XƏBƏRLƏR l LİVE
Open in Telegram
Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9
Show more8 773
Subscribers
-824 hours
-487 days
-21430 days
Posts Archive
8 772
🇦🇲 Nikol Paşinyan: Kifayət qədər uzun müddətdir ki, Azərbaycanla Ermənistan arasında razılaşma var: əgər əsgər azıb qarşı tərəfə keçərsə, qısa müddət ərzində geri qaytarılır. Sonuncu Azərbaycan əsgərini [Ruslan Pənahov nəzərdə tutur] məhz bu prinsiplə geri qaytardıq. Araşdırma aparılıb və Azərbaycan əsgərinin həqiqətən də sadəcə olaraq itkin düşdüyü təsdiqlənib. Onu nədəsə ittiham etməyə əsas olmadığına əmin olub, onu azadlığa buraxdıq. Əminəm ki, qarşı tərəf də əsgərimiz itərsə, eyni prinsiplə hərəkət edəcək.
t.me/xeberlerlive
8 772
‼️Hərbi xidmət üzrə çağırışçının xidmətə yararsız olması barədə hərbi biletlə təmin edilməsi müqabilində 5 min 700 manat pul alan Xəlil Əsgərov saxlanılaraq barəsində cinayət işi başlanılıb.
t.me/xeberlerlive
8 772
💨 Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur
Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.
t.me/xeberlerlive
8 772
🇮🇷 İran Ermənistana görə Azərbaycanla savaşmağa hazırdır.
🇮🇷🇦🇲 İran Ermənistan vasitəsilə dəhlizin açılmasının qarşısını almaq üçün hərbi müdaxiləyə hazırdır”.
📢Bu iddia ilə İran-Ermənistan Əməkdaşlığının İnkişafı Fondunun rəhbəri Pouya Hüseyni çıxış edib.
“İran prezidenti daha öncə bəyan edib ki, Tehran Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Bu, İranın Ermənistan ərazisindən keçən dəhlizin açılmasının qarşısını almaq üçün hərbi müdaxiləyə hazır olduğunu deməyə əsas verir. İranın ali rəhbəri həm Putinə, həm də Ərdoğana Ermənistanla sərhədin kəsilməsinə icazə verməyəcəyini deyib”, – Hüseyni vurğulayıb.
t.me/xeberlerlive
8 772
🇮🇷 İran Ermənistana görə Azərbaycanla savaşmağa hazırdır.
🇮🇷🇦🇲 İran Ermənistan vasitəsilə dəhlizin açılmasının qarşısını almaq üçün hərbi müdaxiləyə hazırdır”.
📢Bu iddia ilə İran-Ermənistan Əməkdaşlığının İnkişafı Fondunun rəhbəri Pouya Hüseyni çıxış edib.
“İran prezidenti daha öncə bəyan edib ki, Tehran Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Bu, İranın Ermənistan ərazisindən keçən dəhlizin açılmasının qarşısını almaq üçün hərbi müdaxiləyə hazır olduğunu deməyə əsas verir. İranın ali rəhbəri həm Putinə, həm də Ərdoğana Ermənistanla sərhədin kəsilməsinə icazə verməyəcəyini deyib”, – Hüseyni vurğulayıb.
t.me/xeberlerlive
8 772
❗️DİQQƏT! Araşdırma zamanı məlum olub ki, bu məlumatların Azərbaycanla heç bir əlaqəsi yoxdur.
Belə ki, yanvarın 7-də eyni məzmunlu saxta paylaşımlar Kazanda da yayılıb.
“Tatar manyak” teleqram kanalının müəllifi yanvarın 9-da Tatarıstanın paytaxtında “ət və qan günü” təşkil edəcəyinə söz verib.
İlin ilk günlərindən sosial şəbəkələrdə anonim müəllifin təhdidləri ilə bağlı məlumatlar yayılmağa başlayıb, Telegram izləyicilərində təşviş yaranıb.
" Tətildən sonra məktəblərdə qətliam törədəcəyi ilə bağlı anonim təhdidlərə görə valideynlərin övladlarını dərsə buraxmaqdan çəkindiyi barədə xəbərlər yayılıb. Şəhər rəhbərliyi vəziyyətə müdaxilə etməli olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, vəziyyətin sabitliyini pozmaq və panika yaratmaq məqsədi ilə birdən-birə bir neçə rayon və şəhərdə belə saxta hesablar yaranıb. Kanal artıq mövcud deyil, məlumat təsdiqini tapmayıb. Üstəlik, ilkin məlumatlara görə, kanalların müəllifləri hətta ölkədə deyillər"-deyə Kazan mediasının yazdıqlarında qeyd olunub.
APA-nın araşdırması zamanı məlum olub ki, eynilə bu gün yaradılmış saxta hesab vasitəsilə Kazanda tətbiq olunmuş mətndə məktəb nömrələri və ticarət mərkəzlərinin adı dəyişdirilərək, Azərbaycan seqmentinə ünvanlanıb. Bu isə onu deməyə əsas verir ki, müxtəlif cəmiyyətlərdə təşviş yaratmağa yönəlmiş saxta məlumatlarla bu dəfə azərbaycanlı valideynlər sınanılıb.
t.me/xeberlerlive
📌 t.me/herbi_azerbaijan
8 772
🇮🇳🇦🇲 Hindistandan Ermənistana bir yük təyyarələrinin uçuşu qeydə alınıb. Çox güman silah-sursat daşınır.
t.me/xeberlerlive
8 772
⚡ Sosial şəbəkələrdə Azərbaycanda terror aktlarının törədiləcəyi ilə bağlı xəbərdarlıqlar yayılıb.
"Teleqram"da "Халифат Азeрбайджан" adlı qrupun paylaşımları valideynlər arasında təşviş yaradıb.
Paylaşımda bir qrup şəxs tərəfindən müəyyən məktəblərdə və ticarət mərkəzində azyaşlıların kütləvi qətlinin həyata keçiriləcəyi bildirilib.
Belə ki, həmin qrup sözügedən platformadan ismarışlar ötürərək məktəblərə basqın edəcəklərini, şagirdləri öldürəcəklərini bildiriblər: "16, 18, 61, 56, 6, 1, 203, 27, 55, 9, 90, 177, 42, 165, 23, 35, 207 saylı məktəblərdə uşaqlar güllələnəcək. Biz beş, ya da 25 nəfər ola bilərik. Polis bizi tuta bilməz. Sizin boğazınızı üzəcəyik, öz məktəblərinizdə məhv olacaqsınız" deyə, mesajda bildirilir.
Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, DİN məsələdən məlumatlıdır, dərhal araşdırmalara başlanılıb.
t.me/xeberlerlive
8 772
🇷🇺Putin xarici agentlərin resurslarında reklam yerləşdirməyi qadağan edən qanunu imzalayıb
Həmçinin:
🐳 İngilis dənizçilərinə Barents dənizinin Rusiya zonasında balıq tutmağa icazə verən 1956-cı il müqaviləsini ləğv edən qanun imzalandı.
t.me/xeberlerlive
8 772
Sabah Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olacaq.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında deyib.
t.me/xeberlerlive
8 772
⚡⚡⚡Müdafiə Nazirliyinin məlumatı:
Martın 11-i saat 12:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əsrik yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrakopter vasitəsi ilə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.
Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatı xüsusi texniki vasitələrlə zərərsizləşdirilib.
t.me/xeberlerlive l MN
8 772
Azərbaycan İsraildən raket və təyyarələrin erkən aşkarlanması üçün qabaqcıl sistemlə təchiz edilmiş “Sky Dew” aerostatını alıb.
Bu barədə İsrail KİV-ləri bildirib.
t.me/xeberlerlive
8 772
“General-mayor” rütbəsi alan Elçin Məmmədov
E.Məmmədov ötən il Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi təyin edilib.
O, DQ-nin N saylı hərbi hissəsinin komandiri olub.
General-mayor Elçin Məmmədov bundan öncə “Vətən uğrunda” medalına layiq görülüb.
t.me/xeberlerlive
8 772
❌ Bir neçə gün əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar.
⚠️ “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi verilişlərə görə kanal rəhbərliklərinə xəbərdarlıq edilib.
t.me/xeberlerlive
8 772
🇦🇿Daxili Qoşunların bir qrup hərbi qulluqçusu “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib – SƏRƏNCAM
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının bir qrup hərbi qulluqçusunun “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında təltif edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər:
Ələkbərov Nicat Vaqif oğlu – polkovnik
Abdulkərimov Tural Akif oğlu – polkovnik-leytenant
Əliyev Telman Elyaz oğlu – polkovnik-leytenant
Həsənov Əli Vaqif oğlu – polkovnik-leytenant
Qurbanov Anar İsa oğlu – polkovnik-leytenant
Məmmədov Xəyyam Loğman oğlu – polkovnik-leytenant
Ağayev Nemət Mir Tahir oğlu – mayor
Əliyev Rasim Nurməmməd oğlu – mayor
Quliyev Malik Əlipənah oğlu – mayor
Məhərrəmov Sətdar Razim oğlu – mayor
Niftəliyev Ayaz Tofiq oğlu – mayor
Məmmədov Bilal Şahin oğlu – kapitan
t.me/xeberlerlive
8 772
🇺🇸🇹🇷 Türkiyə ABŞ və Rusiyadan sərhədləri yaxınlığında hərbi əməliyyatlar keçirmək üçün icazə istəməyəcək, Türkiyənin müdafiə naziri Gülər Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində bildirib.
t.me/xeberlerlive
8 772
🇦🇿🇰🇿 Qazaxıstan Prezidenti Qasım Jomart-Tokayev Bakıya rəsmi səfərə gəlib.
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə məhdud tərkibdə görüşü başlayıb.
t.me/xeberlerlive
8 772
🔥 “Azəriqaz” İstehsalat Birliyinin (İB) sədri Ruslan Əliyev vəzifəsindən azad edildi.
t.me/xeberlerlive
8 772
❗️ Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-i saat 06:00-dək uzadılıb.
Available now! Telegram Research 2025 — the year's key insights 
