en
Feedback
AZƏRBAYCAN YAZINI

AZƏRBAYCAN YAZINI

Open in Telegram

🇦🇿 Azərbaycandilli Teleqram seqmentində unikal layihəsi; 📚 Bizim doğma ədəbiyyatımız və ondan haqqında; 📱 Cihazlardan bizə qoşulmaq linki: https://t.me/+hE1dtJY6UtQ4MWVi 📝 Çatımıza keçid: https://t.me/az_yazyny_chat 🖋 Dərhal bizə abunə olun!

Show more
624
Subscribers
+124 hours
-147 days
-1730 days
Posts Archive
"Azərbaycanın azad olunması" plakatı. Rəssamı Əzim Əzimzadə, 1921 il. Yazının (sağdan sola) latına çevrilməsi: «Azərbaycan ic
"Azərbaycanın azad olunması" plakatı. Rəssamı Əzim Əzimzadə, 1921 il. Yazının (sağdan sola) latına çevrilməsi: «Azərbaycan ictimai şura cümhuriyyəti. Cümlə cihan füqərayi-kasibələri bitrləşiŋ! Yoldaşlar, hər bir namuslu və qeyrətli vətəndaş vətəninə olan borcunu - əsgərliyini - ifa etməlidir. Yoldaşlar Azərbaycan qırmızı ordusuna yazılıŋız ..... Qırmızı əsgər - qırmızı bayraq altında vuruşan əsgərlər mədənlərimizi saxlayacaqdır. Əsgərliyə (???) cəvanlar, yaşasın zəhmətkeşlərin xilaskarı olan sosialism. Kəndli, biçin vaxtı qurtardığına görə orağını buraxıb tüfəng götürməliyəm. Kəndli balalarım siz və azad salamat yaşadığınız üçün mən əsgər gedirəm. Qırmızı əsgər, qırmızı bayraq altında çarpışan qırmızı əsgəriŋ qarşısında kimsə durmaz qaçar. Qırmızı əsgər, əsgərlik vəzifəsini yerinə yetirdikdən soŋra ailəmlə bir yerdə yaşamaq nə böyük xoşbəxtlikdir» #afiş #incesenet #sovet #azerbaycan_dili @irs_azerbaijan

Repost from N/a
اۆمیدین کسمه معجز، یاز آنان تعلیم ائدن دیلده گزر بیر ارمغان تک دفترین بیل چین و تاتاری. 👤: میرزه علی مؤعجۆز شبیسترلی «دۏغۇم
اۆمیدین کسمه معجز، یاز آنان تعلیم ائدن دیلده گزر بیر ارمغان تک دفترین بیل چین و تاتاری. 👤: میرزه علی مؤعجۆز شبیسترلی «دۏغۇم گۆنۆ ۹ آغلار-گۆلردیر.» Ümidin kəsmə Möcüz, yaz anan təlim edən dildə Gəzər bir ərməğan tək dəftərin bil Çin o Tatarı. 👤: Mirzə Əli Möcüz Şəbistərli «doğum günü 29 martdır@dushunenturk

Repost from Tolmaç Channel
FASTING | ПОСТ / говенье, голодание, воздержание от пищи / 🇹🇷 Türkçe: oruç 🇦🇿 Türkcə: oruc, ruzə 🇹🇲 Türkmençe: oraza, agyz bekleme 🇺🇿 Oʻzbekcha: roʻza 🇰🇿 Qazaqşa: oraza 🇰🇬 Qırğızça: orozo 🏴 Uyghurche: roza 🏴 Tatarça: uraza 🏴 Başqortsa: uraða 🏴 Çovaşla: tipö, urasa 🇺🇿 Qaraqalpaqsha: oraza 🇹🇷 Qırımtatarca: oraza 🏴 Qumuqça: oraza 🏴 Qaraçay-Malqar: oraza, tıyıw 🏴 Noğayşa: oraza 🏴 Sıbırca: urasa (óraza, uraza) 🇲🇩 Gagauzça: horuç (oruç) 🏴 Saqalí: kuránaq künneî 🏴 Tıvalap: mastık, şeer 🏴 Salırça: aş xusax 🏴 Xakastap: oraza, çağban tuzı 🏴 Altay: orozo 🏴 Şor: oraza 🏴 Urumça: oruc (oruç) 🏴 Qarayçe: oruç 🏴 Qrımçahça: oruç

Tərifsiz bir ağrı var ruhumun baharında İstəyir ki, getsin geri zamanın axarında Nə olacaq davamında, bilən var mı aranızda?
Tərifsiz bir ağrı var ruhumun baharında İstəyir ki, getsin geri zamanın axarında Nə olacaq davamında, bilən var mı aranızda? Həyat hər gedənə bir vidadır bax axırda #izləyicimiz Elmir Cəfərov 📬 @kitablardansitatlar24

Repost from Elektron kitab
✒ Qabil Əhmədov - 2143-cü il 📃 Bu topludakı bədii yazılar elmi-fatastika janrındadır. ¤ Omne iqnatum pro maqnifiko ¤ Errare hyumanum est ¤ Tertium non datur ¤ Lövhi məfhuz ¤ Vera in tsessik patuit dea (2143-cü il) #azərbaycanca #ilkdəfə #elmifantastika 📮@elektron_kitab

Repost from Səda
Hər aşiqə öz istədiyi yarı gözəldir, Hər bülbülə öz sevdiyi gülzarı gözəldir. İlqarı gözəl olmayanı istəməz aşiq, Can ver elə canana ki, ilqarı gözəldir. Mən bir uca boylu gözəlin zülfünə bəndəm Ruxsari gözəl, şivəsi, rəftarı gözəldir. Yüzlərcə gözəl başqa vilayətdə də çoxdur, Amma bizim ölkə bütün – elcari gözəldir. Yar olsa mənimlə, mənə biganə nə eylər? Uçmaz elə bir xanə ki, memarı gözəldir. Mən istədiyimçün o gülü qeyri də sevdi, Qiymətli o şeydir ki, xiridari gözəldir. Vahid, mənə insaf elə, sima ile baxma! Əhsən elə bir şairə-əsəri gözəldir. 👤Əliağa Vahid / #qəzəl 📍@pdf_kitablar | @carchinews

Repost from N/a
Talib oldum bir bağbanın bağına, Bağban bəsləyibdir bar şirin-şirin, İstəsən ki, mətləbinə çatasan, Qul ol, qulluğunda dur şirin-şirin. Kamil bağban çəkər bağın cəfasın, Gülün iylər, sürər zövq-ü səfasın, Bir gözəlin başdan görsən vəfasın, İstəsə, canını ver şirin-şirin. Canım qurban ala gözüm məstinə, Nə durubsan şirin canım qəsdinə, Üzüm qoyum o gül üzün üstünə, Qarışsın bir birə tər şirin-şirin. Hərcayı sözləri Hüseyn eşitməz, Haqdan bəla gəlsə, dosta tuş etməz, Girsən yar qoynuna yəğin üşütməz, Yağsa zimistanda qar şirin-şirin. #AşıqHüseynBozalqanlı

Repost from N/a
📣Yeni video: @ayamasuz Zəfər Himni | Üzeyir Hacıbəyov & Səməd Vurğun 🗣️İfa edir: ART Xoru https://youtu.be/ydqiRKkgU4o?si=aMsu3p-OzSM-U-ns

Repost from Milli-Kimlik
‼️📖 Şəki, yoxsa Nuxa? Şəki şəhərinin bir müddət Nuxa adlanmasının səbəbi yəqin ki, oxucularımız üçün də maraqlıdır. Yunan coğrafiyaçısı Klaudius Ptolemaeus (100-170) qeyd edirdi ki, Alban şəhərlərindən biri də Niqa adlı yaşayış məntəqəsidir. Məşhur sovet-tatar tarixçisi və filoloqu, Ukrayna Elmlər Ajademiyasının qurucusu Ağatanğel Yefim Qırımlı (1871-1942) isə yazırdı ki, Niqa toponimi sonradan Nuxaya çevrilmişdir. Nuxa adlı yaşayış məntəqəsi indiki Şəki şəhərinin yerləşdiyi ərazidə, bugün Yuxarıbaş adlanan yerdə yerləşirdi. Əsl Şəki isə bir qədər cənubda idi. 1772-ci ildə güclü sel Şəkini yerlə yeksan etdi. Bu fəlakətdən sonra şəhər əhalisi qərara aldı ki, Kiş çayının dağıdıcı təsirinə məruz qalmayan yerdə məskunlaşsın. Beləliklə, Şəki camaatı Nuxa kəndinə köçdü. Şəki şəhərinin uzun müddət Nuxa adlanmasının səbəbi məhz budur. Onu da vurğulayaq ki, qədim Şəki və Nuxada yaşayanlar bir elin, bir tayfanın üzvləri idilər. P.S. Şəkinin 2.700 yaşı var. Şəhəri əhatə edən dağlar isə 11 milyon il əvvəl yaranmışdır. Şəki ziyalısı Qalib Əsədovun paylaşımında, "Şəki və onun təbabət tarixi" kitabından. Redaktə etdi: Milli Kimlik Araşdırmalar Qrupunun üzvü Araz Şəhrili #toponimika #şəki

Dilimiziŋ çin [həqiqi, orijinal] adını qorumaq üçün yayarıŋ adında dəyişiklik etdik. 👉 Turcomanica 👈
Dilimiziŋ çin [həqiqi, orijinal] adını qorumaq üçün yayarıŋ adında dəyişiklik etdik. 👉 Turcomanica 👈

Repost from N/a
This is Azerbaijan🇦🇿 #Gözəl_Azərbaycan🇦🇿

Yavaş-yavaş gecə keçər Heç bilmirəm necə keçər. Durub səni düşündükcə Qoşun çəkər xatirələr Şirin günlər düşər yada. Ürək deyər, ayrılığın Başı batsın bu dünyada. Qələm istər şeir yaza Yollar uzun...səbr qısa... Sənsiz canım oda yanar Sənsiz canım dönər buza Sənsiz ömrüm gedər bada. Ürək, deyər ayrılığın Üzü dönsün bu dünyada. Ay çəkilər yuxu kimi, Bir ovçunun oxu kimi. Hamı deyər, hamı gülər Mən gülmərəm çoxu kimi. Düşünərəm o qıza kaş Əlim yetə, səsim çata. Ürək deyər ayrılığın Gözü çıxsın bu dünyada. Çölda tufan haray çəkər, Salar fǝğan, haray çǝkǝr. Yerdə durub mən susaram Göydə bulud alay çǝkǝr. Şirin günlər, şirin çağlar Bir-bir gəlib düşər yada. Ürək deyər ayrılığın Başı batsın bu dünyada. Cabir Novruz ~ Ayrılıq nəğməsi #şeir 📬 @kitablardansitatlar24

Repost from Azerbaijan DNA
​Один из патеральных родственников главы партии «Мусават», создателя Азербайджанской Демократической Республики в 1918 году Мамед Эмина Расулзаде, был протестирован на 12 STR маркёров Y гаплогруппы. Результаты выявили следующий субклад: J1 —> J-Z2215 —> J-Z18471 —> J-Z1842. Данная подветвь была найдена у образца с куро-аракской культуры и распространена на Восточном Кавказе. Стоит отметить, что, хоть и Мамед Эмин Расулзаде родился в посёлке #Новханы в Абшероне, согласно камеральному описанию, его отец Молла Алекбер был из села #Ших_Хызы в #Хызы и позже переехал. ——— 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, Müsavat partiyasının öndəri Məhəmməd Əmin Rəsulzadənin ata qohumlarından biri Y haploqrupunun 12 STR marker testindən keçirilib. Nəticələr bu altqolu aşkar etdi: J1 -> J-Z2215 -> J-Z18471 -> J-Z1842. Bu altqol Kür-Araz mədəniyyətindən nümunədə tapılıb və Şərqi Qafqazda geniş yayılmışdır. Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadə Abşeronun #Novxanı qəsəbəsində anadan olsa da, kameral təsvirə görə, atası Molla Ələkbər Xızının #Şıx_Xızı kəndindən olub və sonra Novxanıya köçüb. Azerbaijan DNA

Repost from Oğuz Eli
🇦🇿 Tanınmış Azərbaycan siyasi xadimi, Azərbaycan millətçiliyin görkəmli siması və "Difai" partiyasın qurucusu Ahməd-bəy Ağa
🇦🇿 Tanınmış Azərbaycan siyasi xadimi, Azərbaycan millətçiliyin görkəmli siması və "Difai" partiyasın qurucusu Ahməd-bəy Ağaoğlu bu sözləri demişdir: "Həmrəylik vəzifədir. Bu vəzifəni icra etməyənlər ölkə vətəndaşlığını itirirlər." Перевод: "Солидарность – это долг. Те, кто не выполняет эту обязанность, теряют гражданство." - Ахмед-бек Агаоглу - выдающийся азербайджанский политический деятель, одна из видных фигур азербайджанского национализма, основатель партии "Дифаи"

Repost from Səda
📕 Şərif Ağayar - Arzulardan sonrakı həyat #Azərbaycanca #Ədəbiyyat #Roman 🔖 Minilliklərin o üzü və bu üzü… Tarix, mif, din, yalan və həqiqət… Dəyişməyən ümid – Arzular. İnsan əlini daim naməlum sabahlara uzadır, sabahlarsa bitmir. Bu, min il əvvəl də beləydi, bu gün də belədir, sabah da belə olacaq. Dəyişən zaman, məkan və görüntüdür. Ruh sirli yolunu davam etdirir və daim azadlıq axtarışındadır. «Arzulardan Sonrakı Şəhər» bizi günümüzün və uzaq-yaxın tariximizin mənzərəsi fonunda həqiqətin azca aralanmış qapısından düşən işığa çağırır. Onun çatdırmaq istədiyi mesaj millətindən, dilindən, inancından asılı olmadan hamımıza ünvanlanıb: savaş əbədi məğlubiyyətdir, bəşəriyyət ondan vaz keçmədən Arzulardan Sonrakı heç nəyi yaşaya bilməyəcək. 📖 Səhifə sayı : 234 📍@pdf_kitablar | @carchinews

Dəmbədəm gər düşsə gözdən, dürri-əşkim, vəchi var, Yaş uşaqlardır yetim, onlarda yox rəsmi-ədəb. -Füzuli

Repost from Tolmaç Channel
Rusça olan -ov/-yev soyadı sonlukları alsında -ın/-in/-un/-ün ekleri demek ve "kimin" sorusuna cevap veriyor: Örneğin, 🇦🇿 İ. Əliyev 🔵 İ. Əlinin (İ. Əliniŋ) 🇰🇿 QS. Toqayev 🔵 QS. Toqayıŋ 🇺🇿 S. Mirziyoyev 🔵 S. Mirziyoning 🇰🇬 S. Japarov 🔵 S. Japarıŋ 🇹🇲 G. Berdimuhamedow 🔵 G. Berdimuhamediň rusça -in/-ın ile biten soyadları Altın Ordu zamanı soyadı eki olaraq alınmış.

Repost from Səda
📕Amin Səfərov - Mən susmasam, anam susacaq #azərbaycanca #izləyicimizdən 🔖 Bir qadın uğruna bütün həyatını fəda edən bir insanın hekayəsi. Yox, bu qadın romantikadan əriyən bir məşuqə yox, övladının sevgisiylə yaşayan, övladının varlığından güc alan bir anadır. Oxumaqmı ağırdır, yaşamaqmı? Bu sualın cavabı çox dəqiqdir: yaşamaq. Bəs niyə? Çünki insanlar problemlərdən ömürboyu əziyyyət çəkir, ömürboyu bu problemlərlə yaşayır. Biz isə bu problemləri oxumağa yalnızca iki dəqiqə xərcləyirik. Yalnızca iki dəqiqə. 📖 Səhifə sayı: 2 📍@pdf_kitablar | @carchinews

Repost from Память
20 yanvar gecəsinin səhəri işıqlı olmadı. Qanlı gecənin səhəri qan içində açıldı. 20 yanvar gecəsinin işığı 2023 ildə yandı. İşığın parlaq və sönməz olsun, Azərbaycan! @bookingaz