XƏBƏRLƏR l LİVE
Open in Telegram
Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9
Show more8 844
Subscribers
-1124 hours
-637 days
-24530 days
Posts Archive
8 845
Repost from Miriyev TV
🏆İlham Əliyev: Mən oyunlarınızın son dördünü izləmişəm və tam əminliklə deyə bilərəm ki, bu qələbə ədalətli mübarizədə qazanılmış qələbədir. Siz bu qələbəyə layiqsiniz. Arzu edirəm ki, bu qələbələrin davamı olsun.
t.me/miriyevtv
8 845
Repost from Miriyev TV
$15,000-a qədər 100% bonus əldə edin
🔥 XM 15 illik yubileyi şərəfinə kampaniyaya start verdi!
4 həftə. 4 şans. 15.000 dollara qədər bonuslar.
Hər zamankindən daha çox qazanmağa hazırsınız?
📌 XM ən böyük beynəlxalq ticarət platformalarından biridir: milyonlarla istifadəçi, 1000+ alət, sürətli pul yatırma və çıxarma, ödənişsiz təlim.
Qeydiyyatdan keçin və ticarətə başlayın və XM əmanətinizi ikiqat edəcək
#15ilXM #15YearAnniversaryPromo #DahaÇoxTicarətDahaÇoxQazanc #XM #XMGlobalPromo
8 845
🆕 İçərişəhər qoruğunda parklanma üçün yalnız 300 avtomobilə icazə veriləcək.
😀 Parking ödənişi yalnız nağdsız olmalıdır.
💸 Qiymətlər: İlk 15 dəqiqə üçün 3 AZN, sonrakı hər saat üçün 5 AZN
t.me/xeberlerlive
8 845
Repost from Miriyev TV
⚡⚡Messi Azərbaycan minifutbol millisini qələbə münasibətilə təbrik edib
t.me/miriyevtv
8 845
🇦🇿Azərbaycan minifutbol üzrə dünya çempionatının qalibi oldu.
Yığmamız finalda Macarıstan komandasını 4:2 hesabı ilə məğlub edib.
Təbriklər!
t.me/xeberlerlive
8 845
🇦🇿 İyun ayında ölkə ərazisində 10 gün qeyri-iş günü olacaq.
Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən 6,7,8 və 9 iyun tarixlərində Qurban bayramı ilə əlaqədar 4 gün təqvimə əlavə edilib.
t.me/xeberlerlive
8 845
Repost from Miriyev TV
FANTASTİKA ❗️ Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatında finala yüksəlib.
🇦🇿 Azərbaycan 2-1 Monteneqro 🇲🇪
t.me/miriyevtv
8 845
❗️Ermənistanda hakimiyyətlə kilsə arasında qalmaqal dərinləşir
Baş nazir Nikol Paşinyanın partiyasının parlament fraksiyasının katibi Artur Ovanisyan, ölkənin dini rəhbərlərinə qarşı sərt bəyanat verib. O, “pozğun və rəzil həyat tərzi keçirib bunu cübbə ilə ört-basdır edən” bütün keşişlərin maskasını cırmaqla hədələyib. Jurnalistlərin “hakimiyyət bu məlumatları haradan alır?” sualına isə Ovanisyan cavab verib ki, “maskaların cırılacağı zaman hər şey açıqlanacaq”. Xatırladaq ki, bu gərginliyin əsası Baş nazir Paşinyanın arxiyepiskop Baqrat Qalstanyanın tənqidlərinə sərt reaksiya verməsi ilə qoyulub. Qalstanyan Paşinyanın əxlaqi və şəxsi keyfiyyətlərini şübhə altına alaraq onu dəfələrlə ictimai şəkildə tənqid edib. Paşinyanın rəsmi nikahda olmaması isə bu tənqidlərin əsas mövzularından biri olub. Paşinyanın həyat yoldaşı Anna Akopyan isə sosial şəbəkədə erməni ruhanilərini “riyakarlıqda, əxlaqsızlıqda və saxta dini təqvada” ittiham edib, hətta bəzi yazılarında keşişləri uşaqbazlıqda günahlandırıb. Ermənistanda siyasi hakimiyyət və kilsə arasında açıq qarşıdurma artıq gündəmin əsas mövzusudur.t.me/xeberlerlive
8 845
‼️MN: Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb
Mayın 30-da gecə saat 00:10-dan 01:00-dək Azərbaycan Ordusunun bölmələrinin guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açması nəticəsində yaşayış evinə ziyan dəyməsi və bir xırdabuynuzlu heyvanın tələf olması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır.
Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhalini və mülki obyektləri heç zaman hədəf almır.
t.me/xeberlerlive
8 845
Milli Məclisdə keçmiş məcburi köçkünlərin öz yurdlarında evlərini özlərinin tikməsinə icazə verilməsi təklif edilib.
t.me/xeberlerlive
8 845
❗️Bu gün paytaxtla yanaşı respublikanın bəzi ərazilərində az yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır.
Bakıda və Abşeronda gecə 18-21° isti, gündüz 28-33° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi dağlıq ərazilərdə dolu düşəcəyi, duman olacağı ehtimalı var.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 29-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti təşkil edəcək.
t.me/xeberlerlive
8 845
🪖Hərbi qulluqçumuz Kəlbəcər rayonunda minaya düşüb
Mayın 29-da saat 10:10 radələrində Kəlbəcər rayonunun İstisu yaşayış
məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin əraziləri mina və partlamamış döyüş sursatlarından
təmizləməsi zamanı hərbi qulluqçumuz Sadıqov Xudaverdi Həsən oğlu ermənilər tərəfindən basdırılmış piyada əleyhinə minaya düşərək sol
ayağından xəsarət alıb. Dərhal ilkin tibbi yardım göstərilən hərbi
qulluqçumuz ixtisaslı müayinə və müalicə olunması üçün yaxınlıqdakı hərbi hospitala təxliyə olunub.
t.me/xeberlerlive
8 845
❗️Son Dəqiqə
DİN, DTX və Baş Prokurorluq Elgün İbrahimovun ölümü ilə bağlı məlumat yaydı:
"Müəyyən edilmişdir ki, Elgün İbrahimova hər hansı kənar şəxs və ya şəxslər tərəfindən xəsarət yetirilməmiş, ona qarşı heç bir zorakı hərəkətlərə yol verilməmiş, o, hündürlükdən yıxılmaq nəticəsində aldığı çoxsaylı xəsarətlərdən ölmüşdür".
t.me/xeberlerlive
8 845
❗️Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Bildirilib ki, mayın 29-da gecə saat 01:00-dan 01:15-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış binasının ziyan görməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir:
"Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və növbəti təxribatlarına zəmin yaratmağa cəhd edir. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və mülki obyektlərə atəş açmır".
t.me/xeberlerlive
8 845
Repost from Bütöv Azərbaycan Tarixi🇦🇿𒀭
📌Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Məhəmməd Əmin Rəsulzadənin öz səsi ilə radioda çıxışı (28 may 1953)
Cümhuriyyətimizin qurulmasının 35 illiyi ilə əlaqədar olaraq)
🇦🇿@MutluTurkum
8 845
🇦🇿🇹🇷🇦🇲 Irəvan və Bakı sülh sazişinin imzalanmasının vaxtını razılaşdırmaq üçün ikitərəfli məsləhətləşmələr aparır, - Paşinyan
O qeyd edib ki, Ermənistan da Türkiyə ilə fəal dialoq aparır.
t.me/xeberlerlive
8 845
Rəsulzadə və Xoyski
Hazırladı : ChatGPT
Azadlıq aşiqlərinin xatirəsini hörmətlə anırıq 🇦🇿
t.me/xeberlerlive
8 845
👵 İyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiya yaşı 64 il 6 ay olacaq.
Bu artım 2017-ci ildən mərhələli şəkildə həyata keçirilir və 2027-ci ildə qadınlar üçün pensiya yaşı 65-ə çatdıqda tamamlanacaq.
👴🏻 Kişilər isə bu yaş həddinə artıq 2021-ci ildə çatmışdılar.
t.me/xeberlerlive
8 845
❗️Bu həftə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana səfər edəcək.
t.me/xeberlerlive
Available now! Telegram Research 2025 — the year's key insights 
