Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
35 ildir Yazıçılar Birliyində sədr olan və daha növbəti 5 il seçilməsi üçün qurultay toplayan 84 yaşlı Anara büdcədən qurultayın keçirilməsinə nə az, nə çox 203 min manat vəsait xərclənib. Şəhid, qazi, ehtiyaclı ailələrə çatanda pul yoxdur, qocaların kresloda ölməyinə gələndə yüzminlər...
16 874
35 ildir Yazıçılar Birliyinin sədri olan, 84 yaşlı Anar Rzayev yenidən 5 illiyə birliyin sədri təyin olundu. Yazıçının oğlu Tural Rzayev Əlcəzairdə səfir, qızı Günel Anarqızı Bakı Kitab Mərkəzinin direktorudur. Həyat yoldaşı Zemfira Səfərova isə AMEA-da Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin müdiridir.
16 874
Dələduzluqda təqsirləndirilən siyasi-ictimai fəal Ramin Hacılıya hökm oxunub və o, 7 il 7 ay 14 gün müddətinə azadlıqdan məhrum edilib. O saxta sənədlərin hazırlanması və "mühacir alveri"ndə ittiham olunurdu.
16 874
Tarif Şurasının qərarı ilə Azərbaycanda sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) artırıldı. Şəhərlərarası telefon danışıqları üzrə tarif isə 5 qəpikdən 3 qəpiyə endirildi. Bir sözlə eyni rayon-şəhərdəki zənglər aylıq 2 manat bahalaşıb, ayrı rayon-şəhərlərə zənglər 2 qəpik ucuzlaşıb.
16 874
Keçən il nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilmiş Rövşən Mürvət oğlu Rüstəmov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri təyin edildi. Ondan əvvəl 7 il Cavid Qurbanov sədr idi, o da nazirliyə müavin getdi. Bir sözlə növbəti yerdəyişmə sərəncamı.
Bu arada atası Mürvət Hüseynov İmişli Regional AzərPoçt Filialının rəisi olub. Korrupsiyada ittiham edilərək vəzifədən azad olunub. Lakin bir neçə ay sonra yenidən başqa vəzifəyə təyin edilib. Üç oğlu var, üçü də nazirlikdə vəzifə sahibidir.
16 874
Zəngilanda İlham Əliyev və Ərdoğan oktyabrın 26-da 100 milyonluq “Dost Aqropark”ın təməlini qoydular. "Dost Aqropark" şirkəti Bakıda qeydiyyatdan keçib, təmsilçisi isə Mehmet Zeki Tuğrul adında bir Türkiyə vətəndaşıdır. Təsadüfə bax ki, AKP Gənclər Təşkilatının mərkəzi qararvermə idarə heyətinin sədri imiş. "Dost Aqropark"-ın sərmayəçisi bir-başa Türkiyədəki "Dost Ziraat İşletmeleri" holdinqidir, rəsmi sənədlərlə sübut olunub. Holdinqin bir şəriki Tayyib Ərdoğanın qardaşı oğlu Üsame Ərdoğandır, digər şəriki isə Ərdoğanın qardaşı qızı ilə evlənən Abdulkadir Karagözdür. Ərdoğan ailəsi ilə quda olan atası Şengül Karagöz AKP-nin Kocaeli rayon təşkilatının qurucularından və idarəçilərindəndir. Layihəyənin Azərbaycan tərəfindən sərmayəçisi isə “Pasha Holding”ə daxil olan “PASHA Investments”dir. Düz deyirmişlər, bir millət, iki dövlət, iki ailə biznesi...
16 874
20 ildir deputat qoyulan, 73 yaşlı İsa Həbibbəyli AMEA-nın prezidenti təyin edildi. Bir oğlu Ərəstü Həbibbəyli Baş nazirin katibliyinin rəisidir, digər oğlu Səhət Həbibbəyli isə Naxçıvan Dövlət Gömrük Komitəsinin sədridir.
16 874
Rusiyanın birinci kanalında Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması və xəritəsinin təhrif edilməsinə görə Azərbaycan Rusiyaya nota verib.
16 874
Naxçıvanın Şahbuz rayon Türkeş kənd sakini, MAXE hərbçi Mayıl Kazımlının bu gün səhər hərbi hissədə özünü vuraraq intihar etdiyi deyilir. İntiharın səbəbi isə bəlli deyil. Bu barədə rəsmi məlumat yayılmayıb. Bu bugünə olan artıq ikinci əsgər intihar xəbəridir.
16 874
Meydan TV polkovnik Babək Səmidlinin Azərbaycan Ordusundakı qanunsuzluqlar və çatışmazlıqlarla bağlı ikinci səs yazısını yayımlayacaq.
16 874
Cəlilabadın Günəşli kəndində hərbi xidmətdən məzuniyyətə gələn əsgər, 2003-cü il təvəllüdlü Şahbazov Murad Zahir oğlunun yaşadığı evdə özünü asaraq intihar etdiyi deyilir. İntiharın səbəbi hələlik məlum deyil.
16 874
AZTV: "Biz bu günə qədər məsələnin həssaslığını nəzərə alaraq problemə olduqca balanslı yanaşırdıq. Kimisə açıq ittiham etmirdik. Amma reallıq odur ki, Rusiyanın Ukrayna ərazisində apardığı müharibə zorakılıqdır, işğalçılıq müharibəsidir. Qarşı tərəfin ərazisi bütövlüyünə açıq təhdiddir! Odur ki, Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsi işğal faktıdır".
16 874
44 günlük müharibədən tanıdığımız propaqandist, rus videoloq Semyon Peqovun Donetsk yaxınlığında yaralandığı bildirilir.
16 874
Azərbaycanın işğal altında olan ərazilərinə sülhü bərqərar etmək məqsədi ilə sülhməramlı göndərən ölkənin dövlət kanalı bu gün rəsmi ləğv olunmuş "Dağlıq Qarabağ" ərazisini respublika kimi təqdim edib.
16 874
44 günlük müharibəyə hazırlıq...
Çatışmazlıqlar...
Orduda yerlibazlıq...
İtkilər az ola bilərdimi?
Səfərbərlik düzgün idarə edildimi?
Bunların hamısını İkinci Qarabağ müharibəsində bir-başa iştirak edən komandir danışır. Çoxluğun bilmədiyi mövzulardan bəhs edir. Sonuna qədər dinləyin, nələrin, necə baş verdiyini eşidəcəksiniz. LİNK
16 874
"WhatsApp"da müəllimlərə səs ataraq hər müəllimdən 50 manat tələb etdiyi üçün vəzifəsindən azad edilən Sumqayıtdakı 32 saylı məktəbin sabiq direktoru Esmira İbrahimova Sumqayıt üzrə təhsil şöbəsində metodist vəzifəsinə düzəlib. Azərbaycanda idarəetmə sisteminin cəzalandırma metodu.
16 874
Sarayda ata 7 yaşlı qızını yaşadıqları evdə döyərkən, həyat yoldaşı müdaxilə etmək istəyib, kişi də hamilə arvadını dəmirlə vuraraq öldürüb.
16 874
Bu gün İranın Qafanda açılan konsulluğunun binasıdır. Görünür ki, hər iki dövlət də əməlli tələsiblər, Türkiyə və Azərbaycana cavab üçün. Fəqət bu formada.
16 874
Səhər yenə sərhəddə atəşkəsin pozulduğu, bir Azərbaycan Ordusuna aid təminat daşıyan avtomobilin atəşə məruz qaldığı bildirilir. Bu arada Qarabağdakı qanunsuz silahlı birləşmələrin rəhbəri Arayik Arutyunyan Rusiyadan dəstək gözlədiklərini, gələcək üçün onlara güvəndiklərini deyərək, müdafiə ordularını təkmilləşdirməyə davam edəcəklərini açıqlayıb.
