Ormilitarism
Open in Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Show more7 270
Subscribers
-224 hours
-287 days
-8030 days
Posts Archive
7 271
Bundan əlavə, peyk obyektivinə aerodromun müdafiəsi üçün yerləşdirilmiş MIM-104 Patriot zenit-raket kompleksinə məxsus buraxılış qurğuları və yardımçı texnika da düşüb.
Aviabaza isə son bir neçə ay ərzində genişləndirilib, yeni uçuş-enmə zolaqları inşa edilib, mövcud zolaqlar və onların örtüyü yenidən qurulub.
7 271
Dünən ACARS sistemi üzərindən ABŞ Hərbi Hava Qüvvələrinin Tanker Airlift Control Center tərəfindən “Yerüstü qalma müddətini minimuma endirin. Hazırda əlavə məlumat ötürə bilmirəm” mesajı ötürülüb.
7 271
+1
Son bir neçə saat ərzində ən azı 11 C-17A Globemaster III və bir C-5M Super Galaxy Yaxın Şərqdəki bazalardan havaya qalxaraq Avropaya qayıdıb.
Bir neçə həftədən sonra ilk dəfədir ki, Avropadakı aviabazalardan Yaxın Şərqə doğru istiqamətlənmiş hərbi yük reysi qeydə alınmır.
7 271
Boliviya Hərbi Hava Qüvvələrinə məxsus C-130H Hercules bu axşam Boliviyanın La-Pas şəhərindəki El Alto Beynəlxalq Hava Limanı yaxınlığında əsas magistral yola düşərək qəzaya uğrayıb. Hadisə nəticəsində 15 nəfər həlak olub, 30-dan çox insan yaralanıb.
7 271
USS Gerald R. Ford aviadaşıyıcı zərbə qrupunun və ona məxsus aviadaşıyıcı hava qanadının Şərqi Aralıq dənizinə çatması ilə Yaxın Şərqdə hazırda 250-dən çox hücum təyyarəsi (A-10, F-15, F-16, F-18, F-35) yerləşdirilib, Avropa üzrə isə əlavə olaraq 100-dən çox hücum təyyarəsi müxtəlif bazalara paylanılıb.
Buna əlavə olaraq, region üzrə 125-dən çox KC-135 və KC-46 hava yanacaq doldurma təyyarəsi də yerləşdirilib.
7 271
3 mühim xəbər
İsrail Beer Sheevada bunkerlərin qapıları açıldı.
ABŞ Bağdad səfirliyini evakuasiya edib.
Qətər Al Udeid bazasındakı stratotankerlər evakuasiya edilib.
7 271
160-cı Xüsusi Əməliyyatlar Aviasiya Alayının (SOAR) CW5 rütbəli hərbçisi Erik Slover Medal of Honor medalı ilə təltif olunub.
O uçuş rəhbəri kimi 3 yanvar 2026-cı ildə gecə vaxtı Venesuela hava məkanına daxil olub. Çoxsaylı güllə yaraları almasına və davam edən atəşə baxmayaraq, o, helikopterini ustalıqla eniş zonasına çatdırıb, heyətinin təhlükəsizliyini təmin edib və tapşırığın uğurla icrasına nail olub.
7 271
İsrailin Beynəlxalq Hava Limanının bu cür istifadəsi halı qəribədir. F22 məsələsi və tankerlərin yerləşdirilməsi hələdə suallar doğurur.
7 271
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ümumilikdə təxminən 14 hava yanacaq doldurma tankeri hazırda İsrailin Təl-Əviv şəhərində yerləşən Ben Qurion Beynəlxalq Hava Limanında irəli mövqedə yerləşdirilib.
Bunlara 9 ədəd KC-46A Pegasus və 5 ədəd KC-135R/T Stratotanker daxildir.
İrana qarşı mümkün zərbələr halında bu təyyarələr İsrailin cənubundakı Ovda aviabazasında yerləşdirilmiş çoxsaylı F-22 Raptor qırıcılarını dəstəkləyəcək.
7 271
Yaxın Şərq üzrə bazalarda hava hücumundan müdafiə sistemləri, hərbi təyyarələr və sursatın davam edən yığılmasına baxmayaraq rəsmilər hesab edir ki, Pentaqonun İrana qarşı uzunmüddətli bombardman əməliyatı aparmaq üçün hələ də kifayət qədər qüvvəsi və sursatı yoxdur.
New York Times-a danışan ABŞ hərbi rəsmilərindən birinin sözlərinə görə, regionda yerləşdirilmiş Amerika qüvvələri fasiləsiz zərbələri təxminən yalnız 7–10 gün davam etdirə bilər.
7 271
Talibana məxsus canlı bombanın pakistanlı iki polis əməkdaşının yanında özünü partlatma anı.
7 271
Ukrayna Smolenskdəki (sərhəddən ~ 290 km) Rusiyanın Dorogobuj kimya zavoduna dronlarla zərbə endirib.
Amonium nitrat istehsal və saxlama sahələri vurulub, böyük partlayışlar və yanğınlar baş verib.
Zavod Rusiya amonium nitratının təxminən 10%-ni istehsal edir.
Rusiya rəsmiləri ən azı 7 nəfərin öldüyünü və 10-dan çox insanın yaralandığını bildirir.
7 271
Taliban açıqlayıb ki, Pakistanın raketi və nüvəsi varsa bizimdə özünü partladacaq döyüçülərdən ibarət batalyonumuz var.
7 271
Çinin peyk görüntüləri ABŞ Hərbi Dəniz Qüvvələrinin USS Gerald R. Ford aviasiya daşıyıcısının Yunanıstanın Souda Bay Hərbi Dəniz Bazasında çıxışını görüntüləyib.
7 271
Pentaqonun ilk ABŞ kamikadze dron briqadası Yaxın Şərqdə fəaliyyətə başlayıb.
Briqadada “LUCAS” dronları var.
