💡HƏYATIN_TƏMƏLİ💡
رفتن به کانال در Telegram
🔰 Həyatınızda yenilik etmək istəmirsinizsə, olduğunuz kimi qalmaq istəyi sizdə daha güclüdürsə, vaxtınızı özünüzdən başqa hər şeyə sərf edirsinizsə, kanala qoşulmayın.... :) 👤Admin: ⏳ 28.03.2020 ⏳
نمایش بیشتر555
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-37 روز
-1430 روز
آرشیو پست ها
Peyğəmbər (s) buyurur:
“Fatimə mənim canımın bir parçasıdır; onu qəzəbləndirən məni qəzəbləndirmişdir.”
📚 Səhihi-Buxari, c.5, səh.92 və 105.
https://t.me/heyatin_temeli
13 نوامبر, 05:07
Zəfər yalnız hərbi qələbə deyil, həm də mənəvi məsuliyyətdir. Bir xalqın böyüklüyü qazandığı qələbələri necə qeyd etməsi ilə yanaşı, həmin qələbə uğrunda canından keçənlərin əmanətlərinə necə sahib çıxması ilə ölçülür.
Bu gün şəhidlərimizin qəhrəmanlığından danışır, onların xatirəsini ehtiramla yad edirik. Lakin şəhid övladları məktəb qapısından geri qaytarılırsa, burada təkcə bir uşağın təhsil hüququ deyil, cəmiyyətin vicdanı da sual altındadır.
Bu torpaq uğrunda ən qiymətli varlığını fəda edən insanların övladları bu gün hicablı olduqları üçün təhsil almaq hüququndan məhrum edilirsə, deməli, qeyd etdiyimiz bayramın təntənəsi ilə yaşanan bu haqsızlıq arasında dərin bir ziddiyyət var.
Zəfərdən danışan cəmiyyət əvvəlcə ədaləti qorumalıdır. Heç bir uşağın inancı və geyimi onun təhsil yolunda maneəyə çevrilməməlidir.
Əsl zəfər yalnız torpaqların azadlığı ilə deyil, hər bir insanın haqqının, inancının və ləyaqətinin qorunduğu ədalətli bir cəmiyyət qurmaqla tamamlanır.
08 نوامبر, 03:09
#hədis
Xanım Zəhra (s.ə) buyurub:
Həqiqətən həqiqi xoşbəxt o şəxsdir ki, Əlini (ə) sevir.
📚 Məcməuz-zəvaid, Əllamə Heysəmi, cild 9, səh 132.
30 اکتبر, 06:25
#ilahinamə
İlahi, öz zatıma (həqiqətimə) heyranam, o ki qala Sənin zatına…
©Əllamə Həsənzadə Amuli
30 اکتبر, 06:24
Axtaran - Tapacaq.
Tapan - Tanıyacaq.
Tanıyan - Sevəcək.
O'na aşiq olanı, O, hamıdan uzaqlaşdıracaq.
30 اکتبر, 06:22
#eşq
Mən şəhidlərə nə qədər eşq bəsləmişəm. Necə ki, göyərçinlər hər zaman səmaya meyl edərlər...🕊
Şəhid İbrahim Himmət🕊
25 اکتبر, 14:54
Biz Azərbaycan vətəndaşı olaraq öz Vətənimizdə azad yaşamaq, öz inancımızı sərbəst şəkildə yaşamaq istəyirik! Məgər bu ölkə bizim də Vətənimiz deyilmi? Məgər biz bu torpağın övladları deyilikmi? Bəs niyə öz ölkəmizdə öz dini dəyərlərimizə görə maneələrlə üzləşməliyik?
Hicablı şagirdlərin məktəbə buraxılmaması, müəllimələrin hicablarına görə təzyiqlərlə üzləşməsi hansı ədalətə sığır? Bizim istəyimiz nə artıqdır, nə də kiminsə haqqına müdaxilədir. Biz sadəcə inancımıza hörmət edilməsini, uşaqlarımızın təhsil hüququnun əllərindən alınmamasını, qadınlarımızın geyimlərinə görə ayrı-seçkiliyə məruz qalmamasını istəyirik.
Biz hicabımızı kiminsə sözü ilə bağlamamışıq ki, kiminsə təzyiqi ilə də açaq! Bizim inancımız şəxsi maraqlara və insanların istəyinə görə dəyişəcək bir məsələ deyil. Hicab bizim üçün Allahın əmridir, imanımızın bir parçasıdır.
Ən ağrılısı isə budur ki, insan öz Vətənində haqqını tələb edərkən belə qorxu içində yaşamalı olduğunu hiss edir. Halbuki biz də bu ölkənin vətəndaşlarıyıq. Bizim də hüquqlarımız, inancımız və ləyaqətimiz var!
Biz imtiyaz istəmirik, haqqımızı istəyirik! Ayrı-seçkilik deyil, bərabərlik istəyirik! Təzyiq deyil, hörmət istəyirik!
Unutmayın, bu gün başqasının haqqına susmaq sabah öz haqqımızı müdafiə etmək üçün gec qalmağımıza səbəb ola bilər. Haqsızlıq kimin başına gəlməsindən asılı olmayaraq, ona qarşı ədalətli mövqe göstərmək hər birimizin vicdani məsuliyyətidir.
Öz Vətənimizdə azad yaşamaq istəyirik! Hicabımıza, inancımıza və hüquqlarımıza hörmət tələb edirik!
ZÜLMƏ SUSMA! HİCABA AZADLIQ!
Fədayə Əhmədova
https://t.me/heyatin_temeli
15 اکتبر, 04:31
Mən də bir Azərbaycan vətəndaşı olaraq hicab qadağasına etiraz edirəm! İllərdir xalqın haqqını müdafiə etmək istəyənləri susdurur, dindarlara təzyiq göstərir, indi isə hicablı müəllimə və şagirdlərə maneələr yaradırlar. Hicab bizim seçimimizdən əvvəl Allahın əmridir, Xanım Fatimeyi-Zəhranın (s.ə.) bizə əmanətidir!
Biz hicabımızı bir şəxsin sözü ilə bağlamamışıq ki, digərinin sözü ilə də açaq! Heç kimin bizim Dini inancımıza müdaxilə etməyə, uşaqların təhsil haqqını əllərindən almağa haqqı yoxdur.
Zülmə susmayın! Bu gün başqasının haqqı tapdalanırsa, sabah sizin haqqınız da tapdalana bilər!
HİCABA AZADLIQ!
Fədayə Əhmədova
https://t.me/heyatin_temeli
15 اکتبر, 04:31
Allah bu insanlara məsum balaların simasında Öz qurtuluş mesajını göndərdi. Onlardan az bir dəstəsi Ona iman gətirdi, çoxları isə istehza və rişxənd etdi, bir çoxu da susdu və tamaşaçı oldu. Amma ilahi sünnə qaçılmazdır:
O, bəlasını göndərəndə hamını tutur.
Xanım Zəhra (s.ə.) məhz belə bir yerdə demişdir:
_Siz bu gün dinc və ilahi haqqa arxa çevirdiniz, sabah elə zalımların caynağına düşəcəksiniz ki, heç kimin canına, malına və namusuna aman verməyəcəklər_
14 اکتبر, 12:28
