fa
Feedback
Tech.az Media

Tech.az Media

رفتن به کانال در Telegram

A-dan Z-yə texnologiya Startap, İnnovasiya, Texnologiya FB, LN, İG, TW /techazmedia https://www.instagram.com/techazmedia

نمایش بیشتر
1 054
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-47 روز
+2630 روز

در حال بارگیری داده...

کانال‌های مشابه
ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
ژوئیه '26
ژوئیه '26
+40
در 0 کانال‌ها
ژوئن '26
+37
در 0 کانال‌ها
Get PRO
مه '26
+92
در 0 کانال‌ها
Get PRO
آوریل '26
+22
در 0 کانال‌ها
Get PRO
مارس '26
+21
در 0 کانال‌ها
Get PRO
فوریه '26
+31
در 0 کانال‌ها
Get PRO
ژانویه '26
+37
در 0 کانال‌ها
Get PRO
دسامبر '25
+8
در 0 کانال‌ها
Get PRO
نوامبر '25
+34
در 1 کانال‌ها
Get PRO
اکتبر '25
+10
در 0 کانال‌ها
Get PRO
سپتامبر '25
+15
در 0 کانال‌ها
Get PRO
اوت '25
+4
در 0 کانال‌ها
Get PRO
ژوئیه '25
+8
در 0 کانال‌ها
Get PRO
ژوئن '250
در 0 کانال‌ها
Get PRO
مه '25
+4
در 0 کانال‌ها
Get PRO
آوریل '25
+3
در 0 کانال‌ها
Get PRO
مارس '25
+3
در 0 کانال‌ها
Get PRO
فوریه '25
+49
در 0 کانال‌ها
Get PRO
ژانویه '25
+122
در 0 کانال‌ها
Get PRO
دسامبر '24
+9
در 0 کانال‌ها
Get PRO
نوامبر '24
+25
در 0 کانال‌ها
Get PRO
اکتبر '24
+27
در 0 کانال‌ها
Get PRO
سپتامبر '24
+846
در 0 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
20 ژوئیه0
19 ژوئیه0
18 ژوئیه0
17 ژوئیه0
16 ژوئیه+2
15 ژوئیه+1
14 ژوئیه0
13 ژوئیه0
12 ژوئیه0
11 ژوئیه+2
10 ژوئیه+1
09 ژوئیه+3
08 ژوئیه+3
07 ژوئیه+2
06 ژوئیه+2
05 ژوئیه+4
04 ژوئیه+1
03 ژوئیه+3
02 ژوئیه+1
01 ژوئیه+15
پست‌های کانال
Nvidia süni intellekt videolarına qarşı yeni AI alətini təqdim edib Nvidia süni intellektlə yaradılmış saxta videoların aşkar
Nvidia süni intellekt videolarına qarşı yeni AI alətini təqdim edib Nvidia süni intellektlə yaradılmış saxta videoların aşkarlanması üçün Synthetic Video Detector adlı yeni alətini təqdim edib. Sistem videoları kadr-kadr analiz edərək onların AI ilə hazırlanma ehtimalını müəyyənləşdirir və Full HD videonu RTX qrafik kartlarında cəmi 22 millisaniyəyə emal edir. Şirkətin məlumatına görə, alətin dəqiqliyi sıxılmamış videolarda 92%-ə çatır. Həll media qurumları və digər təşkilatlara şübhəli videoları işarələmək, əlavə yoxlamaya göndərmək və deepfake məzmunun yayılmasının qarşısını almaqda kömək edəcək. Texnologiya 170 ölkədə istifadəyə veriləcək.

2
Apple tarixinin ən böyük iPhone-u üzərində işləyir Apple tarixinin ən böyük ekranlı iPhone modelini hazırlayır. Çinli insayde
Apple tarixinin ən böyük iPhone-u üzərində işləyir Apple tarixinin ən böyük ekranlı iPhone modelini hazırlayır. Çinli insayder Digital Chat Station-ın məlumatına görə, şirkət 6,96–7 düym ekranlı iPhone prototipini sınaqdan keçirir. Yeni ekranın iPhone 20 Pro Max modelində təqdim ediləcəyi ehtimal olunur. Apple artıq iPhone 16 Pro Max ilə ekran ölçüsünü 6,9 düymə çatdırıb. Bloomberg-in məlumatına görə, şirkət 2027-ci ildə ilk iPhone-un 20 illiyi münasibətilə iPhone 19 adını buraxaraq birbaşa iPhone 20 seriyasını təqdim edə bilər. Yeni Pro modellərinin dörd tərəfdən əyri ekran dizaynına sahib olacağı da iddia edilir.
16
3
JET Azərbaycanda istiqraz buraxır Qazaxıstanın mikromobillik şirkəti JET Group Ltd. Azərbaycan kapital bazarına çıxmağa hazır
JET Azərbaycanda istiqraz buraxır Qazaxıstanın mikromobillik şirkəti JET Group Ltd. Azərbaycan kapital bazarına çıxmağa hazırlaşır. Tech.az xəbər verir ki, şirkət bununla bağlı Bakı Fond Birjasının (BFB) Listinq Məsləhət Proqramı çərçivəsində əməkdaşlıq müqaviləsi imzalayıb. Hazırda şirkətin investisiya şirkətləri ilə görüşləri keçirilir və istiqraz emissiyasına hazırlıq aparılır. Qanunvericiliyə əsasən, JET Group Azərbaycanda yerli bankın təminatı ilə istiqraz buraxmalıdır. Elektrik skuterlərinin paylaşımı xidmətləri göstərən şirkət artıq Astana Beynəlxalq Birjasında bir neçə istiqraz, o cümlədən yaşıl istiqraz emissiyasını uğurla reallaşdırıb.
68
4
Hindistan ilk dəfə özəl şirkətin raketi ilə orbitə çıxdı Hindistanın Skyroot Aerospace şirkəti ölkə tarixində ilk dəfə özəl r
Hindistan ilk dəfə özəl şirkətin raketi ilə orbitə çıxdı Hindistanın Skyroot Aerospace şirkəti ölkə tarixində ilk dəfə özəl raketlə orbital buraxılışı uğurla həyata keçirib. Vikram-1 raketi 18 iyulda Şriharikotadakı Satish Dhawan Kosmodromundan buraxılıb və 15 dəqiqə ərzində faydalı yükü 450 km yüksəklikdə orbitə çatdırıb. Bununla Hindistan ABŞ və Çindən sonra özəl şirkətin raketi ilə orbitə çıxan üçüncü ölkə olub. 22 metrlik üçpilləli Vikram-1 aşağı Yer orbitinə 350 kq-a qədər yük daşıya bilir. Missiyada kommersiya peykləri, elmi eksperimentlər və Skyroot-un sınaq aparatı da orbitə göndərilib.
64
5
Çinin Kimi K3 modeli AI yarışında ABŞ-ı təzyiq altına saldı Çinin Moonshot AI şirkəti 2,8 trilyon parametrə malik Kimi K3 adl
Çinin Kimi K3 modeli AI yarışında ABŞ-ı təzyiq altına saldı Çinin Moonshot AI şirkəti 2,8 trilyon parametrə malik Kimi K3 adlı açıq mənbəli süni intellekt modelini təqdim edib. CNBC-yə görə, model ABŞ-ın aparıcı AI sistemlərinə yaxın performans göstərərək ölkənin bu sahədə liderliyini sual altına qoyub. Xəbərdən sonra ABŞ-da yarımkeçirici şirkətlərinin səhmləri ucuzlaşıb, Çində isə Zhipu və MiniMax kimi AI şirkətlərinin səhmləri müvafiq olaraq 28,4% və 15,6% dəyər itirib. Analitiklər bu reaksiyanı 2025-ci ildə DeepSeek modelinin yaratdığı təsirlə müqayisə edirlər. Moonshot AI modelin hansı çiplərlə öyrədildiyini açıqlamayıb.
61
6
Ukrayna dronları Wildberries anbarlarını vurdu Ukraynanın PUA hücumları nəticəsində Rusiyanın Wildberries şirkətinə məxsus Ko
Ukrayna dronları Wildberries anbarlarını vurdu Ukraynanın PUA hücumları nəticəsində Rusiyanın Wildberries şirkətinə məxsus Kotovsk və Elektrostal logistika mərkəzləri vurulub. Rusiya rəsmilərinin məlumatına görə, hücum zamanı 7 nəfər həlak olub, 49 nəfər yaralanıb. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, zərbələr dron istehsalı və naviqasiya avadanlıqlarının təchizatında istifadə olunan logistika obyektlərinə endirilib. Rusiya isə hadisə ilə bağlı terror aktı maddəsi üzrə araşdırma aparır. Wildberries rəhbərliyi ölən əməkdaşların ailələrinə dəstək veriləcəyini açıqlayıb. Wildberries Rusiyanın ən böyük e-ticarət platformalarından biri hesab olunur.
97
7
Bakıda süni intellekt sahəsində regional qabaqcıl təcrübə mərkəzi yaradılacaq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA)
Bakıda süni intellekt sahəsində regional qabaqcıl təcrübə mərkəzi yaradılacaq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə Polygraf AI arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Tərəflər Azərbaycanın süni intellekt ekosisteminin inkişafı, yerli mütəxəssislərin hazırlanması və təhlükəsiz AI həllərinin tətbiqi istiqamətində birgə fəaliyyət göstərəcək. Memoranduma əsasən, Bakıda Mərkəzi Asiya və Yaxın Şərq regionuna xidmət edəcək regional Mükəmməllik Mərkəzi yaradılacaq. Əməkdaşlıq çərçivəsində AI, kibertəhlükəsizlik və məlumatların məxfiliyi üzrə təlimlər, mentorluq proqramları və pilot layihələr həyata keçiriləcək. Tərəflər həmçinin Azərbaycanın rəqəmsal məhsullarının beynəlxalq bazarlara, xüsusilə Afrika ölkələrinə çıxışını dəstəkləyəcəklər.
103
8
Rəşad Həsənov: "İRİA-nın təhsil layihələri ilə 10 minə yaxın İKT mütəxəssisi hazırlanıb" İnnovasiya və Rəqəmsal İnkişaf Agent
Rəşad Həsənov: "İRİA-nın təhsil layihələri ilə 10 minə yaxın İKT mütəxəssisi hazırlanıb" İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) müxtəlif təhsil təşəbbüsləri çərçivəsində bu günədək 10 minə yaxın məzun hazırlanıb. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov "IT SkillSprint" layihəsinin bağlanış mərasimində bildirib. Onun sözlərinə görə, proqramların məqsədi tələbələri real layihələrə cəlb etməklə əmək bazarına hazır mütəxəssis kimi yetişdirməkdir. Bu məqsədlə beynəlxalq texnologiya şirkətlərinin iştirakı ilə "Hire and Train" modeli tətbiq edilir. Nazir müavini qeyd edib ki, bu təşəbbüslər ölkədə rəqabətqabiliyyətli insan kapitalının və rəqəmsal bacarıqların inkişafına xidmət edir.
95
9
Uber 12,5 milyard avroya Delivery Hero-nu almağa hazırlaşır Uber, Yemeksepeti-nin sahibi olan Delivery Hero-nu təxminən 12,5
Uber 12,5 milyard avroya Delivery Hero-nu almağa hazırlaşır Uber, Yemeksepeti-nin sahibi olan Delivery Hero-nu təxminən 12,5 milyard avroya almaq üçün irəliləmiş mərhələdə danışıqlar aparır. Delivery Hero bunu rəsmi olaraq təsdiqləyib. Razılaşma baş tutarsa, Uber Eats Avropa, Yaxın Şərq, Asiya və Latın Amerikasında fəaliyyətini genişləndirəcək. Məlumata görə, antimonopoliya risklərini azaltmaq üçün Yemeksepeti və Delivery Hero-nun Avropadakı bəzi əməliyyatları ABŞ mərkəzli investisiya şirkətinə satılacaq. Financial Times yazır ki, Uber hər səhm üçün təxminən 41 avro təklif edir. Sövdələşmə yaxın günlərdə elan oluna bilər.
102
10
m10 ilə 140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri – sürətli, birbaşa, komissiyasız m10 istifadəçilərə dünyanın 140
m10 ilə 140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri – sürətli, birbaşa, komissiyasız m10 istifadəçilərə dünyanın 140-dan çox ölkəsindəki bank kartlarına ani pul köçürmələri etmək imkanı yaradıb. Xidmət vasitəsilə Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Ukrayna da daxil olmaqla, bir çox ölkəyə vəsait birbaşa bank kartına göndərilə bilir. Şirkətin məlumatına görə, köçürmələr cəmi bir neçə toxunuşla həyata keçirilir və xidmət sıfır komissiya ilə təqdim olunur. m10 beynəlxalq pul köçürmələrini ailəyə dəstək, təhsil xərclərinin ödənilməsi və digər maliyyə ehtiyacları üçün sürətli, təhlükəsiz və rahat şəkildə həyata keçirməyə imkan verir.
102
11
Tramp Prezident İlham Əliyevin Şuşa Forumunda çıxışı əsasında hazırlanmış materialı paylaşıb ABŞ Prezidenti Donald Tramp Prez
Tramp Prezident İlham Əliyevin Şuşa Forumunda çıxışı əsasında hazırlanmış materialı paylaşıb ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyev haqqında Breitbart News nəşrində dərc olunmuş məqaləni özünün Truth Social hesabında paylaşıb. Məqalədə IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin Donald Trampın Azərbaycan-Ermənistan sülh prosesində oynadığı rola verdiyi yüksək qiymət əks olunub. Dövlət başçısı Trampı "sülh adamı" adlandıraraq bildirib ki, onun administrasiyası Azərbaycanın narahatlıqlarını anlayıb və Ermənistanı sülhün hər iki ölkə üçün faydalı olduğuna inandırmağa çalışıb. Prezidentin sözlərinə görə, bu yanaşma sülh üçün yeni imkanlar yaradıb.
87
12
OnePlus ABŞ, Avropa və Hindistan bazarlarını tərk edir Oppo qlobal restrukturizasiya çərçivəsində OnePlus brendini ABŞ, Avrop
OnePlus ABŞ, Avropa və Hindistan bazarlarını tərk edir Oppo qlobal restrukturizasiya çərçivəsində OnePlus brendini ABŞ, Avropa və Hindistan bazarlarından çıxarmağı planlaşdırır. Prosesin 2027-ci ilədək başa çatacağı, OnePlus-un yalnız Çində fəaliyyətini davam etdirəcəyi bildirilir. Eyni zamanda Realme də Çin bazarını tərk edəcək. Qərarın əsas səbəbi satışların zəifləməsi, maliyyə təzyiqləri və geosiyasi risklər göstərilir. Oppo isə diqqətini Mərkəzi və Şimali Avropa bazarlarına yönəltməyi planlaşdırır. OnePlus artıq Hindistanda fiziki mağazalarını bağlayır və xidmət şəbəkəsini Oppo ilə birləşdirir.
93
13
Bolt Azərbaycanda ambulans sifarişi xidmətini istifadəyə verəcək Bolt Azərbaycanda yeni ambulans sifarişi xidmətini istifadəy
Bolt Azərbaycanda ambulans sifarişi xidmətini istifadəyə verəcək Bolt Azərbaycanda yeni ambulans sifarişi xidmətini istifadəyə verməyə hazırlaşır. Bu barədə şirkətin Azərbaycan üzrə baş meneceri İlkin Zeynallı jurnalistlərlə görüşdə Tech.az Mediaya məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Bolt üçün yeni xidmətlərin sınaqdan keçirilməsi baxımından ən əlverişli bazarlardan biridir və bir çox yenilik əvvəlcə burada test olunur. Yeni Bolt Ambulans xidməti ilk mərhələdə özəl xəstəxanalarla əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcək. İstifadəçilər tətbiq vasitəsilə yaxınlıqdakı ambulansı sifariş edə, onun hərəkətini real vaxt rejimində izləyə və hadisə yerinə çatma müddətini görə biləcəklər. Xidmətin istifadəyə veriləcəyi tarix hələ açıqlanmayıb. Xəbərdən istifadə edərkən istinad vermək zəruridir.
88
14
Honor 11 dollarlıq çoxfunksiyalı fənərini təqdim etdi Honor Honor Life adlı yeni çoxfunksiyalı fənərini təqdim edib. Cəmi 79
Honor 11 dollarlıq çoxfunksiyalı fənərini təqdim etdi Honor Honor Life adlı yeni çoxfunksiyalı fənərini təqdim edib. Cəmi 79 yuan (təxminən 11 dollar) qiymətə satılan cihaz 3000 mAh batareya, IPX4 suya davamlılıq və iki işıq mənbəyi ilə təchiz olunub. Əsas LED 300 lümen parlaqlıq təqdim edir və maksimal fokus rejimində 200 metrə qədər işıqlandırma təmin edir. Yan işıq isə kamp lampası və ya gecə işığı kimi istifadə oluna bilər. Cihazda həmçinin fövqəladə hallar üçün SOS rejimi də mövcuddur.
78
15
Nokia və NVIDIA yeni mobil şəbəkə təqdim edib Nokia və NVIDIA dünyanın ilk kommersiya süni intellekt əsaslı radio giriş şəbək
Nokia və NVIDIA yeni mobil şəbəkə təqdim edib Nokia və NVIDIA dünyanın ilk kommersiya süni intellekt əsaslı radio giriş şəbəkəsi (AI-RAN) platformasını təqdim ediblər. Yeni həll mobil operatorlara mövcud tezlik resurslarından daha səmərəli istifadə etməyə imkan verəcək. Şirkətlərin məlumatına görə, platforma 2028-ci ilə qədər eyni tezlik diapazonunda ötürülən məlumat həcmini iki dəfə artıracaq. Open RAN standartını dəstəkləyən sistem proqram yeniləmələri ilə gələcək 6G şəbəkələrinə uyğunlaşdırıla biləcək. Nokia həmçinin AI funksiyalarını abunə modeli ilə təqdim edərək proqram təminatından davamlı gəlir əldə etməyi planlaşdırır.
85
16
Vüsal Xəlilov: Rəqəmsal transformasiyanın əsas aparıcı qüvvəsi özəl sektordur Azərbaycan Mərkəzi Bankı (AMB) bazarla rəqabət
Vüsal Xəlilov: Rəqəmsal transformasiyanın əsas aparıcı qüvvəsi özəl sektordur Azərbaycan Mərkəzi Bankı (AMB) bazarla rəqabət aparmaq əvəzinə rəqəmsal maliyyə infrastrukturunun inkişafına fokuslanıb. AMB sədrinin müavini Vüsal Xəlilov bildirib ki, bu səbəbdən "AniPay" mobil tətbiqinin fəaliyyəti dayandırılıb. Onun sözlərinə görə, məqsəd özəl sektorun innovativ məhsullar hazırlamasına şərait yaratmaqdır. Hazırda AMB ani ödəniş sistemi və açıq bankçılıq platforması kimi infrastruktur layihələrini inkişaf etdirir. Xəlilov əlavə edib ki, süni intellekt banklarda artıq kredit skorinqi, risklərin idarə edilməsi və digər istiqamətlərdə geniş istifadə olunur, böyük dil modelləri isə maliyyə sektorunda getdikcə daha çox tətbiq edilir.
91
17
Daha təhlükəsiz yollar naminə: AMAK və Bolt Azərbaycan əməkdaşlığa başlayır Azərbaycan Milli Avtomobil Klubu və Bolt Azərbayc
Daha təhlükəsiz yollar naminə: AMAK və Bolt Azərbaycan əməkdaşlığa başlayır Azərbaycan Milli Avtomobil Klubu və Bolt Azərbaycan yol təhlükəsizliyi və dayanıqlı mobillik sahəsində əməkdaşlığa başlayıb. İmzalanan Anlaşma Memorandumu çərçivəsində tərəflər maarifləndirmə kampaniyaları, təlim proqramları, tədqiqatlar və innovativ mobillik layihələri həyata keçirəcəklər. Bolt bildirib ki, bu günədək ölkənin beş şəhərində 3 mindən çox sürücü şirkətin maliyyə dəstəyi ilə peşəkar hazırlıq keçərək sertifikat alıb. Tərəflər Azərbaycanda daha təhlükəsiz və ağıllı mobillik ekosisteminin inkişafını hədəfləyirlər.
117
18
Temu 16 mindən çox satıcı mağazasını bağlayıb Temu əqli mülkiyyət hüquqlarının qorunması proqramını genişləndirərək monitorin
Temu 16 mindən çox satıcı mağazasını bağlayıb Temu əqli mülkiyyət hüquqlarının qorunması proqramını genişləndirərək monitorinq etdiyi brendlərin sayını 15 minə çatdırıb. Şirkətin hesabatına görə, ötən il yeni satıcı müraciətlərinin 40%-dən çoxu şəxsiyyət yoxlamasından keçmədiyi üçün rədd edilib, 16 mindən çox mağaza isə təkrar hüquq pozuntularına görə bağlanıb. Temu məhsulları milyonlarla şəkil və açar sözdən ibarət məlumat bazası ilə avtomatik yoxlayır. Şirkət eyni zamanda Avropa İttifaqında qanunsuz məhsullarla bağlı araşdırmalarla üz-üzədir.
109
19
İsveçrədə relslər arasına günəş panelləri quraşdırılır Sun-Ways İsveçrədə relslər arasında quraşdırdığı günəş panellərinin il
İsveçrədə relslər arasına günəş panelləri quraşdırılır Sun-Ways İsveçrədə relslər arasında quraşdırdığı günəş panellərinin ilk sınaqlarını uğurla tamamlayıb. 100 metrlik pilot sahə bir il ərzində 19 MVt/saatdan çox elektrik enerjisi istehsal edib və bu müddətdə üzərindən 11 mindən çox qatar keçib. Şirkət hesab edir ki, texnologiya bütün İsveçrə dəmir yolu şəbəkəsində tətbiq olunarsa, ildə 1 TVt/saat enerji istehsal etmək mümkün olacaq. Sun-Ways sistemi 2028-ci ildən kommersiya bazarına çıxarmağı və gələcəkdə minlərlə kilometr rels boyunca tətbiq etməyi planlaşdırır.
89
20
Çin emosional bağlılıq yaradan Sİ çat-botlarını qadağan edir Çin yeni qaydalara əsasən emosional bağlılıq yaradan AI çat-botl
Çin emosional bağlılıq yaradan Sİ çat-botlarını qadağan edir Çin yeni qaydalara əsasən emosional bağlılıq yaradan AI çat-botlarını məhdudlaşdırır. ByteDance-in Doubao və Alibaba Group-un Qwen platformaları istifadəçilərin fərdi AI agentləri yaratmaq funksiyasını deaktiv edir. Yeni qaydalar insanabənzər davranış sərgiləyən və istifadəçilərlə uzunmüddətli emosional münasibət quran AI xidmətlərinə şamil olunur. İş, təhsil və korporativ AI alətləri isə fəaliyyətini davam etdirəcək. Çin hökuməti qərarı şəxsi məlumatların qorunması, psixoloji sağlamlıq və rəqəmsal asılılıq riskləri ilə əsaslandırır.
96