ar
Feedback
🥘𝐿𝐸𝑍𝑍𝐸𝑇𝐿𝐼 𝑀𝐸𝑇𝐵𝐸𝑋👩🏻‍🍳

🥘𝐿𝐸𝑍𝑍𝐸𝑇𝐿𝐼 𝑀𝐸𝑇𝐵𝐸𝑋👩🏻‍🍳

الذهاب إلى القناة على Telegram

Yemək reseptləri🍲 Şirniyyatlar🥐 Tort reseptləri 🎂 Salatlar🥗 Bir sözlə yeməyə dair hərşey😋❤️ Ödənişli reklam üçün; @alone_in_the_dark2

إظهار المزيد
7 535
المشتركون
+924 ساعات
-147 أيام
-15630 أيام
أرشيف المشاركات
XAMALI KREMLƏ ÇİYƏLƏKLİ TORT ♡ ƏRZAQLAR ♡ 6 ədəd yumurta 2 st un 1.5 st şəkər tozu 1/2 st şəkər pudrası 1 ç.q. qabartma tozu
XAMALI KREMLƏ ÇİYƏLƏKLİ TORT ♡ ƏRZAQLAR ♡ 6 ədəd yumurta 2 st un 1.5 st şəkər tozu 1/2 st şəkər pudrası 1 ç.q. qabartma tozu 250 qr çiyələk 500 qr xama ♡HAZIRLANMASI♡ Yumurta mikserlə çalınır, şəkər tozu hissə-hissə əlavə olunub qarışdırılır. Ələnmiş un və qabartma tozu tökülüb yenə qarışdırılır. Formaya yağ çəkib un səpin. Xəmiri töküb əvvəlcədən qızdırılmış 180°li sobada 40 dəqiqə bişirin. Biskviti soyudun. Kremi üçün şəkər pudrası ilə xama yaxşı çalınır. Çiyələklər təmizlənib xırda doğranılır. Keksi 2 yerə bölürük. Aralarına əvvəlcə krem sonra çiyələk düzürük. Üzərinə və yanlarına kremdən çəkib, çiyələklə bəzəyirik. NUŞ OLSUN 🥰 https://t.me/lezzetlimutfakA

Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz. @toplu_admini

🍕 *PİZZA BÖRƏYİ 😍* 🤌🏻 Dadı damağınızda qalacaq, həm asan, həm də çox ləzzətli pizza börəyi! 🤤❤️ 📝 *Lazım olan ərzaqlar:* ▫️ 5 ədəd lavaş *Sous üçün:* ▫️ 3 yumurta ▫️ 100 ml süd ▫️ 5 x.q. duru yağ ▫️ Duz ▫️ Sarımsaq tozu *Üzəri üçün:* ▫️ Holland pendiri ▫️ Sosis ▫️ Pomidor ▫️ Bibər ▫️ Qarğıdalı 👩🏻‍🍳 *Hazırlanması:* Yumurta, süd, yağ, duz və sarımsaq tozunu qarışdırın. Lavaşları sousla isladaraq soba qabına yerləşdirin. Üzərinə pendir, sosis, pomidor, bibər və qarğıdalı əlavə edin. 🔥 Əvvəlcədən isidilmiş sobada 180°C-də üzəri gözəl qızarana qədər bişirin. 🍕 *Pizza sevənlər, bunu mütləq sınayın! 😋* NUŞ OLSUN ❤️ https://t.me/lezzetlimutfakA

🍂 YARPAQ FORMALI KURABİYYƏ 🍪😍 Payızın ətri artıq havada duyulur!🍁 Görünüşü də, dadı da möhtəşəmdir. 🤌🏻 📝 Tərkibi: ▫️ 1 yumurta ▫️ ½ stəkan şəkər tozu ▫️ 125 q kərə yağı (otaq temperaturunda) ▫️ ½ stəkan duru yağ ▫️ 1 paket vanilin ▫️ 1 paket qabartma tozu ▫️ 3 stəkan un (nəzarətli əlavə edin) 👩🏻‍🍳 Hazırlanması: Bütün ərzaqları qarışdırıb yumşaq xəmir hazırlayın. Xəmirdən 3 büküm hazırlayın. Rəng tonlarını əldə etmək üçün sarıkök, darçın və kofedən istifadə edə bilərsiniz. 🍂☕️ Xəmirə yarpaq formasını verib bişirin. 🥰 Hazırlayacaq olan hər kəsə nuş olsun! https://t.me/lezzetlimutfakA

🌷🌷🌷 Pirojna "kartof" Tərkibi: 🔹 Peçenye - 300qr 🔹Kakao - 3 x.q 🔹Kere yağı - 50 qr. 🔹Qatılaşdırılmış süd - 200 qr. 🔹 Qoz - 70 qr. ❤️Nuş olsun!❤️ https://t.me/lezzetlimutfakA

*1. Meksika: Quesadilla ilə Toyuq və Ananas* 🌮 *Lazım olanlar:* - *Tortilla*: 4 ədəd böyük - *Toyuq filesi*: 300 qr, zolaq d
*1. Meksika: Quesadilla ilə Toyuq və Ananas* 🌮 *Lazım olanlar:* - *Tortilla*: 4 ədəd böyük - *Toyuq filesi*: 300 qr, zolaq doğranmış - *Ananas*: 1 stəkan, kubik - *Qaynanmış qarğıdalı*: yarım stəkan - *Motsarella və ya kaşar*: 200 qr, rəndələnmiş - *Kəklikotu, paprika, duz-istiot* - *Lime*: 1 ədəd *Hazırlanması:* 1. Toyuğu paprika, duz, kəklikotu ilə qovur. Ananas və qarğıdalı əlavə et 2 dəq. 2. Tortillanın yarısına pendir səp, toyuq qarışığını qoy, üstünə yenə pendir. Dördlə bağla. 3. Quru tavada 2 tərəfini qızarana qədər bişir. 4. Üstünə lime sıxıb ver. Nəticə: kənarları xırt, içi şirin-turş. Salsa sousu ilə əla gedir. Hazırlayacaq olan hər kəsə nuş olsun ❤️ https://t.me/lezzetlimutfakA

SOÇİ PAXLAVASI ♡ ƏRZAQLAR ♡ 3 yumurta 2 yumurta ağı 250 qr kərə yağı Apardığı qədər un Yarım ç.q. soda ◇IÇLIK ÜÇÜN◇ 1 st doğr
SOÇİ PAXLAVASI ♡ ƏRZAQLAR ♡ 3 yumurta 2 yumurta ağı 250 qr kərə yağı Apardığı qədər un Yarım ç.q. soda ◇IÇLIK ÜÇÜN◇ 1 st doğranmış qoz, fındıq, araxis və qara kişmiş 2 st şəkər tozu Vanil ♡ HAZIRLANMASI ♡ Yağı azca əridin, soda və 3 yumurtanı töküb yumşaq xəmir yoğurun. Xəmiri 3 hissəyə ayırıb kündələyin. Birinci kündəni oxlovla yayıb soba qabına qoyun. Qabın içində biraz əlinizlə də yaya bilərsiniz. Sonra böldüyünüz içliyi xəmirin üzərinə yayın. İkinci kündəni də içliyin üzərinə sərin və bu xəmirin kənarlarını hər tərəfdən aşağıdakı xəmirin altına yığın. Onun da üzərinə içlik yayın və üçüncü kündəni də yayıb üstünə qoyun. Üçüncü yuxanın da kənarlarını xəmirin altına bükün. Bu ona görə edilir ki, şirəsi axmasın. Üzərinə yumurta sarısı çəkin. Yuxanı zədələmədən bir çöpün yardımı ilə romblar çəkin. Yavaş edin ki, yuxaya zərər dəyməsin. 180°li sobada 45 dəqiqə üstü qızarana kimi bişirin. Soyuduqdan sonra rombları kəsin. ❤️ NUŞ OLSUN ❤️ https://t.me/lezzetlimutfakA

*“Ciabatta” çörəyi 🥖 + acılı məzə 🤤* *Resept (Çörək)* Un - 375 qr İlıq su - 290 qr Maya - 1 y.q. Duz - 3/4 y.q. Duru yağ - 40 qr _Forma verdikdə lazım olduqca un və ya su istifadəsindən çəkinməyin_ *Acılı əzmə* Pomidor - 2 ədəd Yaşıl bibər - 1 ədəd Soğan - 1 balaca Sarımsaq - 1 diş *Sous* Duru yağ - 1/4 stəkan Tomat pastası - 1 y.q. Nar şərabı - 2 y.q. Duz - 1 dolu olmayan ç.q. İstiot - 1/2 ç.q. Pul bibər - 1/3 ç.q. Sumax - 1 ç.q. Nanə qurusu - 1 ç.q. Limon suyu - 2 y.q. Cəfəri və ya keşniş - yarım dəstə təxmini _Reaksiya etməyi unutma_ ❤️ NUŞ OLSUN 🥰 https://t.me/lezzetlimutfakA

QƏHVƏ İLƏ DADLI PİROQ ♡ ƏRZAQLAR ♡ Yarım st qatıq 3 ç.q qəhvə tozu 100 qr kərə yağı 2 yumurta 1 st un 1 st şəkər tozu 1 çimdi
QƏHVƏ İLƏ DADLI PİROQ ♡ ƏRZAQLAR ♡ Yarım st qatıq 3 ç.q qəhvə tozu 100 qr kərə yağı 2 yumurta 1 st un 1 st şəkər tozu 1 çimdik duz 1 paket qabartma tozu ♡HAZIRLANMASI♡ Qəhvəni qatığa əlavə edib qarışdırın. Yumurtanı şəkər tozu ilə çalın.Qəhvəli kütləni yumurtaya əlavə edib qarışdırın. Ardınca kərə yağını, sonra ələnmiş un, duz və qabartma tozunu töküb qarışdırın. Formaya kağız sərin xəmiri tökün, 180°li sobada 30 dəqiqə bişirin. Qlazuru üçün şokoladı su hamamında əridib kərə yağı töküb qarışdırın. Həmcins kütlə alınmalıdır. Piroq soyuyanda qlazuru tökün. Reaksiya verməyi unutmayın 😊 Hazırlayacaq olan hər kəsə nuş olsun ❤️ https://t.me/lezzetlimutfakA

❤️TOYUQ FİLESİ VƏ YAŞIL NOXUDLA SALAT❤️ ♡ ƏRZAQLAR♡ 300 qr toyuq filesi 200 qr konservləşdirilmiş yaşıl noxud 1 ədəd xiyar 2
❤️TOYUQ FİLESİ VƏ YAŞIL NOXUDLA SALAT❤️ ♡ ƏRZAQLAR♡ 300 qr toyuq filesi 200 qr konservləşdirilmiş yaşıl noxud 1 ədəd xiyar 2 ədəd duzlu xiyar 2 yumurta 1 dəstə soğan Duz,istiot və mayonez ♡ HAZIRLANMASI♡ Toyuq sinəsi və yumurta bişirilir, soğan kiçik-kiçik doğranılır, digər ərzaqlar kub şəklində doğranılır, hamısı qarışdırılır, duz, istiot və mayonez vurulur. NUŞ OLSUN 🥰 https://t.me/lezzetlimutfakA

Soba istifadə etmədən çox dadlı şirin toplar 🥰 Kokoslu şokolad topları Ərzaqlar: * Peçenye * Kakao * Kokos * Kərə yağı * Bişmiş malako (vareno malako) * Süd Hazırlanması: Peçenyeni xırdalayıb üzərinə kakao, kokos, əridilmiş kərə yağı və bişmiş malako əlavə edirik. Hamısını yaxşıca qarışdırıb bircins kütlə halına gətiririk. Hazır kütlədən kiçik yumru toplar hazırlayırıq. Topları xırda şokalad qırıntısıyla və kokosla örtürük. *Reaksiya verməyi unutmayın* 😇 https://t.me/lezzetlimutfakA

Çizkeyk. Asan resept 😍 Tərkib:📝 Xəmir: - ✨300 qr şəkərli peçenye -✨ 150 qr kərə yağı İçlik: - ✨500 qr maskarpone pendiri (q
Çizkeyk. Asan resept 😍 Tərkib:📝 Xəmir: - ✨300 qr şəkərli peçenye -✨ 150 qr kərə yağı İçlik: - ✨500 qr maskarpone pendiri (qaymaqlı pendir) - ✨200 qr qaymaq - ✨150 qr şəkər tozu - ✨20 qr jelatin Hazırlanması:👩‍🍳 ✨1. Jelatini 100 ml soyuq qaynanmış suda 1 saata isladın. ✨2. Peçenyeni blerderdə əzin, yağı əridin. ✨3. Yağı peçenyeyə əlavə edin, qarışdırın, formaya qoyun, yaxşı yastıladın, soyuducuya qoyun. ✨4. Jelatini odun üzərinə qoyun, qaynara düşəndə odun üzərindən götürün (qaynatmayın!), soyudun. ✨5. Qaymağı şəkər tozu ilə mikserlə çalın, maskarpone əlavə edin, yaxşı qarışdırın, jelatin əlavə edin, yenə qarışdırın. ✨6. Kütləni peçenyenin üzərinə qoyun, yastıladın, soyuducuda 3-4 saat saxlayın. ✨7. Masaya verəndə üzərinə şokolad tökmək olar. Hazırlayacaq olan hər kəsə nuş olsun 🥰 https://t.me/lezzetlimutfakA

*Milli Mətbəximizdən Badambura* *Xəmir üçün:⤵️* • ❇️ Yarım stəkan su • ❇️ Yarım stəkan süd • ❇️ 1 ç/q maya • ❇️ 1 ç/q şəkər tozu • ❇️ 50 qr kərə yağı • ❇️ 1 y/q sirkə • ❇️ 1 paket vanil • ❇️ 1 çimdik duz • ⁠ * İçlik üçün:⤵️* • ❇️ 300 qr badam (qoz və ya fındıqla da əvəz etmək olar) • ❇️ 1 st şəkər tozu • ❇️ 1 ç/q hil Aralarını yağlamaq üçün: • ❇️ 350 qr kərə yağı • ⁠ *❇️ Qeyd: Stəkan ölçüsü 200 ml-dir.* *❇️ Bu ölçülərlə cəmi 20 ədəd Badambura alınır* *Reaksiya verməyi unutmayın😍* Hazırlayacaq olan hər kəsə nuş olsun ❤️ https://t.me/lezzetlimutfakA

Küncütlü peçenye😋 Tərkibi:📝 - 70 q un - 60 q kərə yağı - 120 q şəkər tozu - 1 yumurta - 1 paket vanilli şəkər tozu - 1 ç.q.
Küncütlü peçenye😋 Tərkibi:📝 - 70 q un - 60 q kərə yağı - 120 q şəkər tozu - 1 yumurta - 1 paket vanilli şəkər tozu - 1 ç.q. təzə sıxılmış limon şirəsi - 160 q küncüt - 0,5 ç.q. qabartma tozu - 0,5 ç.q. duz Hazırlanması:👩‍🍳 1. Un, qabartma tozu və duzu qarışdırın. 2. Yumşalmış yağı şəkər tozu ilə çalın, yumurta, vanil və limon şirəsi əlavə edib mikserlə 20-30 saniyə çalın. 3. Sonra mikserin sürətini azaldın, çalmağı dayandırmadan unu az-az əlavə edin. 4. Küncütü əlavə edib qaşıqla qarışdırın (küncütü əvvəlcədən qovura da bilərsiniz). 5. Sobanı 180 dərəcə qızdırın. Siniyə perqament döşəyin. Çay qaşığı ilə xəmirdən götürüb bir-birindən 3-4 sm aralı olmaqla perqamentin üzərinə düzün. 8-15 dəqiqə bişirin. Diqqətli olun ki, yanmasınlar. 6. Qaynar olanda bu peçenyelər yumşaq və yapışqan, soyuyanda isə quru və xırtıldayan olur. Hazırlayacaq olan hər kəsə nuş olsun ❤️ https://t.me/lezzetlimutfakA

*Pomidor Salatı – Kiçik Toxunuş, Böyük Ləzzət*😋 *Tərkibi:* Pomidor, Ağ pendir, Cəfəri/Keşniş/Şüyüd, Sarımsaq, Qoz, Zeytun yağı, Nar şərabı, Duz, Pul bibər, Kəklikotu, Qaraçörəkotu *Hazırlanması:* 1. Pomidor + pendiri doğrayın. 2. Üzərinə göyərti, sarımsaq, qoz səpin. 3. Zeytun yağı və nar şərabı gəzdirin. 4. Ədviyyatları əlavə edin. Nuş olsun! *_Qeyd* : Qozu vurmaya da bilərsiz, amma çox yaraşır. Ədviyyatları zövqünüzə görə dəyişə bilərsiniz._ https://t.me/lezzetlimutfakA

Özbək Aşı ( Plovu)😊 Lazım olan ərzaqlar:📝 500 q mal əti 1 ədəd böyük soğan 3 ədəd kök 2 stəkan düyü 100 q kərə yağı 1 x.q. zirinc 1 x.q. cirə Duz, istiot 1 ədəd sarımsaq Hazırlanması:👩‍🍳 1. Soğan yarım halqa şəklində doğranıb yağda bir qədər qovrulur. Ət doğranıb əlavə olunur (gec bişən ətdirsə, əvvəlcədən qaynatmağınız məsləhətdir) 2. Kök uzun, nazik doğranıb əlavə olunur və qarışdırılır. Üzərinə ədviyyatlar və yarım stəkan su əlavə olunub qapağı bağlı şəkildə 10 dəqiqə bişirilir. 3. Düyü yuyulub qazana əlavə olunur, üzərindən su və duz, lazım olarsa, bir qədər də yağ əlavə olunur. Bir bütöv sarımsaq yuyulub qabıqlı şəkildə düyünün üzərindən qoyulur. Qapağı örtülərək suyu çəkilənə qədər bişirilir. Hazırlayacaq olan hər kəsə nuş olsun 🥰 https://t.me/lezzetlimutfakA

*SOBADA LAVAŞLI QİYMƏ KABABI* 😍🤌🏻 Evdə lavaş və qiyməniz varsa, bu fərqli və dadlı resepti mütləq sınayın! 🔥 📝 Lazım olan ərzaqlar: ▫️ 500 q orta yağlı çəkilmiş mal əti ▫️ 2 ədəd rəndələnmiş soğan ▫️ Lavaş ▫️ Duz, istiot ▫️ Zövqə görə paprika Üzəri üçün: ▫️ Bir az yağ ▫️ Paprika 👩🏻‍🍳 Hazırlanması: Qiyməyə rəndələnmiş soğan, duz, istiot və paprikanı əlavə edib yaxşıca qarışdırın. Lavaşın üzərinə qiyməli qarışığı yayın və bükün. Üzərinə yağ və paprika qarışığı çəkib 180°C-də əvvəlcədən isidilmiş sobada 20–25 dəqiqə nəzarət edərək bişirin. 😋 Üzəri üçün sous: Pomidor sousu, ketçup və ya ▫️ 2 x.q. tomat pastası ▫️ 2 x.q. günəbaxan yağı ▫️ 1 ç.q. duz ▫️ Yarım çay stəkanı su qarışdırılıb bişmiş kababın üzərinə çəkilə bilər. 🌿 Yanında soğan və cəfəri ilə servis etsəniz, dadı daha da möhtəşəm olacaq! 🤤 Hazırlayacaq olan hər kəsə nuş olsun!❤️ *Reaksiyanızı qoymağı və resepti paylaşmağı unutmayın ki, belə fərqli və dadlı reseptlərlə davam edək* ! 🫶🏻 https://t.me/lezzetlimutfakA

❤️❤️❤️ Ərzaqlar 📝 250 q istədiyiniz makaron 300 q toyuq filesi 1 dəstə ispanaq 1 dəstə cəfəri 100 q pendir 2 diş sarımsaq 200 ml qaymaq 3 x.q. zeytun yağı duz istiot Hazırlanması:👩‍🍳 Qazanda su qaynadılıb duz əlavə olunur. Qaynar suya makaron əlavə edilib yumşalana qədər bişirilir. Suyu süzülür. Toyuq filesi kub şəklində doğranıb zeytun yağında 7-8 dəqiqə bişirilir, sarımsaq əzilib əlavə olunur. Üzərinə ispanaq əlavə edilib qarışdırılır. Duz, istiot vurulur. Qaymaq da bura əlavə edilib qarışdırılır. Daha sonra süzülmüş makaronlar əlavə olunur. Sonda sürtkəcdən keçirilmiş pendir və xırda doğranmış cəfəri əlavə edilib qarışdırılır və süfrəyə təqdim olunur. Hazırlayacaq olan hər kəsə nuş olsun 🥰 https://t.me/lezzetlimutfakA

Krepin tərkibi 📝 500 ml Süd 3 yumurta 200 qr un 2 x.q. duru yağ 2 x.q. şəkər tozu 1 çimdik duz 22 sm tavada bişirsəniz təxminən 10-12 krep alınacaq Hazırlanması 👩‍🍳 1.Yumurtanın üzərinə şəkər tozu və duz əlavə edib çənbərlə qarışdırın. Südün bir hissəsini əlavə edib eyni kütlə halına gələnə kimi qarışdırın. 2.Unu ələkdən keçirdin və kütlənin üzərinə əlavə edib qarışdırın. Yağı və südün qalan hissəsini də bitənə qədər hissə-hissə əlavə edib qarışdırın. Xəmir duru qaymağa bənzəməlidir. 3. Əgər krepin nazik olmasını istəyirsinizsə, xəmiri qaynar tavaya tökən kimi tavanı sağa-sola-yuxarı-aşağı edin ki, xəmir tavaya yayılsın. 4.Yaxşı qızmış tavaya 1 qaşıq duru yağ (adətən bu miqdarda yağ hamsını qızartmağa bəs edir) əlavə edib təxminən bir çömçə xəmir tökərək vam xodda hər iki tərəfini qızardın. Hazırlayacaq olan hər kəsə nuş olsun 🥰 https://t.me/lezzetlimutfakA