en
Feedback
Ormilitarism

Ormilitarism

Open in Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Show more
7 138
Subscribers
-224 hours
-97 days
-7830 days
Posts Archive
İqlimə təsir iddiaları Ormilitarism 2.pdf1.81 KB

Netflix India indiyədək ən böyük yerli layihəsini təqdim edib. 24 milyon dollar büdcəsi olan serial 1999-cu il Kargil müharibəsi zamanı Hindistan Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi “Safed Sagar” hava əməliyyatından bəhs edir. 24 milyonluq serialda Mig-21 qırıcısını drift etdiriblər. Layihənin vizual effektləri üzərində 1200 VFX mütəxəssisi çalışıb.

Ukrayna Wildberries şirkətinin 10 ən böyük logistika mərkəzindən 7-sini sıradan çıxarıb. Ümumilikdə, Rusiyanın ən böyük e-tic
Ukrayna Wildberries şirkətinin 10 ən böyük logistika mərkəzindən 7-sini sıradan çıxarıb. Ümumilikdə, Rusiyanın ən böyük e-ticarət platformasının 30 ən iri anbarından 21-i dron hücumlarına məruz qalıb.

USS Abraham Lincoln təyyarədaşıyan gəmisindəki çirkli sanitar qovşaqlarının videosu yayımlanıb. Ləkəli duşlar, çirkli döşəmələr və tutulmuş unitazlar.

Zabitin öldürülməsində əvvəllər eskort kimi çalışan bioloq şübhəli bilinərək saxlanılıb. 32 yaşlı Marqarita Reutun Robert Şag
Zabitin öldürülməsində əvvəllər eskort kimi çalışan bioloq şübhəli bilinərək saxlanılıb. 32 yaşlı Marqarita Reutun Robert Şageyevin keçdiyi zaman zibil qutusuna əldəqayırma partlayıcı qurğu yerləşdirib və onu uzaqdan partladıb. Reutun 2025-ci ildə Ukrayna dronunun dəmiryol stansiyasına zərbəsindən sonra “Ruslar, layiq olduğunuz budur!” qışqırdığı üçün cərimələnibmiş. Məlumata görə, o, törətdiyini etiraf edib və peşman olmadığını bildirib.

Almaniyanın müdafiə naziri Boris Pistorius istehsal zavoduna səfər zamanı təsadüfən RCH-155 təkərli özüyeriyən haubitsaların
Almaniyanın müdafiə naziri Boris Pistorius istehsal zavoduna səfər zamanı təsadüfən RCH-155 təkərli özüyeriyən haubitsaların Ukraynaya təhvil verildiyini açıqlayıb. O, sistemin imkanlarına görə Ukrayna tərəfindən “böyük rəğbətlə qarşılandığını” bildirib. Ukrayna üçün ümumilikdə 54 ədəd RCH-155 sifariş edilib. Müqavilənin ümumi dəyəri təxminən 890 milyon avrodur.

Ukrayna ilk dəfə Böyük Britaniya istehsalı dronlardan istifadə edərək Rusiyanın dərinliklərinə zərbələr endirib. Moskva, Yaro
Ukrayna ilk dəfə Böyük Britaniya istehsalı dronlardan istifadə edərək Rusiyanın dərinliklərinə zərbələr endirib. Moskva, Yaroslavl və Volqoqrad yaxınlığındakı neft emalı zavodları, eləcə də Belqorod hədəfə alınıb. Britaniya istehsalı silahlardan istifadə edilməsi barədə məlumat Böyük Britaniya ilə Ukrayna arasındakı hərbi əməkdaşlıqda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir və Rusiyanın Britaniyaya qarşı hibrid hücumlarını intensivləşdirməsinə səbəb ola bilər.

Ukrayna qüvvələri işğal olunmuş Krımda Rusiyanın “Bastion” raket kompleksinin mövqeyinə zərbə endirib.

Rusiya pusqu dronlarından səsli istifadə etməyə başlayıb. Bu dronlar yollara yaxın ərazilərə enərək gözdən uzaqda gizlənir və mikrofonlar vasitəsilə yaxınlaşan nəqliyyat vasitələrinin səsini dinləyir.

Rusiya dron mövqelərinin inşası və modernləşdirilməsi. Oryol vilayətinin Tsimbulova kəndi yaxınlığındakı obyektdəki peyk görü
+6
Rusiya dron mövqelərinin inşası və modernləşdirilməsi. Oryol vilayətinin Tsimbulova kəndi yaxınlığındakı obyektdəki peyk görüntülərinə əsasən, burada inşa edilib: 10 ədəd “Geran-5” dronları üçün buraxılış qurğusu; 6 ədəd “Geran-4” dronları üçün buraxılış qurğusu; 4 ədəd “Geran-3” PUA-ları üçün buraxılış qurğusu; 3 ədəd “Geran-2” PUA-ları üçün buraxılış qurğusu. Ukraynanın məlumatına görə, Rusiya Silahlı Qüvvələri mövqelərin rabitə avadanlıqlarını əlavə enerji ilə təmin etmək üçün günəş panellərindən istifadə etməyə başlayıb və dronların saxlanılması üçün əlavə anqarlar inşa edib. Açıq ərazilərdə isə 37 ədəd reaktiv mühərrikli “Geran-5”, 8 ədəd reaktiv mühərrikli “Geran-4” və 56 ədəd porşenli mühərriklə təchiz edilmiş “Geran-2” müşahidə etmək mümkündür.

İran Ordusunun baş komandanı general Əmir Hatəmi yeni maliyyə mükafatlandırma sisteminin tətbiq olunduğunu rəsmən açıqlayıb.
İran Ordusunun baş komandanı general Əmir Hatəmi yeni maliyyə mükafatlandırma sisteminin tətbiq olunduğunu rəsmən açıqlayıb. Bildirilir ki, İran Ordusu (SEPAH deyil) amerikalı hərbçini öldürən və ya əsir götürərək Orduya təhvil verən istənilən iranlıya pul mükafatı ödəyəcək. Amerikalı hərbçinin öldürülməsi və ya əsir götürülməsinə görə elan edilən mükafat yerli valyuta ilə 50 milyard İran rialıdır (5 milyard tümən). Bu məbləğ məzənnə ilə təxminən 30 min ABŞ dollarına bərabərdir. Gender üzrə də fərq nəzərdə tutulub: eyni nəticəni əldə edən qadınlara mükafat ikiqat məbləğdə veriləcək. Bundan başqa, əlavə bonuslar da mövcuddur. Amerikalı hərbçini öldürən şəxsin istifadə etdiyi silah onun özündən ikiqat qiymətə alınacaq və əvəzində ona yeni silah veriləcək.

+2
Türkiyənin F-16 təyyarəsinin qəzaya uğramasının daha bir videosu yayıldı. Bu görüntülər pilotun riskli manevr səbəbindən ağaclara ilişdiyi nəzəriyyəsini təsdiqləyir.

+2
Bu gün, 16 avqustda Ukrayna PUA-lardan istifadə edərək Podolsk yaxınlığındakı “Kaledino” sənaye parkında yerləşən Wildberries anbarını, həmçinin “Severnoye Domodedovo” çeşidləmə-logistika mərkəzini hədəfə alıb. Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun məlumatına görə, gecə ərzində hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə vasitələri 187 PUA-nı vurub və ya sıradan çıxarıb.

+3
Kord, Utyos və DŞK pulemyotları üçün 12,7×108 mm çaplı kustar üsulla hazırlanmış dron əleyhinə patronların sınaqları keçirilib.

+9
İran tərəfindən döyüş əməliyyatları dövründə İranın hava hücumundan müdafiə bölmələri tərəfindən vurulan F-15E Strike Eagle qırıcı-bombardmançı təyyarəsi, MQ-9 Reaper və MQ-1C Gray Eagle PUA-ları, BƏƏ istehsalı Yabhon H kamikadze dronları, eləcə də AGM-158 JASSM qanadlı raketlərinin qalıqları nümayiş etdirilib. Qalıqlar arasında 4 martda endirilərək ələ keçirilmiş, 923 bort nömrəli bütöv Hermes 900 PUA-sı da var. Həmçinin qalıqların arasında LUCAS kamikadze dronlarına quraşdırılan Starlink terminalları da görünür.

Rusiya Silahlı Qüvvələrinin bölmələri Kupyansk ərazisində nəzarəti tədricən 2025-ci ilin noyabrında şəhərin ələ keçirildiyi e
Rusiya Silahlı Qüvvələrinin bölmələri Kupyansk ərazisində nəzarəti tədricən 2025-ci ilin noyabrında şəhərin ələ keçirildiyi elan edilən vaxtdakı vəziyyətə qaytarırlar. Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri əks-hücum keçirərək, Rusiya qüvvələrinin tam nəzarətə götürə bilmədiyi Kupyanskin böyük hissəsini geri qaytarmışdı.

Sivaş ərazisində, Xerson vilayəti ilə Krımı birləşdirən dəmir yolu körpüsünün 31 iyuldan 1 avqusta keçən gecə Ukrayna Silahlı
+2
Sivaş ərazisində, Xerson vilayəti ilə Krımı birləşdirən dəmir yolu körpüsünün 31 iyuldan 1 avqusta keçən gecə Ukrayna Silahlı Qüvvələrinin zərbələrindən sonrakı vəziyyətini göstərən peyk görüntüləri yayımlanıb. Görüntülərdən görünür ki, körpü ciddi zədələnib və əsas aşırımların böyük hissəsi dağılıb. Bununla belə, müxtəlif tarixlərə aid peyk görüntülərinin müqayisəsi göstərir ki, körpünün bərpası istiqamətində işlər aktiv şəkildə davam etdirilir.

+3
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16-nın qəzaya uğramasının ilkin səbəbi müəyyənləşib. İddialara görə, qırıcı pilotu son dərəcə aşağı hündürlükdə uçuş həyata keçirib, hündürlüyü düzgün hesablamayıb və asqıdakı yanacaq çənləri ilə ağaclara ilişib. Bu, ilk videoda yanğının iki ayrı mənbədə görünməsini də izah edir. Əvvəlcə qoparaq yerə düşən xarici yanacaq çənləri alışıb, daha sonra isə təyyarənin özü yerə çırpılaraq yanıb.

Rusiya ordusunun piyadalarının hərəkəti üçün istifadə etdiyi yeraltı tunellər. Dronlar hər iki ordunun əsgərlərini getdikcə d
+1
Rusiya ordusunun piyadalarının hərəkəti üçün istifadə etdiyi yeraltı tunellər. Dronlar hər iki ordunun əsgərlərini getdikcə daha çox yeraltına sığınmağa məcbur edir.

Ukrayna Hərbi Kəşfiyyatı (GUR) məlumat verir ki, Rusiyaya göndərilməsi planlaşdırılan Şimali Koreya hərbçilərinin sayı 30 min
Ukrayna Hərbi Kəşfiyyatı (GUR) məlumat verir ki, Rusiyaya göndərilməsi planlaşdırılan Şimali Koreya hərbçilərinin sayı 30 mindən 50 min nəfərə qədər artırılıb. Bu qədər böyük xarici kontingentin noyabr ayına qədər Kursk, Bryansk və Belqorod vilayətlərində yerləşdiriləcəyi iddia olunur. İddiaya görə, Şimali Koreya hərbçilərinin bu ərazilərdə yerləşdirilməsi Rusiya Silahlı Qüvvələrinin dövlət sərhədini qoruyan bölmələrini Donbasa göndərməyə imkan verəcək.