XƏBƏRLƏR l LİVE
Open in Telegram
Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9
Show more8 812
Subscribers
-624 hours
-477 days
-22730 days
Posts Archive
8 809
⚡️İranın Ermənistandakı səfiri: "Qondarma Zəngəzur dəhlizi ideyası heç bir vaxt reallaşmayacaq"
t.me/xeberlerlive
8 809
❗Kəşfiyyat məlumatlarını ermənilərə onlar ötürür
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin Ermənistan-Azərbaycan sərhədində işləyən AB-nin Ermənistandakı missiyasının monitorinq adı altında Rusiya, Azərbaycan və İrana qarşı mübarizə aparmaq üçün kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olduğunu bildirib.
Həmçinin, son günlərdə Ermənistan sərhəddə bir neçə dəfə təxribat törədib. Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Ordumuzun Kəlbəcər rayonu və Naxçıvanda yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Unikal-a açıqlamasında ermənilərin məqsədini anlamağın çətin olduğunu bildirib.
"Vizual şəkildə hansı kəşfiyyat məlumatını toplamaq olar, bu da sual altındadır. Əminəm ki, kəşfiyyat məlumatları onlara Fransa tərəfindən ötürülür. Onlar bu məlumatları müxtəlif müasir üsullar və avadanlıqlarla toplayırlar.
Ermənilər Fransa Prezidenti Emmanuel Makronun ölkələrinə səfəri olacağını planlaşdırırlar. Son günlərdə sərhəddə təxribatlar törətmələri də məhz bununla bağlıdır.
Ermənilər göstərmək istəyirlər ki, guya, onlar üçün təhlükə var. Bu barədə hansısa bəyanatların və vədlərin verilməsini istəyirlər.
Yəni, həmişəki kimi, ermənilər təxribat xarakterli siyasət yürüdürlər və köhnə üsullarından istifadə edirlər", - deyə o qeyd edib.
t.me/xeberlerlive
8 809
🇦🇿MN: Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin döyüş hazırlığını yoxlayıb.
t.me/xeberlerlive
8 809
❗#SONDƏQİQƏ : Hərbçimiz odlu silahla özünü öldürüb
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Abbasov Vəli Asəf oğlu odlu silahdan istifadə etməklə özünü öldürüb.
Faktla bağlı cinayət işi başlanıb.
Daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, eləcə də izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir.
Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.
t.me/xeberlerlive
8 809
Kəlbəcərdə mövqelərimiz atəşə tutulub
Sentyabrın 5-i saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
t.me/xeberlerlive
8 809
🇦🇲❗🇦🇿 Ermənistan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyalar haqqında Əsasnaməni təsdiqləyib
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Avqustun 30-da Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, İrəvan və Bakı sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalayıb.
Qərarın layihəsində qeyd olunur ki, əsasnamə delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur.
Əsasnamə və onun əsasında qəbul ediləcək sənədlər delimitasiya işlərinin gedişatının təmin edilməsinin hüquqi əsaslarını tamamlayacaq.
t.me/xeberlerlive
8 809
⚡️MN: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
Sentyabrın 4-ü saat 19:35 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
t.me/xeberlerlive
8 809
İsmayıllı Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var -KİV
t.me/xeberlerlive
8 809
Azərbaycan XİN: Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanda guya Fransa vətəndaşlarının saxlanıldığı və hədəf alındığı barədə əsassız iddiaları səbəb gətirirək, Azərbaycana dair açıqladığı sərt səyahət xəbərdarlığını qətiyyətlə pisləyirik.
XİN: Fransa vətəndaşlarının əsassız olaraq saxlanıldığı və həbs edildiyi barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur. Bu əsassız bəyanat reallığın təhrif olunmasıdır.
XİN: Biz bir daha Fransa tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik.
t.me/xeberlerlive
8 809
🚫Sabah Qələbə - 20 Yanvar dairəsi istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Sabah saat 06:00-dan etibarən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində Əsəd Əhmədov küçəsindən Heydər Hüseynov küçəsinə qədər olan hissədə ("Qələbə dairəsi"-dən 20 Yanvar dairəsi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
t.me/xeberlerlive
8 809
+4
❗️❗️Ermənistan Silahlı Qüvvələrinin Qafan istiqamətində yeni hərbi hissə yaratdığı barədə məlumatlar yayılıb.
8 809
❗#SONDƏQİQƏ : İran Ermənistandan keçərək Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək marşrutu dəstəklədiyinə görə Rusiyanın səfirini XİN-ə çağırıb
Rusiyanın Tehrandakı səfiri ilə İran Xarici İşlər Nazirliyinin Avrasiya üzrə baş direktorunun görüşü keçirilib.
Bu barədə İran XİN məlumat yayıb.
Qeyd edilib ki, nazirliyin Avrasiya üzrə baş direktoru Dəmirçilu Rusiyanın Tehrandakı səfiri ilə görüşündə davamlı sülhün təminatçısı və regional sülhün əsası olan ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı maraqlarına hörmətdən danışıb.
Görüşdə Qafqazda cari proseslər ətrafında fikir mübadiləsi aparılıb, ölkələrin regionda sülh və stabil olmasına dəstək, region ölkələri arasında əməkdaşlığın inkişafına köməklik göstərilməsi, beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi ilə mübarizə aparılması vurğulanıb.
Tərəflər, həmçinin qarşıdan gələn görüşlə bağlı bütün tərəflərin maraqlarını nəzərə alaraq, məsələlərin həlli və regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə və iqtisadi planların həyata keçirilməsinə kömək etmək üçün region ölkələrinin imkanlarından istifadə edilməsinin vacibliyini vurğulayıblar.
Həmçinin “3+3” məsləhət mexanizminin qarşıdan gələn iclasını və İran, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşünü müzakirə olunub.
t.me/xeberlerlive
8 809
❗️Azərbaycan Prezidenti və xanımı Kəlbəcərə səfər etdiyi zaman, Paşinyan da öz xanımı ilə Zəngəzura səfər edib.
t.me/xeberlerlive
8 809
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “Azərenerji” ASC-nin 22,5 MVt gücündə olan “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər.
Prezident Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolundakı 4-cü tuneldə və yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olub.
Prezident İlham Əliyev Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub.
t.me/xeberlerlive
8 809
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Xudavəng monastır kompleksində olublar.
t.me/xeberlerlive
8 809
Hikmət Hacıyev: Hazırda Ermənistan və Azərbaycan arasında reqlament razılaşdırılıb.
Razılaşmaya uyğun olaraq zəmin və çərçivə yaradılır ki, delimitasiya prosesi aparılsın.
Qarşılıqlı anlaşma şəraitində proses bundan sonra da ikitərəfli əsasda davam edəcək
t.me/xeberlerlive
8 809
🚗 Kəlbəcərdə avtomobil aşıb, ölən var
"VAZ-21099" markalı avtomobilin aşması nəticəsində 1979-cu il təvəllüdlü, tikinti şirkətlərinin birində işləyən Rəsul Quliyev hadisə yerində ölüb.
Digər sərnişin M.Nəcəfov müxtəlif bədən xəsarətləri alıb.
t.me/xeberlerlive
8 809
+2
İstisu (Cermuk) Hava Limanında Ermənistanın yeni hərbi hissəsi.
t.me/xeberlerlive
Available now! Telegram Research 2025 — the year's key insights 
