es
Feedback
Ormilitarism

Ormilitarism

Ir al canal en Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Mostrar más
7 303
Suscriptores
-424 horas
-237 días
-6730 días
Archivo de publicaciones
Tehran bu gecə yanmalıdır -İsrail Milli Təhlükəsizlik naziri Ben Qvir

2ci dalğa başladı.
2ci dalğa başladı.

Bu arada İranın raket atəşinə səbəb İsrailin bu gün Beyrutu vurmasıdır.

4 raket atılıb.

İsrail Hava Qüvvələri döyüş tapşırığındadır.

İran İsrailə raketlər atmağa başladı.
İran İsrailə raketlər atmağa başladı.

Eyni xəbərlər İsraildən də gəlir.

İranda böyük hərbi aktivliyin olduğu raportlanır.

Donbasda quşlar yuvalarını fiber optik naqillər ilə qurmağa başlayıb.
+3
Donbasda quşlar yuvalarını fiber optik naqillər ilə qurmağa başlayıb.

Yeni qaydalara əsasə Sevastopolda bir avtomobil üçün həftədə cəmi 20 litr yanacaq satılacaq. Bunu qubernator Mixail Razvojayev bildirib. Yanacaqdoldurma məntəqələrində yanacaq verilməsi gündəlik məhdud sayda onlayn təqdim olunan QR kodlar vasitəsilə tənzimlənəcək. Bu kodlar artıq bu gün üçün tükənib.

KXDR mediası Kim Çen Inın yerli hərbi-sənaye kompleksinə aid müəssisəyə növbəti baxışı və həmin müəssisənin 2026-cı ilin yarı
+5
KXDR mediası Kim Çen Inın yerli hərbi-sənaye kompleksinə aid müəssisəyə növbəti baxışı və həmin müəssisənin 2026-cı ilin yarısında ballistik raket istehsalı planlarını yerinə yetirməsi ilə bağlı reportaj yayımlayıb. “Hvason-11” ailəsinə aid ballistik raketlərin hazırkı istehsal miqyasını adi gözlə belə qiymətləndirmək mümkündür.

Vladimir Putin isə İrana heç bir silah satmadıqları barədə açıqlama verib.

2023–2024-cü illərdə xarici sifarişçi K-10 (sənədlərdə bu kod adı ilə İran nəzərdə tutulur) “İskra” Maşınqayırma Konstruktor Bürosu Perm Barıt Zavoduna 65DU.S-Ş, 65DU.M-Ş, 65DU.M-V, V-287, 65DU.S-Ş V, 65DU.M-Ş V komponentlərinin istehsalı və tədarükü, həmçinin 65DU.00 məhsulunun yığılması üçün ümumilikdə 120 ədəd sifariş təqdim edib. Zavodun kataloqunda 65DU məhsulu X-38 raketinin komponenti kimi göstərilir. 2023-cü ildə Perm Barıt Zavodu ilə “İskra” arasında R-73 raketinin döyüş başlığı olan Ş-295 “Variant” bloklarının tədarükü üzrə müqavilələr bağlanıb. Ümumilikdə 123 ədəd blok nəzərdə tutulur. “İskra” müəssisəsi 2025–2027-ci illərdə Ş-328, İŞ-328 və V-328 komponentlərinin istehsalı, həmçinin R-77 raketinin mühərrik hissəsinə daxil olan 542.U-00 məhsulunun yığılması ilə bağlı da sifariş verib. Burada ümumi say 42 ədəd təşkil edir. “Radiopribor” zavodu “Svetlana-Elektropribor” müəssisəsinə 2025-ci ildə X-31E raketləri üçün nəzərdə tutulan U505E məhsulunun tərkib hissələri olan RROP-5 və M31102 komponentlərinin istehsalı və tədarükü üçün müraciət edib. Tədarükün rüblük əsasda həyata keçirilməsi planlaşdırılır və ümumi say 42 ədəddir. Bundan əlavə, K-10 sifarişçisi üçün KV-1-72.001 tipli yanacaq yüklərinin 164 ədədlik müqaviləsi barədə də məlumat əldə olunub. Bu məhsulların istehsalının 30 sentyabr 2026-ci ilədək tamamlanması planlaşdırılır.

Ukrayna mənbələrinin müdafiə müəssisələrinin sənədlərinə istinadən verdiyi məlumata görə, Rusiya İrana Su-35 qırıcıları üçün
Ukrayna mənbələrinin müdafiə müəssisələrinin sənədlərinə istinadən verdiyi məlumata görə, Rusiya İrana Su-35 qırıcıları üçün ən azı 327 ədəd “hava-hava” və “hava-yer” tipli raket satıb. Keçən ilin dekabrında yayılan sızdırılmış sənədlərə əsasən, İran Rusiyadan 2025–2027-ci illər ərzində təhvil verilməsi planlaşdırılan 16 ədəd Su-35 qırıcısı sifariş edib. Sənədlərə görə aşağıdakı komponentlər sifariş olunub:

Sınaqlar zamanı Ukrayna dron operatorları Vantor şirkətindən 15 dəqiqə fərqlə peyk görüntüləri əldə ediblər. Bu sınaqlar son
+1
Sınaqlar zamanı Ukrayna dron operatorları Vantor şirkətindən 15 dəqiqə fərqlə peyk görüntüləri əldə ediblər. Bu sınaqlar son altı ay ərzində Amerikanın Vantor və Persistent Systems şirkətləri, Niderlandın Bravo1Alpha şirkəti və Ukraynanın “Bureviy” müdafiə müəssisəsi arasında əməkdaşlıq çərçivəsində aparılır. Vantor tərəfindən təqdim olunan görüntülər Kiyevdə mərkəzləşdirilmiş yoxlamadan yan keçərək birbaşa döyüşçülərin cihazlarına ötürülür. Əvvəllər bu yoxlama prosesi məlumatın cəbhəyə çatmasını bir neçə saat, hətta günlərlə gecikdirə bilirdi. Vantorun 10 peykdən ibarət sistemi gündə 7 milyon kvadrat kilometr ərazini əhatə edir və planetin istənilən nöqtəsini sutkada 12–15 dəfə çəkə bilir. Bu görüntülərdə obyektlərin koordinat dəqiqliyi 5 metrə qədərdir ki, Ukrayna hərbçilərinin sözlərinə görə, bu da dron zərbələri üçün kifayət edir.

Qüllənin yan tərəflərində “Kornet” tank əleyhinə raket kompleksinin buraxılış qurğuları ilə təchiz olunmuş BMP-3-ün yeni modi
Qüllənin yan tərəflərində “Kornet” tank əleyhinə raket kompleksinin buraxılış qurğuları ilə təchiz olunmuş BMP-3-ün yeni modifikasiyası. 100 mm-lik topun özü də tank əleyhinə raketlər buraxa bilir. Rusların bu dəyişikliyinin məqsədini demək çətindir.

Eyni tipdə cavabı ruslar da verməyə başladı. Amma bu Rusiya kimi bir dövlət üçün cılız bir hərəkətdir. Rusiya Silahlı Qüvvələ
+3
Eyni tipdə cavabı ruslar da verməyə başladı. Amma bu Rusiya kimi bir dövlət üçün cılız bir hərəkətdir. Rusiya Silahlı Qüvvələri Sumı ilə Xarkov arasındakı N12 və R-46 magistrallarının müəyyən hissələrinə zərbələr endirməyə başlayıb. Yayılan görüntülərə əsasən, zərbələr yük avtomobillərinə dəyib.

SMD-lər topsuz daha çox raketli versiyalardır. Görəsən ruslar bu sistemlərin raketlərini geriyə necə yükləməyi düşünürlər.

Moskvadakı yüksək binaların damına Pantsir yüklənməsi davam edir.

2 iyun tarixində İsveçin Linçöping şəhərində yerləşən müəssisəsində JAS-39F Gripen qırıcı təyyarəsinin ilk iki yerlik versiya
2 iyun tarixində İsveçin Linçöping şəhərində yerləşən müəssisəsində JAS-39F Gripen qırıcı təyyarəsinin ilk iki yerlik versiyası təqdim olunub. Bu, Gripen NG nəsilinin ilk iki yerlik təyyarəsidir. 4000 bort nömrəli təyyarə Braziliya Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulub və hələ uçuş sınaqlarına başlamayıb. Braziliya JAS-39F iki yerlik modifikasiyasının ilk sifarişçisi olub. O 2014-cü ildə 28 ədəd bir yerlik JAS-39E ilə birlikdə 8 ədəd iki yerlik təyyarə sifariş edib. Onlardan 11 ədəd JAS-39E artıq təhvil verilib. Bundan əvvəl İsveç Hərbi Hava Qüvvələri Gripen NG proqramı çərçivəsində yalnız bir yerlik JAS-39E variantında 60 təyyarə sifariş etmişdi. İndi isə iki yerlik JAS-39F versiyası daxil olmaqla əlavə sifariş imkanını da nəzərdən keçirir. Hazırda Tayland və Kolumbiya Hərbi Hava Qüvvələri üçün də əlavə olaraq 4 ədəd iki yerlik JAS-39F sifariş edilib.