es
Feedback
Hebib Müntezir

Hebib Müntezir

Ir al canal en Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Mostrar más
Azerbaiyán410La categoría no está especificada

📈 Análisis del canal de Telegram Hebib Müntezir

El canal Hebib Müntezir (@hebmun) en el segmento lingüístico de Azerbaiyano es un actor destacado. Actualmente la comunidad reúne a 16 874 suscriptores, ocupando la posición en la categoría Otro y el puesto 410 en la región Azerbaiyán.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 16 874 suscriptores.

Según los últimos datos del 02 diciembre, 2024, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 0, y en las últimas 24 horas de 0, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 0%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener N/A% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 0 visualizaciones. En el primer día suele acumular 0 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 0.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 03 diciembre, 2024), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Otro.

16 874
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
Binali Yıldırım havalimanına gedərkən qəzaya düşdüyü avtomobil. Qəza nəticəsində başının yarıldığı deyilir.
Binali Yıldırım havalimanına gedərkən qəzaya düşdüyü avtomobil. Qəza nəticəsində başının yarıldığı deyilir.

Türkiyə mətbuatı yazır ki, AKP-li siyasətçi Binali Yıldırım Azərbaycanın Cəbrayıl rayonunda avtoqəza keçirib. Qəzadan sonra maşından çıxarılan Binəli Yıldırımın ambulansla xəstəxanaya aparıldığı deyilir.

O da deyir yaxşı. Konstitusiyanı dəyişdirin, "birdəfəlik" prezident.

Abşeron rayonu Hökməli qəsəbəsində, məscidin qarşısında 26 yaşlı oğlan qısqanclıq zəminində nişanlısı, 16 yaşlı qızın başını kəsərək öldürüb.

Putin Ukraynanın işğal edilmiş və Rusiyaya birləşdirilmiş 4 regionunda hərbi vəziyyət elan edilməsi barədə sərəncam imzalaydı.

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları" və “Valideyn-məktəb
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları" və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat”ın ictimai müzakirəsi təşkil edilib. Tədbir zamanı da belə bir slayd sərgilənib. Foto nazirliyin saytından yığışdırılsa da, linki hələ də durur. Gəlin səhvlərə baxaq: 1. İlk cümlədə "səviyyələtinə" yox, "səviyyələrini" olmalıdır. 2. Elə həmin cümlədə "tövsiyyə", yox tövsiyə olmalıdır, bir "y". 3. İlk bənddə cümlənin nə məna kəsb etdiyi bəlli deyil. 4. İkinci bənddə "Şagirdlərlə" yazılmalıdır. 5. Beşinci bənddə "Valideyin" yox, "Valideyn" yazılmalıdır. 6. Yeddinci bənddə "Pisxoloqa" yox, "Psixoloqa" yazılmalıdır. Müəllimləri “şaftalı”, “asfalt” sözünü düzgün yaza bilmədiyinə görə tənqid edən nazir Emin Əmrullayevin görəsən 2-3 cümləlik rəsmi təqdimatda öz işçilərinin, yəni nazirlik əməkdaşlarının bu qədər səhv buraxmasına münasibəti necədir?

AXCP oktyabrın 24-ü, saat 16:00 üçün Bakı Şəhər İcra Hakimiyyətinin önündə "Köklü demokratik dəyişikliklər" tələbi ilə aksiya keçirmək qərarı verib. Necə düşünürsünüz, aksiyalar labüddürmü və iştirak edəcəksinizmi?

Bu gün Azərbaycan MN Ermənistanın sərhədə canlı və texniki hərbi qüvvə cəmləşdirdiyini bildirmişdi. Ermənistan MN öz növbəsində məlumatı təsdiqləyərək bildirib ki, Azərbaycan Ordusu sərhədə əlavə qüvvə və texnika cəmləşdirdiyi üçün biz də adekvat addım atmışıq, əgər Azərbaycan geri çəksə, biz də çəkərik, bu sırf müdafiə xarakterlidir. Ermənistan tərəfi bu məsələ ilə bağlı danışıqlara hazır olduğunu bildirib.

İlham Əliyevin bu gün imzaladığı bir çox sərəncamlara əsasən dövlət məmurları və səfirlər arasında yerdəyişmələr olub. Ən maraqlısı isə XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın Fransaya səfir təyin edilməsidir. Görünür son günlər Əliyevlə Makron arasındakı baş verənlər bu dəyişikliyə təsir edib.

Paşinyan Azərbaycana Ermənistan ərazisindən keçməklə, Naxçıvanı birləşdirən 3 ədəd nəzarət -buraxılış məntəqəsi qurulmasını təklif edib. Azərbaycan XİN isə Ermənistanı Zəngəzur dəhlizindən yayınmaq üçün saxta bəhanələrə son qoymağa çağırıb və bu variantın düzgün siyasət olmadığını biıdirib.

Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, Ermənistan Ordusu Daşkəsən istiqamətində Azərbaycan Ordusunun bölmələri ilə üzbəüz mövqelərinə hərbi texnika, canlı qüvvə və 4 ədəd artilleriya qurğusunu cəmləşdirib. Nazirlik yarana biləcək hər hansı gərginliyə görə məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə ataraq, xəbərdarlıq edir. Qeyd edim ki, Praqa görüşündən sonra demək olar ki, hər gün atəşkəsin pozulması məlumatı hər iki tərəfdən də yayılır.

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib ki, sentyabr toqquşmaları zamanı atəşkəsi təşkil edən məhz Rusiya olub, başqa heç bir ölkə. Və bunu xüsusi vurğulayıb. Onu da deyib ki, Avropa İttifaqının Azərbaycana missiya göndərmək cəhdlərini şəxsən özü qətiyyətlə rədd edib. Həmçinin Ermənistanı təhdid edərək bildirib ki, noyabr Bəyanatının 2 bəndini, erməni silahlı qüvvələrinin çıxarılması və "Zəngəzur Dəhlizi" məsələsi həll edilməlidir, yoxsa adekvat tədbirlər görüləcək.

Çeçenistandakı yeni idman kompleksinə Ramzan Kadırovun 15 yaşlı oğlunun, Əli Kadırovun adı verilib. Ramzan Kadırovun 16 yaşlı oğlu Əhməd Kadırov isə regionun bütün gənclər və uşaq təşkilatları birliyinin rəhbəri təyin edilib. Qızı Ayşat Kadırova isə ölkənin mədəniyyət naziridir.

Bu gün Türkiyə Böyük Millət Məclisi AKP və MHP-nin səsverməsi ilə böyük müzakirələrə səbəb olan "Dezinformasiya ilə mübarizə qanunu"nu təsdiqləyib. Müxalifət bunu "senzura qanunu" olaraq xarakterizə edərək etiraz etsə də faydası olmayıb. Rəsmilər qanunu sosial medianın tənzimlənməsi kimi şərh etsələr də, müxalifət bu qanunu bir-başa internet istifadəçilərinə, əsasən də Twitter əhlinin əleyhinə çıxarılan qanun kimi izah edir və hökumətin ictimai fəallara, media işçiləri, blogerlərə təhdid vasitəsi kimi şərh edirlər. Belə ki, bu yeni qanunla iqtidar özünə təhlükə hiss etdiyi tweet-ləri, statusları yazanlardan savayı bəyənən və paylaşanları belə cinayət məsuliyyətinə cəlb edə biləcək. Bu arada artıq Azərbaycanda da Türkiyədə qəbul edilən bu qanuna oxşar qanunun hazırlanmasını tələb edən rəsmi şəxslər var.

Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər istiqamətində, yəni sərhəddə yenidən atəşkəsin pozulduğu barədə məlumat yayıb. Qeyd edim ki, Praqa görüşündən sonra demək olar ki, hər gün atəşkəsin pozulması məlumatı yayılır. Bu arada Ermənistan rəsmi olaraq bəyan etdi ki, tərəflər ilin sonunadək sülh sazişi imzalamaq niyyətindədir. Bu gün də Azərbaycan Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə Katiblik yaratdı.

BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən, Rusiyanı Ukraynadan çıxmağa çağıran qətnamə səsə qoyulub. 143 ölkə lehinə, 35-i bitərəf, 5 ölkə (Belarus, Rusiya, Şimali Koreya, Suriya, Nikaraqua) əleyhinə səs verib. 8 ölkə iştirak etməyib. Azərbaycan və İran səsvermədə iştirakdan yayınanlar sırasındadır. Ermənistan isə bitərəf qalıb. Qətnamə səs çoxluğu ilə qəbul edilib.

Quru qoşunlarının komandanı, general-mayor Ənvər Əfəndiyevin oğlu İsaq Əfəndiyevə leytenant rutbəsi verdirərək, öz yanında, maliyyə şöbəsində işə götürdüyü deyilir. Özündən soruşdum, dedi ki, - mənə rütbəni MN verib, özüm də ixtisasca maliyyəçiyəm. Nə var ki burda? Atamı gözü götürməyənlər var, şər atırlar bizə. Mən inandım.

Azərbaycanda "Tiktok"a qoyulan qadağanın aradan qaldırıldığı ilə bağlı məlumat yayılıb. Amma hələ heç bir rəsmi mənbə məlumatı təsdiqləməyib.

Şəhid Səbuhi Əhmədovun qardaşının "Komando" düzəlməsi üçün 6 min rüşvət verilməsi ilə əlaqədar 25 gündür prokurorluq araşdırma aparır. Amma hələ də heç bir nəticə yoxdur. Olacaqmı?! İnanmıram, çünki bütün sistem rüşvət çirkabının içindədir. Müharibədən sonra Bakıda "neqodnı", yəni xəstəlik adı ilə hərbi xidmətdən yayınma pulu da ikiqat artıb. Bir gəncin hərbi xidmətdən yayınması üçün təxminən 7-10 min manat arası, hər 3 ildən bir də (35 yaşa qədər) 1500 manat verməsi lazımdır. Harasa sifarişli saldırmaq 4500 manat, gecikdirmək 1000 manatdır. "Qodnı" isə, (yəni xəstəliksiz filansız, adın xidmətdə gedir, özün isə evdə) Bakıda 70-80 min civarındadır. Tanışla filan ucuz da tapmaq olar. Bu qiymətlər regionlar və rayonlara görə dəyişir. Məsələn, bir faktı diqqətinizə çatdırım: Azərbaycan Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin üzvü Rəşid Yasin oğlu Çulaqov adlı biznesmen var. Onun "Poliplast" və "Tuna" adlı iki şirkəti var. Bu şirkətlər hazırda kağız, qablaşdırma və plastik istehsalı sahəsində Azərbaycanın qabaqcıl müəssisələrindən biridir. İlham Əliyev Çulaqov Rəşid Yasin oğlunu “Tərəqqi” medalı ilə təltif edib. Onun, qardaşı oğlu olan Turqut Yalçın oğlu Çulaqovu 16 min manat müqabilində hərbi xidmətdən saxlatdırdığı deyilir. Xaçmaz rayonunda qeydiyyatda olduğu üçün, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi, polkovnik-leytenant Rahim Əlifağa oğlu Ağayevdən soruşmaq lazımdır ki, bu qanunsuzluq necə baş verib? Bu sadəcə bir nümunədir, onlarla, yüzlərlə belə faktlar var. Bu arada MAXE olmaq üçün də müəyyən miqdar pul verib hərbi xidmətdə işə düzəlirsən. (2000-3000 arası) Bunu hərbi sistemdə bilməyən yoxdur. Hərbi hissələrdəki kadrlar şöbəsinin rəislərindən tutmuş, korpus komandirinə, ordan da MN-ə qədər bu şəbəkə uzanır. Adamları tutub aparırsız e ki, ordunun adına ləkə yaxır, xələl gətirir filan. Ordunun və Müdafiə Nazirliyinin adını batiranlar vəzifələndirdiyiniz, mükafatlandırdığınız şəxslərdir. Bu korrupsiya və rüşvəti aradan qaldırmaq əvəzinə, vətəndaşları cəzalandırırsınız. Özünüzə bənzər cəmiyyət yetişdirmisiz, onlar da bütün həqiqətləri yazanları, sülh istəyənləri söyüb batırırlar. Siz də gedib qırılıb batan, kasıb-kusub balalarının hesabına, onlardan oğurladığınız pullar, həyatlar üzərində villalar, malikanələr tikib, şah-bəy kimi yaşayırsınız, sizə isə güldən artıq kəlmə deyən yoxdur.

Zelenski: "Biz terrorçularla mübarizə aparırıq. Bizim şəhərlərimizə nlarla raket zərbələri və İran istehsalı "Şahed-136" PUA-ları ilə zərbələr endirirlər. Onların iki hədəfi var: ölkədəki enerji infrastukturu və insanlar. Bununla panika və xaos yartmaq istəyir və ölkəmizin enerji sistemini məhv etmək istəyirlər".