es
Feedback
Hebib Müntezir

Hebib Müntezir

Ir al canal en Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Mostrar más
Azerbaiyán410La categoría no está especificada

📈 Análisis del canal de Telegram Hebib Müntezir

El canal Hebib Müntezir (@hebmun) en el segmento lingüístico de Azerbaiyano es un actor destacado. Actualmente la comunidad reúne a 16 874 suscriptores, ocupando la posición en la categoría Otro y el puesto 410 en la región Azerbaiyán.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 16 874 suscriptores.

Según los últimos datos del 02 diciembre, 2024, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 0, y en las últimas 24 horas de 0, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 0%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener N/A% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 0 visualizaciones. En el primer día suele acumular 0 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 0.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 03 diciembre, 2024), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Otro.

16 874
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
35 ildir Yazıçılar Birliyində sədr olan və daha növbəti 5 il seçilməsi üçün qurultay toplayan 84 yaşlı Anara büdcədən qurultayın keçirilməsinə nə az, nə çox 203 min manat vəsait xərclənib. Şəhid, qazi, ehtiyaclı ailələrə çatanda pul yoxdur, qocaların kresloda ölməyinə gələndə yüzminlər...

35 ildir Yazıçılar Birliyinin sədri olan, 84 yaşlı Anar Rzayev yenidən 5 illiyə birliyin sədri təyin olundu. Yazıçının oğlu Tural Rzayev Əlcəzairdə səfir, qızı Günel Anarqızı Bakı Kitab Mərkəzinin direktorudur. Həyat yoldaşı Zemfira Səfərova isə AMEA-da Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin müdiridir.

Dələduzluqda təqsirləndirilən siyasi-ictimai fəal Ramin Hacılıya hökm oxunub və o, 7 il 7 ay 14 gün müddətinə azadlıqdan məhrum edilib. O saxta sənədlərin hazırlanması və "mühacir alveri"ndə ittiham olunurdu.

Tarif Şurasının qərarı ilə Azərbaycanda sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) artırıldı. Şəhərlərarası telefon danışıqları üzrə tarif isə 5 qəpikdən 3 qəpiyə endirildi. Bir sözlə eyni rayon-şəhərdəki zənglər aylıq 2 manat bahalaşıb, ayrı rayon-şəhərlərə zənglər 2 qəpik ucuzlaşıb.

Keçən il nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilmiş Rövşən Mürvət oğlu Rüstəmov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri təyin edildi. Ondan əvvəl 7 il Cavid Qurbanov sədr idi, o da nazirliyə müavin getdi. Bir sözlə növbəti yerdəyişmə sərəncamı. Bu arada atası Mürvət Hüseynov İmişli Regional AzərPoçt Filialının rəisi olub. Korrupsiyada ittiham edilərək vəzifədən azad olunub. Lakin bir neçə ay sonra yenidən başqa vəzifəyə təyin edilib. Üç oğlu var, üçü də nazirlikdə vəzifə sahibidir.

Zəngilanda İlham Əliyev və Ərdoğan oktyabrın 26-da 100 milyonluq “Dost Aqropark”ın təməlini qoydular. "Dost Aqropark" şirkəti Bakıda qeydiyyatdan keçib, təmsilçisi isə Mehmet Zeki Tuğrul adında bir Türkiyə vətəndaşıdır. Təsadüfə bax ki, AKP Gənclər Təşkilatının mərkəzi qararvermə idarə heyətinin sədri imiş. "Dost Aqropark"-ın sərmayəçisi bir-başa Türkiyədəki "Dost Ziraat İşletmeleri" holdinqidir, rəsmi sənədlərlə sübut olunub. Holdinqin bir şəriki Tayyib Ərdoğanın qardaşı oğlu Üsame Ərdoğandır, digər şəriki isə Ərdoğanın qardaşı qızı ilə evlənən Abdulkadir Karagözdür. Ərdoğan ailəsi ilə quda olan atası Şengül Karagöz AKP-nin Kocaeli rayon təşkilatının qurucularından və idarəçilərindəndir. Layihəyənin Azərbaycan tərəfindən sərmayəçisi isə “Pasha Holding”ə daxil olan “PASHA Investments”dir. Düz deyirmişlər, bir millət, iki dövlət, iki ailə biznesi...

20 ildir deputat qoyulan, 73 yaşlı İsa Həbibbəyli AMEA-nın prezidenti təyin edildi. Bir oğlu Ərəstü Həbibbəyli Baş nazirin katibliyinin rəisidir, digər oğlu Səhət Həbibbəyli isə Naxçıvan Dövlət Gömrük Komitəsinin sədridir.

Rusiyanın birinci kanalında Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması və xəritəsinin təhrif edilməsinə görə Azərbaycan Rusiyaya nota verib.

Naxçıvanın Şahbuz rayon Türkeş kənd sakini, MAXE hərbçi Mayıl Kazımlının bu gün səhər hərbi hissədə özünü vuraraq intihar etdiyi deyilir. İntiharın səbəbi isə bəlli deyil. Bu barədə rəsmi məlumat yayılmayıb. Bu bugünə olan artıq ikinci əsgər intihar xəbəridir.

Meydan TV polkovnik Babək Səmidlinin Azərbaycan Ordusundakı qanunsuzluqlar və çatışmazlıqlarla bağlı ikinci səs yazısını yayımlayacaq.

Cəlilabadın Günəşli kəndində hərbi xidmətdən məzuniyyətə gələn əsgər, 2003-cü il təvəllüdlü Şahbazov Murad Zahir oğlunun yaşadığı evdə özünü asaraq intihar etdiyi deyilir. İntiharın səbəbi hələlik məlum deyil.

AZTV: "Biz bu günə qədər məsələnin həssaslığını nəzərə alaraq problemə olduqca balanslı yanaşırdıq. Kimisə açıq ittiham etmirdik. Amma reallıq odur ki, Rusiyanın Ukrayna ərazisində apardığı müharibə zorakılıqdır, işğalçılıq müharibəsidir. Qarşı tərəfin ərazisi bütövlüyünə açıq təhdiddir! Odur ki, Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsi işğal faktıdır".

44 günlük müharibədən tanıdığımız propaqandist, rus videoloq Semyon Peqovun Donetsk yaxınlığında yaralandığı bildirilir.

Azərbaycanın işğal altında olan ərazilərinə sülhü bərqərar etmək məqsədi ilə sülhməramlı göndərən ölkənin dövlət kanalı bu gü
Azərbaycanın işğal altında olan ərazilərinə sülhü bərqərar etmək məqsədi ilə sülhməramlı göndərən ölkənin dövlət kanalı bu gün rəsmi ləğv olunmuş "Dağlıq Qarabağ" ərazisini respublika kimi təqdim edib.

44 günlük müharibəyə hazırlıq... Çatışmazlıqlar... Orduda yerlibazlıq... İtkilər az ola bilərdimi? Səfərbərlik düzgün idarə edildimi? Bunların hamısını İkinci Qarabağ müharibəsində bir-başa iştirak edən komandir danışır. Çoxluğun bilmədiyi mövzulardan bəhs edir. Sonuna qədər dinləyin, nələrin, necə baş verdiyini eşidəcəksiniz. LİNK

"WhatsApp"da müəllimlərə səs ataraq hər müəllimdən 50 manat tələb etdiyi üçün vəzifəsindən azad edilən Sumqayıtdakı 32 saylı məktəbin sabiq direktoru Esmira İbrahimova Sumqayıt üzrə təhsil şöbəsində metodist vəzifəsinə düzəlib. Azərbaycanda idarəetmə sisteminin cəzalandırma metodu.

Sarayda ata 7 yaşlı qızını yaşadıqları evdə döyərkən, həyat yoldaşı müdaxilə etmək istəyib, kişi də hamilə arvadını dəmirlə vuraraq öldürüb.

Bu gün İranın Qafanda açılan konsulluğunun binasıdır. Görünür ki, hər iki dövlət də əməlli tələsiblər, Türkiyə və Azərbaycana
Bu gün İranın Qafanda açılan konsulluğunun binasıdır. Görünür ki, hər iki dövlət də əməlli tələsiblər, Türkiyə və Azərbaycana cavab üçün. Fəqət bu formada.

Türkiyə Şuşada, İran isə Ermənistanın Qafan şəhərində konsulluq açır.

Səhər yenə sərhəddə atəşkəsin pozulduğu, bir Azərbaycan Ordusuna aid təminat daşıyan avtomobilin atəşə məruz qaldığı bildirilir. Bu arada Qarabağdakı qanunsuz silahlı birləşmələrin rəhbəri Arayik Arutyunyan Rusiyadan dəstək gözlədiklərini, gələcək üçün onlara güvəndiklərini deyərək, müdafiə ordularını təkmilləşdirməyə davam edəcəklərini açıqlayıb.