ch
Feedback
Neytral Zona

Neytral Zona

前往频道在 Telegram

Kanalda beynəlxalq münaqişələrdən,müharibələrdən xəbərlər yayımlanır və təhlil edilir. Kanal rəhbəri hərbi jurnalist Səxavət Məmməd YouTube:https://m.youtube.com/@sexavetmemmed

显示更多
5 899
订阅者
-324 小时
-167 天
-6730 天
帖子存档
Azərbaycanın 2026 cı il dövlət büdcəsində neft 65 dollar götürülüb.Hal hazırda Azərbaycan nefti 128 dollardan satılır

🛰️ CNN: İranın Səudiyyədəki ABŞ bazasına zərbəsindən əvvəl 14 Rusiya kəşfiyyat peyki bazanın üzərindən keçib CNN-in araşdırmasına görə, martın 27-də İranın Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasına endirdiyi zərbədən iki gün əvvəl 14 Rusiya kəşfiyyat peyki ardıcıl şəkildə bazanın üzərindən keçib. ABŞ rəsmiləri və kəşfiyyat mənbələri hesab edir ki, həmin peyklərin topladığı məlumatların bir hissəsi İrana ötürülüb və Tehran bundan ABŞ hərbi obyektlərinə daha dəqiq zərbələr endirmək üçün istifadə edib. CNN peyklərin öz görüntülərinə çıxış əldə etməsə də, onların orbitlərini izləyərək Kosmos-2573 də daxil olmaqla 14 Rusiya peykinin bazanın üzərindən keçdiyini müəyyənləşdirib. Bəzi peyklərin yüksək dəqiqlikli görüntülər, digərlərinin isə rabitə və hava hücumundan müdafiə sistemləri barədə məlumat toplamaq imkanına malik olduğu bildirilir. Martın 27-dəki İran zərbəsi nəticəsində 12 amerikalı hərbçi yaralanıb. Zərbə zamanı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus E-3 Sentry AWACS təyyarəsi məhv edilib, bir neçə yanacaqdaşıyan təyyarə, o cümlədən KC-135-lər isə zədələnib. CNN sonrakı görüntülərlə E-3 Sentry-nin məhv edildiyini də təsdiqləyib. CNN-in mənbələrinə görə, Rusiya peyklərindən əldə edilən məlumatların İranın digər ABŞ hədəflərinə qarşı əməliyyatlarında da istifadə edilmiş ola biləcəyi araşdırılır. Moskva isə İranla bu cür kəşfiyyat məlumatlarının paylaşılmasını rədd edir. Kanala abunə olun 👉Neytral Zona

Hazırda dünyada ən asan şey İranı, Rusiyanı, Çini tənqid və ittiham etməkdir. ABŞ İrana hücum etməsə idi, Hörmüzə nəzarət sevdasına düşməsə idi, Hörmüz boğazı bağlana, minalana bilərdimi? Artıq dünya elə bir səviyyəyə gəlib çatıb ki, ABŞ-nin harasa demokratiya gətirməsinə heç kim inanmır. Özləri də etiraf edirlər ki, ABŞ yalnız iqtisadi maraqlarını təmin etmək üçün müdaxilələr edib. ABŞ-nin demokratiya gətirdiyi hər ölkə parça-parça olub, neft-qazı isə ABŞ şirkətlərinin malına çevrilib. Əslində, bütün bunlara görə Trampa xüsusi təşəkkür düşür. Əvvəl bunları yazanda, deyəndə adama dəli kimi baxırdılar, o özü bunu açıq şəkildə dilə gətirəndən sonra hər kəs böyük dövlətlərin və böyük siyasətin mahiyyətini anladı. Heç bir ölkə xalqları düşünmür. İnsanların canı cəhənnəmə, önəmli olan təbii sərvətlərə və logistikaya nəzarət etməkdir. İrana qarşı ABŞ və İsrailin təcavüzündən sonra bir şey də gün üzünə çıxdı: hərbi bazalar ölkələri xilas etmir. Azərbaycanda bir çoxları deyirdi ki, Azərbaycanda Türkiyənin və ya başqa ölkənin hərbi bazası yerləşdirilsin. Son müharibələr göstərdi ki, hərbi baza təhlükədən qoruyan yox, təhlükə yaradandır. Tramp da, Netanyahu da, eləcə də Azərbaycanda bir çox siyasətçilər deyirlər ki, İran nüvə silahı əldə etməməlidir. Ancaq biri də sual vermir ki, İsrailin nüvə silahı olduğu halda Nüvə Silahının Yayılmasının Qarşısının Alınması Haqqında Müqaviləyə (NPT) qoşulmayıb. Sənin varsa, başqasının niyə olmamalıdır? Ümumiyyətlə, bir çoxları unudur ki, İranda atom proqramının və nüvə infrastrukturunun təməlinin əsası məhz ABŞ və şah rejimi (Məhəmməd Rza Pəhləvi) tərəfindən qoyulub. Ən qəribəsi bilirsiniz nədir? Uranın zənginləşdirilməsinin ən yüksək faizi də elə o vaxt olub. Sənin nəzarətində olanda atom, nüvə yaxşı şeydir, nəzarətindən çıxanda pis şey olur? Burdan elə anlaşılmasın ki, İranın, yaxud başqa bir ölkənin nüvə silahı əldə etməsinin tərəfdarıyam. Qətiyyən! Hətta süni intellektin müharibələrdə tətbiqinə belə şəxsən qarşıyam. Bunun fəsadlarını bütün dünya gələcəkdə iliyinə qədər hiss edəcək. Rusiya ətrafında baş verən proseslər də onu göstərir ki, müharibələrin coğrafiyası bir qədər də genişlənə bilər. Polşa, Baltikyanı ölkələr və Suvalki dəhlizi növbəti münaqişə zonasına çevrilə bilər. Hazırda dünya ölkələrinin bir çoxu avantürist, acgöz, siyasi mədəniyyəti olmayan liderlərin, o liderlərin də bir çoxu silah sənayesinin kuklasına çevriliblər. Ona görə də müharibələrin qısa zamanda dayanacağı inandırıcı deyil, əksinə, baş verənləri daha böyük müharibəyə hazırlıq mərhələsi kimi səciyyələndirmək olar. Səxavət Məmməd

Hələ Rusiya-Ukrayna müharibəsinin başlanğıcından qeyd edirdim ki, müharibələrin coğrafiyası genişlənəcək. Çünki bütün dövlətlər hərbi xərclərini artırır, yeni və böyük həcimli silah anlaşmaları imzalayırdılar. Rusiya-Ukrayna müharibəsinin ilk dönəmində müharibənin Avropaya sıçrama ehtimalları müzakirə olunsa da, bunun işartıları görünmürdü. Faktiki olaraq, ABŞ və Qərb ölkələri var gücü ilə Ukraynanı dəstəkləyir, Rusiyanı elə Ukrayna bataqlığında boğmaq istəyirdilər. Müharibə uzandıqca bunun mümkün olmadığı aydın oldu. Bundan əlavə, Trampın hakimiyyətə gəlişi ilə ABŞ-nin də strateji maraqlarında ciddi dəyişikliklər ortaya çıxdı. Bayden administrasiyasından fərqli olaraq, Tramp artıq Ukraynaya yardımlar etmək əvəzinə, silahların pulunu Avropa ölkələrindən alaraq Ukraynaya təhvil verirdi. Trampın Qrenlandiya gedişi isə Avropa ilə ABŞ arasında üzdə görünən ilk əsas fikir ayrılığı kimi ortaya çıxdı. 10 il əvvəl Fransa tərəfindən Avropa ordusunun qurulması təklifi elə Avropa ölkələri tərəfindən linc olunurdusa, artıq bu fikir Avropa ölkələrində daha çox müzakirə olunmağa başladı. Ancaq Avropa ölkələri arasında da vahid mövqe sərgilənmədi və beləcə, Avropa ölkələri özləri öz ordularını qurmaq xəttini seçdilər. Faktiki olaraq, Avropa ölkələrinin hamısı ordu quruculuğuna daha çox önəm verir. Polşa, Almaniya, Fransa təkcə ordu quruculuğuna önəm vermir, həm də Rusiya ilə ola biləcək təhlükəni önləmək üçün addımlar atırlar. Digər tərəfdən isə ABŞ və Avropa İttifaqı uzun illər sonra Arktikanı da silahlandırmağa başlayıblar. Artıq Rusiya ilə Avropanın bütün sərhədləri istiqamətində silahlanma işləri aparılır. HƏMAS-ın İsrailə hücumu ilə başlayan Qəzzadakı müharibə daha sonra genişlənərək Suriya və Livan ərazisinə keçdi. HƏMAS-ın başladığı hücum artıq İsrail mətbuatında da — xüsusilə “Haaretz” kimi nüfuzlu qəzetlərin səhifələrində ciddi müzakirələrə səbəb olub. İsrail mətbuatı açıq şəkildə qeyd edir ki, HƏMAS-ın bu miqyaslı hücumundan İsrail dövlətinin kəşfiyyat vasitəsilə xəbəri olub. Yəni, bu hücum İsrail üçün uzunmüddətli planlar üçün bir bəhanə idi. Ümumiyyətlə, "Böyük İsrail" layihəsi üçün Ərəb Liqasının bütün dövlətləri bir-bir sıradan çıxarıldı. İsrailin böyümək siyasətinə sözdə Türkiyə, əməldə isə yalnız İran qarşı çıxırdı. İran da fərqində idi ki, bir gün ona da növbə çatacaq. Ona görə də İran uzun illərdir ki, hazırda aparılan müharibəyə hazırlaşırdı. İsraillə İran arasındakı ilk 12 günlük toqquşmada İran müharibənin coğrafiyasını genişləndirmədi. Buna səbəb toqquşmada ABŞ, Böyük Britaniya və İordaniyanın İsrailin müdafiə olunmasında fəal iştirak etməsi, lakin hücumda yalnız İsrailin iştirak etməsi idi. Buna görə də İran yalnız İsrailə zərbələr endirməklə kifayətlənirdi. Yalnız 12 günlük toqquşmanın son günü ABŞ İran ərazisindəki nüvə obyektlərini bombaladı. Bu, onu deməyə əsas verirdi ki, bundan sonrakı mərhələdə müharibənin coğrafiyası istər-istəməz genişlənəcək. İran faktiki olaraq 40 günlük müharibə zamanı "etmək olmaz", "edilməz" deyilən hər şeyi etdi. İran Körfəz ölkələrinin ərazisindəki bütün ABŞ hərbi bazalarını, hərbçilərin və kəşfiyyatçıların gizləndiyi otelləri, villaları hədəfə aldı. İran bununla da yekunlaşmadı, İraq ərazisindəki hərbi bazalara, kürd qruplaşmalarına, İordaniyadakı hərbi bazalara aramsız zərbələr endirdi. İranın nüvə və mülki obyektlərə endirilən zərbələrə cavab olaraq İsrail ərazisindəki Dimonaya endirdiyi zərbə isə rəsmi Təl-Əvivin bir qədər reallıq hissini özünə qaytardı. Əslində, bundan sonra müharibə səngimə mərhələsinə qədəm qoydu. Müharibənin gedişində Hizbullahın fəaliyyəti, daha sonra isə husilərlə İranın koordinasiyalı şəkildə endirdiyi zərbələr müharibələrin coğrafiyasının bir qədər də genişlənəcəyini göstərirdi. Faktiki olaraq Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanı yanına aldıqdan sonra cəsarətlənərək Yəmənin paytaxtı Sənadakı hava limanına zərbələr endirdi. Bununla da husilər aktivləşdi və hazırda Hörmüzdən sonra Babül-Məndəb boğazı da ABŞ-nin müttəfiqləri üçün iflic olub.

Yəmən Husiləri bildirirlər ki, onlar Səudiyyəyə məxsus F-15SA təyyarəsini vurublar. İlkin məlumata görə, ekipajın bir üzvü hə
+6
Yəmən Husiləri bildirirlər ki, onlar Səudiyyəyə məxsus F-15SA təyyarəsini vurublar. İlkin məlumata görə, ekipajın bir üzvü həlak olub, ikinci üzvünün taleyi isə məlum deyil.

Amerika rəsmiləri ötən həftə sonu Omanda Husi nümayəndələri ilə görüşdülər. Bu barədə Reuters agentliyinə beş mənbə məlumat verib və onlar görüşün Qırmızı dənizdə Husilərin eskalasiyasından bir neçə gün sonra baş tutduğunu əlavə ediblər.

Deməli... Orada qüvvə olduğundan xəbərləri yox idi. R..L-yə tapşırdım: — Heç bir hərəkət etmə. Atəş açma. Mən qarşılayacağam. Məndən qaçanlar elə bil canlarını qurtarırmış kimi sizin tərəfə qaçacaqlar. Plan quruldu. Sonra gözlədik. Düşmən müəyyən məsafəyə qədər yaxınlaşdı. Açıq əraziyə buraxdıq. Və... atəş açıldı. Gecənin sükutu bir anda parçalandı. Bir neçə saniyə əvvəl bizi üşüdən qaranlıq indi güllələrin işığında titrəyirdi. Düşmən geri çəkilməyə başladı. Bizim gözlədiyimiz də elə bu idi. Qaçanlar R..L-nin bölüyünün qarşısına çıxırdı. Tələ bu dəfə bizim yox, onların üçün qurulmuşdu. Geri çəkilərkən az əvvəlki taktiki hazırlıqdan əsər-əlamət qalmamışdı. Döyüş təcrübəsizliyi dərhal özünü göstərirdi. Kim olduqları barədə dəqiq fikir söyləmək çətin idi. Ya XTQ kursunu yeni bitirmişdilər, ya daxili qoşun, polis və ya başqa bir qurumun xüsusi təyinatlıları idi. Amma bir həqiqət aydın idi: Müharibə kağız üzərində öyrənilən dərs deyil. İnsan güllə səsinin altında öyrənir ki, planla gerçəkliyin arasında nə qədər böyük uçurum var. İtkilər verib geri çəkildilər. Hətta yaralılarını belə geridə qoydular. Və bu, həmin gecənin bizim istiqamətdə son atışması oldu. Bəlkə də 12–14 sentyabr döyüşlərinin bizim üçün son güllələri idi. Sonra göy üzü yavaş-yavaş rəngini dəyişməyə başladı. Qaranlığın yerini bozluq aldı. Bozluğun yerini səhər. Gün yenicə qızırdı ki, rabitədən xəbər gəldi: Atəşkəs. Böyük İşıqlıda sükut yenidən başladı. Amma bu dəfə başqa cür sükut idi. Atəşdən sonrakı sükut... Bir saat keçməmiş düşmən qüvvələri artıq görüntüyə çıxmağa başladılar. Əraziyə baxır, çox güman, itkilərini axtarır, yeni mövqelər qazmağa başlayırdılar. Biz isə başqa bir işə başladıq. Əsgərlərimi başıma yığdım. Növbəni təşkil etdim. Sonra qalan əsgərlər üçün özüm yemək hazırladım. Ardınca kofe dəmlədim. Gecənin soyuğunu, döyüşün ağırlığını, yuxusuzluğu bir neçə dəqiqəlik də olsa unutmaq üçün hamıya kofe verdim. O an düşündüm: Bir neçə saat əvvəl bir-birimizi qorumaq üçün atəş açırdıq. İndi isə eyni adamlarla bir fincan kofeni bölüşürdük. Müharibənin ən böyük paradoksu budur. İnsan yaşamaq üçün öldürməyə məcbur qalır, sonra sağ qalanların qarşısında oturub onlara isti kofe verir. Və heç kim danışmır. Çünki bəzi gecələr haqqında danışmağa söz çatmır. Sadəcə baxırsan. Dağa. Əsgərinə. Səhərə. Və içindən keçir: Bitdi... Bu tapşırıq bitmişdi. Hədəfimizə çatmışdıq. Hətta gözlədiyimizdən də artığına. İndi yeni azad etdiyimiz yüksəklikləri gələcək heyətə təhvil verib geri dönməyimizə sayılı günlər qalırdı. Böyük İşıqlı isə öz yaddaşını artıq yazmışdı. 3570 metr. Azərbaycan–Ermənistan cəbhəsində dəniz səviyyəsindən ən hündür döyüş meydanı. Həmin gecə orada yalnız güllələr susmadı. Bir dövr də susdu. Səhər açıldı. Günəş doğdu. Biz isindik. Amma o gün başa düşdüm ki, insanı əslində günəş yox, geri dönəcəyinə inandığı insanlar isidir. Böyük İşıqlı bizi yola salmağa hazırlaşırdı. Biz isə hələ bilmirdik ki, dağdan ayrılmaq asandır... Dağın içində qalan gecələrdən ayrılmaq isə heç vaxt. Azərbaycan Ordusunun ehtiyyatda olan zabiti Mahir Hüseyn

BÖYÜK İŞIQLIDA SON ATƏŞ 14 avqust 2022-ci il. Gecə saat üç radələri idi. Böyük İşıqlının zirvəsində — 3570 metrlik yüksəklikdə gecə gücləndirməsi verilmişdi. Soyuq dişlərimizin arasından keçirdi. Bir-birimizə baxmadan, dişlərimiz bir-birinə dəyə-dəyə səhərin açılmasını gözləyirdik. Gecə temperaturu sıfıra qədər düşürdü. Amma bilirdik ki, günəş çıxandan sonra hava ən azı 15 dərəcəyə qədər isinəcək. Bəzən insanın bütün ümidləri bir günəş şüasına sığır. Bizim üçün də səhər sadəcə səhər deyildi. Günəş həm də istilik idi. Bir az nəfəs almaq, bir az isinmək, bir az da gecənin ağırlığını çiyinlərimizdən atmaq demək idi. Amma həmin gecə günəş çıxmamış başqa bir xəbər gəldi. Rabitədən gələn məlumat içimizdə qəribə bir həyəcan istiliyi yaratdı. Ətrafımızdakı mövqelərə düşmənin əks hücumu başlamışdı. Həmin mövqelər mənə çox yaxın idi. Amma orada bizim briqadanın yox, dost qüvvə olan digər briqadanın şəxsi heyəti dayanmışdı. Gecə görmə vasitələrini götürüb ətrafı müşahidə etdim. Arxamda, sağımda, solumda... Qaranlığın içində hərəkət edən kölgələr artıq kölgə deyildi. Düşmənin canlı qüvvəsi yaxınlaşırdı. Oradakı uşaqlar üçün narahat idim. Məlumatı bütün mövqelərə çatdırdıqca içimdəki narahatlıq bir qədər səngidi. Hamı hazır idi. Rabitəçim, MAXE Məmmədova digər briqadanın tezliyinə daxil olmağı tapşırdım. Trubkanı götürən kimi qonşuluğumdakı bölüyün komandiri R..L-ni çağırdım. Cavab verdi. Müşahidəni davam etdirdiyini, hər şeyin nəzarətdə olduğunu bildirdi. Hətta digər mövqelərə dəstək göndərmək fikrində olduğunu dedi. Bizim tərəfdə isə qəribə bir sakitlik vardı. Çox qəribə... Binokulu gözümə yaxınlaşdırdım. Ətrafdakı mövqelərə baxmağa başladım. Və elə həmin anda qarnımda şiddətli sancı başladı. Binokulu əlimdən salacaq qədər güclü idi. Mədəmi qucaqladım. Yeməkdən oldu? Yoxsa ayaq yoluna getmədiyimdəndir? Sonra bir fikir gəldi ağlıma. Bu ağrını mən tanıyırdım. İki il əvvəl, 2020-ci ildə Pirəhmədli döyüşündə də eyni sancı məni tutmuşdu. Belimdən soyuq tərin axdığını hiss etdim. Bəzi şeyləri ağıl anlamamışdan əvvəl bədən anlayır. Mən bunu çox sonra dərk etdim. Anidən geri çevrilib müşahidə sektorlarına tərəf qaçdım. Növbə tutan əsgərlər təəccüblə mənə baxdılar. Axı hər şey sakit görünürdü. Amma beynimdə suallar bir-birinin ardınca partlayırdı: Hakim yüksəklik buradırsa, niyə hücum başqa mövqelərədir? Onları geri almaq istəyirlər, bəs buranı niyə demək olar ki, nəzərdən qaçırırlar? Bayaqdan həmin mövqelərə yaxınlaşırlar, amma niyə həmlə etmirlər? Niyə əks-hücum niyyətlərini bu qədər açıq göstərirlər? Qarşımızda sadə bir düşmən yox idi. Hiyləgər düşmən idi. Və müharibədə bəzən ən təhlükəli şey atəş deyil. Sükutdur. Dərhal rabitəçimə baxdım. — Digər briqadanın tezliyinə gir! Rabitə dağılırdı. İki saniyədən bir kiminsə səsi gəlirdi. Onlarla adam eyni vaxtda danışırdı. R..L-ni çağırdım. Amma heç kim məni eşitmirdi. Səsimi yüksəltdim: — Hamı danışığı kəssin! MAHİRƏM! MƏN MAHİRƏM! HEÇ KİM MƏLUMAT ÖTÜRMƏSİN! R..L, MAHİRƏM! SƏN MƏNİ TANIYIRSAN! TƏCİLİ CAVAB VER! Cavab yox idi. Bir daha: — R..L! MAHİRƏM! TƏCİLİ CAVAB VER! Sonra rabitədə başqa bir səs eşidildi: — Mahir kimdirsə, vacib mesajı var. Hamı danışığı kəssin. Yalnız R..L cavab versin! Nəhayət, R..L cavab verdi. Ona adam göndərməməyi tapşırdım. Əksinə, daha diqqətli müşahidə etməli idi. Çünki artıq mənim üçün hər şey aydınlaşmağa başlayırdı. Oralarda əks-hücum, burada isə sakitlik... Bu, hücum deyildi. Bu, bir tələ idi. Və tələnin içindən artıq qurdun qulaqları görünürdü. Elə həmin an müşahidə sektorlarından bir-birinin ardınca məlumat gəldi: Düşmənin taktiki yaxınlaşması müşahidə olunur. Əmr verdim: — Mənim əmrim olmadan heç kim atəş açmasın! Gecə görmə vasitələri ilə onları izləməyə başladım. Gələnlər xüsusi hazırlıqlı idilər. Hərəkətlərindən bunu hiss etmək olurdu. Yaxınlaşma tərzlərində, bir-birlərini qorumaqlarında, taktiki davranışlarında hazırlıq görünürdü. Amma bir detal vardı. Çox vacib bir detal. Onlar yalnız mənim olduğum istiqamətdən qorunurdular. Solumdakı qonşu bölüyün istiqamətinə isə demək olar ki, diqqət etmirdilər.

🇺🇸🇮🇱 ABŞ İsrailə 40 min ağır bomba satmağa hazırlaşır – 2,8 milyard dollarlıq paket ABŞ administrasiyası İsrailə ümumi dəyəri 2,8 milyard dollar olan yeni silah paketini hazırlayır. ABŞ rəsmilərinə istinad edən The Washington Post və Reuters yazır ki, paketə hər biri təxminən 900 kq ağırlığında olan 40 min aviasiya bombası daxildir. Paketdə: 🔹 20 min MK-84 🔹 20 min BLU-117 🔹 20 min I-2000 Penetrator döyüş başlığı olması nəzərdə tutulur. I-2000 Penetrator döyüş başlığı möhkəmləndirilmiş və yeraltı hədəflərə qarşı istifadə üçün nəzərdə tutulub. Məlumata görə, ABŞ Konqresinin müvafiq komitələri planlaşdırılan satış barədə artıq məlumatlandırılıb. Lakin paket hələ yekun rəsmiləşdirilməyib. Kanala abunə olun 👉Neytral Zona

Baltik dənizində Rusiya-NATO gərginliyi,PUA təxribatlarının arxasında hansı güclər var,siyasi vəzifəlilərin ultimatumları-ARB24 ün canlı efirində fikirlərimizi səsləndirdik. Kanala abunə olun 👉Neytral Zona

Yəmən Husiləri bildirirlər ki, onlar Səudiyyəyə məxsus F-15SA təyyarəsini vurublar. İlkin məlumata görə, ekipajın bir üzvü həlak olub, ikinci üzvünün taleyi isə məlum deyil.

Rusiya: Leipzig aeroportundakı dron insidentində “Ukrayna izi” var NATO ölkələrinin xüsusi xidmət orqanları hökumətlərinə Almaniyanın Leipzig aeroportunda baş vermiş dron insidenti ilə bağlı “çoxsaylı Ukrayna izi” barədə məlumat veriblər. Bu barədə Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) məlumat yayıb. SVR-in iddiasına görə, NATO ölkələrinin kəşfiyyat xidmətləri hadisədə Rusiyanın iştirakına dair sübut aşkar etməyib. Buna baxmayaraq, Qərb ölkələri hadisəyə görə Moskvanı məsul göstərən mövqeni davam etdirirlər. Qeyd edək ki, hadisə ilə bağlı Almaniya tərəfi daha əvvəl Rusiyanın mümkün iştirakını araşdırıb. SVR-in yeni iddiaları isə hazırda müstəqil Qərb mənbələri tərəfindən təsdiqlənməyib. Kanala abunə olun 👉Neytral Zona

‼️🇬🇧🇺🇸🇳🇱 Britaniya, ABŞ və Niderland İranla əlaqəli casus proqram barədə xəbərdarlıq yayıb — Reuters Böyük Britaniya, ABŞ və Niderland İranla əlaqəli dövlət aktyorlarının dissidentləri, fəalları və jurnalistləri hədəfə almaq üçün istifadə etdiyi iddia edilən “CHOSEN BRICK” adlı casus proqramla bağlı birgə kibertəhlükəsizlik xəbərdarlığı yayıb. ▪️ Britaniyanın Milli Kiber Təhlükəsizlik Mərkəzinin (NCSC) məlumatına görə, İranla əlaqəli kiberaktyorlar WhatsApp və Telegram kimi mesajlaşma platformalarında fişinq və sosial mühəndislik üsullarından istifadə ediblər. ▪️ Hücum edənlər əvvəlcə hədəflərin etibar etdiyi şəxsləri təqlid edərək onlarla əlaqə qurub, daha sonra zərərli proqram təminatını yükləməyə çalışıblar. ▪️ “CHOSEN BRICK” elektron poçtları, kontaktları və sosial media mesajlarını oğurlaya, ekran görüntülərini əldə edə və cihazın mikrofonuna çıxış verə bilir. ▪️ NCSC bildirir ki, bəzi qurbanların şəxsi məlumatları sonradan İran tərəfdarı olan məlumat sızdırma saytlarında yayımlanıb. ▪️ Britaniya, ABŞ və Niderlandın təhlükəsizlik qurumları bu əməliyyatların İranın dövlət qurumları ilə əlaqəli aktyorlar tərəfindən həyata keçirildiyini bildirir. Reuters-in məlumatına görə, İranın Londondakı səfirliyi bu ittihamlara münasibət bildirməyib. Kanala abunə olun 👉Neytral Zona

Vaşinqton Kiyevə Rusiya neft sektoruna zərbələri azaltmaq üçün təzyiqi artıracaqmı? Trampın bu mövqeyi Putinlə mümkün danışıqların perspektivinə necə təsir göstərə bilər? Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a bildirib ki, Donald Trampın Ukraynanın Rusiyanın neft emalı zavodlarına və dizel infrastrukturuna endirdiyi zərbələri dayandırmaqla bağlı açıq çağırışı müharibənin gedişatında mühüm strateji dönüş nöqtəsidir: “Bu addım Vaşinqtonun xarici siyasətində prioritetlərin dəyişdiyini və daxili iqtisadi maraqların hərbi hədəflərdən üstün tutulduğunu nümayiş etdirir. Donald Tramp və onun komandası artıq seçkiləri ciddi şəkildə düşünməyə başlayıb. Tramp da bilir ki, əgər neft qiymətləri artan xətlə gedəcəksə, onun hakimiyyəti yarımçıq qala bilər. Bu çağırışın müharibədə yeni mərhələnin başlanğıcı olması ehtimalı yüksəkdir. ABŞ rəhbərliyi ilk dəfədir ki, daxili bazarda yanacaq qiymətlərinin artması fonunda Ukraynanın hərbi taktikasına açıq şəkildə məhdudiyyət qoyulmasını tələb edir. Bu, Vaşinqtonun Kiyevə verdiyi dəstəyin artıq şərtli olduğunu və ABŞ-nin daxili siyasi sabitliyi ilə birbaşa əlaqəli olduğunu göstərir. Vaşinqtonun bu istiqamətdə təzyiqləri artırması qaçılmazdır, çünki Ukrayna hərbi və maliyyə yardımlarından kritik dərəcədə asılıdır. Nəticədə Kiyev Rusiya iqtisadiyyatını və hərbi maliyyələşməsini zəiflətmək üçün tətbiq etdiyi bu effektiv strategiyadan qismən geri çəkilməyə məcbur qala bilər”. Hərbi ekspert onu da diqqətə çatdırıb ki, Rusiya neft emalına zərbələrin dayanması Moskvanın müharibə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirə bilər: “Son dövrlərdə bu zərbələr Rusiya daxilində ciddi yanacaq böhranına və ixrac məhdudiyyətlərinə səbəb olmuşdu. Hücumların dayanması Moskvanın daxili bazarını sabitləşdirməsinə, itirilmiş ixrac gəlirlərini bərpa etməsinə və uzunmüddətli müharibə aparmaq potensialını artırmasına şərait yaradacaq. Faktiki olaraq bu baş verərsə, Rusiya nəinki Ukrayna, daha böyük müharibəyə də girə bilər. Yaxın Şərqdəki enerji böhranı və qlobal bazarlardakı qeyri-sabitlik də ABŞ-ni Ukrayna müharibəsinə münasibətini yenidən nəzərdən keçirməyə vadar edən əsas amillərdəndir. Ağ Ev qlobal enerji böhranının dərinləşməsinin və daxili inflyasiya təzyiqlərinin qarşısını almaq üçün bu cür sərt tənzimləmələrə əl atır. Trampın bu mövqeyi Putinlə mümkün danışıqların perspektivinə birbaşa təsir göstərir. Moskva bu cür bəyanatları Qərb koalisiyasının həmrəyliyində çatlar və ABŞ tərəfindən edilmiş dolayı güzəşt kimi qiymətləndirə bilər. Bu yanaşma Kremli gələcək diplomatik proseslərə və sülh danışıqlarına daha həvəsli və güclü mövqedən yanaşmağa sövq edə bilər. Hörmüz boğazı faktiki olaraq bağlanıb, husilər Bab əl-Məndəb boğazına nəzarət edir, əvvəllər neft qiymətlərinə əsas təsir edən dövlət Səudiyyə idisə, artıq bu da dəyişib, Səudiyyə özü çətin vəziyyətə düşüb, digər tərəfdən isə Rusiyanın neft ixracı ağırlaşmışdı. Bütün bunlara baxdıqda, ABŞ-nin Rusiya ilə razılaşmalara getməsi inandırıcıdır”. 🖋️Cavanşir Abbaslı

"Bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir. Müsəlman aləmini gözdən salmaq, ləkələmək, terrorla eyniləşdirmək, bizim dəyərlərimizə qarşı, müqəddəs "Qurani-Kərim"ə qarşı o təhqiredici faktlar. Siz hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox! Bu, məqsədyönlü siyasətdir. Biz də nə qoymalıyıq bunun qabağına? Ancaq birliyimizi!" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyaya məxsus reaktiv mühərrikli dronları vurmaq üçün F-16 qırıcı təyyarələrindən istifadə edir. "Ukrinform" un məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kanadaya səfəri zamanı televiziya ilə yayımlanan marafon çıxışında bildirib . Bunun üçün F-16 qırıcıları AIM-9 və AIM-120 hava-hava raketlərindən istifadə edir Kanala abunə olun 👉Neytral Zona

🇸🇦🇾🇪 Səudiyyə Ərəbistanı və Yəmən husilərə qarşı ABŞ-dan yardım istəyib — POLITICO Səudiyyə Ərəbistanı və Yəmən husilərin hücumları və bölgədə artan təhlükə ilə bağlı ABŞ-dan yardım istəyib. POLITICO yazır ki, Yəmən ABŞ-dan ölkənin silahlı qüvvələrinə və humanitar proqramlara dəstəyin bərpa olunmasını istəyib. Səudiyyə Ərəbistanı isə Vaşinqtonun diqqətini husilərin fəaliyyətinə yönəltməyə çalışır. Məlumata görə, husilər sentyabrın 3-dən etibarən Qırmızı dəniz sahilində hökumətin nəzarətində olan bir sıra əraziləri, həmçinin strateji Perim adasını ələ keçiriblər. ABŞ-ın isə hazırda Yəməndə birbaşa hərbi müdaxiləyə qoşulmağa ehtiyatla yanaşdığı bildirilir. Kanala abunə olun 👉Neytral Zona

ABŞ-ın İran müharibəsində sursat çatışmazlığı yaşadığı rəsmən təsdiqlənib ABŞ Müdafiə Nazirliyinin Baş Müfəttişinin İranla müharibə ilə bağlı ilk hesabatında döyüşlərin ABŞ ordusunda sursat çatışmazlığı və təchizat zəncirində ciddi “tıxaclar” yaratdığı bildirilib. Hesabata görə, Pentaqon yaranmış çatışmazlığı aradan qaldırmaq və silah-sursat ehtiyatlarını bərpa etmək üçün tədbirlər görür. Müharibənin iyunun 30-dək ABŞ-a ümumi dəyəri 33,4 milyard dollar olub. Bunun 22,3 milyard dolları istifadə olunan silah-sursata, 3,7 milyard dolları isə hərbi texnika itkilərinə, 7,4 milyard dolları digər əməliyyat xərclərinə sərf edilib. Hesabat həmçinin ABŞ ordusunun çox sayda hərbi texnika və pilotsuz uçuş aparatı itirdiyini göstərib. Bu, Prezident Donald Tramp və müdafiə naziri Pit Heqsettin ABŞ-ın sursat çatışmazlığı yaşadığı barədə məlumatları təkzib etməsindən sonra Vaşinqton daxilindən problemin ilk rəsmi təsdiqi kimi qiymətləndirilir. Kanala abunə olun 👉Neytral Zona