es
Feedback
Ormilitarism

Ormilitarism

Ir al canal en Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Mostrar más
7 274
Suscriptores
-824 horas
-307 días
-7930 días
Archivo de publicaciones
photo content

Rusiya ABŞ-ın INF Müqaviləsindən çıxmasına səbəb olan 9M729 qanadlı raketindən Ukraynada istifadə edib. Tapılan fraqmentlər o
Rusiya ABŞ-ın INF Müqaviləsindən çıxmasına səbəb olan 9M729 qanadlı raketindən Ukraynada istifadə edib. Tapılan fraqmentlər onun Qərbi Ukrayna boyunca döyüş şəraitində tətbiq olunduğunu təsdiqləyir.

WSJ-yə görə, ABŞ İrana Cenevrədə bu şərtəri qoyub: -Üç nüvə obyektini (Fordo, Natanz və İsfahanın) tamamilə ləğv et. -İndiyə qədər zənginləşdirilmiş uran ehtiyatlarının hamısını mənə ver.

+5
24 fevral 2022-ci il və sonrakı bir neçə gün ərzində Rusiyanın hücumları cəbhənin bir neçə istiqamətində uğurlu getdi, bunlardan biri Xerson bölgəsi və ümumilikdə Ukraynanın cənubu idi. Xarici kəşfiyyat xidmətlərinin səmərəli işi və 22-ci ordu korpusunun sürətli irəliləməsi, həmçinin yerli Ukrayna bölmələrinin zəifliyi və sakinlərin yüksək loyallığı sayəsində Krımdan gələn rus qüvvələrinin bir hissəsi sürətlə Dnipro çayına çatdı və Xersonu ələ keçirdi, digər hissəsi isə Mariupola tərəf irəlilədi və tezliklə mühasirə halqası yaratdı. Rus texnikası bəzən geri çəkilən ukrayna koloniyalarının qalıqları yanında keçirdi. Bəzi kolonlar isə hücum vertolyotları və ya önə keçmiş xüsusi təyinatlı bölmələrin zərbələrinə tuş gəlirdi Lakin qısa müddət sonra hücum tempinin cənubda da dayanması müşahidə olundu. Bir tərəfdən Nikolayevə çatmaq, digər tərəfdən isə Zaporojedə yerləşən kənd və qəsəbələrdə geri çəkilən Ukrayna qüvvələrinin mövqeləri ilə qarşılaşmaq rusların irəliləməsini dayandırdı.

O vaxt, naməlum səbəblərə görə, bu yol qovşağını nəzarətdə saxlamaq üçün Rusiya komandanlığı qüvvələr göndərmişdi. Qüvvələrə bir T-80BVM tankı, bir neçə MT-LB zirehli nəqliyyat vasitəsi, ZU-23-2 ilə təchiz olunmuş bir KamAZ və piyada müşayiəti daxil idi. Əsas qüvvələr isə Xarkovu dolanaraq keçmişdi, digər iri şəhərlərdə də eyni üsul tətbiq olunmuşdu. Görünən odur ki, Rusiya əsgərləri özü də tam başa düşmürdü ki, burada nə etməlidirlər — bəzən post kimi, bəzən hərəkəti tənzimləyici kimi davranır, yerli sakinlərlə danışır və onlardan heç bir təhlükə hiss etmirdilər. Buna görə Ukrayna Silahlı Qüvvələri fürsəti əldən vermədən və kontrhücum etdi. Birbaşa toqquşmada rus mövqeləri ətraf yolda məhv edildi, bütün texnikalar itirildi. Ukrayna tərəfi isə BTR-4E və “Kazak-2” zirehli maşınlarını itirdi.

+6
Fevral 2022-ci il. Ruslara soyuq duş effekti yaşadan və “nəsə düzgün getmir” deyə hiss etdirən hadisələrdən ilki 24 fevral 2022-ci il günorta saatlarında Xarkov ətraf yolunda baş verdi.

Kübanın Daxili İşlər Nazirliyinin (MININT) məlumatına görə, ABŞ-dan gələn sürətli qayığa Küba Sərhəd Mühafizəsi bölmələri atə
Kübanın Daxili İşlər Nazirliyinin (MININT) məlumatına görə, ABŞ-dan gələn sürətli qayığa Küba Sərhəd Mühafizəsi bölmələri atəş açıb. Buna səbəb qayığdakı şəxslərin onlara atəş açması və bir Küba komandirini yaralaması olub. Nəticədə gəmidəki 4 nəfərin öldüyü, 6 nəfərin isə yaralandığı bildirilib.

Çin tərəfindən çəkilmiş peyk görüntülərində İsraildəki Ovda Hava Bazasında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 11 ədəd F-22 qır
Çin tərəfindən çəkilmiş peyk görüntülərində İsraildəki Ovda Hava Bazasında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 11 ədəd F-22 qırıcısının yerləşdirildiyi görünür.

Türkiyəyə məxsus F-16 pilotu qəzadan əvvəl təyyarəni magistral yoldan uzaqlaşdırıb. Pilot toqquşmadan az əvvəl katapult edib,
Türkiyəyə məxsus F-16 pilotu qəzadan əvvəl təyyarəni magistral yoldan uzaqlaşdırıb. Pilot toqquşmadan az əvvəl katapult edib, lakin hündürlük paraşütün tam açılması üçün kifayət qədər aşağı olub.

Keçmiş F-35 təlimatçı pilotu həbs edilib Məlumata görə, o, 2023-cü ilin dekabrında Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvv
Keçmiş F-35 təlimatçı pilotu həbs edilib Məlumata görə, o, 2023-cü ilin dekabrında Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələri (PLAAF) şəxsi heyətinə brifinq verib və iki ildən artıq müddətdə onları təlim keçib.

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) 320 min dollarlıq rüşvət işi ilə bağlı Ukrayna Hərbi Hava Qüvvələrinin Logistika Komandan
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) 320 min dollarlıq rüşvət işi ilə bağlı Ukrayna Hərbi Hava Qüvvələrinin Logistika Komandanını və SBU-nun Jitomir vilayət idarəsinin rəhbərini saxlayıb. Onlar hərbi aerodromlarda qoruyucu qurğuların tikintisi üçün ayrılmış vəsaitləri mənimsəməkdə ittiham olunurlar.

İsveçrədə istehsal olunan komponentlər Ukraynada istifadə edilən Rusiya silahlarında daha çox aşkarlanır. Araşdırmalar Rusiya
İsveçrədə istehsal olunan komponentlər Ukraynada istifadə edilən Rusiya silahlarında daha çox aşkarlanır. Araşdırmalar Rusiya raketləri, pilotsuz aparatları və tanklarında 322 ədəd İsveçrə istehsalı detal — mikroçiplər, GPS modulları və konnektorlar — müəyyən edib. İsveçrə şirkətləri bildirirlər ki, müharibə başladıqdan sonra Rusiyaya birbaşa ixracı dayandırıblar və bir çox komponentlər kütləvi istehsal olunduğu üçün üçüncü ölkələr vasitəsilə Rusiyaya çatıb.

300-dən çox daşıma edildi.

Zelenski Ukrayna Milli Qvardiyasının 1-ci “Azov” diviziyasının komandanı Denis Prokopenkoya general rütbəsi verib. Denis Prok
Zelenski Ukrayna Milli Qvardiyasının 1-ci “Azov” diviziyasının komandanı Denis Prokopenkoya general rütbəsi verib. Denis Prokopenko 2014-cü ilin yazında “Azov”a qoşulub. O, sıravi əsgərdən briqada generalı rütbəsinədək yüksəlib. Mariinka və İlovaysk döyüşlərində iştirak edib, Şirokine döyüşündə taqım komandiri olub. 26 yaşında Ukrayna Milli Qvardiyası və Silahlı Qüvvələrinin tarixində ən gənc komandir kimi “Azov” Xüsusi Təyinatlı Birliyinin rəhbəri təyin edilib. Daha sonra Svetlodarsk xəttində döyüşlərdə, Mariupolun müdafiəsində iştirak edib və əsir düşüb. Əsirlikdən qayıtdıqdan sonra “Redis” dərhal “Azov” Xüsusi Təyinatlı Birliyinin 12-ci diviziyasının komandanı kimi fəaliyyətə başlayıb, daha sonra isə “Azov” Milli Qvardiya Birliyinin 1-ci diviziyasının komandanı olub.

Ukrayna Xüsusi Əməliyyat Qüvvələri Krımda Rusiya hava müdafiəsi mövqelərinə zərbə endirib. Onlar S-400 raket kompleksinin buraxıcı qurğusunu, onun 92N6E radarını, dəstək avadanlıqlarını və Pantsir-S1 hava müdafiə sistemini məhv ediblər.

Əlavə 6 ədəd F-22 qırcısı İngiltərəyə gəlib. Ümumi say 12 oldu. Onların yaxın şərqə köçürülməsi ilə say 23 ə tamamlanacaq.

Həndə Cənubi Koreyaya məxsus F-16C düşüb. Bununlada elədi 5

İran Azərbaycan sərhədi yaxınlığında 0-10000 fut hündürlüyə qədər pilotsuz uçuş aparatlarının fəaliyyəti olacağı barədə NOTAM yayımlayıb.