💡HƏYATIN_TƏMƏLİ💡
Kanalga Telegram’da o‘tish
🔰 Həyatınızda yenilik etmək istəmirsinizsə, olduğunuz kimi qalmaq istəyi sizdə daha güclüdürsə, vaxtınızı özünüzdən başqa hər şeyə sərf edirsinizsə, kanala qoşulmayın.... :) 👤Admin: @Tural_Salmanov1 ⏳ 28.03.2020 ⏳
Ko'proq ko'rsatish803
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-37 kunlar
-1330 kunlar
Postlar arxiv
Repost from N/a
Hicri-qəməri aylarının ilki olan Məhərrəm ayı, xüsusilə də İslam Peyğəmbərinin (s) əhli-beytinə sevgi bəsləyənlər üçün dərin mənəvi və mədəni dəyərə malik bir aydır. Bu ay, xüsusilə də ilk on günü, Kərbəla hadisəsi ilə əbədi olaraq İmam Hüseynin (ə) və onun səhabələrinin adı ilə bağlıdır.
Kərbəla faciəsindən sonra İslam aləmində, xüsusən şiə toplumlarında Məhərrəmin ilk on günündə əza məclisləri qurulmuş, İmam Hüseynin (ə) qəhrəmanlığı, şəhadəti və haqqa bağlılığı yad edilmiş, rövzələr və mərsiyələr oxunmuşdur. Əhli-beyt imamlarının (ə) tövsiyələrinə əsasən bu günlərdə şadlıqdan uzaq durmaq, İmam Hüseynin (ə) məqsədlərini yad etmək, onun Aşura məktəbini yaşadan işlərə yönəlmək savablı və dəyərli ibadətlərdən sayılır.
Böyük Azərbaycan şairi Məhəmməd Füzuli bu matəm ayı ilə bağlı belə demişdir:
Mahi-Məhərrəm oldu, şəfəqdən çıxıb hilal,
Qılmış əza, tutub qədi-xəm, qərq-i eşk-i al.
Mahi-Məhərrəm oldu, məsərrət haramdır,
Matəm bu gün şəriətə bir ehtiramdır.
Bəli, bu günlərdə matəm saxlamaq həm dini şərəfimizə, həm də İslamın qorunmasına göstərilən ehtirama çevrilmişdir. Çünki İmam Hüseyn (ə) öz canını verərək İslamın diriliyini təmin etmiş, haqqa və ədalətə canıyla həyat bəxş etmişdir. Bu günlərdə biz müsəlmanlar olaraq matəm saxlamaqla yanaşı, bu ənənəni gələcək nəsillərə də ötürməliyik. Bu həm dini, həm milli kimliyimizin qorunması baxımından vacibdir.
https://t.me/salmanovtural
Repost from N/a
#ərəfə_günü
Ərəfə günü, 9 Zil-hiccə, Qurban bayramından bir gün əvvəl hacıların Ərəfatda günortadan gün batana qədər olduqları yerin adıdır.
📜 "Ərəfət "عرفة" sözü (ع رف) kökündən götürülmüş düşüncə ilə birlikdə bir şeyi dərk etmək, anlamaq və bilmək deməkdir. Ərəfə günün adı Ərəfat diyarından götürülmüşdür və deyilir ki, Ərəfatın dağlar arasında tanınan bir yer olduğu üçün Ərəfat adlanmışdır.(tanınan diyar)
Ərəfə müsəlmanlar tərəfindən ilin ən fəzilətli günlərindən hesab olunur və mənbələrdə bu gün namaz və istiğfar daha çox təkid olmuşdur.
📖 Eyni zamanda bu gün İmam Hüseyn (ə) ərəfə duasını oxumaq da tövsiyə olunmuşdur.
📖 Bu gün üçün digər məşhur bir dua isə, imam Səccadın (ə) ərəfə duasıdır. (Səhifeyi Səccadiyyənin 47 ci duası)
Bir çox rəvayətdə ərəfə gününü günahların bağışlanması və duaların qəbulu üçün xüsusi bir gün kimi təqdim edilmişdir.
📍 Ərəfə günündə oruc tutmağın da savabı böyükdür. Nəzərdən qaçırmayaq ki, ertəsi gün, yəni Qurban bayramı günü oruc tutmaq haramdır.
Allah bizi ərəfə gününün feyzindən məhrum etməsin.
https://t.me/salmanovtural
İnsanlar yuxudadılar
öləndə oyanacaqlar!
Əmirəl möminin Əli (ə)
https://t.me/heyatin_temeli
Repost from N/a
Bu gün cümhuriyyət qurucularının ustadı olmuş seyid Cəmaləddin Əfqaninin (1855-1938) xatirəsini yad etmək, tariximizin qurucularına qarşı bir ehtiramdır.
Azərbaycan Xalq Cümhuriyyəti.
28 may 1918 -28 aprel 1920.
Ps: 80-ci illərin sonlarına qədər mətbuat və ədəbiyyatımıza doğma olan Şeyx Cəmaləddinin ülvi fikirləri elə cümhuriyyətin yıxılması ilə də özgələşdirildi. Şeyx Cəmaləddin bütün şərq xalqlarının ictimai-siyasi, mədəni və dini düşüncələrinin inkişafına təsir göstərmişdir. Elə buna görə də Əhməd Ağaoğlu, M.Ə Rəsulzadə və başqa ziyalılar Şeyx Cəmaləddini öz ustadları bilmiş və onun fikirlərini rəhbər tutaraq addım atmışlar.#tarixmiz https://t.me/salmanovtural
Repost from ƏDƏBİYYAT_NƏZƏRİYYƏSİ
Üçrəngli bayrağınla məsud yaşa!
#28_May_1918
Azərbaycan Xalq Cümhuriyyəti
İmam Rza (əleyhis-səlamın) mövludu münasibətilə hər birinizi təbrik edir, bu mübarək gündə Allahdan sizə sağlamlıq, ruhi aramlıq və ilahi bərəkətlər arzulayıram.
İmam Rza (əleyhis-səlam) buyurur:
"Kim ona yaxşılıq edənə təşəkkür etməzsə, Allah-Taalaya da təşəkkür etməmiş olar."¹
Hədisin izahı:
İmam Rza (ə) bu buyruğu ilə bizə bildirir ki, Allahın bəndələri vasitəsilə bizə çatdırdığı nemətləri tanımaq və həmin vasitələrə təşəkkür etmək, əslində Allaha təşəkkür etməyin bir formasıdır. Məsələn, biri bizə kömək edirsə, ilk növbədə ona təşəkkür edərək bu köməyin ilahi bir vasitə olduğunu dərk etməliyik. Əgər bizə qarşı edilən yaxşılıq müqabilində həmin şəxsə minnətdarlıq etməsək, Allaha etdiyimiz şükürün də bir mənası olmaz.
__
¹ Uyun əxbarir-Riza, cild 2, səh. 24,
Yuxu qısa ölümdür deyirlər. Amma ölümlə yuxu arasında necə də qəribə bir fərq var! Sevdiyiniz insan yatdığında bir quşun belə qanad çalıb onu oyatmasını istəmirsiniz, amma öldüyündə onu dünyanın ən yüksək səsi ilə oyatmaq istəyirsiniz...
Nə qədər həyatdayıq bir-birimizin qədrini bilək!
həyatın_təməli
https://chat.whatsapp.com/GP9u6RiXDKVFIxidCEb5x7
Hz.Peyğənbərdən belə nəql olunub.
Həqiqətən, Allah-Taala cavanlığını itaətdə keçirən cavanları sevir.
Nəhcul-fəsahə, hədis-800
həyatın_təməli
https://chat.whatsapp.com/GP9u6RiXDKVFIxidCEb5x7
Bir insana dəyər vermək, qayğı göstərmək, onun qiymətini bilmək də bir hörmətdir.Bunun dərsi yoxdur.Kitablarda da yazmaz.Bunun yolu insan olmaqdan keçər🤍
Niyə insanların sənin barəndə dediklərinə inanmırsan ?
- Çünki onlar, ilk növbədə, nə dediklərinə özləri inanmırlar.
https://t.me/heyatin_temeli
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
Ən böyük xoşbəxtlik,
sırf özümüzə və kim olduğumuza görə sevilməkdir.
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🍃 həyatın_təməli🍃
https://chat.whatsapp.com/GP9u6RiXDKVFIxidCEb5x7
"Eyni həyat, amma fərqi yaradan bizik."
Başqa sözlə desək, eyni şəraitdə yaşayan iki insanın həyatı bir-birindən tamamilə fərqli ola bilər, çünki fərqi yaradan onların yanaşması, düşüncə tərzi və davranışlarıdır.
https://t.me/heyatin_temeli
Repost from N/a
Uca Allahın rəhmət və bərəkəti ilə bəzənmiş mübarək Ramazan ayının sonuna yetişdik. Bu müqəddəs ay boyunca etdiyimiz ibadətlərin, dilədiyimiz duaların qəbul olunmasını və ömrümüzün son Ramazan ayı olmamasını Uca Rəbbimizdən diləyirik.
Sabah Fitir bayramıdır. Hədisi-şəriflərdə bu gün bəxşiş və mükafat günü kimi zikr olunur. Qoy Rəbbimiz, bu mübarək ayda salehlərin etdiyi xeyirxah əməllərə xatir, bizləri də öz məğfirəti ilə əhatə etsin. Dünyasını dəyişən yaxınlarımıza rəhmət, xəstələrimizə şəfa, ehtiyac içində olanlara isə Öz sonsuz kərəmi ilə ruzi və bərəkət bəxş etsin.
Bayramınız mübarək olsun!
30\03\2025
https://t.me/salmanovtural
🍂🍃🍂🍃🌺🍂🍃🍂🍃🌺🍂🍃
🌺🍂🍃🍂🍃🍂🌺
🍂🍃🍂
🍃
#Allah
✨Allah öz bəndələrinə o qədər lütf edir ki, hətta bəndəsinin ömründən bir anının belə tələf olmasına razı deyil.
✨Allahın bizim hər anımız üçün proqramı vardır.
✨Bəzən ayəsini qarşımıza çıxarar, bəzən hansısa bir ibrətli hadisə ilə qarşılaşdırar.
✨Bir sözlə, saleh əməl üçün şərait yaradar və bizə günahı tərk etmək şansını verər. Biz isə həmişə qəflət içindəyik.
https://t.me/heyatin_temeli
لَا تَذْكُرْنِى بِخَطِيئَتِى
Məni xətalarımla xatırlama!
📖 Əbu Həmzə Somali duasından
həyatın_təməli
https://chat.whatsapp.com/GP9u6RiXDKVFIxidCEb5x7
https://t.me/heyatin_temeli
#qədr
Ayətullah Pənahian
Qədr gecələrində aza qane olmayın.
Qədr gecəsində min illik yolu bir gecədə qət edə bilərsiniz.
https://t.me/heyatin_temeli
إِلٰهِى مَنْ ذَا الَّذِى ذاقَ حَلاوَةَ مَحَبَّتِكَ فَرامَ مِنْكَ بَدَلاً ؟ وَمَنْ ذَا الَّذِى أَنَِسَ بِقُرْبِكَ فَابْتَغَىٰ عَنْكَ حِوَلاً ؟
İlahi, kimdir ki, Sənin məhəbbətinin şirinliyini dadıb, sonra Səndən başqasını istəsin? Kimdir ki, Sənin yaxınlığının ülfətini hiss edib, sonra Səndən üz döndərmək istəsin?
📖 Sevənlərin münacatından
həyatın_təməli
https://chat.whatsapp.com/GP9u6RiXDKVFIxidCEb5x7
Teleqram
https://t.me/heyatin_temeli
