en
Feedback
ŞəbabPressAzəri

ŞəbabPressAzəri

Open in Telegram

Dirəniş xəbərləri

Show more

📈 Analytical overview of Telegram channel ŞəbabPressAzəri

Channel ŞəbabPressAzəri (@sebabpress_az) in the Azerbaijani language segment is an active participant. Currently, the community unites 11 523 subscribers, ranking 1 166 in the Facts category and 400 in the Azerbaijan region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 11 523 subscribers.

According to the latest data from 07 July, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -415 over the last 30 days and by -15 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0.36%. Within the first 24 hours after publication, content typically collects 0.14% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 42 views. Within the first day, a publication typically gains 16 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 1.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
Dirəniş xəbərləri

Thanks to the high frequency of updates (latest data received on 08 July, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Facts category.

11 523
Subscribers
-1524 hours
-857 days
-41530 days
Posts Archive
❗️Tramp:❗️ “Əgər İran bir daha səhvə yol versə, daha şiddətli şəkildə hücum edəcəyik!” @sebabpress_az

⚠️❗️⚠️NewsNation: ABŞ-ın İrana qarşı hərbi zərbələri davam edir. 🔹 Bu, atəşkəs elanından sonra ABŞ ordusunun İrana qarşı həyata keçirdiyi ən genişmiqyaslı və ən şiddətli hücumdur. @sebabpress_az

🇮🇷 "İranlı rəsmi Əl-Hadata: 🔻 ABŞ bizi sərt cavaba məcbur etməyə çalışır. Məqsəd isə NATO-nu bizə qarşı əməliyyatlara qoşmaqdır. ABŞ nə qədər bombardman etsə də istədiyi nəticəni əldə edə bilmir buna görə də onun koalisiyaya ehtiyacı var. Amma biz cavabı ABŞ-ın istədiyi kimi deyil öz oyun qaydalarımıza uyğun verəcəyik. 🔻 Amma əmin olun ki, bu da sərt olacaq. Biz bu müharibədə blef etmədiyimizi artıq nümayiş etdirmişik". @sebabpress_az

⚠️❗️⚠️🇮🇷 İranın cənub-şərqində partlayış səsləri və hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti İran mənbələrinin yaydığı məlumata görə, Sistan və Bəlucistan vilayətinin Çabahər şəhərində üç partlayış səsi eşidilib. Həmçinin bildirilir ki, Bəndər-Abbas yaxınlığında mümkün təhlükələrə qarşı İranın hava hücumundan müdafiə sistemləri işə salınıb. Hadisələrin səbəbi və hədəflərin kimliyi barədə hələlik rəsmi açıqlama yoxdur. Məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. @sebabpress_az

Seyyidə Şəhla Fərəcova zindandan müraciət etdi: Ey Yezid, bil ki, zindandakı bu Məhərrəmlik ömrümüzün ən bərəkətli Məhərrəmli
Seyyidə Şəhla Fərəcova zindandan müraciət etdi: Ey Yezid, bil ki, zindandakı bu Məhərrəmlik ömrümüzün ən bərəkətli Məhərrəmliyi olacaq, inşallah. Xəzər Rayon Polis İdarəsində oranın əməkdaşlarından biri istehza ilə üzümə gülərək dedi: "Şəhla, sənin işin bitdi. Sən bir daha bayraq qaldıra bilməyəcəksən." Ey Yezidin törəmələri! Biz hər birimiz bir Hüseyn bayrağıyıq. Xoş Kürdəxanı Təcridxanasının həm işçilərinin, həm də burada saxlanılanların halına ki, bizi tanıdılar. Biz Hüseynçiyik və siz bizi hər yerdə belə tanıtdınız. Siz, özünüz də bilmədən, bizi daha da məşhur etdiniz, özünüzü isə xar və zəlil etdiniz. Biz Allahımızla və Əhli-beytlə fəxr edirik. Hər gün ağamızla olan beyətimizi təzələyirik. Yenə gəldi matəmin könlümün sultanı, ağam Hüseyn can. Mənə nə xoş ki, səninləyəm. Ləbbeykə ya Hüseyn! @sebabpress_az

⚠️❗️⚠️NATO-nun Baş katibi Mark Rutte: “İrana qarşı son hücumlara həqiqətən ehtiyac var idi. İran atəşkəsi pozur.” @sebabpress
⚠️❗️⚠️NATO-nun Baş katibi Mark Rutte: “İrana qarşı son hücumlara həqiqətən ehtiyac var idi. İran atəşkəsi pozur.” @sebabpress_az

❗️⚠️❗️Azərbaycanda insanların evlərinə xəbərsiz girib dağıdırlar İzlə: @azepulse

⚠️❗️⚠️Tramp deyib ki, İranla atəşkəs rejimi bitdi. Amma danışıqlar davam edə bilər. @sebabpress_az

Rusiya təbliğat kanalları Ukrayna PUA-larının Azərbaycan və Qazaxıstandan havaya qaldırıldığını iddia edir Rusiyanın Z-təbliğ
Rusiya təbliğat kanalları Ukrayna PUA-larının Azərbaycan və Qazaxıstandan havaya qaldırıldığını iddia edir Rusiyanın Z-təbliğat kanalları Ukraynanın Omsk neft emalı zavoduna uzaqmənzilli PUA zərbələrindən sonra yeni iddialar irəli sürməyə başlayıb. Kremlə yaxın təbliğatçılar Ukraynanın modernləşdirilmiş “Fayer Point” PUA-larının böyük məsafəyə görə Ukrayna ərazisindən qalxaraq Sibirin dərinliklərinə qədər uça bilməyəcəyini iddia edirlər. Onların versiyasına görə, həmin PUA-lar ya Qazaxıstan ərazisindən havaya qaldırılıb, ya da Azərbaycandan Xəzər dənizi üzərindən uçaraq Rusiyadakı hədəflərə çatıb. Bir sıra müharibə tərəfdarı rusiyalı bloqerlər isə bu iddiaları Bakının Moskvaya qarşı “qisas planı” kimi təqdim etməyə çalışırlar. Onlar bunu Rusiyanın Ukraynada SOCAR-a məxsus enerji obyektlərinə endirdiyi son zərbələrlə əlaqələndirirlər. @sebabpress_az

Qərbin Azərbaycan siyasətində neft maraqları və hakimiyyət dəyişikliyi iddiaları 1993-cü ildə “Britiş Petroleum” və “Amoko” A
Qərbin Azərbaycan siyasətində neft maraqları və hakimiyyət dəyişikliyi iddiaları 1993-cü ildə “Britiş Petroleum” və “Amoko” Azərbaycanın seçilmiş prezidenti Əbülfəz Elçibəyin devrilməsinə kömək etdilər. O, bir il əvvəl ölkənin ilk azad seçkilərində qalib gəlmişdi. Onun yerinə KQB-nin keçmiş rəhbəri və uzun illər Kommunist Partiyasının rəhbər şəxslərindən olmuş Heydər Əliyev gətirildi. Əliyevin ilk böyük addımlarından biri Britiş Petroleum ilə 5 milyard dollarlıq neft sazişi imzalamaq oldu. Beş il sonra Toni Bler Əliyevi Londonda qəbul edərək daha 13 milyard dollarlıq müqavilələrin təmin olunmasına şərait yaratdı. Bu dövrdə Britiş Petroleum Britaniya kəşfiyyatı ilə sıx əlaqələr saxlayır və Mİ-6-nın bir neçə keçmiş əməkdaşını işə götürmüşdü. 2003-cü ildə Əliyevin oğlu İlham saxtalaşdırılmış seçkidən sonra hakimiyyəti ələ keçirdi və o vaxtdan bəri diktator kimi ölkəni idarə edir. Qərb hökumətləri demokratiyanın təşviqi və insan hüquqlarından danışanda, Azərbaycan onların siyasətini əslində nəyin yönləndirdiyini açıq şəkildə göstərən nümunə kimi ortada dayanır. Seçilmiş lider devrildi. KQB veteranı hakimiyyətə gətirildi. Ardınca neft müqavilələri imzalandı. Nəticədə yaranan diktatura isə Qərbin ciddi təzyiqi olmadan davam edir. @sebabpress_az

❗️⚠️❗️İraqlılar Şəhid inqilab rəhbərini belə qarşıladılar @sebabpress_az

⚠️❗️ABŞ səfirliyinin X hesabı senator Stiv Deynsin Bakı səfəri barədə paylaşım edib Montana ştatını təmsil edən senator Stiv Deyns bu gün Bakıya səfəri çərçivəsində Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarov da daxil olmaqla yüksək vəzifəli Azərbaycan rəsmiləri ilə görüşlər keçirib. Senator Deyns uzun illərdir ABŞ–Azərbaycan iqtisadi əməkdaşlığının genişləndirilməsini və Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına yönəlmiş ABŞ səylərini ardıcıl şəkildə dəstəkləyir. Bu səfər son aylarda ABŞ–Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsi və Prezident İlham Əliyevlə ABŞ-ın Vitse-Prezidenti Cey Di Vensin fevral ayında imzaladığı Strateji Tərəfdaşlıq Xartiyasının irəli aparılması məqsədilə Bakıya səfər edən yüksək vəzifəli ABŞ hökumət rəsmilərinin artan silsiləsinin növbəti nümunəsidir. Rəsmi görüşlərlə yanaşı, senator Deyns Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər xiyabanını da ziyarət edib. @sebabpress_az

⚠️❗️⚠️🇮🇷 Xatəmul Ənbiya qərargahının sözçüsü: 📄 Bəyanatda bildirilir ki, ABŞ-ın son hava zərbələrinə cavab olaraq raket və PUA-lardan istifadə edilməklə ABŞ-a məxsus 85 hərbi hədəfə zərbələr endirilib. 🔹 Bəyanata əsasən, hədəflər sırasında: • Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının bazası; • Küveytdəki Əli Əl-Salem Hərbi Hava Bazası; • həmçinin digər hərbi obyektlər yer alıb. 🔹 Bəyanatda əlavə olunur ki, əməliyyat zamanı müdaxilə etdiyi iddia edilən bir MQ-9 pilotsuz uçuş aparatı da vurulub. @sebabpress_az

🗞 İran Xarici İşlər Nazirliyi, ABŞ-ın İslamabaddakı anlaşma memorandumunun 10-cu maddəsinin kobud şəkildə pozulması ilə bağl
🗞 İran Xarici İşlər Nazirliyi, ABŞ-ın İslamabaddakı anlaşma memorandumunun 10-cu maddəsinin kobud şəkildə pozulması ilə bağlı rəsmi bəyanat verib. @sebabpress_az

🇫🇷 Fransız Düşüncə İnstitutunun direktoru Ever Rimmel, inqilabın şəhid liderinin nəvəsi üçün hazırlanmış kiçik tabutun foto
🇫🇷 Fransız Düşüncə İnstitutunun direktoru Ever Rimmel, inqilabın şəhid liderinin nəvəsi üçün hazırlanmış kiçik tabutun fotosunu paylaşaraq yazıb: 💬 “Onlar bu balanı soyuqqanlılıqla öldürdülər. Bu dünyada bundan daha dəhşətli bir cinayət təsəvvür etmək çətindir. Onlar törətdikləri bu cinayətlərin bədəlini çox ağır ödəyəcəklər.” @sebabpress_az

Albert Aqarunovu qəhrəman edib millətə sırıyanlar yaxşı baxsınlar

⚠️❗️⚠️ İranın Ekspertlər Məclisi Ali Rəhbər Ayətullah Seyid Müctəba Xameneiyə dəstək olaraq görünməmiş və vacib bir bəyanat yayıb. Ölkənin ən yüksək dini orqanı olan Ekspertlər Şurasının 86 üzvündən 62-si tərəfindən imzalanan hökumət rəsmilərinə ünvanlanan böyük bir müraciətdə danışıq aparanlardan Ali Rəhbərin müəyyən etdiyi "qırmızı xətlərə" ciddi şəkildə riayət etmələri tələb olunur. Bəyanatda deyilir: 1. Əvvəlki danışıqların mənfi təcrübələrini nəzərə alaraq, danışıqlar aparanları hiyləgər və kinli düşmənin hiylələrinə qarşı son dərəcə ehtiyatlı olmağa çağırırıq. Ali Liderin "qırmızı xətləri"nə riayət etməyin dini bir borc olduğunu və onları pozmağın heç bir halda qəbuledilməz olduğunu unutmamaq vacibdir. 2. Sevimli liderimizin şəhidliyinə görə qisas almağın vacibliyini vurğulayırıq və Donald Tramp və Benyamin Netanyahu lazım olan hər hansı bir vasitə ilə məsuliyyət daşımalıdırlar. 3. Anlaşma memorandumunun hər hansı bir pozulmasına dərhal cavab verilməlidir. Livanda sionist rejimin davam edən atəşkəsi pozması və qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmaqdan imtina etməsi nəzərə alınmaqla, Hörmüz boğazı üzərində nəzarəti ələ keçirməkdən imtina etmək rəsmi vəzifələrə ziddir və düşməni razılaşmanı pozmağa davam etməyə yalnız cəsarətləndirəcək ciddi strateji səhv təşkil edir. 4. Bir daha bildiririk ki, Ali Liderin məcburi göstərişlərinə uyğun olaraq, İranın qanuni nüvə hüquqları danışıqlara və ya yenidən baxılmaya məruz qalmır və danışıqlar prosesindən tamamilə kənarlaşdırılmalıdır. 5. Hörmüz boğazı üzərində nəzarətin bərqərar edilməsi, müharibənin vurduğu ziyana görə kompensasiyanın alınması, dondurulmuş aktivlərin açılması, bütün sanksiyaların tamamilə ləğvi və Amerika qoşunlarının bölgədən çıxarılması Ali Liderin və xalqın sarsılmaz tələbləridir. Bu məqsədlərə ardıcıl olaraq nail olunmalıdır. Bu məsələyə hər hansı bir laqeydlik sərt ictimai reaksiyaya səbəb olacaq. 6. Dövlət məmurları düşmənin təkəbbürünü gücləndirən və ya milli zəiflik və çarəsizlik təəssüratı yaradan açıqlamalar verməkdən çəkinməlidirlər. Xüsusilə də indi, fədakar əsgərlərimizin müqaviməti təkəbbürlü Amerikanı ümidsizliyə saldığı bir vaxtda, milli zəifliyi ifadə edən hər hansı bir açıqlama qəbuledilməzdir. 7. Hər kəs, xüsusən də hörmətli hökumət rəhbərləri bilir ki, vilayət əl-fəqih ("İslam fəqihinin hakimiyyəti") sistemində Ali Liderin fikri və mövqeyi qətidir. Onun son mövqeyi məlum olduqdan sonra heç bir vəzifəli şəxsin ona zidd hərəkət etmək hüququ yoxdur və ya etməməlidir. 8. Mövcud olan bütün dəlillər göstərir ki, düşmən sadəcə vaxt qazanmağa və ABŞ-da keçiriləcək ara seçkilər də daxil olmaqla, qüvvələrini artırmaq üçün fürsət yaratmağa çalışır. Bundan sonra daha çox təcavüz ehtimalı yüksəkdir. Buna görə də, memorandumda nəzərdə tutulan bütün məsələlər müəyyən edilmiş müddətlər ərzində - 30 və 60 gün ərzində həll edilməlidir. 9. Sevimli xalqımızı küçələrdə sarsılmaz varlığını qorumağa çağırırıq. Müqəddəs birliyi qoruyub saxlayaraq və onu poza biləcək hər hansı bir hərəkətdən çəkinərək, bu ilahi missiyanı məhdudlaşdırmağa çalışan bəzi cahil şəxslərin bölücü açıqlamalarını qulaqardına vurmalıyıq. Ali Rəhbər zəruri hesab etdiyi müddətcə xalqın varlığı zəruri və qətiyyətli olaraq qalır. 10. Ekspertlər Şurası xalqın təvazökar xidmətçiləri və onun ayrılmaz bir hissəsi olaraq, hörmətli Ali Liderin və bütün xalqın yanında olmağa davam edəcək. Dövlət rəhbərlərinə uğurlar arzulayaraq, qoyulmuş şərtlərin və verilən vədlərin yerinə yetirilməsini və lazım olduqda dini vəzifəmizi yerinə yetirəcəyimizi gözləyirik. @sebabpress_az

❗️⚠️❗️İranın Ekspertlər Məclisi Ali Rəhbər Ayətullah Seyid Müctəba Xameneiyə dəstək olaraq görünməmiş və vacib bir bəyanat yayıb. Ölkənin ən yüksək dini orqanı olan Ekspertlər Şurasının 86 üzvündən 62-si tərəfindən imzalanan hökumət rəsmilərinə ünvanlanan böyük bir müraciətdə danışıq aparanlardan Ali Rəhbərin müəyyən etdiyi "qırmızı xətlərə" ciddi şəkildə riayət etmələri tələb olunur. Bəyanatda deyilir: 1. Əvvəlki danışıqların mənfi təcrübələrini nəzərə alaraq, danışıqlar aparanları hiyləgər və kinli düşmənin hiylələrinə qarşı son dərəcə ehtiyatlı olmağa çağırırıq. Ali Liderin "qırmızı xətləri"nə riayət etməyin dini bir borc olduğunu və onları pozmağın heç bir halda qəbuledilməz olduğunu unutmamaq vacibdir. 2. Sevimli liderimizin şəhidliyinə görə qisas almağın vacibliyini vurğulayırıq və Donald Tramp və Benyamin Netanyahu lazım olan hər hansı bir vasitə ilə məsuliyyət daşımalıdırlar. 3. Anlaşma memorandumunun hər hansı bir pozulmasına dərhal cavab verilməlidir. Livanda sionist rejimin davam edən atəşkəsi pozması və qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmaqdan imtina etməsi nəzərə alınmaqla, Hörmüz boğazı üzərində nəzarəti ələ keçirməkdən imtina etmək rəsmi vəzifələrə ziddir və düşməni razılaşmanı pozmağa davam etməyə yalnız cəsarətləndirəcək ciddi strateji səhv təşkil edir. 4. Bir daha bildiririk ki, Ali Liderin məcburi göstərişlərinə uyğun olaraq, İranın qanuni nüvə hüquqları danışıqlara və ya yenidən baxılmaya məruz qalmır və danışıqlar prosesindən tamamilə kənarlaşdırılmalıdır. 5. Hörmüz boğazı üzərində nəzarətin bərqərar edilməsi, müharibənin vurduğu ziyana görə kompensasiyanın alınması, dondurulmuş aktivlərin açılması, bütün sanksiyaların tamamilə ləğvi və Amerika qoşunlarının bölgədən çıxarılması Ali Liderin və xalqın sarsılmaz tələbləridir. Bu məqsədlərə ardıcıl olaraq nail olunmalıdır. Bu məsələyə hər hansı bir laqeydlik sərt ictimai reaksiyaya səbəb olacaq. 6. Dövlət məmurları düşmənin təkəbbürünü gücləndirən və ya milli zəiflik və çarəsizlik təəssüratı yaradan açıqlamalar verməkdən çəkinməlidirlər. Xüsusilə də indi, fədakar əsgərlərimizin müqaviməti təkəbbürlü Amerikanı ümidsizliyə saldığı bir vaxtda, milli zəifliyi ifadə edən hər hansı bir açıqlama qəbuledilməzdir. 7. Hər kəs, xüsusən də hörmətli hökumət rəhbərləri bilir ki, vilayət əl-fəqih ("İslam fəqihinin hakimiyyəti") sistemində Ali Liderin fikri və mövqeyi qətidir. Onun son mövqeyi məlum olduqdan sonra heç bir vəzifəli şəxsin ona zidd hərəkət etmək hüququ yoxdur və ya etməməlidir. 8. Mövcud olan bütün dəlillər göstərir ki, düşmən sadəcə vaxt qazanmağa və ABŞ-da keçiriləcək ara seçkilər də daxil olmaqla, qüvvələrini artırmaq üçün fürsət yaratmağa çalışır. Bundan sonra daha çox təcavüz ehtimalı yüksəkdir. Buna görə də, memorandumda nəzərdə tutulan bütün məsələlər müəyyən edilmiş müddətlər ərzində - 30 və 60 gün ərzində həll edilməlidir. 9. Sevimli xalqımızı küçələrdə sarsılmaz varlığını qorumağa çağırırıq. Müqəddəs birliyi qoruyub saxlayaraq və onu poza biləcək hər hansı bir hərəkətdən çəkinərək, bu ilahi missiyanı məhdudlaşdırmağa çalışan bəzi cahil şəxslərin bölücü açıqlamalarını qulaqardına vurmalıyıq. Ali Rəhbər zəruri hesab etdiyi müddətcə xalqın varlığı zəruri və qətiyyətli olaraq qalır. 10. Ekspertlər Şurası xalqın təvazökar xidmətçiləri və onun ayrılmaz bir hissəsi olaraq, hörmətli Ali Liderin və bütün xalqın yanında olmağa davam edəcək. Dövlət rəhbərlərinə uğurlar arzulayaraq, qoyulmuş şərtlərin və verilən vədlərin yerinə yetirilməsini və lazım olduqda dini vəzifəmizi yerinə yetirəcəyimizi gözləyirik. İzlə: @azepulse

⚠️❗️⚠️🇮🇷 İran hərbi mənbəyi: Növbəti saatlarda İnqilab Keşikçiləri Korpusunun dəniz qüvvələrinin döyüşçüləri tərəfindən bu gecə ABŞ işğalçı qüvvələrinə qarşı həyata keçirilən əməliyyatın rəsmi təfərrüatları açıqlanacaq. @sebabpress_az