es
Feedback
Tech.az Media

Tech.az Media

Ir al canal en Telegram

A-dan Z-yə texnologiya Startap, İnnovasiya, Texnologiya FB, LN, İG, TW /techazmedia https://www.instagram.com/techazmedia

Mostrar más
1 044
Suscriptores
Sin datos24 horas
-57 días
-430 días

Carga de datos en curso...

Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
septiembre '26
septiembre '26
+3
en 0 canales
agosto '26
+24
en 0 canales
Get PRO
julio '26
+45
en 0 canales
Get PRO
junio '26
+37
en 0 canales
Get PRO
mayo '26
+92
en 0 canales
Get PRO
abril '26
+22
en 0 canales
Get PRO
marzo '26
+21
en 0 canales
Get PRO
febrero '26
+31
en 0 canales
Get PRO
enero '26
+37
en 0 canales
Get PRO
diciembre '25
+8
en 0 canales
Get PRO
noviembre '25
+34
en 1 canales
Get PRO
octubre '25
+10
en 0 canales
Get PRO
septiembre '25
+15
en 0 canales
Get PRO
agosto '25
+4
en 0 canales
Get PRO
julio '25
+8
en 0 canales
Get PRO
junio '250
en 0 canales
Get PRO
mayo '25
+4
en 0 canales
Get PRO
abril '25
+3
en 0 canales
Get PRO
marzo '25
+3
en 0 canales
Get PRO
febrero '25
+49
en 0 canales
Get PRO
enero '25
+122
en 0 canales
Get PRO
diciembre '24
+9
en 0 canales
Get PRO
noviembre '24
+25
en 0 canales
Get PRO
octubre '24
+27
en 0 canales
Get PRO
septiembre '24
+846
en 0 canales
Fecha
Crecimiento de Suscriptores
Menciones
Canales
05 septiembre+1
04 septiembre+1
03 septiembre0
02 septiembre+1
01 septiembre0
Publicaciones del Canal
“Anthropic” və "Netflix" Azərbaycanda vergi uçotuna alınıb Azərbaycanda elektron xidmət göstərən 4 beynəlxalq şirkət vergi uç
“Anthropic” və "Netflix" Azərbaycanda vergi uçotuna alınıb Azərbaycanda elektron xidmət göstərən 4 beynəlxalq şirkət vergi uçotuna alınıb. Onların arasında Anthropic, Aghanim, eBay Marketplaces və Netflix International yer alır. Yeni qaydalara əsasən, ölkədə illik dövriyyəsi 10 min ABŞ dollarını keçən qeyri-rezident rəqəmsal xidmət platformaları 30 gün ərzində elektron qaydada vergi uçotuna alınmalıdır. Şirkətlərin ƏDV məqsədləri üçün qeydiyyatı 1 sentyabr 2026-dan qüvvəyə minəcək. Qayda elektron kitab, musiqi, video, proqram təminatı və digər rəqəmsal xidmətlərə şamil olunur. Artıq istifadəçilər abunəlik üçün əlavə vergi ödəməyəcəklər.

2
AZƏRBAYCANDA KRİPTOVALYUTA İLK DƏFƏ DÖVLƏT NƏFİNƏ MÜSADİRƏ EDİLDİ Azərbaycanda cinayət işi üzrə ilk dəfə kriptovalyutanın döv
AZƏRBAYCANDA KRİPTOVALYUTA İLK DƏFƏ DÖVLƏT NƏFİNƏ MÜSADİRƏ EDİLDİ Azərbaycanda cinayət işi üzrə ilk dəfə kriptovalyutanın dövlət nəfinə müsadirə edilməsi həyata keçirilib. Yasamal Rayon Məhkəməsinin hökmü ilə qanunsuz pul köçürmələrinin təşkilində təqsirli bilinən iki şəxs azadlığın məhdudlaşdırılması və ümumilikdə 35 milyon manatdan çox cəriməyə məhkum edilib. Belə ki, B.H.R. 2 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması və 3 milyon 623 min 568 manat cərimə cəzasına, İ.R.F. isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması və 31 milyon 399 min 709 manat cərimə cəzasına məhkum ediliblər. Hökmlə Binance hesabında saxlanılan 830 ədəd kriptovalyuta da dövlət nəfinə müsadirə olunub.
176
3
Paltaryuyanlar necə işləyir?
Paltaryuyanlar necə işləyir?
108
4
NECƏ BITCOININ QİYMƏTİ 48 SAATDA 18% ARTDI? Bitcoinin qiyməti son 48 saatda təxminən 18% artaraq 77 600 dollardan yuxarı qalx
NECƏ BITCOININ QİYMƏTİ 48 SAATDA 18% ARTDI? Bitcoinin qiyməti son 48 saatda təxminən 18% artaraq 77 600 dollardan yuxarı qalxıb. Artım ABŞ Xəzinədarlığının uzunmüddətli istiqrazların geri alış həcmini 2 milyard dollardan 4 milyard dollara artırması ilə bağlı gözləntilərlə əlaqələndirilir. Analitiklər bu addımın bazara likvidlik gətirəcəyini və bunun kriptovalyutalara marağı artırdığını bildirirlər. Bitcoin mayın sonundan bəri ilk dəfə 70 000 dollar həddini keçib. ABŞ-da kriptovalyuta bazarı üçün yeni qaydaların qəbul ediləcəyi gözləntiləri də investorların əhvalını dəstəkləyib.
177
5
Botlar onlayn mağazalarda DDR5 yaddaşı alır, İnsanlar trafikin 9%-ni təşkİl edir DDR5 operativ yaddaş bazarında botların akti
Botlar onlayn mağazalarda DDR5 yaddaşı alır, İnsanlar trafikin 9%-ni təşkİl edir DDR5 operativ yaddaş bazarında botların aktivliyi kəskin artıb. DataDome-un məlumatına görə, bəzi onlayn mağazalarda DDR5 məhsul səhifələrinə edilən sorğuların 91%-i avtomatlaşdırılmış sistemlərdən gəlir. Botlar qiymət və stok dəyişikliklərini hər 6,5 saniyədən bir izləyərək məhsulları alıcılardan daha tez aşkarlayır. Bu vəziyyət DDR5 yaddaşlarının qiymətinin rekord səviyyəyə yüksəlməsi ilə üst-üstə düşür. 128 GB DDR5-6400 dəstlərinin qiyməti artıq 3400 dollara çatıb.
142
6
SİNQAPURDA CANLI NEYRONLARDAN İBARƏT SERVER RACK-I İŞƏ SALINDI Sinqapurda canlı neyronların hesablamalarda istifadə edildiyi
SİNQAPURDA CANLI NEYRONLARDAN İBARƏT SERVER RACK-I İŞƏ SALINDI Sinqapurda canlı neyronların hesablamalarda istifadə edildiyi server rack prototipi işə salınıb. NUS Medicine, DayOne və Cortical Labs 20 ədəd CL1 bioloji kompüter quraşdırıb. Neyronlar kök hüceyrələrdən yetişdirilir. Bir CL1 təxminən 25 vatt, tam rack isə 800–1000 vatt enerji sərf edir. Sistem 6 aya qədər işlək qala bilər. Lakin hələlik onun adi serverlər və süni intellekt sistemləri ilə hesablama performansını müqayisə edən nəticələr açıqlanmayıb.
105
7
SOCAR STARTAPLAR ÜÇÜN İNNOVASİYA PROQRAMI BAŞLADIB - 20K DOLLAR MÜKAFAT SOCAR innovativ texnologiyaların enerji sektoruna tət
SOCAR STARTAPLAR ÜÇÜN İNNOVASİYA PROQRAMI BAŞLADIB - 20K DOLLAR MÜKAFAT SOCAR innovativ texnologiyaların enerji sektoruna tətbiqini hədəfləyən WIN Açıq İnnovasiya Proqramına müraciətləri qəbul etməyə başlayıb. Proqram süni intellekt, məlumat analitikası, rəqəmsallaşma, enerji keçidi, dayanıqlılıq, əməliyyat səmərəliliyi və HSE sahələrində həllər təqdim edən startap və texnologiya şirkətlərinə açıqdır. Müraciətlər sentyabrın 12-dək qəbul olunur. Seçilən iştirakçılara real əməliyyat mühitində həllərini sınaqdan keçirmək üçün 20 min ABŞ dollarınadək büdcə veriləcək.
97
8
BÜTÜN STARSHIP MÜHƏRRİKLƏRİ EYNİ ANDA İŞƏ SALINDI SpaceX Starship Ship 41 prototipinin bütün altı Raptor mühərrikini eyni and
BÜTÜN STARSHIP MÜHƏRRİKLƏRİ EYNİ ANDA İŞƏ SALINDI SpaceX Starship Ship 41 prototipinin bütün altı Raptor mühərrikini eyni anda işə salaraq təxminən 60 saniyəlik mühərrik sınağı keçirib. Texasdakı Starbase bazasında aparılan test gəminin növbəti uçuşa hazırlığını yoxlamaq məqsədi daşıyır. Starship Flight 14 missiyasının 2026-cı ilin sentyabrında həyata keçirilməsi planlaşdırılır. Missiyada gəminin ilk dəfə sabit Yer orbitinə çıxarılması və Starlink V3 peyklərinin orbitə yerləşdirilməsi nəzərdə tutulur. SpaceX həmçinin geri qayıdan Starship-in start qülləsində mexaniki “çubuqlar” vasitəsilə tutulmasını sınaqdan keçirməyə hazırlaşır.
106
9
Google Gemini Azərbaycanda tələbələr üçün 1 illik pulsuz oldu Google Gemini Azərbaycanda tələbələr üçün 1 il pulsuz təqdim ol
Google Gemini Azərbaycanda tələbələr üçün 1 illik pulsuz oldu Google Gemini Azərbaycanda tələbələr üçün 1 il pulsuz təqdim olunur. Google-un tələbə planı çərçivəsində istifadəçilər dərs materiallarını yükləyib fərdiləşdirilmiş öyrənmə planları, interaktiv vizuallaşdırmalar və testlər hazırlaya biləcəklər. Tələbələr Gemini Live ilə real vaxtda suallarını müzakirə edə, daha yüksək istifadə limitlərindən yararlana və 400 GB bulud yaddaşı əldə edə biləcəklər. Kampaniya çərçivəsində Gemini Omni ilə video yaratmaq funksiyası da təqdim olunur. Təklifdən yararlanmaq üçün tələbə statusunu təsdiqləmək tələb olunur.
119
10
AZAL TƏYYARƏLƏRİNDƏ POS-TERMİNALLA ÖDƏNİŞ İMKANI YARATDI Azərbaycan Hava Yolları (AZAL) təyyarə göyərtələrində ABB POS-termin
AZAL TƏYYARƏLƏRİNDƏ POS-TERMİNALLA ÖDƏNİŞ İMKANI YARATDI Azərbaycan Hava Yolları (AZAL) təyyarə göyərtələrində ABB POS-terminalları vasitəsilə əlavə xidmətlərə görə ödəniş imkanını istifadəyə verib. Sərnişinlər bank kartı ilə uçuş zamanı daha rahat oturacaq seçə, həmçinin mövcudluqdan asılı olaraq biznes və ya premium ekonom sinfinə keçid üçün ödəniş edə biləcəklər. Yeni həll sərnişin təcrübəsinin yaxşılaşdırılması və rəqəmsal xidmətlərin genişləndirilməsi məqsədi daşıyır. AZAL bildirir ki, bu imkan səyahətin müxtəlif mərhələlərində xidmətlərin daha əlçatan və çevik olmasına şərait yaradacaq.
127
11
TESLA 5000 ROBOTAKSİ İSTƏDİ ABŞ 10 EV İCAZƏSİ VERDİ Tesla Nevada ştatından Klark dairəsində 5000 robotaksi üçün icazə istəsə
TESLA 5000 ROBOTAKSİ İSTƏDİ ABŞ 10 EV İCAZƏSİ VERDİ Tesla Nevada ştatından Klark dairəsində 5000 robotaksi üçün icazə istəsə də, tənzimləyici qurum şirkətə yalnız 10 avtomobillə məhdudlaşdırılmış müvəqqəti icazə verib. Robotaksilərin Las-Veqas Strip ərazisindən kənara çıxmasına və hava limanlarında işləməsinə icazə verilməyib. Maksimal sürət 72 km/saat müəyyənləşdirilib və hər səfər həmin zona daxilində başlayıb başa çatmalıdır. Tesla həmçinin qəza, sistem nasazlığı və məlumat bağlantısının itməsi barədə tənzimləyiciyə məlumat verməlidir. Müqayisə üçün, Amazon-a məxsus Zoox artıq Nevadada 100 robotaksi ilə kommersiya fəaliyyətinə başlayıb.
107
12
ZUKERBERQ UŞAQLARIN TƏHLÜKƏSİZLİYİNDƏN DAHA ÇOX AUDİTORİYA VƏ GƏLİRƏ ÜSTÜNLÜK VERİB Meta-nın keçmiş mühəndislik direktoru Art
ZUKERBERQ UŞAQLARIN TƏHLÜKƏSİZLİYİNDƏN DAHA ÇOX AUDİTORİYA VƏ GƏLİRƏ ÜSTÜNLÜK VERİB Meta-nın keçmiş mühəndislik direktoru Arturo Behar məhkəmədə Mark Zukerberqin şirkətdə uşaqların təhlükəsizliyinin auditoriya artımı və gəlirdən sonra gəlməsinə səbəb olan mədəniyyət formalaşdırdığını iddia edib. 29 ABŞ ştatının qaldırdığı işdə şahidlik edən Behar bildirib ki, əsas məhsul qərarları Zukerberqin təsdiqindən keçirdi. O, Meta-nın 13 yaşdan kiçik istifadəçiləri müəyyən etmək üçün texniki imkanlarının olduğunu, lakin şirkətin bundan istifadə etmədiyini də söyləyib. Meta isə ittihamları rədd edir və uşaqların müdafiəsi alətlərini davamlı təkmilləşdirdiyini bildirir.
92
13
BYD-NİN 5 DƏQİQƏYƏ 10%-DAN 70%-Ə ŞARJ EDƏN YENİ BATAREYASI DİGƏR BRENDLƏRİN AVTOMOBİLLƏRİNDƏ DƏ İSTİFADƏ OLUNACAQ Hongqi, BYD
BYD-NİN 5 DƏQİQƏYƏ 10%-DAN 70%-Ə ŞARJ EDƏN YENİ BATAREYASI DİGƏR BRENDLƏRİN AVTOMOBİLLƏRİNDƏ DƏ İSTİFADƏ OLUNACAQ Hongqi, BYD-nin ikinci nəsil Blade Battery 2.0 batareyasına və Megawatt Fast Charging texnologiyasına çıxış əldə edən ilk xarici avtomobil brendi olacaq. Yeni sistem uyğun batareyanı cəmi 5 dəqiqəyə 10%-dən 70%-ə qədər doldura bilir. FAW və BYD-nin birgə müəssisəsi üçün 18 milyard yuan investisiya nəzərdə tutulub. Zavod tam gücə çatdıqda illik 45 GWh batareya istehsal edəcək və təxminən 600 min avtomobili təmin edə biləcək.
91
14
Robot qaçış yarışında qəzaya uğrayıb
Robot qaçış yarışında qəzaya uğrayıb
28
15
ISTANBUL IGNITED BY SLUSH’D 12–14 OKTYABRDA GERİ DÖNÜR Istanbul Ignited by Slush’D 12–14 oktyabrda Rixos Tersane İstanbulda k
ISTANBUL IGNITED BY SLUSH’D 12–14 OKTYABRDA GERİ DÖNÜR Istanbul Ignited by Slush’D 12–14 oktyabrda Rixos Tersane İstanbulda keçiriləcək. Akbank və Togg-un əsas sponsorluğu ilə təşkil olunan tədbirdə OpenAI və NVIDIA daxil olmaqla dünyanın aparıcı texnologiya şirkətləri, investorlar və startaplar bir araya gələcək. Bu il 3 000-dən çox iştirakçı, 1 400-dən çox startap və 600-dən çox investorun iştirakı gözlənilir. Proqramın əsas mövzuları Sovereignty & Resilience, AI as Infrastructure və The Human Edge olacaq. 12 oktyabrda Investor Day və Hackathon, 13–14 oktyabrda isə əsas konfrans keçiriləcək.
105
16
RUSİYANIN S-71M RAKETİ NVIDIA JETSON ORIN MODULU İLƏ İDARƏ OLUNURMUŞ Rusiyanın yeni nəsil S-71M Monokhrom raketinin qalıqları
RUSİYANIN S-71M RAKETİ NVIDIA JETSON ORIN MODULU İLƏ İDARƏ OLUNURMUŞ Rusiyanın yeni nəsil S-71M Monokhrom raketinin qalıqlarının araşdırılması zamanı NVIDIA-nın Jetson Orin modulunun aşkar edildiyi bildirilir. Məlumata görə, kommersiya məqsədilə hazırlanmış bu aparat süni intellekt əsaslı hədəf tanıma, görüntü emalı və avtonom idarəetmə funksiyalarında istifadə oluna bilər. Kommersiya texnologiyasının hərbi sistemdə aşkarlanması diqqət çəkib.
124
17
GTA 6 ABŞ ORDUSU İLƏ BAĞLI MARAQLI İDDİANIN MƏRKƏZİNƏ DÜŞDÜ ABŞ-ın Corciya ştatındakı Fort Stewart hərbi bazasında xidmət edə
GTA 6 ABŞ ORDUSU İLƏ BAĞLI MARAQLI İDDİANIN MƏRKƏZİNƏ DÜŞDÜ ABŞ-ın Corciya ştatındakı Fort Stewart hərbi bazasında xidmət edən 9th Brigade Engineer Battalion şəxsi heyətinə aid olduğu iddia edilən bir sənəd gündəmə gəlib. Sənəddə müəyyən tarixlər arasında yenidən müqavilə imzalayan hərbçilərə GTA 6-nın buraxılış dövrünə təsadüf edən 4 günlük məzuniyyət təklif edildiyi bildirilir. Lakin sənədin həqiqiliyi hələlik təsdiqlənməyib.
105
18
OPENAI YENİYETMƏLƏR ÜÇÜN XÜSUSİ CHATGPT VERSİYASINI TƏQDİM EDİB OpenAI ChatGPT for Teens adlı yeni rejim təqdim edib. 13–17 y
OPENAI YENİYETMƏLƏR ÜÇÜN XÜSUSİ CHATGPT VERSİYASINI TƏQDİM EDİB OpenAI ChatGPT for Teens adlı yeni rejim təqdim edib. 13–17 yaşlı istifadəçilər üçün nəzərdə tutulan versiyada valideyn nəzarəti və əlavə təhlükəsizlik funksiyaları olacaq. Sistem özünə zərərvermə, zorakılıq və qidalanma pozuntuları kimi yüksək riskli mövzularla bağlı müzakirələri məhdudlaşdıracaq. Valideynlər “sakit saatlar” təyin edə, bəzi funksiyaları idarə edə və həssas mövzular müzakirə edildikdə bildiriş ala biləcəklər.
95
19
SAMSUNG 1D NM DRAM ÇİPİNİ HAZIRLAYIB Samsung Electronics 1d nm DRAM yaddaşının hazırlanmasını 2026-cı ilin sentyabrında tamam
SAMSUNG 1D NM DRAM ÇİPİNİ HAZIRLAYIB Samsung Electronics 1d nm DRAM yaddaşının hazırlanmasını 2026-cı ilin sentyabrında tamamlamağı planlaşdırır. Şirkət dekabrda texnologiyanı kütləvi istehsala hazırlayacaq, istehsal xətlərinin qurulmasına isə 2027-ci ilin ilk yarısında başlayacaq. İlk seriya çiplərinin 2027-ci ilin sonunda buraxılması gözlənilir. Samsung yeni texnologiyanı gələcək HBM5E yaddaşında istifadə etməyi planlaşdırır.
87
20
LG $4,3 MİLYARDLIQ ZAVODDA TESLA ÜÇÜN YENİ NƏSİL BATAREYALAR İSTEHSAL EDƏCƏK LG Energy Solution ABŞ-ın Miçiqan ştatında $4,3
LG $4,3 MİLYARDLIQ ZAVODDA TESLA ÜÇÜN YENİ NƏSİL BATAREYALAR İSTEHSAL EDƏCƏK LG Energy Solution ABŞ-ın Miçiqan ştatında $4,3 milyardlıq yeni zavodunda LFP batareyalarının istehsalına başlayıb. Müəssisə Tesla-nın enerji saxlama sistemləri, o cümlədən Megapack 3 üçün batareya elementləri tədarük edəcək. Zavod tam gücə çatdıqda illik istehsal gücü 35 GWh-dan çox olacaq. Megapack 3 üçün tədarüklərin 2027-ci ildən tam miqyasda başlaması gözlənilir.
76