7 588
订阅者
-324 小时
-287 天
-16330 天
帖子存档
7 587
🇫🇷🇦🇿 Məlum oldu ki, Makron Dağlıq Qarabağ müharibəsi zamanı və ondan sonra Ermənistana dəstək istədi və bütün Qərb ölkələri, o cümlədən ABŞ və Vatikandakı Papa dəstək verməkdən çəkindi.
Yelisey sarayından sızmış məlumatlara əsaslanaraq, Fransa lideri ermənilərin taleyini səmimiyyətlə dəstəkləyən yeganə liderdir, lakin Fransanın təşəbbüsləri nəticə verməyib.
Yelisey sarayı bu məlumatı yaymaqla Azərbaycanla bağlı planlarının iflasa uğramasında ABŞ-ı, Vatikanı və ona dəstək verməyən başqalarını günahlandırmaq istəyir. Çünki Makron prezident İlham Əliyevə məğlubiyyətini etiraf etmək istəmir. Lakin Makron İlham Əliyevə uduzub.
t.me/xeberlerlive / Le Figaro
27 3月 2024, 17:43
7 587
🇮🇱🇺🇸İsrailli (təqaüddə olan) general-mayor İtzhak Brik:
▫️Bütün raketlərimiz, sursatlarımız, idarə olunan bombalarımız və döyüş təyyarələrimiz ABŞ-dan gəlir.
▫️Onlar kranı bağladıqları anda müharibəni davam etdirə bilməzsən.
▫️Sənin o qabiliyyətin yoxdur. Hamı bilsin ki, Birləşmiş Ştatlar olmadan biz bu müharibə ilə mübarizə apara bilmərik.
t.me/xeberlerlive
27 3月 2024, 17:18
7 587
🔥 Sabah bəzi rayonlarda qaz olmayacaq:
▪️ Kürdəmir rayonunun Kürdəmir şəhəri və rayonun 52 kəndi,
▪️ Göyçay rayonunun Göyçay şəhəri və rayonun 25 kəndi,
▪️ Füzuli rayonunun Horadiz şəhəri, 13 kənd və 5 qəsəbəsi,
▪️ Bakının Suraxanı rayonunun Bahar, Dədə Qorqud və Suraxanı qəsəbələri, eləcə də A.Rzayev və X. Ələkbərov küçələri
t.me/xeberlerlive
27 3月 2024, 16:27
7 587
⚡️⚡️⚡️Rusiya paytaxtı Moskvanın şimal-qərbində yerləşən “Şuka” ticarət mərkəzi bomba təhlükəsi ilə əlaqədar boşaldılıb.
t.me/xeberlerlive
27 3月 2024, 14:37
7 587
🔥🔥 "Kəndləri təhvil verməsək, Azərbaycanın hücuma keçəcəyini istisna etmirəm. Təbii ki, bu məntiqlə çıxış etmək olmaz. İndi bizi tənqid edən adamlar var, deyirlər, torpaq veririk. Lakin sərhəddə yaşayan sakinlər özləri hər qarış torpağın kimə məxsus olduğunu çox gözəl bilirlər. Məsələn, bu kəndlərin bizə məxsus olduğunu deyənlər var, mən bunu sübut edə biləcək adamlar axtarıram. O kəndlərə yaxın yaşayanlar da, Robert Köçəryan da, Serj Sargisyan da və bütün Ermənistan səlahiyyətliləri bilirlər ki, o kəndlər Azərbaycanın olub. Bu yeni bir bilgi deyil. Biz o vaxt Gürcüstana gedəndə də həmin əraziyə baxıb deyirdik, bura Azərbaycandır". - Ermənistan parlamentinin spikeri Alen Simonyan
t.me/xeberlerlive
27 3月 2024, 14:26
7 587
🔴Rusiya XİN Azərbaycan və Ermənistan arasındakı anklavlarla bağlı:
🔴Tərəfləri bu mövzuda maksimal dərəcədə təmkinli olmağa, aqressiv ritorikadan çəkinməyə çağırırıq.
🔴Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyalar çərçivəsində həll etmək lazımdır.
🔴Biz nadir kartoqrafik materialların mövcudluğunu nəzərə alaraq maksimal dərəcədə yardım etməyə hazırıq.
🔴Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması ilə məşğul olan Üçtərəfli İşçi Qrupun fəaliyyətini bərpa edilməlidir.
t.me/xeberlerlive
27 3月 2024, 12:26
7 587
🇦🇿🇷🇺 2023-cü ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 17% artaraq 4,4 milyard ABŞ dollarla rekord həddə çatıb.
“17 faizlik artım Azərbaycan vasitəsilə nəyinsə reeksportu deyil, bu, xüsusilə sənaye kooperasiyası üzrə böyük layihələrdir”, - Rusiyanın Bakıdakı səfiri Mixail Evdokimov daha əvvəl bildirib.
Bundan əlavə, bu ilin əvvəlində iki ölkənin milli valyutalarından istifadə 54%-i ötüb.
t.me/xeberlerlive
27 3月 2024, 12:00
7 587
🥀Xocalıda Şəhidlər xiyabanı salınır
Bunu Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov deyib.
İH başçısı bildirib ki, Şəhidlər xiyabanında Xocalıda qazıntı işləri aparılan zaman aşkarlanan kütləvi məzarlıqdan tapılan 7 nəfər Xocalı sakininin qalıqları dəfn olunacaq.
t.me/xeberlerlive / APA
27 3月 2024, 07:11
7 587
🇦🇿🇦🇲 “Hraparak” qəzeti:
➖ "İlham Əliyev son görüşdə Paşinyana irad bildirib. Buna səbəb deputat Hakop Aslanyanın "Bizə 1,5-2 il lazımdır ki, özümüzə gələk və onlarla başqa formada danışaq"-açıqlamasıdır".
➖ "İlham Əliyev bu açıqlamanı Paşinyanın qarşısına qoyub, bildirib ki, sizin komandada qisasçı insanlar var".
➖ "Paşinyan isə qapalı iclasda Aslanyanı sərt şəkildə tənqid edib".
t.me/MutluTurkum
27 3月 2024, 04:06
7 587
Repost from Bütöv Azərbaycan Tarixi🇦🇿𒀭
🎭Bu gün Beynəlxalq Teatr Günüdür.
Teatr xadimlərini və teatr sevərləri əlamətdar gün münasibətilə təbrik edirik !
t.me/MutluTurkum
27 3月 2024, 03:18
7 587
Qubadlı rayonunda sursat aşkar edilib.
Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Mahmudlu kəndi ərazisindən xeyli sayda sursat aşkar ediblər.
Aşkar edilən 1 mina, 73 minaatan mərmisi və 1000-ə yaxın patron aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
t.me/xeberlerlive
27 3月 2024, 02:21
7 587
🇷🇸Serbiya prezidenti Vuçiç bildirib ki, son 48 saat ərzində ölkədə baş verə biləcək təhlükə ilə bağlı vacib məlumat alıb.
↔️O bildirib ki, son iki gündə ona danışmaqda çətinlik çəkdiyi xəbərlər gəlib:
“Hazırda mənim üçün son 48 saat ərzində hansı xəbərləri aldığımızı söyləmək asan deyil. Yaxın günlərdə mən Serbiya xalqını qarşıda duran bütün çağırışlar barədə məlumatlandıracağam. Həmişə olduğu kimi çətin olacaq. Biz mübarizə aparacağıq. Serbiya qalib gələcək”.
O, hələlik bunun nədən ibarət olduğunu dəqiqləşdirməyib.
t.me/xeberlerlive
27 3月 2024, 01:20
7 587
🇦🇿🇪🇺Azərbaycan XİN: Aİ və ABŞ-nin açıqlamaları qərəzli xarakter daşıyır
“Aİ-Ermənistan-ABŞ müştərək konfransı açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır.”
t.me/xeberlerlive
27 3月 2024, 01:19
7 587
DİN❗️4 nəfər Qırğız Respublikası vətəndaşının Azərbaycanda yeri müəyyən edilib və onlar təhvil veriliblər
Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilmişdir.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərərək araşdırmalarla həmin şəxslər barəsində toplanmış məlumatı Qırğız tərəfinə təqdim etmişdir. Araşdırmalar nəticəsində şübhəli şəxs qismində saxlanılan həmin şəxslərdən birinin Rusiya Federasiyası, digərinin isə Azərbaycan Respublikası ərazisində əvvəllər cinayət törədərək məhkum olduğu müəyyən edilmişdir.
Həmçinin, Qırğız Respublikası hüquq-mühafizə orqanlarının müraciəti əsasında haqqında bəhs olunan şəxslərlə əlaqələrinin olmasında şübhəli bilinən 4 nəfər Qırğız Respublikası vətəndaşının Azərbaycan Respublikası ərazisində yeri müəyyən edilmiş və onlar Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil verilmişlər.
t.me/xeberlerlive
26 3月 2024, 12:17
7 587
⚡️Ermənistan prezidentinin rəsmi saytından əvvəllər istifadə edilmiş “Artsax” (Azərbaycanın Qarabağ bölgəsinə ermənilərin verdikləri qondarma ad) sözü silinib.
t.me/xeberlerlive
26 3月 2024, 10:49
7 587
‼️ Paşinyan bildirib ki, yaxın vaxtlarda Azərbaycanın 4 kəndi təhvil veriləcək.
t.me/xeberlerlive / Ermənistanın "Hraparak" nəşri
26 3月 2024, 06:07
7 587
🇷🇺🇦🇲Kremlin mətbuat katibi Peskov:
▫️“Ermənistan Rusiya Federasiyası üçün qardaş ölkədən də artıqdır, baxmayaraq ki, iki ölkə hazırda münasibətlərdə kifayət qədər çətin dövrünü yaşayır: “Bu, qardaşlıqdan da artıqdır, çünki burada Ermənistanın özündən daha çox erməni yaşayır.
▫️Rusiya Federasiyasının vətəndaşları olan bu ermənilərin iqtisadi fəaliyyəti hələ də Ermənistanın ümumi büdcəsinin çox böyük faizini- ildə bir neçə milyard dollara qədər təşkil edir. Ümid edirik ki, əlaqələrimizin inkişafını davam etdirmək üçün İrəvanda siyasi iradə qalib gələcək və biz bu çətin dövrdən uğurla keçəcəyik”.
t.me/xeberlerlive
26 3月 2024, 04:33
7 587
🌐Anklavlarla bağlı açıqlamalar:
• "Caliber": Ermənistan tərəfindən işğal olunmuş 4 Azərbaycan kəndinin geri qaytarılmasının sözdən əmələ keçid prosesində ləngimə müşahidə olunur. Biz Bakının çox gözləmək fikrində olmadığını bildiririk.
🇪🇺 Aİ nümayəndəsi Toyvo Klaar: Azərbaycanın media kanallarında Ermənistana qarşı təhdidlər qəbuledilməzdir. Sərhədlərin delimitasiyası prosesində danışıqlara ehtiyac var.
🇦🇿Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə: Kəndlər ərazi mübahisəsi məsələsi deyil. Cənab Klaar Ermənistan mediasında qanunsuz işğalın davam etdirilməsi üçün mübarizə çağırışlarına tamamilə məhəl qoymur.
t.me/xeberlerlive
25 3月 2024, 16:07
7 587
⚡ "Krokusda terror aktının radikal islamçılar tərəfindən törədildiyini bilirik"
t.me/xeberlerlive / Vladimir Putin
25 3月 2024, 14:03
