me/miriyevtv l apa
06 مه 2025, 08:28

⚡️Uzun zaman sonra reklam qiymətlərindən endirim etdik! Əlaqə üçün 👉👉 @relvv9
06 مه 2025, 04:56
06 مه 2025, ~16:56

❗️👀 Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” hazırlanıb. Məlumata görə, 5 il ərzində universitetdən məzun olanların ümumi sayı 14 min 524 nəfərdir ki, onların da 8 min 173-ü işlə təmin olunub. Məzunların əksəriyyəti aylıq gəliri 400 manat olan iş yerlərində çalışır. t.me/xeberlerlive
06 مه 2025, 00:45

🇦🇿 Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi yenidən təşkil olunacaq. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasındakı İdarəsi əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Aparatının müvafiq idarəsinin yaradılması ilə bağlı tədbirlər görüləcək. t.me/xeberlerlive
05 مه 2025, 11:19

⚽️ “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov: “Traktor" klubu ilə yoldaşlıq oyunu keçirməyə şad olardım: Rəhbərlik ortaq məxrəcə gəlsə, oyunu keçirə bilərik. t.me/xeberlerlive
04 مه 2025, 18:12

🇮🇱🇦🇿 İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri təxirə salınıb.İsrail hökümətinin mətbuat xidməti məlumatı təsdiqləyib. Məlumata görə, bu qərar Suriyada baş verən hadisələr fonunda qəbul edilib. t.me/xeberlerlive | ℹ️ KİV
03 مه 2025, 13:52

⚡️Bu gün Türk Dünyasının Həmrəyliyi Günüdür Bu tarixi gün ilk dəfə 1944-cü il may ayının 3-də Topxana hərbi həbsxanasında Nih
⚡️Bu gün Türk Dünyasının Həmrəyliyi Günüdür
Bu tarixi gün ilk dəfə 1944-cü il may ayının 3-də Topxana hərbi həbsxanasında Nihal Atsız, Zeki Velidi Togan, Nehdet Sançar və Reha Oğuz Türkkan başda olmaqla, on nəfər məhkum tərəfindən qeyd edilib. Türk dünyasının birlik və qardaşlıq rəmzinə çevrilmiş bu tarix Azərbaycanda 1992-ci ilin may ayından qeyd olunur. 1992-ci ilin məhz bu günündə Bakıya gələn rəsmi nümayəndə heyətinin tərkibində olan əfsanəvi türk lideri Alparslan Türkeş Azadlıq meydanında bir milyona yaxın insan qarşısında çıxış edib. Türk dünyasına xidmət edən və milli düşüncəmizə türkçülük anlayışını gətirən azərbaycanlılardan Fransanın tanınmış Sorbon Universitetində təhsil alan ilk azərbaycanlı olan Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı, Hüseyn Cavid, Məhəmməd Hadi və digərlərinin adlarını çəkmək olar. Onların əsas məqsədləri türk xalqlarının mədəni birliyinə nail olmaq idi.
✅ t.me/MutluTurkum
03 مه 2025, 06:33

❗️Ermənistanda hərbi xidmətə çağırışın yuxarı yaş həddinin 27-dən 37-yə qaldırılması təklif edilib. Paşinyan hökuməti hərbi qulluqçuların sayının artırılması məqsədilə islahatlar aparacaq. t.me/xeberlerlive
03 مه 2025, 03:46

● Kiberdələduzluğa görə zərərçəkmiş heç kimin 1 dolları belə geri qayıtmayıb. ● Pul vəsaiti kartdan çıxarılıbsa, 1 saat ərzində xəbər verilmirsə, sonra pul itir, ölkədən çıxarılır. ● Kibercinayətlərə müəllimlər, həkimlər, yüksək vəzifəli şəxslər də məruz qalır. ● Bankların təhlükəsizliyində problem yoxdur. Günahkar axtarmayaq. t.me/xeberlerlive | DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev
02 مه 2025, 13:28

💻 Azərbaycanın aparıcı saytlarına kiber hücumların Rusiya və Fransadan edildiyi açıqlanıb. t.me/xeberlerlive
02 مه 2025, 11:48

Hava Dəyişir❗️Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra mayın 2-si axşam qərb rayonlarından başlayaraq mayın 6-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. t.me/xeberlerlive
01 مه 2025, 12:27

🇦🇿 Azərbaycan XİN: “Hindistan və Pakistan arasında mövcud gərginlikdən narahatıq. Biz təmkinli olmağa və mövcud gərginliyi aradan qaldırmaq üçün konstruktiv dialoqa çağırırıq.” t.me/xeberlerlive
01 مه 2025, 10:34

Repost from N/a
🇦🇿Güney Azərbaycan, Ərdəbil əyaləti, Meşgin rayonu, Savalan dağı ətəyi. t.me/vefadarmuallim
01 مه 2025, 07:34

🛑 Əsgəran - Xocalı yolunda 7 itkin mülki şəxsə aid meyit qalıqları tapılıb Bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib. O bildirib ki, aprel ayında aparılan qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb: "Kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında, Şuşa-Xankəndi və Şuşa - Laçın yolunun birləşməsində aşkar edilmişdi. Bu qalıqların ən azı 5 nəfərə aid olduğu ehtimal edilir. Yol tikintisi aparıldığı üçün qalıqlar oradan götürülüb. Əsgəran- Xocalı yolunun üstündə aşkarlanan bu məzarlıqda ən azı 7 itkin şəhidə aid meyit qalıqları aşkarlanıb. Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir. Onlar qeyri-ənənəvi yolla dəfn olunublar". t.me/xeberlerlive
01 مه 2025, 07:08

🇦🇿🚅🇬🇪 Azərbaycan və Gürcüstan mayın 26-da Gürcüstanın Müstəqillik Günü və 28 May Azərbaycanın Respublika Günündə ilk qatarı yola salmaq barədə razılığa gəliblər. İlk sərnişin qatarı təxminən bu tarixlərdə yola salınacaq. ➡️ t.me/xeberlerlive
30 آوریل 2025, 03:28

♦️Türkiyə may ayında Azərbaycana gözlənilən səfəri zamanı İsrailin baş naziri Netanyahunun təyyarəsinin Türkiyə hava məkanından uçmasına icazə verib. 🖇️ t.me/xeberlerlive | KİV
30 آوریل 2025, 02:45

🇵🇰 Pakistanın informasiya naziri Tarar: “Hindistanın 24-36 saat ərzində hücum planlaşdırıb. İstənilən təcavüz aktı qətiyyətlə qarşılanacaq. Hindistan regionda baş verə biləcək hər hansı ciddi nəticələrə görə tam məsuliyyət daşıyacaq.” ➡️ t.me/xeberlerlive
29 آوریل 2025, 17:37

🥀 Azərbaycan Dövlət Neft Akademiyasında törədilən faciədən 16 il ötür. 2009-cu il aprelin 30-u saat 9:30 radələrində Azərbay
🥀 Azərbaycan Dövlət Neft Akademiyasında törədilən faciədən 16 il ötür.
2009-cu il aprelin 30-u saat 9:30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) ikinci korpusuna daxil olan terrorçunun birinci mərtəbədən altıncı mərtəbəyədək qarşısına çıxanlara atəş açması nəticəsində təhsil müəssisəsinin müəllim və tələbələri amansızcasına qətlə yetiriliblər. Hadisə nəticəsində 12 nəfər həlak olub, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğlu sonda özünü vurub. Cinayət işi üzrə təqsirli bilinən dörd nəfər də layiqli cəzalarını alıblar.
➡️ t.me/MutluTurkum
29 آوریل 2025, 16:42

Repost from Miriyev TV
YENİDƏN ⚡⚡⚡REKLAM QİYMƏTLƏRİMİZ HAZIRDA 50% ENDİRİMDƏDİR. (istənilən reklam) ƏLAQƏ ➡️ @miriyevelaqe
28 آوریل 2025, 18:21

🇷🇺 Kreml: Putin faşizm üzərində qələbənin 80-ci ildönümü münasibəti ilə Ukraynada atəşkəs elan edib. Atəşkəs mayın 7-dən 8-nə keçən gecədən başlayaraq 10-11-i gecə yarısına kimi qüvvədə olacaq. ➡️ t.me/xeberlerlive
28 آوریل 2025, 07:24