uk
Feedback
Alt404.com

Alt404.com

Відкрити в Telegram

🌍 Elm və texnologiya xəbərləri 🚀 Gələcəyin trendləri ©️ alt404.com

Показати більше
1 666
Підписники
+124 години
+47 днів
-1030 день
Архів дописів
🍺 Kanadalı tələbənin hazırladığı bu cihaz internetin yeni fenomeninə çevrilib. 🚀 Pivəatan qurğu sosial şəbəkələrdə qısa müddətdə viral olub. Videoları artıq Instagram, TikTok və digər platformalarda ümumilikdə 16 milyondan çox baxış toplayıb. 🤯 Maraqlıdır ki, videolar hətta pivə istehsalçısı Budweiser və digər məşhur hesabların da diqqətini çəkib. Onlar paylaşımın şərh bölməsinə yazaraq layihəyə reaksiya veriblər. 🔧 Layihənin müəllifi bunun sadəcə başlanğıc olduğunu bildirir. O, artıq qurğunun yeni versiyalarını hazırlamağı planlaşdırır. Sosial şəbəkələrdə isə çoxları bu cihazın nə vaxt satışa çıxacağını soruşur. #alt404

🧬 Yaşlanmanı dayandırmağa çalışan milyonçu Brayan Conson bu dəfə özünün "yeni doğulmuş klonunu" yaratdığını açıqlayıb. 🔬 Co
+1
🧬 Yaşlanmanı dayandırmağa çalışan milyonçu Brayan Conson bu dəfə özünün "yeni doğulmuş klonunu" yaratdığını açıqlayıb. 🔬 Consonun sözlərinə görə, kök hüceyrə texnologiyası vasitəsilə laboratoriyada ona məxsus hüceyrələrdən yeni toxumalar yetişdirilib. Hazırda onlar yalnız Petri qabında saxlanılır. Gələcəkdə isə bu hüceyrələrin yaşlanma əleyhinə müalicələrin sınaqdan keçirilməsi və transplantasiya üçün yeni orqanların yetişdirilməsində istifadə oluna biləcəyi iddia edilir. ⏳ Brayan Conson uzun illərdir yaşlanmanı ləngitmək üçün həyata keçirdiyi "Blueprint" layihəsi ilə tanınır. O, hər gün onlarla vitamin və dərman qəbul edir, ciddi pəhriz saxlayır, yuxusunu və məşqlərini xüsusi proqramla idarə edir, mütəmadi tibbi analizlərdən keçir və orqanizminin bioloji yaşını azaltmağa çalışır. 🧠 Onun layihəsi elm dünyasında böyük maraq doğursa da, bəzi mütəxəssislər bu metodların hamısının elmi cəhətdən tam sübut olunmadığını və uzunmüddətli təsirlərinin hələ də araşdırıldığını bildirirlər. #alt404

✈️ Bir tərtibatçı açıq təyyarə datasını və süni intellekti birləşdirərək 99 dollarlıq masaüstü uçuş radarı hazırlayıb. 📡 Cihaz mikrosxem, WiFi çipi və AI dəstəkli proqram təminatı sayəsində yaxınlıqdakı təyyarələri real vaxtda izləməyə imkan verir. 💰 İstehsalı cəmi $49 olan bu mini-radar cəmi 6 həftə ərzində 338 ədəd satılaraq $16.900 xalis mənfəət gətirib. 💡 Bütün sirr sıfırdan nəsə ixtira etməkdə deyil, onsuz da hər kəsə açıq olan datanı funksional məhsula çevirməkdədir. 🚀 Bu layihə növbəti böyük biznes imkanının mövcud məlumatları yeni formada təqdim etməkdən keçdiyini bir daha sübut edir. #alt404

☄️ İyulun sonunda səmada α-Kaprikornid meteor yağışını izləmək mümkün olacaq. 🌌 Meteor axını iyulun əvvəlindən avqustun 15-d
☄️ İyulun sonunda səmada α-Kaprikornid meteor yağışını izləmək mümkün olacaq. 🌌 Meteor axını iyulun əvvəlindən avqustun 15-dək aktiv olsa da, maksimum aktivliyinə 30 iyul saat 17:00-da çatacaq. Azərbaycanda müşahidə üçün ən əlverişli vaxt isə 30 iyul axşamı – 31 iyul gecəsi olacaq. 🌠 Bakıdan baxdıqda meteorları bütün gecə ərzində görmək mümkün olsa da, ən yaxşı müşahidə vaxtı gecə saat 01:00 hesab edilir. Bu zaman meteor axınının radiantı səmada ən yüksək mövqedə olur. ✨ Normal şəraitdə saatda təxminən 3 meteor müşahidə etmək mümkün olacaq. Bununla belə, α-Kaprikornid axını bəzən çox parlaq və uzun iz buraxan "od topu" (fireball) tipli meteorları ilə seçildiyi üçün maraqlı mənzərələr təqdim edə bilər. 🌕 Bu il müşahidələrə əsas maneə Ayın parlaq olmasıdır. Buna baxmayaraq, parlaq meteorları görmək ehtimalı qalır. ©️ "Azərbaycan müəllimi" qəzeti #alt404

👅 Dillə idarə olunan MouthPad artıq ABŞ-də satışa çıxarılıb. 🤖 Bu ağıllı ağızlıq istifadəçinin dil və baş hərəkətləri ilə k
+1
👅 Dillə idarə olunan MouthPad artıq ABŞ-də satışa çıxarılıb. 🤖 Bu ağıllı ağızlıq istifadəçinin dil və baş hərəkətləri ilə kompüteri, smartfonu və süni intellekt alətlərini idarə etməsinə imkan verir. Hazırda ondan 100-dən çox insan istifadə edir və bəziləri cihazı gün ərzində 16 saata qədər taxır. 🎮 MouthPad oyun oynamaq, Figma ilə işləmək və CAD proqramlarından istifadə etmək üçün uyğunlaşdırılıb. Şirkət hazırda bu texnologiyanın elektrikli əlil arabalarının idarə olunmasında tətbiqi üzərində də çalışır. ♿ İstifadəçilər bildirirlər ki, MouthPad sayəsində daha rahat işləyir, daha yaxşı oyun oynayır və gündəlik həyatlarını daha müstəqil şəkildə davam etdirə bilirlər. ©️ Instagram | augmentaltech #alt404

🚇 Sumqayıt və Xırdalana metro xəttinin çəkilməsi planlaşdırılır. 🏗️ "Bakı Metropoliteni"nin açıqladığı məlumata görə, yaxın
🚇 Sumqayıt və Xırdalana metro xəttinin çəkilməsi planlaşdırılır. 🏗️ "Bakı Metropoliteni"nin açıqladığı məlumata görə, yaxın gələcəkdə Sumqayıt və Xırdalan istiqamətində yeni metro xəttinin yaradılması nəzərdə tutulur. 📍 Bununla yanaşı, paytaxtın metro infrastrukturunun genişləndirilməsi çərçivəsində ümumilikdə 10 yeni metro xəttinin yaradılması da planlaşdırılır. #alt404

🤳 500 manatlıq telefonla videobloq çəkmək mümkündür? 📱 Biz bunu Honor X7e smartfonu ilə yoxlamağa çalışdıq. Telefonun kamera və mikrofon performansını həm studiya, həm də açıq hava şəraitində sınaqdan keçirdik. 🎥 Videonun tam versiyasını ALT404 – Elmi-Texnoloji Media YouTube kanalında izləyə bilərsiniz. #alt404 #Honor

🌸 Yaponiya yay istisinə qarşı kondisionerlərlə deyil, yaşıllıqla mübarizə aparır. 🚗 Ölkədə bəzi avtodayanacaqların üzəri bi
+3
🌸 Yaponiya yay istisinə qarşı kondisionerlərlə deyil, yaşıllıqla mübarizə aparır. 🚗 Ölkədə bəzi avtodayanacaqların üzəri bitkilərlə örtülərək yaşıl damlara çevrilir. Beləliklə, avtomobillər günəş altında qızmar asfaltın üzərində deyil, təbii bitki örtüyünün kölgəsində qalır. 🌿 Bu yanaşma şəhərlərdə yaranan "istilik adası" effektini azaltmağa kömək edir. Bitkilər havanı təbii şəkildə soyudur, yağış sularını udur, binaların isinməsinin qarşısını alır və həşəratlar üçün yeni yaşayış mühiti yaradır. 🏙 Tokio hələ 2001-ci ildən iri yeni tikililərin damlarının müəyyən hissəsinin yaşıllaşdırılmasını tələb edən qaydalar tətbiq edib. O vaxtdan bəri yaşıl damlar şəhər infrastrukturunun mühüm hissəsinə çevrilməyə başlayıb. #alt404

🚧 Çində yol qəzaları yaşanan ərazilərə daha təhlükəsiz müdaxilə üçün robot yol konusları sınaqdan keçirilir. 🤖 Bu avtonom robotlar qəza yerində yol əməkdaşlarının hərəkətin içərisinə girərək konus düzməsinə ehtiyacı aradan qaldırır. Robotlar xüsusi xidmət avtomobilindən buraxılır və təhlükəli ərazini özləri müəyyən edərək lazımi mövqelərə hərəkət edirlər. 🚑 Beləliklə, qəza yerinin ətrafında qısa müddətdə təhlükəsizlik zonası yaradılır, fövqəladə xidmət əməkdaşlarının riski azalır və hadisəyə müdaxilə daha sürətli həyata keçirilir. 🚦 Robot texnologiyalarının ictimai təhlükəsizlik sahəsində tətbiqi artdıqca, bu cür həllərin gələcəkdə yol qəzaları zamanı həm insanların təhlükəsizliyini artıracağı, həm də yol hərəkətinin daha səmərəli idarə olunmasına kömək edəcəyi gözlənilir. #alt404

🤖 Azərbaycanda Süni İntellekt İnstitutu yaradılır. 🎓 Yeni institut Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdind
🤖 Azərbaycanda Süni İntellekt İnstitutu yaradılır. 🎓 Yeni institut Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərəcək. Məqsəd fundamental və tətbiqi süni intellekt tədqiqatlarını bir araya gətirmək, ölkədə bu sahə üzrə güclü elmi məktəb formalaşdırmaq və yeni texnologiyaların inkişafını sürətləndirməkdir. 💡 İnstitutun əsas hədəflərindən biri sənayenin real problemlərini süni intellekt vasitəsilə həll edən texnologiyalar hazırlamaq, eyni zamanda gənc tədqiqatçılar yetişdirmək olacaq. 🏗 İnstitut Yüksək Texnologiyalar Parkının ərazisində inşa olunan SABAH City şəhərciyində yerləşəcək. Layihənin ölkədə innovasiya ekosisteminin və yüksək texnologiyalar sahəsində insan kapitalının inkişafına töhfə verəcəyi gözlənilir. 📝 Bununla yanaşı, universitetdə imtahan prosesində də süni intellekt texnologiyalarından istifadə olunması planlaşdırılır. #alt404

✈️ Kokpitdə həyəcan dolu səslər, pilotların son cəhdləri və qəzadan cəmi bir neçə saniyə əvvəl yaşananlar... 🎙 Bu dəfə ALT404 TOP-5 rubrikasında aviasiya tarixinin ən dəhşətli təyyarə qəzalarına nəzər salır, hadisələrdən əvvəl kokpitdə qeydə alınmış son danışıq yazılarını təqdim edirik. 🔗 Videonu izləmək üçün YouTube kanalımıza daxil olun

⚡️ Çində kosmosa qalxan raketi havaya qalxdıqdan 30 saniyə sonra ildırım vurub. 🚀 Hadisə Long March-3B raketinin rabitə peykini orbitə çıxarmaq üçün start götürdüyü zaman baş verib. İldırımın raketə dəyməsi ətrafdakı insanların kameralarına düşüb və maraqlı görüntülər ortaya çıxıb. 🛰 İldırım zərbəsinə baxmayaraq, raket uçuşunu problemsiz davam etdirib və peyki planlaşdırıldığı kimi geostasionar orbitə çatdırıb. Peyk Çinin Tianqonq kosmik stansiyası və digər pilotlu missiyalar üçün rabitə əlaqəsini təmin edəcək. 🌩 Bu, ilk belə hadisə deyil. 1969-cu ildə NASA-nın Apollo 12 missiyasını daşıyan Saturn V raketi də havaya qalxdıqdan qısa müddət sonra iki dəfə ildırım zərbəsinə məruz qalmışdı. Həmçinin 2019-cu ildə Rusiyanın Soyuz raketinə də ildırım dəymişdi. Hər iki missiya uğurla başa çatmışdı. #alt404

🤖 Gələcəyin müharibələrində ön cəbhədə insanlar yox, robot itlər döyüşə bilər. 🐶 Çinin Unitree şirkəti yeni nəsil hibrid robot iti AS2-W modelini təqdim edib. Şirkət cihazın sənaye, logistika və axtarış-xilasetmə işləri üçün hazırlandığını bildirsə də, onun imkanları hərbi ekspertlərin də diqqətini cəlb edib. ⚙️ Robot həm təkərlər, həm də dörd ayaq sayəsində asfalt yollarda yüksək sürətlə hərəkət edir, eyni zamanda qayalıq, palçıq və çətin relyefdə maneələri rahatlıqla aşır. O, yük daşıya, ətrafı müstəqil analiz edə və süni intellekt vasitəsilə real vaxt rejimində qərarlar qəbul edə bilir. 🎯 Məhz bu xüsusiyyətlər gələcəkdə belə platformaların kəşfiyyat, sursat və təchizat daşınması, rabitə avadanlıqlarının çatdırılması və insanların daxil ola bilmədiyi təhlükəli ərazilərdə əməliyyatların icrası kimi hərbi məqsədlər üçün istifadə oluna biləcəyini göstərir. ⚠️ Hələlik Unitree bu robot üçün hər hansı hərbi layihə açıqlamayıb. Lakin mütəxəssislər hesab edirlər ki, bu tip robotlar gələcəkdə orduların ayrılm

🚌 Almaniyanın MAN Truck & Bus şirkəti Azərbaycanda elektrikli avtobusların yerli yığımına başlamağı planlaşdırdığını açıqlay
🚌 Almaniyanın MAN Truck & Bus şirkəti Azərbaycanda elektrikli avtobusların yerli yığımına başlamağı planlaşdırdığını açıqlayıb. ⚡️ Əslində bu istiqamətdə ilk rəsmi addım hələ 2025-ci ildə atılmışdı. Həmin il "Improtex Group" və MAN Truck & Bus arasında elektrikli avtobusların Azərbaycanda yığılması ilə bağlı saziş imzalanmışdı. 🤝 İndi isə Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçir. Avropanın ən böyük iqtisadiyyatına malik Almaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi artıq 1 milyard ABŞ dollarına çatıb və tərəflər bu əməkdaşlığı daha da genişləndirməyi planlaşdırırlar. 🌍 6 oktyabr 2026-cı il tarixində Bakıda keçiriləcək görüşdə nəqliyyat, logistika və yaşıl enerji sahələrinə yeni investisiya imkanları müzakirə olunacaq. 🚍 Layihənin əsas məqsədi ölkədə ekoloji nəqliyyatın inkişafını sürətləndirmək, elektrikli avtobus parkını genişləndirmək və gələcəkdə bu sahədə yerli istehsalı gücləndirməkdir. #alt404

🛬 Qazaxıstan hava taksiləri dövrünə doğru ilk rəsmi addımını atıb. 🚁 Paytaxt Astana şəhərində elektriklə işləyən və şaquli qalxıb-enə bilən eVTOL hava taksisinin ilk nümayiş uçuşu uğurla həyata keçirilib. Layihə Qazaxıstanın Alatau Advanced Air Group və Çinin AutoFlight şirkəti tərəfindən icra olunur. ⚡️ Təqdim olunan Prosperity modeli 1 pilot və 5 sərnişin daşıya bilir. Hava taksisi saatda 200 km sürət yığır və bir enerji doldurması ilə təxminən 200–250 km məsafə qət edə bilir. 🛡 Təhlükəsizliyi artırmaq üçün aparat 13 pərvanə və müstəqil batareya modulları ilə təchiz edilib. Bu sistem mümkün nasazlıq zamanı uçuşun təhlükəsiz davam etdirilməsinə imkan verir. 🏗 Qazaxıstan Mərkəzi Asiyada bu texnologiyanı tətbiq edən ilk ölkə olmağı hədəfləyir. İlk mərhələdə Almatı və Alatau şəhərlərində 6 vertiport tikilməsi planlaşdırılır. Sertifikatlaşdırma prosesi başa çatdıqdan sonra isə hava taksilərinin 2028-ci ilin sonu və ya 2029-cu ilin əvvəlində kommersiya daşımalarına başlaması nəzərdə tutulur. #alt404

⚡️ Azərbaycan gələcəkdə Bolqarıstana yaşıl elektrik enerjisi ixrac edə bilər. 🌍 Söhbət qeyri-rəsmi olaraq "Elektrik TANAP" adlandırılan layihədən gedir. Məqsəd Azərbaycanda istehsal olunan bərpaolunan elektrik enerjisini Türkiyə üzərindən Avropaya çatdırmaqdır. 🔋 Bu istiqamətdə elektrik şəbəkələri gücləndirilir, ölkələr arasında yeni yüksək gərginlikli ötürmə xətləri çəkilir və enerji ticarəti üçün zəruri infrastruktur yaradılır. 🇹🇷 Türkiyə layihədə əsas tranzit ölkələrdən biri olacaq. Prosesə ölkənin dövlət elektrik şəbəkəsi operatoru, enerji birjası və enerji bazarını tənzimləyən qurumlar da cəlb olunub. 🚀 Layihə uğurla həyata keçirilərsə, Türkiyə təkcə neft və qazın deyil, həm də Azərbaycanda istehsal olunan yaşıl elektrik enerjisinin Avropaya ötürüldüyü əsas enerji dəhlizlərindən birinə çevriləcək. #alt404

💧 Yer üzərində suyun heç vaxt dayanmadığını göstərən maraqlı vizuallaşdırma hazırlanıb. 🌍 Water Body adlı bu rəqəmsal incəsənət əsəri bir ili cəmi bir neçə saniyəyə sığdıraraq okean cərəyanlarını, çay şəbəkələrini, yaş və quraq mövsümlərin dəyişməsini, fitoplanktonların çoxalmasını, eləcə də balinaların və dəniz quşlarının miqrasiyasını nümayiş etdirir. 🛰 Layihə NASA, Fransanın CNES kosmik agentliyi, Copernicus Marine Service, qlobal çay məlumat bazaları və Antarktida müşahidə arxivləri daxil olmaqla dünyanın ən inkişaf etmiş Yer müşahidə sistemlərinin məlumatları əsasında hazırlanıb. 🎨 Water Body Amsterdamdakı ARTIS Aquarium üçün hazırlanmış daimi instalyasiyadır və ziyarətçilərə Yer kürəsində su dövranının planetdəki iqlim, ekosistemlər və canlılar arasında necə əlaqə yaratdığını vizual şəkildə göstərir. ©️ Instagram | marshmallowlaserfeast #alt404

🌌 Astronomlar indiyədək qeydə alınmış ən uzaq və ən güclü kosmik radio siqnallarından birini aşkar ediblər. 📡 Cənubi Afrika
🌌 Astronomlar indiyədək qeydə alınmış ən uzaq və ən güclü kosmik radio siqnallarından birini aşkar ediblər. 📡 Cənubi Afrikadakı MeerKAT radioteleskopu vasitəsilə təxminən 8 milyard işıq ili uzaqlıqdan gələn nəhəng bir giqamazer siqnalı qeydə alınıb. Bu, qalaktikaların toqquşması zamanı yaranan və təbii mikrodalğalı lazerə bənzər radio şüalanmasıdır. ✨ Alimlərin fikrincə, siqnal iki qalaktikanın şiddətli toqquşması nəticəsində yaranıb. Bu proses zamanı qaz buludları sıxılır, yeni ulduzlar əmələ gəlir və hidroksil molekulları güclü radio dalğaları yaymağa başlayır. 🔭 Siqnalın bu qədər aydın görünməsinin səbəblərindən biri də yol üzərində yerləşən başqa bir qalaktikanın yaratdığı qravitasiya linzası effektidir. Bu effekt siqnalı əlavə olaraq gücləndirərək Yerə daha parlaq çatmasına imkan verib. 🚀 Bu kəşf qalaktikaların təkamülünü, toqquşmalarını və ulduz yaranma proseslərini daha yaxşı anlamağa kömək edə bilər. #alt404

💸 Çində bir qadın yaşayış binasının eyvanından 162 min dollardan çox pulu küçəyə atıb. 🏢 Hadisə Quanqdon əyalətinin Şantou şəhərində baş verib. Bildirilir ki, qadın eyvandan ümumilikdə 1 milyon Honq Konq dollarından artıq məbləği 500 və 1000 HKD-lik əskinaslar şəklində aşağı tullayıb. Küçədə olan insanlar isə pulları toplamaq üçün bir anda hadisə yerinə axışıblar. 🤔 Sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş iddialara görə, hadisə ailədaxili mübahisədən sonra yaşanıb. 👮 Polis və bina rəhbərliyinin məlumatına görə, atılan pullar həqiqidir. Hadisə ilə bağlı araşdırma davam edir və pulları götürən şəxslərə onları geri qaytarmaq çağırışı edilib. #alt404

⚽️ Lionel Messi süni intellekt sahəsinə investisiyalarını artırmağa davam edir. 🤖 Məlumata görə, Messinin Silikon Vadisində
⚽️ Lionel Messi süni intellekt sahəsinə investisiyalarını artırmağa davam edir. 🤖 Məlumata görə, Messinin Silikon Vadisində fəaliyyət göstərən investisiya şirkəti Play Time artıq bir neçə süni intellekt startapına sərmayə yatırıb. Onlardan biri də "süni intellektin xaç anası" kimi tanınan Fei-Fei Li tərəfindən yaradılan World Labs şirkətidir. 🧠 World Labs süni intellektin üçölçülü fiziki dünyanı daha yaxşı anlamasını, onunla qarşılıqlı əlaqə qurmasını və yeni məzmun yaratmasını təmin edəcək texnologiyalar hazırlayır. Bu yanaşmanın gələcəkdə robot texnologiyaları, avtonom avtomobillər və 3D simulyasiyalar üçün mühüm rol oynayacağı gözlənilir. 💰 Messi 2022-ci ildə təsis etdiyi Play Time vasitəsilə əvvəlcə idman texnologiyalarına investisiya etsə də, son illərdə strategiyasını dəyişərək süni intellekt layihələrinə üstünlük verməyə başlayıb. Hazırda şirkətin investisiya etdiyi startapların sayı 10-u keçib. #alt404 #Messi #WorldLabs