Neytral Zona
Open in Telegram
Kanalda beynəlxalq münaqişələrdən,müharibələrdən xəbərlər yayımlanır və təhlil edilir. Kanal rəhbəri hərbi jurnalist Səxavət Məmməd YouTube:https://m.youtube.com/@sexavetmemmed
Show more5 842
Subscribers
-924 hours
-217 days
-4330 days
Posts Archive
5 842
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının Sədri Si Cinpin və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp 19 noyabr 2026-cı il tarixində Şençjendə görüş keçiriblər. Rusiya və ABŞ dövlət başçıları bu tarixi üçtərəfli sammitin təşkili və keçirilməsinə görə Çinə minnətdarlıqlarını bildiriblər. Üç dövlətin başçıları mövcud beynəlxalq vəziyyət ətrafında ətraflı fikir mübadiləsi aparıb, strateji sabitliyin və beynəlxalq təhlükəsizliyin qorunmasına sadiq olduqlarını ifadə ediblər.
1. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi Rusiya, Çin və ABŞ qlobal çağırışlara daha səmərəli cavab verə bilməsi və beynəlxalq sülh və təhlükəsizlik sahəsində öz təməl missiyasına uyğun fəaliyyət göstərməsi üçün BMT-nin islahatlarına sadiq olduqlarını bildiriblər.
2. Üç dövlət bütün ölkələrin rifahı naminə neft emalı məhsullarının istehsalını və tədarükünü artırmağı planlaşdırır. Onlar sabit enerji təchizatının vacibliyini təsdiqləyiblər.
3. Üç dövlətin başçıları qeyd edirlər ki, dövlətlərin razılığı prinsipi və dövlətlərin rəsmi şəxslərinin toxunulmazlığına riayət edilməsi təməl əhəmiyyət daşıyır və Beynəlxalq Cinayət Məhkəməsi və digər oxşar strukturların öz səlahiyyətlərindən sui-istifadə etməməli olduqları ilə razılaşırlar.
4. Üç dövlətin başçıları təsdiqləyiblər ki, nüvə müharibəsində qalib ola bilməz və o, heç vaxt başlanmamalıdır. Üç ölkə nüvə risklərinin azaldılması və nüvə silahlarının yayılmasının qarşısının alınması üzrə dialoq aparacaq.
19 Nov, 06:33
5 842
Zelenski tezliklə Böyük Britaniya, Almaniya və Fransa liderləri ilə görüşəcək, bundan sonra isə "İstəklilər Koalisiyası"nın qapalı görüşü keçiriləcək. Bu barədə onun mətbuat katibi Nikiforov məlumat verib.
19 Nov, 06:27
5 842
Danimarka ABŞ-yə Qrenlandiyadakı hərbi mövcudluğunu genişləndirməyə icazə verib.
19 Nov, 06:26
5 842
Putin, Tramp və Si Tszinpin bir bəyanatda nüvə müharibəsində qalibin ola bilməyəcəyini və belə bir müharibənin heç vaxt başlanmamalı olduğunu təsdiqləyiblər.
19 Nov, 05:57
5 842
İranın dəniz blokadasını həyata keçirən ABŞ təyyarədaşıyan gəmisi USS George Washington Fars körfəzini tərk edib.
Kanala üzv olun 👉Neytral Zona
19 Nov, 03:39
5 842
ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleton Konqresdə keçirilən dinləmələrdə İranın amerikalılara qarşı təhlükələrinin həm ölkə daxilində, həm də xaricdə əhəmiyyətli dərəcədə artdığını bildirib.
O, ABŞ vətəndaşlarının hazırda daha böyük təhlükə altında olduğunu vurğulayıb.
Kleton konkret kəşfiyyat məlumatlarını açıqlamasa da, İranın mümkün hücum planlarına qarşı mübarizənin davam etdiyini bildirib.
Kanala üzv olun 👉Neytral Zona
19 Nov, 03:02
5 842
1) USS Theodore Roosevelt Yaxın Şərqə gəlib və bölgədəki digər ABŞ aviadaşıyıcı qüvvələrinə qoşulub.
2) 2000 dəniz piyasası daşıya Makin Island Amfibiya-desant gəmisi və ona bağlı iki gəmidən ibarət qrup Yaxın Şərqə göndərilir
3) Mossad rəhbəri Vaşinqtona səfər edir və İsrail kəşfiyyatının rəhbəri ABŞ rəsmiləri ilə görüşür
4) CENTCOM rəhbərinin bölgəyə səfər edir ABŞ Mərkəzi Komandanlığının rəhbəri MOSSAD və hərbi rəhbərliklə görüşür
5) İranın ABŞ rəsmilərinə qarşı sui-qəsd planları barədə iddialar yayılır
6) CNN ABŞ kəşfiyyatına istinadən yazır ki, İran Vaşinqtonda yüksək vəzifəli şəxsləri radioaktiv materiallı bomba və ya kimyəvi silahla hədəfə almaq istəyir
7) İran danışıqlarda mövqeyini sərtləşdirir
Növbəti ABŞ/İsrail-İran toqquşması qaçılmazdır?
Kanala üzv olun 👉Neytral Zona
19 Nov, 01:18
5 842
Ötən gecə Ukraynanın Krım körpüsünə növbəti hücumu nəticəsində körpünün dəmir yolunda hərəkəti dayandırılıb.
Kanala üzv olun 👉Neytral Zona
19 Nov, 00:09
5 842
Mossad rəhbəri Roman Qofman ötən həftə Vaşinqtona səfəri zamanı İsrail və ABŞ-ın İrana qarşı birgə hücumlarını dəstəklədiyini bildirib. Qofman, digərləri ilə yanaşı, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff ilə görüşüb və Amerika rəsmilərini İsrailin İranla bağlı əldə etdiyi kəşfiyyat məlumatları ilə tanış edib. Qofman Vaşinqtonda olduğu vaxtlarda Baş nazir Benyamin Netanyahuya yaxın olan keçmiş nazir Ron Dermer də ABŞ-a səfər edib və iki ölkənin birgə hücumunu da dəstəkləyib
Reuters
Kanala üzv olun 👉Neytral Zona
18 Nov, 14:44
5 842
İsrail Müdafiə Qüvvələrinin rəisi və Mossad direktoru Yaxın Şərqə səfər edən ABŞ Mərkəzi Komandanlığının rəisi ilə görüşüblər
Kanala üzv olun 👉Neytral Zona
18 Nov, 13:59
5 842
Şərti sərhədin Zod istiqamətində Ermənistan ordusunun hərbi qulluqçusunun başından güllə yarası olan meyiti tapılıb
18 Nov, 13:36
5 842
Reuters agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı döyüş meydanındakı uğursuzluqlara və husilərin Səudiyyə şəhərlərinə vaxtaşırı hücumlarına baxmayaraq, Yəməndəki husilərə qarşı müharibənin ən azı 2027-ci ilin sonuna qədər davam etməsinə hazırlaşır.
Kanala üzv olun 👉Neytral Zona
18 Nov, 12:49
5 842
Avropa Komissiyası 2027-ci ildə Ukraynaya əlavə 45 milyard avro kredit ayırmağı təklif edib ki, bunun 25 milyard avrosu hərbi ehtiyaclara ayrılacaq.
Bu barədə " European Pravda" qəzeti Komissiyanın mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qalan 20 milyard avro dövlət büdcəsinin dəstəyi üçün ayrılıb. Yeni kredit, 2026-2027-ci illəri əhatə edən artıq təsdiq edilmiş 90 milyard avroluq Ukrayna Dəstək Krediti proqramını tamamlayacaq.
Kanala üzv olun 👉Neytral Zona
18 Nov, 11:28
5 842
Almaniya Ukraynanı Avropa tərəfdaşları ilə birgə hazırlanan gələcək FREYJA raketdən müdafiə sistemi üçün radar stansiyaları ilə təchiz edəcək.
"Ukrinform" xəbər verir ki , bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Brüsseldə keçirilən 37-ci Ramşteyn görüşünün yekunlarına dair açıqlama verib
Kanala üzv olun 👉Neytral Zona
18 Nov, 10:27
5 842
İran ABŞ-la danışıqlarda mövqeyini sərtləşdirib
İran ara seçkilərdən sonra ABŞ-la danışıqlarda mövqeyini sərtləşdirib.
The New York Times qəzetinin Amerika, Avropa və İran mənbələrinə istinadən yaydığı məlumata görə, Tehran ABŞ-da baş verən “mavi sunami”ni prezident Donald Trampın siyasətindən narazılığın göstəricisi kimi qiymətləndirib.
Qəzetə danışan İran rəsmiləri Demokratların ara seçkilərdəki qələbəsini “Tehranın Vaşinqton üzərində qələbəsi” kimi qəbul etdiklərini bildiriblər.
Məlumata görə, Amerika və Avropa rəsmiləri arasında İranın müharibəyə son qoymaq istəyib-istəməməsi ilə bağlı da fikir ayrılıqları mövcuddur.
Kanala üzv olun 👉Neytral Zona
18 Nov, 08:57
5 842
İsveç Krallığının Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, İsveç Ukraynaya hərbi yardım üçün 71 milyon dollar ayıracaq.
Kanala üzv olun 👉Neytral Zona
18 Nov, 04:10
5 842
Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə tərəflərin ağır şərtləri razılaşma yoxsa müharibəyə davam-ARB24 ün canlı efirində müzakirəmiz olub.
Kanala üzv olun 👉Neytral Zona
18 Nov, 01:47
