es
Feedback
Ormilitarism

Ormilitarism

Ir al canal en Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Mostrar más
7 274
Suscriptores
-824 horas
-307 días
-7930 días
Archivo de publicaciones
Həndə Cənubi Koreyaya məxsus F-16C düşüb. Bununlada elədi 5

İran Azərbaycan sərhədi yaxınlığında 0-10000 fut hündürlüyə qədər pilotsuz uçuş aparatlarının fəaliyyəti olacağı barədə NOTAM yayımlayıb.

İran dron təlimi məqsədi ilə Notam verib.
İran dron təlimi məqsədi ilə Notam verib.

SEAD üçün E/A-18 Growler var Zərbə üçün F-35 və F-16 lar var Dron qarşılamaq üçün F-15 lər var.

F-22 bir safqan hava-hava döyüş təyyarəsidir. Onun zərbə endirmək bacarığı var amma ehtiyac yoxdur. Çünki əvəzləyicisi (F-35)çoxdur. F-22 nin avia zərbə üçün istifadəsi heç məqsədə uyğun deyil. Dronlara qarşı mübarizə üçün F-22 qırıcıları olduqca bahalı ehtiyacdır və bunu daha ucuz vasitələr ilə çox rahat həll edə bilirlər. Bombardımançılara müşaiət üçün desək , İranda bombardımançını qarşılayacaq əldə tutarlı bir vasitə yoxdur. Yəni digər qırıcılar belə bu missianı yetirə bilər.

Mövcud vəziyyəti nəzərə alsaq F-22 qırıcısının hazırda bölgədə necə bir məqsəd üçün yerləşdirildiyini təxmin etmək elədə rahat deyil.

Bir həftədə 4-cü aviasiya qəzasıdır bu.

Qazaxıstanın Karaqanda vilayətində “Su-30SM” qırıcısı qəzaya uğrayıb. Pilotlar katapult edərək xilas olublar.

Dünən daha altı ədəd F-22 Raptor qırıcısı Virciniyadakı Joint Base Langley–Eustis bazasından havaya qalxaraq İngiltərənin Saf
Dünən daha altı ədəd F-22 Raptor qırıcısı Virciniyadakı Joint Base Langley–Eustis bazasından havaya qalxaraq İngiltərənin Safolk qraflığındakı RAF Lakenheath aviabazasına doğru yola düşüb. Atlantik okeanını keçid zamanı onları GOLD51/52/53 çağırış nişanlı bir neçə KC-135R/T Stratotanker yanacaqdaşıyan təyyarəsi müşayiət edib.

20 fevralda Votkinsk şəhərində Ukraynaya məxsus FP 5 Flamingo qanadlı raketi Rusiyanın İskander taktiki raket sistemi zavoduna zərbə endirib.

4 il əvvəl içi mən qarışıq bir çox şəxs müharibənin ilk günlərində Rusiya Hava Qüvvələrinin SEAD edərək Ukrayna HHM-ni susdurduğunu zənn etmişdik. Təbiiki o zamanlar Rusiyanın müəyyən qədər güclü olduğunu sanırdı çox şəxs. Ukrayna HHM bölmələri isə mövqe dəyişdiyi üçün hava sahəsi açıq qalıbmış.

4 il əvvəl Mariupolda Ukrayna Silahlı Qüvvələrinin 164-cü Slobodskoy radiotexniki zenit briqadasının (h/h A1451) tərkibinə da
+7
4 il əvvəl Mariupolda Ukrayna Silahlı Qüvvələrinin 164-cü Slobodskoy radiotexniki zenit briqadasının (h/h A1451) tərkibinə daxil olan 2323-cü radiotexniki batalyonun (h/h A2109) məhv edilmiş radiolokasiya postu. İlk raket zərbələri ilə Ukraynanın müxtəlif bölgələrində öz mövqelərində qalan bir çox radiolokasiya stansiyaları və zenit-raket kompleksləri məhv edildi və ya zədələndi. Lakin həmin vaxt hava hücumundan müdafiə qurğularının bir hissəsi artıq mövqelərini dəyişmişdi və ya yenidən dislokasiya prosesində idi. Bu, Rusiya Hərbi-Kosmik Qüvvələrinə Ukraynanın dərinliklərinə aviazərbələr endirmək üçün bir neçə nisbətən sərbəst gün qazandırdı. Lakin artıq martın əvvəlində Ukraynanın hava hücumundan müdafiə sistemi sistemli şəkildə bərpa olunmağa başladı və Rusiya aviasiyasında itkilər başladı.

Türkiyə Müdafiə Nazirliyi: Balıkəsirdə yerləşən 9-cu “Ana Jet Üssü” Komandanlığından havaya qalxan F-16 təyyarələrimizdən bir
Türkiyə Müdafiə Nazirliyi: Balıkəsirdə yerləşən 9-cu “Ana Jet Üssü” Komandanlığından havaya qalxan F-16 təyyarələrimizdən biri ilə saat 00:56 etibarilə radio və radar əlaqəsi kəsilib. Dərhal başladılan axtarış-xilasetmə əməliyyatları nəticəsində təyyarənin qəzaya uğradığı müəyyən edilib və qalıqları tapılıb. Pilotumuz şəhid olub. Qəzanın səbəbi hadisəni araşdıracaq istintaq qrupu tərəfindən aparılacaq araşdırmadan sonra müəyyən ediləcək. Şəhid pilotumuza Allahdan rəhmət diləyir, ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və əziz millətimizə başsağlığı veririk.

Mərkəzi Kəşfiyyat İdarəsi əvvəl fars dilində video yayımlayıb və İran vətəndaşlarını və ya İranda yaşayan şəxsləri agentliklə
Mərkəzi Kəşfiyyat İdarəsi əvvəl fars dilində video yayımlayıb və İran vətəndaşlarını və ya İranda yaşayan şəxsləri agentliklə təhlükəsiz və məxfi şəkildə necə əlaqə saxlaya biləcəkləri barədə təlimatlandırıb.

Türkiyə qaçqın axını yaranarsa İran ərazisinə daxil olub qaçqınlar üçün bufer zonası və düşərgələr yaradılması ilə bağlı qərar qəbul edib. - Bloomberg

ABŞ-ın 11 F-22 qırıcısı artıq Böyük Britaniyadakı RAF Lakenheath-dən uzun uçuşdan sonra İsraildəki Ovda Hava Bazasına eniş ed
ABŞ-ın 11 F-22 qırıcısı artıq Böyük Britaniyadakı RAF Lakenheath-dən uzun uçuşdan sonra İsraildəki Ovda Hava Bazasına eniş edib. Xəbərlərə görə, 12-ci təyyarə xarici yanacaq cənindəki yanacaq sızması səbəbindən geri dönüb.

26-dan 27 dekabr 2025-ci ilə keçən gecə Kiyevdəki raket zərbələrinin kosmosdan çəkilmiş görüntüləri və Ukrayna hava hücumundan müdafiəsinin fəaliyyəti. Təxminən 00:03-dən etibarən Kiyevin kənarlarında partlayış işıqları görünür, 00:06-dan sonra isə uçan ballistik raketlərin trayektoriyalarını seçmək mümkündür.

Starlink Rusiya ordusu üçün bloklandıqdan sonra rus qoşunları rabitəni bərpa etmək üçün alternativ üsullara, əsasən birbaşa görünüş xətti tələb edən hündür retranslyator qüllələrinə keçib. Videoda Ukraynaya məxsus FPV dronu belə rabitə qüllələrindən birini məhv edir.

Çin peyk görüntüləri Səudiyyə Ərəbistanındakı Prince Sultan Air Base bazasında ABŞ hərbi qüvvələrini görüntüləyib. — 6 ədəd E
Çin peyk görüntüləri Səudiyyə Ərəbistanındakı Prince Sultan Air Base bazasında ABŞ hərbi qüvvələrini görüntüləyib. — 6 ədəd E-3 AWACS erkən xəbərdarlıq və idarəetmə təyyarəsi — 16 ədəd KC-135 havada yanacaq dolduran tanker təyyarəsi