cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Technote

Azərbaycanın texnologiya kanalı. • Facebook ⤷ https://bit.ly/Technote_Facebook • Instagram ⤷ http://bit.ly/Technote_Instagram • TikTok ⤷ https://bit.ly/Technote_TikTok • Web ⤷ https://bit.ly/Technote_Web

Mostrar más
Publicaciones publicitarias
3 573
Suscriptores
Sin datos24 horas
-167 días
-5730 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Photo unavailableShow in Telegram
Dünyanın ən məşhur messencerlərindən biri olan WhatsApp-ın Android cihazlarda çalışması üçün onların minimum Android 5.0 və ya ondan sonrakı Android versiyalarından biri, iPhone-larda çalışması üçün isə minimum iOS 12 və ya ondan sonrakı iOS verisyalarından biri lazımdır. Verilmiş məlumata əsasən ümumilikdə 47 ədəd smartfon WhatsApp-ın dəstəyindən məhrum olub. WhatsApp-ın dəstəyindən məhrum olmuş smartfonlar məhz köhnə Android versiyaları vasitəsilə çalışırlar. https://technote.az/sosial-media/47-smartfonda-whatsapp-in-desteyi-dayandirilib
Mostrar todo...
👍 2
Photo unavailableShow in Telegram
NASA SpaceX şirkəti ilə 843 milyon dollar dəyərində müqavilə bağlayıb. Müqavilənin şərtlərinə əsasən SpaceX şirkəti növbəti 10 il ərzində BKS-in (Beynəlxalq Kosmik Stansiya) orbitini təhlükəsiz şəkildə aşağı salmağa imkan verəcək və nəticədə onun istismardan çıxarılmasına imkan verəcək kosmik aparatı inşa etməlidir. Qeyd etmək lazımdır ki, BKS 1998-ci ildən fəaliyyət göstərir və o, yavaş-yavaş öz fəaliyyət dövrünün sonuna yaxınlaşır. https://technote.az/texnologiya-xeberleri/spacex-sirketi-beynelxalq-kosmik-stansiyanin-istismardan-cixarilmasi-ile-mesgul-olacaq
Mostrar todo...
👍 2
Photo unavailableShow in Telegram
Edison-un texnologiyası, hidrogenin təmizlənməsi prosesi texnologiyasının inkişafında yeni qapılar açıb. Battolyser Systems adlı şirkət, əsrlik ixtiradan bərpa olunan enerji və təmiz hidrogen istehsalında inqilabi yenilik kimi istifadə edib. Tomas Edison elektrik enerjisini, səs yazısını və hərəkətli şəkilləri təkmilləşdirən ixtiraları ilə günümüz dünyasına işıq salmağa davam edir. Təəccüblü deyil ki, Edison-un nikel-dəmir (NiFe) batareyasının inkişafının üzərindən bir əsrdən çox zamanın keçməsinə baxmayaraq, bugünkü bərpa olunan enerji həlləri üçün hələ də katalizator rolu oynamağa davam edir. https://technote.az/texnologiya-xeberleri/thomas-edison-nun-100-illik-texnologiyasi-100-lik-temiz-hidrogenin-yaradilmasina-tekan-verib
Mostrar todo...
👍 4👏 1
Photo unavailableShow in Telegram
Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind laboratoriyası tərəfindən aparılmış araşdırma sayəsində məlum olub ki, süni zəka ən çox kiberhücumların təşkilində deyil, deepfake-lərin yaradılmasında sui-istifadə edilir. Məlumata əsasən süni zəkanın sui-istifadə hallarının ən geniş yayılmış məqsədləri ictimai fikirin formalaşdırılması və mövcud ictimai fikirə təsir göstərməkdir. Belə ki, süni zəkanın sui-istifadəsi hallarının 27%-i məhz bu məqsədləri əhatə edir. https://technote.az/suni-zeka-ve-elm/siyasi-deepfake-ler-suni-zeka-sui-istifadesinin-en-meshur-istiqametine-cevrilib
Mostrar todo...
👍 4😱 1
Photo unavailableShow in Telegram
Endiatx adlı şirkət dərman kapsulu formasında olan PillBot adlı robotun insanlar üzərində klinik testlərinə start verib. Dərman kapsulu formasında və ölçüsündə olan bu robot həkimə pasientin mədə-bağırsaq traktını distant şəkildə yoxlamasına imkan verəcək. Bununla belə pasientin həkim yanına getməsinə ehtiyac qalmayacaq və bütün proses pasientin evdə olduğu zaman baş tutacaq. PillBot pasientin udma vasitəsilə mədəsinə daxil olandan sonra virtual endoskop (optik cihaz növü) rolunda çıxış edəcək. https://technote.az/texnologiya-xeberleri/derman-kapsulu-formasinda-olan-robotlarin-insanlar-uzerinde-klinik-testlerine-start-verilir-video
Mostrar todo...
3👍 2😨 1
Photo unavailableShow in Telegram
NASA-nın yerinə yetirdiyi əsas işlərdən biri də Yer kürəsi üçün potensial təhlükəli ola biləcək asteroid və kometaların hərəkətlərini nəzarətdə saxlamaqdır. İndi isə NASA bu mövzu ilə bağlı yeni hesabatını təqdim edib. Təqdim edilmiş hesabatda qeyd edilib ki, kosmik agentlik planetin asteroid ilə toqquşma halından qorunması üçün lazımi infrastruktura sahib deyil. Hesabatda NASA daxilində planetin asteroid ilə toqquşması ssenarisi üzrə xüsusi təlimlərin keçdiyi qeyd edilib. https://technote.az/texnologiya-xeberleri/nasa-yer-kuresinin-asteroidle-toqqusma-tehluke
Mostrar todo...
👍 1😢 1
Photo unavailableShow in Telegram
ABŞ-ın böyük şirkətlərinin yarısından çoxu (61%) daha öncə insanların yerinə yetirmiş olduqları tapşırıqların avtomatlaşdırılması istiqamətində gələn il süni zəka sistemlərinin inteqrasiyasını planlaşdırır. Söhbət, artıq bəzi gündəlik tapşırıqların yerinə yetirilməsində istifadə edilən ChatGPT və ona bənzər çat-botları tamamlayacaq süni zəka sistemlərindən gedir. Bu cür tapşırıqlara misal olaraq vakansiyalar ilə bağlı elanlar üçün mətnlərin, press-relizlərin, marketinq kampaniyalarının və s. tərtibatı. Süni zəka şirkətlərə xərcləri azaltmağa, gəlirləri artırmağa və işçilərin performanslarını yüksəltməyə yardımçı olur. https://technote.az/suni-zeka-ve-elm/abs-da-suni-zeka-adi-iscileri-yavas-yavas-sixisdirib-cixartmaga-baslayib
Mostrar todo...
👍 1
Photo unavailableShow in Telegram
Aparılmış yeni tədqiqata əsasən hakerlər və dələduzlar kibercinayətlərin yerinə yetirilməsi və təhlükəsizlik sistemlərindən yan keçmək məsələlərində süni zəka texnologiyalarından daha çox istifadə etməyə başlayıblar. ChatGPT və ona bənzər digər çat-botlar fişinq (phishing) məktublar üçün daha inandırıcı və səlis mətnlər tərtib edirlər. Bu cür məktubların doğruluqlarını isə ənənəvi üsullar vasitəsilə təyin etmək çətindir. Məlumata əsasən hakerlər və dələduzlar süni zəkanı real insanların səslərinin imitasiyasında və saxta audio ilə videoların tərtib edilməsində istifadə edirlər. https://technote.az/kiberteklukesizlik/hakerler-ve-deleduzlar-suni-zekadan-daha-aktiv-sekilde-istifade-etmeye-baslayiblar
Mostrar todo...
👍 3😱 1
Photo unavailableShow in Telegram
50 Cent ləqəbi ilə tanınan məşhur reper Curtis James Jackson öz pərəstişkarları ilə birlikdə dələduzluğun qurbanına çevrildiyini bildirib. Reperin sözlərinə əsasən kimliyi bilinməyən şəxslər bir neçə müddət bundan öncə dövriyyəyə buraxılmış $GUNIT adlı meme kriptovalyutanı onun pərəstişkarları arasında yaymaq məqsədilə onun X-dəki (keçmiş Twitter) hesabını və Thisis50 saytını sındırıblar. Məlumata əsasən adı qeyd edilmiş kriptovalyuta G-Unit adlı hip-hop qrupunun şərəfinə adlandırılıb. https://technote.az/kiberteklukesizlik/hakerler-50-cent-in-x-deki-hesabini-sindiraraq-yarim-saatda-3-milyon-dollar-qazaniblar
Mostrar todo...
👎 4👍 2😱 2
Photo unavailableShow in Telegram
Kaspersky Lab şirkətinin mütəxəssisləri darknetdə aşkar edilmiş 193 milyon şifrəni bu ay analiz ediblər. Nəticədə onlar təyin ediblər ki, aşkar edilmiş şifrələrin 45%-i (87 milyon şifrə) hakerlər tərəfindən 1 dəqiqə ərzində təyin edilə bilər. Aşkar edilmiş şifrələrin çox hissəsi xüsusi alqoritmlər tərəfindən rahatlıqla oğurlana bilər. Məlumata əsasən aşkar edilmiş şifrələrin 14%-ni (27 milyon şifrə) təyin etmək üçün 1 saat vaxt lazımdır. https://technote.az/kiberteklukesizlik/hakerler-movcud-sifrelerin-45-ni-1-deqiqeye-teyin-ede-bilerler
Mostrar todo...
😱 4👍 1
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.