Alt404.com
رفتن به کانال در Telegram
🌍 Elm və texnologiya xəbərləri 🚀 Gələcəyin trendləri ©️ alt404.com
نمایش بیشتر1 630
مشترکین
+124 ساعت
اطلاعاتی وجود ندارد7 روز
-2130 روز
آرشیو پست ها
1 630
👓 Yaponiyada uzanarkən telefona baxmaq və ya televizor izləmək üçün oturmağa belə ehtiyac qoymayan qeyri-adi eynəklər populyarlaşıb.
🛏 “Tənbəl eynəyi” kimi tanınan bu aksesuar xüsusi prizmatik linzalar vasitəsilə görüntünün istiqamətini dəyişir. Beləliklə, arxası üstə uzanan insan başını qaldırmadan qarşısındakı görüntünü görə bilir.
📱 Eynəkdən smartfona baxmaq, kitab oxumaq və televizor izləmək üçün istifadə etmək mümkündür.
😄 Görünüşü bir qədər qəribə olsa da, əsas məqsəd uzanarkən boynu qaldırmadan və ya uzun müddət əymədən ekrana baxmağı daha rahat etməkdir.
#alt404
1 630
🍾 2021-ci ildə ABŞ-də bir dalğıc çayın dibindən içərisində 1926-cı ildə yazılmış məktub olan şüşə butulka tapıb.
✉️ Araşdırma nəticəsində məlum olub ki, məktubu Corc Morrou adlı şəxs 17-18 yaşlarında olarkən yazaraq suya atıb. Məktub tapılanda isə onun müəllifi artıq həyatda olmayıb.
💙 Daha sonra Morrounun qızı tapılıb və məktub ona təqdim edilib. O isə atasının xatirəsinin yaşaması üçün məktubun tapıldığı ərazidə nümayiş etdirilməsinə qərar verib.
#alt404
1 630
🍎 Apple-da 15 il davam edən Tim Kuk dövrü başa çatıb. 2011-ci ildə Stiv Cobsdan sonra şirkətin rəhbərliyini üzərinə götürən Kuk 31 avqustda CEO kimi son iş gününü başa vurub. Bu gündən — 1 sentyabr 2026-cı ildən Apple-ın yeni baş direktoru Con Ternusdur.
👨💼 Tim Kuk isə Apple-dan ayrılmır. O, şirkətin icraçı idarə heyəti sədri kimi fəaliyyətini davam etdirəcək və mühüm strateji məsələlərdə iştirak edəcək.
⌚️ Kuk dövründə Apple Watch, AirPods, Apple Pencil, HomePod və Vision Pro kimi yeni məhsul kateqoriyaları yaradıldı. Apple Pay və Apple Music kimi xidmətlər isə Apple-ın biznesinin mühüm hissəsinə çevrildi.
💻 Bu dövrün ən böyük texnoloji dəyişikliklərindən biri Mac-lərin Intel prosessorlarından Apple-ın öz M seriyalı çiplərinə keçirilməsi oldu. Bununla şirkət həm aparat, həm də proqram təminatı üzərində nəzarətini daha da artırdı.
📈 Tim Kukun 15 illik rəhbərliyi dövründə Apple dünyanın ən dəyərli şirkətlərindən birinə çevrildi. Şirkətin bazar dəyərinə trilyonlarla dollar əlavə olundu və Apple-ın biznesi iPhone-dan kənara çıxaraq böyük texnologiya və xidmətlər ekosisteminə çevrildi.
🚀 İndi bu sistemi 25 ildən çoxdur Apple-da çalışan Con Ternus idarə edəcək. Onun qarşısında süni intellekt yarışında Apple-ın mövqeyini gücləndirmək, iPhone-u inkişaf etdirmək və şirkətin növbəti böyük məhsul kateqoriyasını yaratmaq kimi ciddi vəzifələr dayanır.
📱 Ternusun CEO kimi ilk böyük sınağı üçün çox gözləmək lazım gəlməyəcək. Apple sentyabrın 9-da yeni iPhone modellərini təqdim edəcək və tədbirdə şirkətin ilk qatlanan iPhone modelinin də nümayiş etdiriləcəyi gözlənilir.
🔄 Beləliklə, Apple tarixində daha bir böyük dövr bağlanır. Stiv Cobsdan sonra şirkəti 15 il idarə edən Tim Kuk estafeti Con Ternusa ötürür.
#alt404 #Apple
1 630
📱 Azyaşlı övladınıza pasport almaq üçün tələb olunan valideyn razılığını artıq notariusa getmədən “mygov” üzərindən elektron formada rəsmiləşdirmək mümkündür.
👨👩👧 Yeni xidmət xüsusilə valideynlərdən birinin pasport prosesində fiziki olaraq iştirak edə bilmədiyi hallarda prosesi xeyli asanlaşdırır.
⚙️ Bunun üçün “mygov”da “Xidmətlər” → “Ailə” bölməsindən “Azyaşlıya pasportun verilmə ərizəsi” xidməti seçilir. Məlumatlar doldurulduqdan sonra notarius video verifikasiya ilə təsdiqləmə aparır və ödənişdən sonra razılıq ərizəsi elektron formada rəsmiləşdirilir.
#alt404 #mygov
1 630
🎮 Bir tərtibatçı Nintendo-nun əfsanəvi Game Boy Color konsolunun təxminən 1,5 metr hündürlüyündə nəhəng versiyasını hazırlayıb.
🕹 Bu, sadəcə dekorasiya üçün hazırlanmış böyük maket deyil. Düymələri işləyir və nəhəng ekranda oyun oynamaq mümkündür.
⚙️ Layihədə orijinal Game Boy Color-un görünüşü qorunaraq ekran, idarəetmə düymələri və korpus böyük ölçüdə yenidən hazırlanıb.
🗡 Nəticədə uşaqlıqdan tanıdığımız portativ konsol Zelda kimi oyunların oynana bildiyi insan boyuna yaxın nəhəng oyun cihazına çevrilib.
©️ Instagram | nickbuildstuff
#alt404 #GameBoy #Nintendo
1 630
🧟 Qaçışı real həyatda zombi oyununa çevirən maraqlı tətbiq hazırlanıb. Tətbiq telefonun GPS məlumatından istifadə edərək oyunçunun real hərəkətini xəritədə izləyir.
🏃 Oyuna başladıqda istifadəçiyə 60 saniyəlik qaçış üstünlüyü verilir. Vaxt bitdikdən sonra xəritədə zombilər peyda olur və oyunçunu təqib etməyə başlayırlar.
🗺 Zombilərdən qaçmaq üçün isə sadəcə ekranda düyməyə basmaq kifayət deyil — real həyatda fiziki olaraq qaçmaq lazımdır. Marşrut boyunca sursat toplamaq və yaxınlaşan zombilərlə mübarizə aparmaq da mümkündür.
🤖 Tərtibatçının sözlərinə görə, daha maraqlı məqam tətbiqin Claude Code istifadə edilərək cəmi bir həftə ərzində hazırlanmasıdır.
😂 Beləliklə, adi qaçış məşqi xəritədə zombilərdən xilas olmağa çalışdığınız real həyat oyununa çevrilir.
©️ X | @RoundtableSpace
#alt404
1 630
🌈 Başqa ölçüyə açılan portalı xatırlatsa da, bu görüntü əslində tam dairə formasında yaranmış göy qurşağıdır.
🌉 Nadir görüntü Çinin cənub-qərbində, Quycou əyalətində yerləşən Huacian Böyük Kanyon Körpüsünün — dünyanın ən hündür körpüsünün altında qeydə alınıb. Körpünün hərəkət hissəsi Beypan çayından təxminən 625 metr yüksəklikdə yerləşir.
💦 Görüntü körpünün xüsusi su pərdəsi sistemi işləyərkən yaranıb. Yüzlərlə metr aşağı tökülən su havada sıx duman və xırda su damcıları yaradıb.
☀️ Günəş işığı bu damcılardan keçərək sınma və əksolunma nəticəsində 360 dərəcəlik göy qurşağının görünməsinə səbəb olub.
#alt404
1 630
+1
🗝 Rockstar vaxtilə GTA IV-ü çox sürətli şəkildə 100% tamamlayan oyunçulara bu gün təxminən 2000 dollar dəyərində olan nadir hədiyyə verib.
🎮 2008-ci ildə GTA IV satışa çıxdıqdan sonra Rockstar xüsusi kampaniya təşkil etmişdi. Oyunu ilk iki həftə ərzində 100% tamamlayan seçilmiş oyunçular “Key to Liberty City” adlı fiziki açarla mükafatlandırılırdı.
🏙 Liberty City-nin simvolik “açarı” adi mağazalarda satılmırdı və məhdud sayda hazırlanmışdı. Bu səbəbdən illər keçdikcə GTA kolleksiyaçıları arasında olduqca nadir əşyaya çevrilib.
💰 Bu gün orijinal komplektlərin vəziyyətindən və yanında olan materiallardan asılı olaraq kolleksiya bazarında 2000 dollar və daha yüksək qiymətə dəyərləndirildiyi bildirilir.
🔥 Yəni 2008-ci ildə GTA IV-ü cəmi iki həftəyə tam bitirən bəzi oyunçular fərqində olmadan gələcəyin ən nadir Rockstar kolleksiya əşyalarından birini əldə etmişdilər.
#alt404 #GTA
1 630
⚡️ Elektrikli avtomobillərin ən böyük problemlərindən biri olan uzun enerji yığma müddəti getdikcə azalır. BYD-nin Flash Charge texnologiyası batareyanı cəmi 9 dəqiqəyə 10 faizdən 97 faizə qədər doldura bilir.
🔋 Sistem çox yüksək enerji ötürmə gücündən istifadə edərək qısa müddətdə batareyaya böyük həcmdə enerji çatdırmağa imkan verir.
⏱️ Beləliklə, uyğun avtomobil və enerji doldurma stansiyası ilə elektromobilin enerji yığması yanacaqdoldurma məntəqəsində keçirilən vaxta getdikcə daha çox yaxınlaşır.
🚗 Bu cür sürətli enerji doldurma texnologiyalarının geniş yayılması elektromobillərlə uzun səfərlərdə gözləmə müddətini əhəmiyyətli dərəcədə azalda bilər.
#alt404 #BYD
1 630
+2
🌑 Nə süni intellekt, nə filtr, nə də montaj. Sadəcə doğru anda çəkilmiş inanılmaz bir kadr: əfsanəvi Porsche 906 Carrera 6 Günəş tutulması ilə eyni fotoda görüntülənib.
📸 Fotoqraf Pablo García avtomobili tutulmuş Günəşin altında çəkib. Porsche isə bu xüsusi görüntünü daha sonra Dünya Fotoqrafiya Günü münasibətilə paylaşıb.
☀️ Kadrın arxasındakı Günəş tutulması da tamamilə realdır. 2026-cı ilin tam Günəş tutulması Qrenlandiya, İslandiya, Rusiyanın şimalı və İspaniya da daxil olmaqla bir sıra ərazilərdən müşahidə olunub.
🏎 Fotodakı avtomobil də ən az tutulma qədər xüsusidir. 1966-cı ildə təqdim edilən Porsche 906 Carrera 6 yarışlar üçün hazırlanmışdı və cəmi 675 kiloqram çəkisi vardı.
⚙️ Onun 2,0 litrlik altısilindrli mühərriki təxminən 210 at gücü hasil edirdi. Aşağı çəkisi sayəsində avtomobil uyğun ötürmə nisbəti ilə 280 km/saat sürətə çata bilirdi.
✨ 60 ildən çox yaşı olan nadir yarış avtomobilinin nadir astronomik hadisə ilə eyni anda bir kadrda görüşməsi isə fotonu daha da xüsusi edir.
1 630
🧾 Tayvanda alış-verişdən sonra aldığınız adi market və restoran çeki sizə 320 min dollara qədər pul qazandıra bilər.
🎟 Çeklərin üzərində xüsusi 8 rəqəmli nömrə olur və hər iki aydan bir lotereya keçirilir. Nömrələr tam uyğun gəldikdə əsas mükafat - 10 milyon Tayvan dolları qazanılır.
💰 Bu sistem əslində vergidən yayınmanın qarşısını almaq və insanları çek tələb etməyə həvəsləndirmək üçün hələ 1951-ci ildə yaradılıb.
🔄 Yəni məntiq Azərbaycandakı ƏDV geri al sisteminə bənzəyir. Fərq ondadır ki, bizdə ƏDV-nin bir hissəsi geri qaytarılır, Tayvanda isə çekiniz sizi böyük lotereyanın qalibinə çevirə bilər.
#alt404
1 630
🚀 Hindistanda yaşayan 16 yaşlı Raul Con Aju hələ məktəbdə oxuyarkən süni intellekt sahəsində öz şirkətini quraraq 15 nəfərlik komandanı idarə edir.
👨💼 Maraqlısı isə odur ki, Raul Amazon, Adobe, Wipro və IBM kimi şirkətlərdə təcrübə toplamış atası Aju Cozefi də öz şirkətində işə götürüb. Bildirilir ki, o, atasına ayda 200 min rupi (təxminən, 3550 AZN) maaş ödəyir.
🤖 Raulun texnologiyaya marağı 9 yaşında başlayıb. 12 yaşında “MeBot” adlı robot hazırlayan gənc indiyədək RESQ AI, ZapGap, Investo AI və FeedFye daxil olmaqla 15-dən çox süni intellekt layihəsi üzərində çalışıb.
🎓 Onun ThinkCraft Academy vasitəsilə təşkil etdiyi süni intellekt təlimlərinin dünya üzrə təxminən 500 min insana çatdığı bildirilir.
💻 Raul hazırda bir tərəfdən orta məktəb təhsilini davam etdirir, digər tərəfdən isə şirkətini idarə edir və yeni süni intellekt layihələri hazırlayır.
#alt404
1 630
🕹 Bir tərtibatçı planeri klaviatura və ya oyun pultu əvəzinə bədən hərəkətləri ilə idarə edə biləcəyiniz maraqlı oyun hazırlayıb.
📷 Oyun kompüterin veb-kamerasından istifadə edərək oyunçunun hərəkətlərini real vaxtda izləyir və onları idarəetmə əmrlərinə çevirir.
✈️ Oyunçu bədənini sağa və ya sola əydikdə planerin istiqaməti də buna uyğun dəyişir. Beləliklə, ekrandakı uçuşu sanki özünüz havada süzülürmüş kimi idarə edirsiniz.
💡 Bu sadə ideya adi veb-kameranı hərəkət sensoruna çevirərək əlavə avadanlıq olmadan daha interaktiv oyun təcrübəsi yaradır.
©️ X | pauline_makes
#alt404
1 630
⌨️ Pakistanda yaşayan 20 yaşlı Ehsan Zafar Abbasi avtomobili kompüter klaviaturası ilə idarə etməyə imkan verən maraqlı sistem hazırlayıb.
🚗 Mühəndislik təhsili alan gəncin ideyası isə uşaqlıqda oynadığı "GTA: Vice City" və "Need for Speed" oyunlarından yaranıb. Oyunlarda maşını klaviatura ilə idarə edən Ehsan illər sonra eyni prinsipi real avtomobildə tətbiq edib.
🛠 Maraqlısı budur ki, o, sistemi böyük imkanlar olmadan, köhnə elektron cihazları sökərək və onların iş prinsipini öyrənərək hazırlayıb.
#alt404
1 630
📱 Huawei geniş ekranlı smartfon hazırlamaqla kifayətlənməyib, istifadəçi interfeysini də bu ekran formasına uyğunlaşdırıb.
✋ Ən maraqlı xüsusiyyətlərdən biri telefonun hansı əllə tutulduğunu müəyyən edə bilməsidir. Sistem buna uyğun olaraq interfeysdəki bəzi düymə və elementlərin yerini avtomatik dəyişir.
👍 Telefon sağ əllə tutulduqda idarəetmə elementləri sağ tərəfə, sol əllə tutulduqda isə daha rahat çatmaq üçün sol tərəfə yaxınlaşdırılır.
💡 Beləliklə, böyük və geniş ekrana baxmayaraq telefonu bir əllə idarə etmək daha rahat olur. Bu, Huawei-nin yalnız cihazın formasını deyil, proqram təminatını da həmin formaya uyğun düşündüyünü göstərir.
#alt404
1 630
+3
🕯 Bir ata 14 yaşında dünyasını dəyişən oğlunun Minecraft-da yaratdığı dünyanı qorumaq üçün təxminən 10 ildir hər ay 12 dollar server haqqı ödəyir.
💚 Oğlu 2016-cı ildə vəfat etməzdən əvvəl dostları ilə birlikdə illərlə bu Minecraft dünyasını qurmuşdu. Ata iki il sonra ilk dəfə serverə daxil olanda oğlunun dörd dostunun hələ də ora gəldiyini görüb.
🏰 Dostları onun yarımçıq qoyduğu qalanı tamamlayıblar, amma oyundakı yataq otağına toxunmayıblar və onu olduğu kimi saxlayıblar.
🎂 Hər il oğlanın doğum günündə dostları yenidən həmin Minecraft dünyasına qayıdır və onun xatirəsinə minlərlə məşəl yerləşdirirlər.
⛏️ İllər keçib, həmin dostlar artıq böyüyüb, iş və şəxsi həyat qurublar. Buna baxmayaraq, serverə qayıtmağa davam edirlər. Ata isə oğlundan qalan bu rəqəmsal dünyanı qorumaq üçün server haqqını ödəməyə davam edir.
©️ Reddit | Minecraft Community
#alt404 #Minecraft
1 630
🚙 Son günlər müxtəlif avtomobil forumlarında Tesla-nın 2015-ci ildə keçirdiyi Model X təqdimatı yenidən gündəmə gəlib. Avtomobil həvəskarları uzun müddətdir “Falcon Wing” qapılarının ilk nümayişi qədər həyəcan yaradan avtomobil yeniliyi görmədiklərini yazırlar.
🚗 Həmin təqdimatda İlon Mask Model X-i başqa bir avtomobildən cəmi bir neçə santimetr məsafədə saxlamışdı. Adi avtomobil qapısının açılmasının demək olar ki, mümkün olmadığı bu dar boşluqda Model X-in “Falcon Wing” qapıları problemsiz şəkildə açılmışdı.
📡 Sistem ətrafdakı maneələri sensorlarla müəyyənləşdirir. Qapı əvvəlcə yuxarı qalxır, daha sonra mövcud boşluğa uyğun şəkildə açılaraq yanındakı avtomobilə və ya digər maneələrə toxunmamağa çalışır.
👏 29 sentyabr 2015-ci ildə Fremont fabrikində keçirilən təqdimatın bu hissəsi həmin dövrdə böyük maraq yaratmış və Model X-in ən yaddaqalan xüsusiyyətlərindən birinə çevrilmişdi.
#alt404 #Tesla
1 630
🎮 Oyun dünyasında yeni era başladı! Rockstar Games-in GTA 6 üçün təqdim etdiyi rəsmi gameplay sadəcə bir oyun deyil, hər addımınıza reaksiya verən nəhəng, canlı simulyasiyadır.
🚨 Hiper-reallıq ən pik həddə çatır: Törətdiyiniz cinayətdən sonra polislər sizi geyiminizdən tanıyacaq, ona görə də maşının baqajında ehtiyat paltar saxlamaq şərtdir! Üstəlik, əfsanəvi 6 ulduzlu axtarış səviyyəsi rəsmən geri qayıdır.
😴 Fiziki vəziyyətiniz hər şeyi dəyişir: Günlərlə qaçıb dincəlməsəniz, yorğunluq və yuxusuzluq personajınızın üz-gözündən bəlli olacaq. Hətta etdiyiniz dəliliklər oyundaxili sosial mediada bir anda viral ola bilər!
🚗 Artıq sadəcə bir düymə ilə maşın qaçırmaq yoxdur: Hər avtomobil üçün xüsusi mini-oyunları keçməli, döyüşlərdə isə RDR2-dən tanıdığımız "Dead Eye" və ətrafı skan edən yeni "Focus" mexanikasından istifadə etməli olacaqsınız.
1 630
+1
🚗 Floridada yaşayan bir nəfər yaxınlaşan qasırğadan qorumaq üçün BMW M3 avtomobilini birbaşa evinin qonaq otağında “park edib”.
🌪️ Calil Randi adlı şəxs güclü külək və mümkün daşqın səbəbindən bahalı avtomobilini küçədə saxlamaq istəməyib və ən təhlükəsiz yer kimi öz evini seçib.
🏠 BMW-ni içəri salmaq üçün avtomobil evin geniş qapısından keçirilib və qonaq otağında saxlanılıb. Görüntülər sosial mediada yayıldıqdan sonra böyük marağa səbəb olub.
😅 Qasırğa sonda onun yaşadığı əraziyə ciddi ziyan vurmasa da, Randi ən pis ssenariyə əvvəlcədən hazırlaşdığı üçün peşman olmadığını bildirib.
#alt404 #BMW
