🥘𝐿𝐸𝑍𝑍𝐸𝑇𝐿𝐼 𝑀𝐸𝑇𝐵𝐸𝑋👩🏻🍳
رفتن به کانال در Telegram
Yemək reseptləri🍲 Şirniyyatlar🥐 Tort reseptləri 🎂 Salatlar🥗 Bir sözlə yeməyə dair hərşey😋❤️ Ödənişli reklam üçün; @alone_in_the_dark2
نمایش بیشتر7 450
مشترکین
-524 ساعت
-97 روز
-7430 روز
آرشیو پست ها
7 449
🧁 İKİ RƏNGLİ MİNİ TORTLAR 🍫🤎
Həm görünüşü möhtəşəm, həm də hazırlanması çox rahat olan mini tortlar! 😍 Bir dilimi belə əhvalınızı dəyişəcək. 🤌🏻❤️
📝 Açıq rəngli xəmir üçün:
2 yumurta
1 stəkan şəkər tozu
1 armudu stəkan süd
1 armudu stəkan günəbaxan yağı
1 stəkan + 3 x.q. un
1 paket vanilin
1 paket qabartma tozu
🍫 Kakaolu xəmir üçün:
Eyni ərzaqlar
Unu 2 x.q. azaldın
2 x.q. kakao əlavə edin
👩🍳 Hər iki xəmiri ayrı-ayrılıqda hazırlayın. Əvvəlcədən 180°C-də qızdırılmış sobada 20–25 dəqiqə bişirin.
🥣 Krem üçün:
250 q otaq temperaturunda kərə yağı
1 banka qatılaşdırılmış süd
🍫 Qanaj üçün:
100 q şokolad
100 q qaymaq
Hazırlanması: Kərə yağını çalın, qatılaşdırılmış südü əlavə edib hamar krem alınana qədər qarışdırın. Şokoladla qaymağı birlikdə əridib qanaj hazırlayın. Bişmiş və soyumuş tort laylarını kəsib aralarına krem və qanaj çəkərək mini tortlar hazırlayın. Üzərini zövqünüzə görə bəzəyin. 😋
❤️ Nuş olsun!
Reaksiya verməyi unutmayın ❤️
https://t.me/lezzetlimutfakA
7 449
*Spoonful Resepti*😋
*✅Ərzaqlar:⤵️*
• ✅ 1 litr süd
• ✅ 1 ədəd yumurta
• ✅ 2 xörək qaşığı un
• ✅ 1 su bardağı şəkər tozu
• ✅ Yarım su bardağından bir barmaq çox nişasta
• ✅ 1 paket vanil
• ✅ 1 xörək qaşığı kərə yağı (və ya marqarin)
*✅ Hazırlanma qaydası video izah😍*
*✅Reaksiya vermeyi unutmayın❤️*
https://t.me/lezzetlimutfakA
7 449
🧀 PENDİRLİ-GÖYƏRTİLİ TAVA PİROQLARI 🌿
Xarici qızılı və xırtıldayan, içi isə yumşaq, pendirli və ətirli! 😋 Çay süfrəsi üçün əla seçimdir. ❤️
📝 Xəmir üçün:
3 stəkan un
1 stəkan ilıq su
1 ç.q. duz
1 x.q. duru yağ
1 ç.q. quru maya
🥬 İçlik üçün:
200 q ağ pendir
1 dəstə göy soğan
1 dəstə cəfəri və ya şüyüd
İstiot (zövqə görə)
🧈 Bişirmək üçün:
Bir az duru yağ və ya kərə yağı
👩🍳 Hazırlanması:
Unu, duzu və mayanı qarışdırın. İlıq su və duru yağ əlavə edib yumşaq xəmir yoğurun. Üzərini örtüb təxminən 1 saat mayalandırın.
Göyərtiləri xırda doğrayın, ağ pendirlə və istiotla qarışdırın.
Xəmiri kündələrə ayırıb dairəvi yayın. Ortasına içlik qoyun və yarımay formasında bağlayın.
Kənarlarını çəngəllə bərkidin.
Tavada az yağla hər iki tərəfini qızılı rəng alana qədər bişirin.
İstəyə görə hazır piroqların üzərinə kərə yağı çəkin.
😋 Nuş olsun! ❤️
Reaksiya verməyi unutmayın 🌹
https://t.me/lezzetlimutfakA
7 449
🥔 PENDİRLİ KARTOF TOPLARI 🧀😍
Xarici xırtıldayan, içi isə yumşaq və uzanan pendirlə dolu bu toplar çay süfrəsinə və qəlyanaltıya əla seçimdir!
📝 Ərzaqlar:
5 ədəd kartof
1 yumurta
2 x.q. un
100 q holland pendiri
100 q mozzarella pendiri
½ ç.q. duz
½ ç.q. qara istiot
½ ç.q. sarımsaq tozu
Bir az doğranmış cəfəri
Qızartmaq üçün duru yağ
👩🍳 Hazırlanması:
Kartofları qaynadıb əzin və soyudun.
Yumurta, un, duz, istiot, sarımsaq tozu və cəfəri əlavə edib qarışdırın.
Pendirləri rəndələyib qarışdırın.
Kartof qarışığından toplar hazırlayın, ortasına pendir qoyub bağlayın.
Topları una, yumurtaya və çörək qırıntısına batırın.
Bol qızmış yağda qızılı rəng alana qədər qızardın.
😋 Nuş olsun! ❤️
https://t.me/lezzetlimutfakA
7 449
🍕 *PEPPERONİ PİZZA RULONLARI* 😍🧀
Pizza sevirsinizsə, bu resepti mütləq yadda saxlayın! 🤤 Yumşaq xəmir, bol pendir, incə doğranmış kolbasa və ətirli pizza sousu — hamısı bir rulonda! ❤️
📝 *Xəmir üçün:*
250 q ilıq su
370 q un
1 x.q. maya
1 x.q. şəkər tozu
30 q kərə yağı
1 ç.q. duz
Soğan tozu və paprika (zövqə görə)
🍅 *Sous üçün:*
2 x.q. tomat pastası
Sarımsaq tozu
Oregano
Bitki yağı
Su
Duz və istiot
🧀 *İçlik üçün:*
Kolbasa
Mozzarella və ya holland pendiri
👩🍳 *Hazırlanması:*
Xəmir üçün lazım olan ərzaqları qarışdırıb 5–8 dəqiqə hamar xəmir alınana qədər yoğurun. Üzərini örtüb həcmi ən azı iki dəfə artana qədər mayalandırın.
Xəmiri yayın, üzərinə tomatlı sous çəkin, pendir və nazik doğranmış kolbasaları düzün. Rulet şəklində büküb dilimləyin.
Soba listinə düzüb üzərini örtün və 20–30 dəqiqə yenidən mayalandırın. Üzərinə pendir səpib 200°C-də bişirin.
😋 Nuş olsun! ❤️
https://t.me/lezzetlimutfakA
7 449
🍕 QALAN ÇÖRƏKLƏ 15 DƏQİQƏYƏ PİZZA LƏZZƏTİ! 😍🤌🏻🤤
Evdə qalan çörəkləri dəyərləndirməyin ən dadlı yolu! Çox asan və sürətli hazırlanır. ❤️
🛒 Tərkibi:
🍞 2 ədəd zavod çörəyi
🥣 Sous üçün:
5 x.q. ketçup
4 x.q. mayonez
🧂 Duz
🌶️ Azca pul bibər
🌿 1 ç.q. quru reyhan və ya xırda doğranmış təzə reyhan
🧄 1 diş sarımsaq
🍕 Üzəri üçün:
🫑 2 ədəd bibər
🍅 2 ədəd pomidor
🍗 150 q toyuq döş əti
🧀 200 q Holland pendiri
🌽 Zövqə görə konservləşdirilmiş qarğıdalı
👩🍳 Hazırlanması:
Çörəklərin üzərinə hazırladığınız sousu çəkin. Üzərinə doğranmış bibər, pomidor, bişmiş və doğranmış toyuq əti, qarğıdalı və Holland pendirini yerləşdirin.
🔥 Əvvəlcədən 200°C-də isidilmiş sobada 12–15 dəqiqə bişirin. İstəsəniz, sobadan çıxarmağa 2 dəqiqə qalmış üzərinə bir az əlavə pendir səpə bilərsiniz. 😍
🤤 Qalan çörəkləri belə dəyərləndirməyə nə deyirsiniz?
Nuş olsun! ❤️
https://t.me/lezzetlimutfakA
7 449
🇫🇷 BU RESEPTLƏ EKLERLƏRİNİZ HƏR DƏFƏ ALINACAQ! 🤤
🥣 KREM ÜÇÜN
1-ci mərhələ:
1 stəkan şəkər tozu
2 x.q. un
2 x.q. nişasta
1 ədəd yumurta
500 ml süd
1 paket vanilin
2-ci mərhələ:
1 litr 31%-li qaymaq
370 q qatılaşdırılmış süd (1 banka)
EKLERLƏR ÜÇÜN:
375 ml su
375 ml süd
90 q şəkər tozu
5 q duz
270 q kərə yağı
480 q un
15 ədəd yumurta
👩🍳 Hazırlanması:
🥣 Krem: Şəkər tozu, un, nişasta, yumurta və südü qarışdırıb bişirin. Vanilini əlavə edin və kremi tamamilə soyudun.
Daha sonra soyumuş kremi 2-ci mərhələdəki qaymaq və qatılaşdırılmış südlə birlikdə mikserdə çırpın.
Ekler xəmiri: Su, süd, şəkər, duz və kərə yağını birlikdə qızdırın. Unu əlavə edib qarışdıraraq xəmir halına gətirin. Xəmir bir qədər soyuduqdan sonra yumurtaları əlavə edin.
⚠️ Vacib: Yumurtaları əlavə etməzdən əvvəl xəmirin soyuduğuna əmin olun. Əks halda yumurta bişə bilər.
Xəmiri şirniyyat torbasına doldurub ekler formasında listə sıxın.
🔥 Sobanı əvvəlcədən 200°C-yə qədər qızdırın və eklerləri 25–30 dəqiqə bişirin.
NUŞ OLSUN❤️
7 449
🍰 MÜRƏBBƏ SUYUNDAN LƏZZƏTLİ PİROQ 😍❤️
Evdə bir stəkan mürəbbə suyunuz varsa, bu yumşaq və dadlı piroqu mütləq sınayın! Çox sadə ərzaqlarla hazırlanır. Ara qatına qatılaşdırılmış süd əlavə etdikdə isə dadı möhtəşəm olur. 🥰
🛒 Lazım olan ərzaqlar:
🥚 4 ədəd yumurta
🍓 1 stəkan mürəbbə suyu
🥛 1 stəkan duru yağ
🥄 1 paket qabartma tozu
🌿 1 paket vanilin
🌾 1,5 stəkan un
🥫 Ara qatları üçün:
Qatılaşdırılmış süd
👩🍳 Hazırlanması:
Yumurta, mürəbbə suyu və duru yağı qarışdırın. Un, qabartma tozu və vanilini əlavə edib xəmir hazırlayın. Sobada bişirib soyuduqdan sonra qatlara ayırın və aralarına qatılaşdırılmış süd çəkin.
*Reaksiya verməyi unutmayın* 🥰
NUŞ OLSUN ❤️
https://t.me/lezzetlimutfakA
7 449
🌯 TƏRƏVƏZLİ TOYUQ RULETİ 😍🤌🏻
Bu resepti mütləq yadda saxlayın! Çox ləzzətli, doyumlu və süfrəyə yaraşan ruletdir. ❤️
🛒 Tərkibi:
🍗 300 q qaynadılmış toyuq filesi
🧅 1 baş soğan
🥕 1 ədəd yerkökü
🫑 Rəngli bibərlər
🌿 Şüyüd
🧀 Pendir — zövqə görə, nə qədər çox olsa, bir o qədər dadlıdır 😍
🌯 4 ədəd lavaş
🥄 4 x.q. mayonez
🧂 Duz və zövqə görə ədviyyatlar
🥚 1 ədəd yumurta sarısı
✨ Küncüt
👩🍳 Hazırlanması:
Soğanı tavada yüngülcə qovurun. Üzərinə sürtgəcdən keçirilmiş yerkökünü əlavə edib bişirin və tavadan götürün. Eyni tavada rəngli bibərləri də bişirin.
İlk lavaşın üzərinə mayonez çəkin, ikinci lavaşı üzərinə yerləşdirib yenidən mayonez çəkin. Üzərinə didiklənmiş toyuq filesini, soğan-yerkökü qarışığını, bişmiş bibərləri və xırda doğranmış şüyüdü əlavə edin.
Sonda bol pendir səpib lavaşı rulet formasında bükün. 🌯🧀
Üzərinə yumurta sarısı çəkin, küncüt səpin və 180°C-də qızılı rəng alana qədər bişirin. 🔥
😍 İsti-isti nuş olsun! ❤️
https://t.me/lezzetlimutfakA
7 449
*😋Lavaşda tez hazırlanan ən asan qəlyanaltı resepti*🤌🏻
*✅Tərkibi:⤵️*
🌭10 ədəd lavaş
🌭300 qr holland pendiri
🌭6 ədəd sosis
🌭2 ədəd yumurta
🌭suxari tozu
*Hazırlanması video izah☺️*
*Reaksiya vermeyi unutmayın😎*
https://t.me/lezzetlimutfakA
7 449
Peçenye üstü pesoklu👌
📝Tərkibi:
📌 Yumurta 1 ədəd
📌 Şəkər tozu 100 qr
📌 Yağ 6 xörək qaşığı (ərinmiş halda)
📌 Duz azca
📌 Vanil 1 çay qaşığı
📌 Un 200 qr.
📌 Qabartma tozu 1 çay qaşığı
Üzəri üçün:
📌 1 xörək qaşığı şəkər tozu
Hazırlanması:
Əvvəlcə yumurta, şəkər tozu, yağ, vanil və duz çırpıcı vasitəsiylə yaxşı çırpılır, üzərinə un, qabartma tozu ələkdən keçirib xəmir yoğrulur. (Çox bərk olmasın xəmir). Xırda kündələrə ayırıb əlinizlə forma verin. Üzərini şəkər tozuna batırıb soba listinə düzüb kəsiklər atılır. 190°də 15 dəqiqə sobada bişirin. ( Soba listinə yağlı kağız qoymağı unutmayın)
NUŞ OLSUN! ❤️
https://t.me/lezzetlimutfakA
7 449
🥥 RAFFAELLO 🤍✨
Ağızda əriyən, hazırlanması çox asan və kokos sevənlərin sevimlisi! 😍
🛒 Ərzaqlar:
🥫 1 banka qatılaşdırılmış süd
🧈 100 q kərə yağı
🥥 200 q kokos
🌰 100 q badam
🥥 Üzəri üçün kokos
👩🍳 Hazırlanması:
Yumşalmış kərə yağını qatılaşdırılmış südlə yaxşıca qarışdırın. Kokosu əlavə edib yenidən qarışdırın və qarışığı bir müddət soyuducuda saxlayın.
Əlinizi azca isladıb qarışıqdan kiçik hissələr götürün. Ortasına bir ədəd badam qoyub yumrulayın və kokosda yuvarlayın. Hazır Raffaelloları soyuducuda saxlayın. 🤍🥥
😍 Çay süfrəsi üçün möhtəşəm seçimdir! Nuş olsun!
https://t.me/lezzetlimutfakA
7 449
*🎂 Asan Tort🤩*
*Xəmir üçün lazım olanlar:*
• ✅ 200 qr un
• ✅ 90 qr kakao
• ✅ 200 qr şəkər tozu
• ✅ 1 qabartma tozu
• ✅ 120 qr kərə yağı (əridilmiş)
• ✅ 110 ml süd
• ✅ 110 ml qaymaq
• ✅ 2 yumurta
🧁 Krem üçün lazım olanlar:
• ✅ 100 qr kərə yağı
• ✅ 350 qr şokolad
• ✅ 350 ml qaymaq
⏱️ Bişirilmə qaydası:
• ✅ 170 dərəcəli sobada 25-30 dəqiqə ərzində bişirilir.
•
NUŞ OLSUN 🥰
*Reaksiya vermeyi unutmayın❣️*
https://t.me/lezzetlimutfakA
7 449
BEŞAMEL SOUSLU TOYUQ
ƏRZAQLAR
2 ədəd butov toyuq sinəsi
2 soğan
1 dəstə ispanaq
1 qırmızı bibər
2 diş sarımsaq
1 çimdik ətotu
3 pomidor
Zeytun yağı
Duz və istiot
BEŞAMEL SOUSU ÜÇÜN
1.5 st süd
1 xq əridilmiş kərə yağı
1 x.q un
Muskat qozu
Duz və istiot
ÜZƏRİ ÜÇÜN
Holland pendiri
HAZIRLANMASI
Soğanları xırda,qırmızı bibər və sarımsağı nazik doğrayın.Tavaya zeytun yağı töküb bunları qovurun.Daha sonra ispanaq yarpaqlarını da əlavə edib duz və istiot səpin.1-2 dəqiqə qovurduqdan sonra ocaqdan götürün.
Toyuğun sinə ətini 2 yerə bölün.Böldüyünüz yerdən cib formasında hissə kəsin.Hazırladığınız içliyi bura doldurun.
Soba listinə hazırladığımız toyuqları düzüb,zeytun yağı,duz,istiot və ətotu tökün.220°li sobada bişirin.
Kənarda kub şəklində pomidorları doğrayın.Yemək bişənə yaxın listə tökün.
Sousu üçün qazana un və kərə yağı töküb qovurun.Unun iyi çıxanda südü töküb qarışdırın və əl blenderindən keçirin.Duz və istiot vurun.Qozu sürtgəcdən keçirib tökün.Qaynayanda ocağı söndürün.
https://t.me/lezzetlimutfakA
7 449
🥟 *MİLLİ MƏTBƏXİMİZDƏN — GÜRZƏ 😍❤️*
Azərbaycan mətbəxinin sevilən və dadlı xəmir yeməklərindən biri! 🤌🏻
📝 *Xəmiri üçün:*
▫️ 400 q un
▫️ ½ stəkan soyuq su 💧
▫️ 1 yumurta 🥚
▫️ 1 x.q. sirkə
▫️ 1 ç.q. duru yağ
▫️ 1 ç.q. duz
*İçlik üçün:*
▫️ 800 q mal əti
▫️ 4 ədəd soğan
▫️ 100 q quyruq yağı
▫️ Duz, istiot
👩🏻🍳 *Hazırlanması* :
Xəmir üçün bütün ərzaqları qarışdırıb bərk və elastik xəmir yoğurun. Dincəldikdən sonra kündələrə bölüb nazik yayın.
Qiyməni xırda doğranmış soğan, quyruq yağı, duz və istiotla qarışdırın. Xəmirə içlikdən qoyub gürzə formasında bükün. Qaynar duzlu suda bişirib süfrəyə verin. 😋
❤️ *Hazırlayacaq olan hər kəsə nuş olsun!*
https://t.me/lezzetlimutfakA
7 449
KARTOFLU BÖRƏK
♡ ƏRZAQLAR ♡
2 ədəd hazır yuxa
4 kartof
1 yumurta
1/2 st bitki yağı
1/2 st süd
Cəfəri
Duz və istiot
Çörəkotu
♡HAZIRLANMASI♡
Kartofu bişiririk.Sürtgəcin iri gözündən keçiririk.
Cəfərini yuyub təmizləyib xırda doğrayırıq.Kartofa töküb duz və istiot vurub qarışdırırıq.
Süd,yağ və yumurtanın ağını çalırıq.Sarısını üstünə çəkmək üçün saxlayırıq.
Yuxanı dəzgaha səririk və bu qarışıqdan hər tərəfinə yayırıq.Eynilə ikinci yuxanı da qoyub bu cür edirik.Yuxanı 8 hissəyə bölürük.
Yuxanın enli tərəfinə içlikdən qoyub bükürük.Qaba düzüb yumurtanın sarısını çəkib çörəkotu səpirik.
210°li sobada bişiririk.
Hazırlayacaq olan hər kəsə nuş olsun ❤️
https://t.me/lezzetlimutfakA
7 449
*Islak kek😋*
*Qəlib ölçüm 25x38 cm*☕️🤗
*✅3 ədəd yumurta ( balacadırsa 4 ədəd)*
*✅1 stəkan şəkər tozu*
*✅1 stəkan süt (200 ml)*
*✅1 stəkandan biraz az duru yağ*
*✅1 paket vanilin*
*✅1 paket qabartma tozu*
*✅2 yemək qaşığı kakao*
*✅1 stəkan un*
*Sosu üçün⤵️*
*✅2 stəkan yarım süt (500 ml )*
*✅2 yemək qaşığı şəkər tozu*
*✅1 stəkandan bir az duru yağ*
*✅2 yemək qaşığı kakao*
*✅100 gr bitter şokalad olsa da olar olmasa da və ya yerinə bir qaşıq südlü şokolad vurmaq olar*
*Mütləq sınayın🫶🏻*
*Reaksiya verməyi unutmayın😍*
https://t.me/lezzetlimutfakA
